Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə59/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   55   56   57   58   59   60   61   62   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
51
tərəfindən həyata keçirilən iqtisadi, siyasi, hüquqi tədbirlər sistemi, eyni zamanda çevik daxili və 
xarici siyasət milli təhlükəsizliyin əsasını təşkil edir [5]. Milli təhlükəsizliyin kökündə siyasi sabitlik 
dayanır. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “sabitlik olmayan yerdə vətəndaş da, dövlət 
də öz xarici və daxili siyasətində çətinliklərlə üzləşir. Xarici siyasətdəki sabitlik daxildəki sabitliyə 
müsbət təsir göstərir. Daxili sabitlik dövlət–cəmiyyət dəyərlərinin, məqsəd və maraqlarının ideoloji-
əxlaqi vəhdəti sayəsində əldə edilir” [6]. 
“Milli təhlükəsizlik” anlayışı və “təhlükəsizlik təhdidləri” termini ilk dəfə ABŞ alimlərinə 
məxsus geosiyasi ədəbiyyatda istifadə olunmuşdur [7]. Sonrakı illərdə “milli təhlükəsizlik” termini 
dünya geosiyasət elmində bir çox dəyişikliklərə uğramışdır. Bu istiqamətdə ilk praktiki addım ABŞ 
Konqresi tərəfindən “Milli təhlükəsizlik haqqında” qanunun qəbul edilməsi və Prezident Harri 
Trumenin 1947-ci il 26 iyul 253 nömrəli qərarı ilə qanun layihəsini imzalaması olmuşdur. Həmin 
qanuna əsasən, prezidentə daxili, xarici və hərbi aspektlərə dair məsələlər üzrə məsləhətlər verən 
Milli Təhlükəsizlik Şurası yaradılmışdır. Onun daimi üzvləri sırasına Vitse-prezident, Dövlət katibi, 
Müdafiə naziri, Qərargah rəisi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru daxil edilmişdir. Vacib 
məsələlərin müzakirəsində başqa idarə rəhbərləri də dəvət oluna bilərdi. Milli Təhlükəsizlik 
Şurasından sonra, 1952-ci ildə Prezident Trumenin məxfi direktivi əsasında Milli Təhlükəsizlik 
Agentliyi də yaradılmışdır. Müdafiə Nazirliyinə daxil olan, lakin öz fəaliyyətində müstəqil olan bu 
orqan mülki və hərbi əlaqənin təmin edilməsi ilə məşğul olur [2, s.12]. Beləliklə, “milli təhlükəsizlik” 
anlayışı başlanğıcda hərbi təsir imkanlarını nəzərdə tutsa da, indi cəmiyyətin milli dəyərlərinə, xalqın 
qeyri-hərbi və iqtisadi təhlükəsizliyinə bilavasitə təsir edən bir çox sahələri əhatə edir. ABŞ alimi 
Henri Kissencerin fikrincə, milli təhlükəsizlik millətin həyat tələbatının ödənilməsidir [2, s.39]. 
Milli təhlükəsizlik hökumətin siyasi, diplomatik, iqtisadi, hərbi və digər təsir vasitələrindən 
istifadə edərək öz vətəndaşlarının müdafiəsini nəzərdə tutur, milli müstəqilliklə başlayır və milli 
maraqlara söykənir. Hər bir dövlətin milli təhlükəsizliyi onun uzunmüddətli milli maraqları üzərində 
qurulur. Başqa sözlə, milli təhlükəsizlik milli maraqların həyata keçirilməsi üçün əlverişli şəraitin 
yaradılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının milli maraqları Azərbaycan xalqının 
fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, 
iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla, aşağıdakılardır [8, s.5]: 

dövlətin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış 
sərhədlərinin toxunulmazlığının təmin edilməsi

xalqın vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; 

vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması; 

demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu 
ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin 
qorunması; 

beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə 
vermək üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi; 

bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, daxili və xarici 
sərmayələr üçün əlverişli şəraitin yaradılması; 

təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin 
qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək 
inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi; 

dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluq və 
həmrəyliyin möhkəmləndirilməsi; 

Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də 
ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, 
intellektual potensialının inkişaf etdirilməsi. 
Beləliklə, milli təhlükəsizliyə nail olmaq üçün istənilən ölkəyə iqtisadi, sosial və enerji 
təhlükəsizliyi lazımdır. “Milli təhlükəsizliyin təmin olunması” dedikdə, ölkənin suverenliyi, daxili və 
xarici təhlükələrin neytrallaşdırılması fonunda ərazisinin bölünməzliyi, hərbi-siyasi təhlükəsizlikdən 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə