Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə62/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   58   59   60   61   62   63   64   65   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
54

regional və qlobal qeyri-sabitlik; 

terrorizm, ekstrimizm, radikalizm

dezinformasiya; 

kiber təhdidlər; 

iqtisadi asılılıq; 

nüvə silahı; 

demoqrafik böhran; 

mütəşəkkil cinayətkarlıq; 

milli və beynəlxalq səviyyədə fövqəladə vəziyyət. 
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz yataqları, boru kəmərləri və 
terminallarına olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi 
ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir 
[15]. Ölkəmizdə zəngin enerji ehtiyatlarının olması və əlverişli geostrateji mövqeyimiz iqtisadiyyatın 
əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərməklə yanaşı, müxtəlif dövlətlərin regiondakı 
maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan amillərdəndir. Daha konkret 
desək, bəzi dövlətlərin eyni xüsusiyyətlərə malik məsələlərdə sahib olduqları güc və mövqedən 
ədalətsiz şəkildə istifadə etmələri müşahidə edilir. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 
təxminın 20 faizini işğal etmiş Ermənistana qarşı heç bir iqtisadi, siyasi və hərbi sanksiyanın tətbiq 
edilməməsi bu yanaşmanın bariz sübutudur. Əks halda, Ermənistan Respublikası BMT Təhlükəsizlik 
Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnaməni, ATƏT-in təhlükəsizlik 
prinsiplərini saymazdan gələrək, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına 
pozmazdı. Beləliklə, Azərbaycan Respublikasının, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunun 
təhlükəsizliyi üçün real təhlükə mənbəyi mövcuddur və daha pisi odur ki, bu təhlükə kənardan idarə 
edilir. Ona görə də Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətində bütün mümkün 
faktorlar nəzərə alınmalıdır.
Milli təhlükəsizlik haqqında qanununun 19-cu maddəsində Azərbaycan Respublikasının hərbi 
sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə görülən əsas tədbirlərdən biri kimi, xarici 
ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur [16]. 
Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunda NATO və KTMT kimi təşkilatların 
maraqları vardır. NATO-ya üzv olmaq yaxın perspektivdə Azərbaycan üçün strateji hədəf hesab 
edilmir. KTMT-yə daxil olmaq isə onun şərtləri və təminatları (əslində təminatsızlığı) çərçivəsində 
Azərbaycanın mənafelərinə uyğun deyildir [11, s.82]. Ona görə də xarici təsir və təzyiqlərdən 
qorunmaq, öz milli təhlükəsizliyini və suveren hüquqlarını təmin etmək üçün beynəlxalq təminatın 
qazanılması vəzifəsi Azərbaycanın xarici siyasət prioritetlərindən birinə çevrilmişdir. 
Müasir mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər sistemində NATO beynəlxalq sülh və 
təhlükəsizliyin qorunmasında əhəmiyyətli rol oynayır, Avro–Atlantik məkanda yerləşən üzv 
dövlətlərin təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaş ölkələrlə də əlaqələri genişləndirir. 
Mütəmadi olaraq qəbul etdiyi müxtəlif strateji konsepsiya və sənədlər NATO-nun bu sahədə aktiv 
fəaliyyətinin bariz nümunəsidir. 1949-cu il aprelin 4-də yaradılan Alyans əsasən, Sovet İttifaqı 
tərəfindən Qərbi Avropa dövlətlərinə edilə biləcək mümkün hərbi müdaxilənin qarşısının alınması 
üçün kollektiv müdafiəni təmin etmək məqsədini güdürdü. Lakin Sovet İmperiyasının süqutundan 
sonra da Alyans mövcudluğunu qoruyub saxlaya bilmiş, üzərinə yeni və fundamental vəzifələr 
götürmüş, yeni üzvlər qəbul edərək Şərqi Avropaya açılmış, Mərkəzi Asiya və Uzaq Şərqədək uzanan 
tərəfdaşlıq şəbəkəsi yaratmış və beləliklə, əvvəlkindən daha güclü bir struktur formasına çevrilmişdir. 
Bu gün Alyans coğrafi hüdudları aşaraq, qlobal təhlükəsizliyin təmin olunması və tənzimlənməsində 
danılmaz rola malik bir qurumdur. 
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin prioritetlərindən biri də NATO 
standartlarına uyğun milli müdafiə sisteminin qurulmasıdır. Bu gün təhlükəsizlik və müdafiə 
sahəsində islahatların aparılmasını dəstəkləyən və daha əsaslı əlaqələri inkişaf etdirən tərəfdaşlıq 
proqramları vasitəsilə NATO ölkələri və Azərbaycan Respublikasının təhlükəsizlik maraqları nəzərə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə