Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

istehsal edəcəyik? Süd istehsalının hansı gələcək potensialı var? Digər məsələlərə də həssas yanaşmalıyıq. Milli Məclis

səviyyəsində bunun hüquqi mexanizmləri barədə düşünməliyik və qanunvericilik səviyyəsində müəyyən addımların atılmasını

həyata keçirməliyik. Əgər belədirsə, dövlət Azərbaycan Beynəlxalq Bankındakı, yaxud “Azersell Telekom” Birgə Müəssisəsindəki

dövlət payının özəlləşməsinə ehtiyac hiss edəcək ki? Onda dövlət bundan da çəkilməlidir. Belə məsələlərdə, hesab edirəm ki,

gələcəyimizlə bağlı ciddi narahatedici məqamlar var, bütün investisiyaları qeyri-neft ixrac sektoruna yönəltməyimiz daha

məqsədəuyğundur. Sağ olun.



Sədrlik edən. Çox sağ olun. Fazil bəy, əmək haqlarını aparılan təmir işləri ilə əlaqələndirdiniz. Görürəm, təmirdən çox xoşunuz

gəlib, amma əmək haqqının təmirə heç bir dəxli yoxdur.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əmək haqları ilə bağlı hesablamalar aparılır, iyunun 1-dən əmək haqlarınız qalxır. Heç

narahat olmayın. Əli Əhmədov.



Ə. Əhmədov. Təşəkkür edirəm. Oqtay müəllim, artıq Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir. Hesab edirəm ki, kifayət

qədər səmərəli fəaliyyət göstərmişik. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə

edilən yüksək nailiyyətlər həm Azərbaycanın daxilində, həm də Azərbaycandan kənarda olan bir sıra dairələri narahat edir və

Azərbaycana qarşı planların həyata keçirilməsində onları yeni vasitələr axtarmağa vadar edir. Çox təəssüflə qeyd eləmək

istəyirəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat orqanları həmin vasitələrin bir qismi kimi çıxış edirlər.

Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, Azərbaycanın digər sahələrdə uğurlarını etiraf etməyə məcbur olan bəzi mərkəzlər

kütləvi informasiya vasitələrinə, mətbuat orqanlarına qarşı təzyiqlərin olması bəhanəsi ilə Azərbaycana qarşı hazırladıqları

hesabatlarda bir sıra məqamları göstərməyə cəhdlər edirlər.

Hamıya məlumdur ki, bir sıra mətbuat orqanları kütləvi şəkildə ayrı-ayrı vətəndaşlara, insanlara qarşı terror vasitələrinə çevriliblər.

Bu kütləvi terror vasitələrinə qarşı qanuni əsaslarla görülən tədbirləri isə mətbuata qarşı təzyiqlər kimi qələmə verirlər və bu fonda

Azərbaycanla bağlı ayrı-ayrı hesabatlarda mənfi rəylərin meydana gəlməsinə müəyyən dərəcədə bəhanə yaratmış olurlar. Ona

görə hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxmalıyıq, növbəti sessiyamızda müəyyən

tədbirlər görməliyik. Bununla mən heç də “Kütləvi informasiya vasitələri haqqında” Qanunun sərtləşdirilməsi və jurnalistlərin

fəaliyyətinin məhdudlaşdırılması fikrini qeyd eləmək istəmirəm. Sadəcə, hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya

vasitələri insan hüququnun birinciliyi əsasında fəaliyyət göstərməlidir və insanların kütləvi surətdə mənəvi terror vasitəsinə

çevrilməsi üçün imkanlar aradan qaldırılmalıdır.

İkinci məqam bundan ibarətdir ki, bu zəmində Azərbaycana qarşı bundan təzyiq vasitələrindən biri kimi istifadə edilir. Bir sıra

kütləvi informasiya vasitələrinin təmsilçilərinin, redaktorlarının xaricdə sığınacaq istəmələri ilə əlaqədar qaldırdıqları şou da, hesab

edirəm ki, bu planın tərkib hissəsidir. Mənə belə gəlir ki, bu məsələyə biz növbəti sessiyada diqqət artıra bilərik. Diqqətinizə görə

sağ olun.



Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.

Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hələ bizim fəaliyyətimiz davam edir və biz təcili şəkildə Ailə Məcəlləsinə

dəyişikliklər edə bilərik. Bunlar çox çətin dəyişikliklər deyil, amma cəmiyyət üçün çox vacibdir. Bunlardan biri nikaha daxil

olanlardan məcburi şəkildə tibbi arayışın tələb olunmasıdır.

Dünən mənim yanıma bir qadın gəlmişdi. Uşağı 14 yaşındadır, deyir ki, Qənirə xanım, artıq bunun həyatı bitib, təcili əməliyyat

olunmalıdır. Əməliyyat xaricdə olunmalı, ona sümük iliyi köçürülməlidir. Bu əməliyyatın qiyməti 50 min dollardan yuxarıdır. Bir çox

ölkələr artıq talassemiyalı xəstələrlə bağlı problemləri həll ediblər. Amma bizdə bunlar nəinki azalmır, əksinə, artır və cəmiyyətə

ağırlıq yaradır. Bu, ailələrin özləri üçün də ağırlıq yaradır və biz bunu yalnız ailələrin öhdəsinə buraxa bilmərik. Hər bir cəmiyyətin

savadlısı, savadsızı var, ağıllısı, cahili var. İndi biz onlara deyə bilmərik ki, zəhmət çəkib ailə quranda düşünəydilər, yoxlamadan

keçəydilər. İndi əziyyətini çəksin, deyə bilmirik. Onlar millət vəkili üçün də, dövlət üçün də, cəmiyyət üçün də çox narahatlıq

yaradırlar. Çünki bu, insanların faciəsinə gətirib çıxarır. Ona görə də mən xahiş edirəm, biz təcili şəkildə nikaha daxil olanlardan

tibbi arayışın məcburi şəkildə tələb olunmasını Ailə Məcəlləsinə daxil edək. O zaman məsuliyyətin kimin daşıdığı da ortaya

çıxacaq. Tibb müəssisələri də yalan arayış verərlərsə, gələcəkdə bunun məsuliyyətini dərk edəcəklər.

Digər bir məsələyə toxunmaq istəyirəm. Bunu Hadi müəllim çox yaxşı bilir, bu gün ailə quranların 10–15 faizi boşanır. Ən ağrılı

məsələ budur ki, iqtisadi mülki əqdin bağlanması qanunda məcburi deyil. Amma bu problemlərin ağırlığını cəmiyyətdə hamımız

dərk edirik. Məhkəmələrə baxın, nə qədər qadınlar bu gün məhkəmələrdə sürünür? Uşaqlar, ailələr çox çətin vəziyyətə düşürlər.

Məncə, bunu da təcili şəkildə Ailə Məcəlləsinə əlavə etməliyik.

Sonra, biz bir çox məsələlərlə bağlı qanunlar, proqramlar, sənədlər qəbul edirik. Bunlardan biri də xərçəng xəstəliyi ilə bağlıdır.

Düzdür, biz qanun qəbul elədik, amma bununla bağlı Onkologiya İnstitutuna və xəstəxanaya zəng edirəm, mənə deyirlər ki,

bilirsiniz, o dərmanlar çox bahalıdır, ucuzlarını verə bilərik, digərlərini özləri alsınlar. Bu çox çətin məsələdir və mən çox xahiş

edirəm, biz bir proqram qəbul edək. Xərçəng xəstəlikləri, xüsusi ilə də onun bəzi növləri artıb. Məsələn, qadınlarda ailələri

dağıdan döş xərçənginin sayı artır. Biz, gərək, bu xərçəngin geniş yayılmış növlərinin genetikasını müəyyənləşdirən

laboratoriyaları müasir səviyyədə quraq ki, onlar vaxtlı-vaxtında müayinədən keçsinlər və bu problem dərinləşməsin. Sonra da biz

bunlara bahalı dərmanları necə verməyi düşünməliyik.

Sədrlik edən. Qənirə xanım, təkliflərinizi hazırlayın, komissiyada baxılsın. Bizim etirazımız yoxdur, düzgün təkliflərdir. Arzu

Səmədov.


A. Səmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın Cənubi Azərbaycanda baş verən zorakılıqlara

qarşı etirazına qoşuluram və hesab edirəm ki, son dövrdə orada törədilən işgəncələr geyim qaydalarının pozulması adı altında

aparılsa da, əslində, güney Azərbaycanda gedən milli azadlıq uğrunda mübarizənin tərkib hissəsidir və bu, qəzetlərdə də çap

olunur. İndiyə qədər İranda göz çıxarmaq, şallaq vurmaq, edam etmək haqqında çox oxumuşduq. Amma indi geyim qaydasını

pozduğuna görə qadınları, üzr istəyirəm, lüt soyundurub kürəyində Quran ayələri yazırlar və guya bu qaydada onlara işgəncə

verirlər. Bu çox böyük biabırçılıqdır və biz buna qarşı etiraz səsimizi ucaltmalıyıq. Dövlət rəsmiləri, heç olmasa, Xarici İşlər

Nazirliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu məsələyə münasibət bildirməlidir.



Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə