Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Prezidentinin çirkli pullarını yumaq üçün onunla əlaqə qurub. Bunu yazan sizin dediyiniz jurnalistlərdir. Normal jurnalist belə şeylər

yazmaz, düzgün yazar.

İkinci, mənim əmək haqqım heç kimdən aşağı deyil. Digər tərəfdən də, mən bayaq burada dedim ki, deputatların əmək haqqı iyun

ayının 1-dən artırılacaq. Xahiş edirəm, populist çıxışları kənara qoyaq. Mənim hamınıza hörmətim var, amma bilin ki, Milli Məclis

heç haranın filialı deyil. Cənab Prezident burada çıxış edən zaman sizin hamınıza dedi ki, Milli Məclis dövlət hakimiyyətinin bir

qoludur, inkişaf edir və edəcəkdir. Siz belə sayırsınızsa, bu Sizin öz fikrinizdir. Bahar xanım, buyurun.



B. Muradova.

 Oqtay müəllim, təşəkkür edirəm ki, çıxış üçün şərait yaratdınız. Mən də Sizin dediklərinizi bir az qüvvətləndirməli,

daha doğrusu, təkrarlamalı olacağam. Doğrudan da, özünü millət vəkili kimi hiss etməyən, onun səlahiyyətlərini, onun yaratdığı

üstünlüyü, eyni zamanda, onun qarşısına qoyduğu vəzifələri bilməyən adam təmsil olunduğu qurumu sektor kimi qəbul edə bilər.

Bu onun öz fikridir. Milli Məclis Azərbaycanda hakimiyyətin bir qanadıdır. Müstəqildir və müstəqil də fəaliyyət göstərir. Siz bunu

görsəniz də, görməsəniz də, Azərbaycanın ictimai-siyasi mühitində Milli Məclisin rolu getdikcə artır və bunu həm ölkə daxilində,

həm də ölkə xaricində görürlər, qəbul edirlər. Gərəkdir ki, sizlər də bunu qəbul edəsiniz. Etmirsinizsə, bu sizin öz işinizdir.

Yeni Azərbaycan Partiyasının Siz dediyiniz hallara şərait yaratması məsələsinə gəldikdə isə nəzərinizə çatdırım ki, Yeni

Azərbaycan Partiyasının Azərbaycan Respublikasında fəaliyyəti və əldə etdiyi nəticələr göz qabağındadır. Bu nəticələrdən siz də

bəhrələnmirsiniz? Biz paxıl deyilik. Bu mühiti Azərbaycan üçün yaradırıq və hər bir Azərbaycan vətəndaşının bundan

bəhrələnməsi üçün imkanlar da yaradırıq. Bu sıralarda sizlər də varsınız və bu imkanlardan bəhrələnirsiniz.

“Jurnalistlərin daha çox həbs olunması və bu cinayətlərin daha az açılmasında Azərbaycanın öndə getməsi” fikrinizə mən

tamamilə başqa yöndən qiymət verərdim. Hazırda bizim qanunvericiliyimizdə şərəf və ləyaqətin alçaldılmasına, dövlət sirlərini və

hərbi sirləri yaymağa görə məsuliyyət müəyyən edən maddələr var. Nə vaxt o maddələr bizim qanunvericiliyimizdən çıxacaqsa,

onda bu hərəkətlərə görə məsuliyyət də aradan qaldırılacaqdır. Qanunvericilikdə bu maddələr var və qanun qüvvəsini saxlayır.

Buna görə də hər kəs qanuna uyğun olaraq fəaliyyətini qurmağı bacarmalıdır. Əgər bizdə qanunu pozan jurnalistlər digər

cinayətkarlardan üstünlük təşkil edirlərsə və bunlar cinayət əməli kimi tövsif edilirsə, təbii ki, onda bu bizim günahımız deyil. Bu

həmin zümrənin nümayəndələrinin günahıdır. Bu məsələdə qanunu yerinə yetirən dövlət və hüquq mühafizə orqanları və Milli

Məclis günahkar deyil. Qanun pozulursa, qanun yox, qanunu pozanlar günahkardırlar. Hər kəs qanuna uyğun yaşamağı

öyrənməlidir. Birdəfəlik bunu öyrənməlisiniz.

Baş nazir olanda özünü heç bir kəndin briqadiri kimi hiss etməyən adam bu gün Milli Məclisə bu cür qiyməti verə bilər.

Azərbaycanda mətbuat üçün yaradılan şəraiti görməyən və bunu təzyiq aləti kimi qəbul edənlər bu cür danışa bilərlər. Amma

unutmayın ki, Azərbaycanın ən ucqar kəndində belə orta məktəb şagirdinin bu gün dünya informasiya sisteminə qoşulmaq imkanı

var. Hər bir kənddə, hər bir məktəbdə internet klubları yaradılıb. Hər kəs sərbəst şəkildə bundan istifadə edə bilər. Burada

mətbuatın boğulmasından necə danışmaq olar? Necə informasiyanın məhdudlaşdırılmasından danışmaq olar? Sadəcə,

Azərbaycanda mətbuatın imkanlarından sui-istifadə edənlər var. Bu “bolluğu” aradan qaldırmaq lazımdır. Mən demirəm ki, onların

hamısını həbs edək, amma bəzilərinin dedikləri kimi, onları cəzalandıraq. Qanunun müəyyən etdiyi qaydada onlar məsuliyyət

daşımalıdırlar. Bu məsuliyyətdən heç kəs yayınmasın və kimsə də onları yayındırmaq üçün lobbiçiliklə məşğul olmasın,

Azərbaycanın qazandığı uğurların üzərinə qara xətt çəkməsin. Bu, alınmayacaq, mümkün də deyil.

Milli Məclis Azərbaycanda çox ciddi bir qurumdur. Burada qaldırılan hər bir məsələ də çox ciddi şəkildə qoyulmalıdır. İroniyadan,

lağ etməkdən, ələ salmaqdan uzaqlaşmaq lazımdır. Nəhayət, ciddiləşmək lazımdır. Bura ciddi siyasət meydanıdır və ciddi

fiqurların yeridir. Mən çox arzulayardım ki, gələcəkdə Milli Məclisdə ironiyadan, ələ salmaqdan uzaq çox ciddi insanlar təmsil

olunsunlar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Artıq 37 dəqiqədir ki, müzakirə gedir. Fəzail müəllim, mən gələn dəfə Sizə söz verərəm. Gəlin,

gündəliyə keçək. Mən əvvəldən gündəliyi səsə qoymadım. Dedim ki, növbədənkənar sessiyadır, görüm, bu müzakirədə

gündəlikdən danışan olacaqmı? Gördüm ki, gündəlikdən danışan olmadı. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)

Lehinə 96

Əleyhinə 3

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən

sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında

Azərbaycan Respublikası Hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks

İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko., Ltd.” arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata

keçirilməsinə icazə verilməsi barədədir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi

komissiyasının sədri Valeh Ələsgərova söz verilir. Buyurun.



V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.

Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Oqtay müəllimin dediyi kimi, sizin diqqətinizə təsdiq

olunmaq üçün Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının

öyrənilməsi tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Hökuməti ilə podratçı

tərəflər qismində təqdim olunmuş London “Londeks Resorsiz S.A., “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”,

“Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko., Ltd.” arasında bağlanmış Saziş təqdim edilibdir.

Nəzərinizə təqdim olunmuş saziş bir tərəfdən Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Azərbaycan

Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdən Böyük Britaniya Krallığı, Panama Respublikası və




Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə