Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Yaponiya qanunları əsasında yaradılmış və müvafiq qeydiyyat sənədləri ilə təsdiq edilmiş hüquqi şəxslər olan “Londeks Resorsiz

S.A., “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring

Ko., Ltd.” şirkətləri arasında tərtib edilmişdir. Saziş 2006-cı il dekabrın 3-də Bakı şəhərində imzalanmışdır.

Sazişin şərtlərinin müəyyən edilməsində Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 oktyabr tarixli 1757 nömrəli

sərəncamı ilə qəbul edilmiş prinsiplər və müddəalar əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28

dekabr tarixli 1877 nömrəli sərəncamı ilə saziş layihəsi bəyənilmiş və Azərbaycan Hökuməti adından onu imzalamaq və şirkətlərlə

münasibətlərdə Azərbaycan Hökumətini təmsil etmək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

tapşırılmışdır.

Saziş 27 maddədən və 7 əlavədən ibarətdir. Bunların hamısını bir-bir xırdalamağa, yəqin ki, ehtiyac yoxdur. Ancaq mən əsas

məqamlara toxunmaq istərdim. Sazişin 2-ci maddəsində podratçı tərəflərə layihəni yerinə yetirmək və gerçəkləşdirmək üçün

sazişin şərtlərinə uyğun olaraq və onun qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və kontrakt sahəsi

ilə bağlı mədən-filiz əməliyyatları aparmaq hüquqları verilir. Kontrakt sahəsində kommersiya hasilatı başa çatdıqdan sonra

mədən-filiz əməliyyatları nəticəsində əldə edilən hasilatın həcmi bu sazişin qüvvədə olduğu müddət, o cümlədən bütün uzadılmış

müddətlər sona çatdıqda podratçının əsaslı və əməliyyat məsrəflərinin tam ödənilməsi üçün kifayət etmirsə, bu sazişin şərtlərinə

uyğun olaraq podratçıya əvəzi ödənilməmiş məsrəflərin ödənilməsi nəzərdə tutulmur və ona belə hüquq verilmir. Bu risklər

podratçının boynunda qalır.

Azərbaycan Respublikasının daxilində layihənin mərhələli şəkildə yerinə yetirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanları

tərəfindən podratçının müraciətinə əsasən ona Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə torpaqdan istifadə

hüquqları verilir. Kontrakt sahələri bu sazişin qüvvədə olacağı müddət ərzində bu sazişin məqsədləri üçün ikinci əlavədə verilmiş

təsvirə və koordinatlara uyğun olan və orada yerləşən mineral ehtiyatların təbii sərvətləri çərçivəsindəki sahələri əhatə edir.

Qaradağ sahəsində mis-porfir filiz yatağı ola biləcəyi ehtimal olunur. Ola bilsin, Çovdar sahəsində az sulfidli qızıl yatağı aşkar

ediləcəkdir. Hər halda belə ümid var. Göydağ sahəsində səpinti qızıl var, polimetal təzahürlü olduğu gözlənilir. Dağkəsəmən

sahəsində səpinti qızıl təzahürlü və damarvarı qızıl yatağının olduğu ehtimal olunur. Köhnəmədən sahəsinin polimetal, Kürəkçay

hövzəsinin səpinti və damarvarı qızıl təzahürlü olduğu gözlənilir. Ancaq bunların yataq olub-olmadığı böyük həcmli və

uzunmüddətli kəşfiyyat, tədqiqat və sair işlər nəticəsində müəyyən oluna biləcəkdir.

Əmtəəlik məhsul kontrakt sahəsində çıxarılan və yaxud emal olunan mineral ehtiyatlarından əldə edilmiş qızıl, gümüş, mis və

eləcə də digər əlvan və nadir metallar və mineral ehtiyatların çıxarılması, yaxud emalı nəticəsində alınan hər hansı digər məhsul

deməkdir. Karbohidrogen və ya filiz ehtiyatları ilə heç bir əlaqəsi olmayan başqa ehtiyatlar bu anlayışa daxil deyil, yəni onlar

əmtəəlik məhsul ola bilməz. Çünki bunlar dağ-mədən fəaliyyətinin nəticəsi olan mineral ehtiyatların çıxarılması və ya emal

edilməsi nəticəsində heç cür istehsal oluna bilməz, ona görə də bu sazişlə əhatə edilmir.

Sazişin 1-ci maddəsində podratçı tərəflərin bu saziş üzrə sərmayə öhdəlikləri aşağıda göstərilmiş müvafiq faizlərdə təsbit edilir:

“Londeks Resorsiz S.A.” 45 faiz, “Uill ənd Meyris S.A.” 29 faiz, “Farqeyt Mayninq Korporeyşn” 15 faiz, “Qlobeks İnternəşnl LLP”

11 faiz. Podratçı tərəflərin yuxarıda qeyd edilən faizlərə münasibətdə hüquq və öhdəlikləri onların bu saziş üzrə müvafiq iştirak

paylarını təşkil edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu layihənin maliyyələşdirilməsində dövlət tərəfindən heç bir

sərmayənin qoyulması nəzərdə tutulmur. Lakin Azərbaycan Respublikası mənfəətin bölüşdürülməsində sazişin şərtlərinə əsasən

iştirak edir. Podratçı tərəflər mədən-filiz əməliyyatlarını beynəlxalq aləmdə hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq

işgüzarlıqla, təhlükəsiz və ekoloji təmiz texnologiyaları tətbiq etməklə səmərəli şəkildə aparmağı öhdəsinə götürürlər. Bu öhdəliklər

pozularsa, podratçıya qarşı müvafiq tədbirlər və cəzalar tətbiq edilə bilər.

Yaponiyanın “Mitsui Mineral Development Enceniring Ko.” şirkəti baş nəzarətçi qismində çıxış edir. Bu şirkət beynəlxalq səviyyədə

tanınmışdır və beynəlxalq mədən-filiz sənayesi sahəsində ən aparıcı texnologiyalara malikdir. Onun sazişdə iştirakı mədən-filiz

əməliyyatlarının beynəlxalq standartlara müvafiq həyata keçirilməsini təmin edəcəkdir. Şirkət mədən sənayesində və əlvan metal

filizlərindən nadir metalların ayrılmasında qabaqcıl texnologiyalara malikdir, ətraf mühitin mühafizəsi sahəsində dünyada ən

qabaqcıl yerlərdən birini tutur. Baş nəzarətçi podratçı tərəflərin saziş üzrə strateji və gündəlik fəaliyyətinə nəzarət edəcəkdir. Bu

şirkət saziş üzrə tender komissiyalarında iştirak edəcək, saziş üzrə texniki-iqtisadi əsaslandırmaların yoxlanılmasını, dürüstlüyünü

həyata keçirəcək və lazım olarsa, beynəlxalq maliyyə institutları ilə münasibətlərin daha əlverişli şərtlərlə qurulmasına yardım

edəcəkdir.

Sazişin 5-ci maddəsinə əsasən podratçı kontrakt sahəsində mineral ehtiyatların öyrənilməsi, tədqiqi, kəşfiyyatına və

qiymətləndirilməsinə dair müfəssəl proqramları hazırlayaraq hökumətə təqdim etməlidir. Bu proses qüvvəyəminmə tarixindən

sonra gələn 4 ay ərzində sazişin 2-ci Əlavəsində göstərilən 6 sahədən ən azı üçündə hər birində azı 1 mədən-filiz yatağı

olmaqla; ilk kəşfiyyat işləri proqramı təqdim edilmiş təqvim ilindən sonra gələn 3 ardıcıl maliyyə ili ərzində hər birində azı 1

mədən-filiz yatağı olmaqla, hər bir maliyyə ilinin 30 aprel tarixindən gec olmayaraq yerinə yetirilməlidir. Podratçının müəyyən

edilmiş sahənin hər hansı birinə dair kəşfiyyat işləri proqramını hökumətə qeyd etdiyim təqvim üzrə təqdim etməməsi köklü

pozuntu sayılır və bu halda həmin sahəyə münasibətdə sazişə xitam vermək hökumətin hüququdur.

Podratçı hökumətə kəşf və onun kommersiya dəyəri haqqında bildirişi kəşfiyyat dövrünün sonunadək təqdim edir. Podratçı

ehtiyatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi və faydalı qazıntı ehtiyatlarının dövlət balansında qeydə

alınması tarixindən ən geci 4 ay keçənədək ayrılıqda hər mədən-filiz yatağı üçün ehtiyatlara və əmtəəlik məhsula dair işlənmə və

hasilat proqramını hökumətə təqdim edir. İşlənmə və hasilat proqramı beynəlxalq mədən-filiz sənayesi standartlarına uyğun

surətdə ayrılıqda hər mədən-filiz yatağı üçün mineral ehtiyatların səmərəli şəkildə və sürətlə işlənib çıxarılmasına və əmtəəlik

məhsul istehsalına dair uzunmüddətli plandır. Əgər tərəflər arasında işlənmə və hasilat proqramına aid razılaşma tarixindən sonra

5 il ərzində podratçı bu sazişin aid olduğu hər hansı mədən-filiz yatağında mineral ehtiyatlarının işlənməsinə və hasilatına

başlamamışdırsa, digər yazılı razılaşmalar olmadıqda hökumət podratçıya 60 gün qabaqcadan yazılı bildiriş verməklə podratçının

mədən-filiz yataqlarına münasibətdə hüquqlarına xitam verə bilər.

Hər bir mədən-filiz yatağı üçün kəşfiyyat dövrü mineral ehtiyatlarının kəşfiyyatına və qiymətləndirilməsinə dair podratçının təqdim

etdiyi kəşfiyyat işləri proqramının hökumət tərəfindən təsdiq edilməsi haqqında yazılı bildirişin alındığı gündən başlanır və onun

müddətinin hər bir mədən-filiz yatağı üzrə 48 ay olması nəzərdə tutulur. Kəşfiyyat dövrü ərzində podratçı yataqlarda dağ-mədən

infrastrukturu və filizlərin işlənməsi qurğularının layihələşdirilməsini və tikilməsini qarşıya məqsəd qoymaqla, ehtiyatların həcmini

təkrar hesablamaq üçün kəşfiyyat işləri, qiymətləndirmə aparır və texniki-iqtisadi əsaslandırmanı həyata keçirir.



Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə