Milli Məclis



Yüklə 317,87 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix24.02.2018
ölçüsü317,87 Kb.
#27553
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Milli Məclis

http://parliament.az/?/az/stenoqram/103[4/21/12 9:20:42 AM]

Ehtiyatlara və əmtəəlik məhsula dair işlənmə və hasilat dövrü ayrılıqda hər mədən-filiz yatağı üçün ehtiyatların təsdiq edilməsi və

faydalı qazıntı ehtiyatlarının dövlət balansında qeydə alınması tarixindən başlanır və qüvvəyəminmə tarixindən etibarən 30 il

ərzində davam edir. İşlənmə və hasilat dövrü ərzində podratçı dağ-mədən sahəsini, zənginləşdirmə və istehsal qurğularını, tullantı

anbarlarını və digər dağ-mədən qurğularını layihələşdirir, inşa edir və avadanlıqla təchiz edir. Podratçı yataqlarda istismar işlərini

yerinə yetirir və tərkibində qızıl olan xəlitə, mis və digər əlvan metal konsentratlarını və digər mineral ehtiyatları hasil edir və onları

sərbəst surətdə bazarlarda satır.

Sazişin 6-cı maddəsinə əsasən işlənmə və hasilat dövrünün başlandığı tarixdən sonra 30 gün müddətində hökumət və podratçı

layihənin idarə olunması üçün rəhbər komitə yaradırlar. Rəhbər komitə hökumətin və podratçının bərabər sayda namizədlərindən

ibarət olmalıdır. Həm hökumət, həm də podratçı tərəfindən 5 nümayəndə təyin edilir. Rəhbər komitənin iclaslarında səsvermə

zamanı hökumət və podratçının hər bir nümayəndəsinin bir səsi vardır. Rəhbər komitənin qərarları adi səs çoxluğu ilə qəbul

olunur. Rəhbər komitə illik iş proqramını və büdcələri təsdiq edir, mədən-filiz əməliyyatlarına nəzarət edir, təlim proqramlarını,

əmtəəlik məhsulun marketinqi və satışı siyasətini təhlil və təsdiq edir, yardımçı komitələrini yaradır və onların fəaliyyətinə nəzarət

edir, ləğvetmə işlərinin planlarını və torpağın bərpası üzrə məsrəfləri nəzərdən keçirir və təsdiq edir.

Qüvvəyəminmə tarixindən sonra mümkün qədər qısa və 1 aydan çox olmayan müddətdə Londeks ona 100 faiz məxsus olan

ortaq şirkətini − Əməliyyat Şirkətini təyin etməlidir. Əməliyyat Şirkəti Azərbaycan Respublikasından kənarda təsis edilə və ya

yaradıla bilər, lakin fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə Azərbaycan

Respublikasında qeydiyyatdan keçməlidir. Əməliyyat Şirkətinin vəzifələri sırasına podratçının adından mədən-filiz əməliyyatlarının

gündəlik idarə olunması, əlaqələndirilməsi, həyata keçirilməsi və aparılması yolu ilə kəşfiyyat işləri proqramları, işlənmə və hasilat

proqramları, illik iş proqramlarının yerinə yetirilməsi, habelə bu saziş çərçivəsində podratçının tapşırığı ilə başqa funksiyaların

icrası daxildir.

Əməliyyat Şirkətinin mülkiyyətində heç bir əmlak və ya avadanlıq olmur. Əməliyyat Şirkəti bu saziş üzrə podratçının göstəriş və

təlimatlarına əsasən yalnız əməliyyatçı kimi fəaliyyət göstərir. O, kontrakt sahəsində hasil edilən mineral ehtiyatlarının və ya

istehsal olunan əmtəəlik məhsulun hər hansı hissəsinin sahibi olmaq hüququna malik deyildir, mənfəətsiz və zərərsiz işləyən bir

qurumdur.

Tərəflər qüvvəyəminmə tarixindən sonra mümkün qədər qısa müddət ərzində əməliyyat sazişi bağlamalıdırlar və bu cür əməliyyat

sazişində idarə heyətinin yaradılması nəzərdə tutulmalıdır. İdarə heyətində hökumətin 50 faiz səs hüququna malik bir

nümayəndəsi olmalıdır. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu layihənin bütün mərhələlərində dövlətin səsvermə hüququ ilə iştirakı

nəzərdə tutulur. Bu da sazişin lazımi qaydada icrasına nəzarəti və vaxtında müvafiq tədbirlərin görülməsini təmin edir.

Sazişin 7-ci maddəsinə müvafiq olaraq Əməliyyat Şirkətində Azərbaycan Respublikası vətəndaşları olan işçilərin nisbəti aşağıdakı

kimi olmalıdır: qüvvəyəminmə tarixindən etibarən işlənmə və hasilat proqramı təsdiq edilənədək mühəndis heyəti 45 faizdən,

fəhlə-texniki heyət 80 faizdən, işlənmə və hasilat proqramının təsdiq edildiyi tarixdən mineral ehtiyatlarının hasilatına

başlananadək idarə-mühəndis heyəti 60 faizdən, fəhlə-texniki heyət 90 faizdən aşağı olmamalıdır. Mineral resursların hasilatına

başlanandan 5 il sonra idarə-mühəndis heyəti azı 70 faiz, fəhlə-texniki heyət 100 faiz olmalıdır. Podratçı Azərbaycan

Respublikasının vətəndaşlarını mədən-filiz əməliyyatları ilə bağlı təlimlə, habelə lazım gəldikcə təkrar təlimlə təmin etməlidir.

Sazişin 11-ci maddəsinə müvafiq olaraq podratçının mədən-filiz əməliyyatlarının məsrəflərinin əvəzinin ödənilməsinə hüququ var.

Ümumi məbləğdən birinci növbədə podratçının çəkdiyi bütün əməliyyat məsrəflərinin, sonra isə ümumi məbləğdən podratçının

çəkdiyi əsaslı məsrəflərin əvəzi ödənilməlidir. Məsrəflərin əvəzinin ödənilməsinin hesablanması və məsrəflərin əvəzinin

ödənilməsinin həyata keçirilməsi illik əsasda aparılır. Hər maliyyə ilinin sonunda maliyyələşdirmə məsrəfləri hər hansı əvəzi

ödənilməmiş əsaslı məsrəflərə və yaxud əməliyyat məsrəflərinə əlavə edilir. Əməliyyat məsrəfləri və əsaslı məsrəflərin ödənilməsi

üçün zəruri əmtəəlik məhsulların miqdarı əmtəəlik məhsulların ümumi miqdarından çıxıldıqdan sonra əmtəəlik məhsulların qalan

hissəsi mənfəət hesab olunur. Əmtəəlik məhsulların satışından əldə edilən gəlir Azərbaycan Respublikası və podratçı arasında

aşağıdakı qaydada bölüşdürülməlidir: bu cür gəlirin 30 faizi Azərbaycan Respublikası Hökumətinə köçürülməli və 70 faizi podratçı

tərəflər arasında onların iştirak paylarına mütənasib şəkildə bölünməlidir. Podratçı tərəflərdən sazişdə müəyyən olunmuş mənfəət

vergisi tutulur.

Sazişin 16-cı maddəsinə müvafiq olaraq mənfəət vergisi dərəcəsi bu sazişin qüvvədə olduğu müddət ərzində təsbit edilmiş 22

faizə bərabərdir. Yerli podratçılar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilirlər, xarici

podratçılar isə 70 faiz gəlir əldə etmiş hesab edilir və ümumi kontrakt məbləğinin 5,5 faizini ödəmə anında vergi kimi büdcəyə

köçürməlidirlər. Podratçı, Əməliyyat Şirkəti kimi fəaliyyət göstərən fiziki şəxslər yalnız Azərbaycan Respublikasının vətəndaşları

olan əməkdaşlara münasibətdə Azərbaycan dövlət sosial sığorta ayırmalarını və oxşar ödənişləri həyata keçirirlər. Məşğulluq

fonduna, sosial sığorta və tibbi sığorta fondlarına ödənişlər istisna olmaqla bütün digər vergi, rüsum və sair ödənişlərdən

azaddırlar.

Sazişin 25-ci maddəsində həm də podratçı tərəfindən dövlətə 2 min ABŞ dolları məbləğində bonusun ödənilməsi nəzərdə tutulur.

İmzalanmadan sonra 30 gün ərzində 200 min dollar, kəşfiyyat dövründə 3 il ərzində ildə 1 dəfə hər biri 600 min dollar məbləğində

bonus ödəniləcəkdir.

Sazişdə tərəflərin təminatlarını, qarşılıqlı hüquq və öhdəliklərini tənzimləyən, əmtəəlik məhsulun qiymətləndirilməsi metodikasını

müəyyənləşdirən fors-major hallarını, sazişin qüvvəsinə xitam verilməsi hallarını, iqtisadi sabitləşmə və arbitraj, məxfilik, ətraf

mühitin mühafizəsi və əməyin təhlükəsizliyi, sığorta, etibarlılıq, layihə standartları və sair məsələləri əhatə edən maddələr öz

əksini tapmışdır ki, bunlar da beynəlxalq mədən-filiz sənayesində hamılıqla qəbul edilmiş prinsiplərə uyğun gəlir, təhlükəsiz

mədən-filiz əməliyyatlarının aparılması üçün şərait yaratmış olur. Azərbaycan Respublikasının maraqlarına cavab verdiyini,

ölkəmizin iqtisadi-sosial potensialının gücləndirilməsinə, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət etdiyini nəzərə

alaraq sizdən Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının

öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəstək verməyinizi və təsdiq olunmasına səs

verməyinizi xahiş edirəm.

Mən təcrübəmdən bilirəm ki, müzakirə zamanı bəzi suallar ortaya çıxacaq, bəzi məqamlara aydınlıq gətirmək lazım olacaq. Buna

görə də bəzi əlavələri etməyi özümə borc bilirəm. Sual ola bilər ki, hansı meyarlara görə bu şirkətlər podratçı tərəflər kimi



Yüklə 317,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə