Milli Kitabxana 1 İskəndər Etibar



Yüklə 466,68 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix01.07.2018
ölçüsü466,68 Kb.
#52512
1   ...   9   10   11   12   13   14   15   16   17

_______________Milli Kitabxana_______________ 

56 


 

Əngəl olmasaydı əgər kişilər,  

Ay nədi, ulduza uçardı qadın! 

 

Mən kimi istəsəm edərəm sürgün,  



Hökm edə bilirəm, Ali Komandan,  

Önümdə farağat dayansın hər gün. 

 

Brejnev bircə an düşsə əlimə,  



Onu əsgi edib, qanun silərdim.  

Kəsərdim başını alim ərimin,  

Əsgi Brejnevlə qanın silərdim. 

 

Bütün inadları - sərt zəncirləri,  



Qırıb dağıdıram bircə baxışla.  

Elə şumlayaram, ər kişiləri,  

Belə şumlanmayıb torpaq da xışla. 

 

* * * 



Pislədim ərimi uşaqlarıma,  

Günahı məndə yox, onda görsünlər.  

Öyrətdim, nə versəm, ac canavar tək,  

Yesinlər, sonra da - Sağ ol! - desinlər. 

 

Aliment, qonorar aldığım günlər  



Şaqraq, qəhqəhələr selləndi evdə.  

Səsdən çilçıraq da şelləndi evdə.  

Sərxoş qadınlarla sərxoş kişilər,  

Necə acgözdülər, görməmişdilər?!  

Açılır gül kimi cənnət sinələr,  

Az qalır, ulduzlar enib, sinələr. 

 

Coşur ehtiraslar, qaynayır hisslər,  



Hamı sarmaşıqdı, sarılmaq istər!  

Şampan şüşələri fantan fışqırır,  

Yanaşı otaqda - zindanxanada,  

Diksinən uşaqlar qorxub qışqırır. 

 

ƏZABLAR PƏNCƏSİNDƏ 

   



_______________Milli Kitabxana_______________ 

57 


 

Günlər ayı,  

Aylar illəri qovdu...  

Çırtladım, ağ tum kimi  

Qabıqladı illərim,  

Məni yaman günlərlə,  

Qabaqladı illərim.  

Hanı başdan keçənim,  

Yolumda od içənim?  

Hanı saçlı cavanlar?  

Hanı o daz keçəllər?  

Yanımdan kor keçirlər.  

Gülürlər halıma, uşaqlarıma,  

"Bu filan fahişənin qızı, oğludur" – 

deyib, tanıdırlar uşaqlarımı.  

Qara torpaq kimi vicdan cücərdir,  

Artır göbələk tək əzablar bir-bir.  

Almanı, heyvanı yeyən qurd kimi,  

Əzablar içimi yeyib çürüdür;  

Dirilir, çoxalır, sanki kürüdür.  

Hərdən yada düşür İvan, Ayrapet,  

Məktəbli Domniçev, dustaq Murad da.  

Bədənim dəhşətdən alışır yenə.  

Tüküm biz-biz olur, elə bilirəm,  

Bir milyon qarışqa daraşıb mənə.  

ölmək istəyirəm, ölüm də gəlmir.  

Özümə qıymağa əlim də gəlmir.  

Günəşin odunda üşüyür əlim,  

Məni qızdıracaq bir isti yoxdur.  

Mənə nə oldusa, mən özüm etdim,  

Mənimlə Allahın bir qəsdi yoxdur. 

 

Yazıb saxlamışam sol döşüm altda,  



"Kim məni öldürsə, kim mənə qıysa  

Cani tanımayın onu həyatda". 

 

İndi anlayıram, indi duyuram,  



Qadın azadlığı belə deyilmiş, 

   



_______________Milli Kitabxana_______________ 

58 


 

 

Anlaya bilmədim mən bu hikməti,  



Bir vaxt nadanlıqdan, indi duyaraq  

Sevdim, alqışladım bu hökuməti.  

Azadlıq, harınlıq deyilmiş ey, vah...  

Əzablar əlində çürüyürəm mən,  

Ömrü yaşamıram, sürüyürəm mən. 

 

ƏRİMƏ MƏKTUB 

 

Alçaqlığın zirvəsiyəm,  



zil səsiyəm, 

Hey soluram əməlimdən.  

Yada düşür o illərim,  

Mən uçuram təməlimdən.  

De, hardasan, - ər - dediyim,  

Yıxılıram, tut əlimdən.  

Yox, toxunma, əllərində  

Əllərimin çirki qalar.  

Yaxın gəlmə, nəfəsinə  

Mən alçağın, mən murdarın  

Pis nəfəsi ləkə salar. 

 

Sən zirvəsən, mən ətəyəm,  



Nə daşın var, tök başıma.  

Bulud-bulud - ölüm yüklü,  

Qəzəbini çək başıma.  

Çax evimdə-eşiyimdə,  

Vursun məni ildırımın.  

Mən atılım, parçalanım,  

Ömrün, günün gətirdiyi,  

Bu uçurumun, sıldırımın  

Göz qaralan zirvəsindən. 

 

Bir zaman deyərdin, yaxşı deyərdin:  



"Vicdan zəlzələsi olmalıdır ki,  

Oyanıb özünü görə biləsən.  

Həyatda tanıyıb özünü bir gün,  

Sən özün-özünə gülə biləsən". 




_______________Milli Kitabxana_______________ 

59 


 

Vicdan zəlzələsi işini gördü,  

Bir də məktubların, - o ağrıların  

Oyatdı yuxudan azadlığımı,  

Göstərdi o, mənə yol azdığımı. 

 

ƏRİMİN BİRİNCİ MƏKTUBU 

 

Bu ürəyim tez açıldı:  



Alqışladı gəlişini.  

Döndü yaşıl göy çəmənə  

Çiçək bilib gülüşünü. 

Ürəyimdə taxta çıxıb,  

Hökm verib fərman yazdın.  

Ürəyimdə baş qaldıran  

Arzulara məzar qazdın. 

Nağıldakı qızıl balıq,  

Qoca oldum səndən ötrü  

Bəyənmədim, - sən sevmədin  

Hansı rəngi, hansı ətri. 

Gümüş xəncər - namərdliyin  

Uf,...f... saplandı kürəyimdən;  

Qopdu, qalxdı ürəyimin  

Bir Şamaxı zəlzələsi,  

Qaçıb çıxdın ürəyimdən. 

İndi yetim cücə kimi  

Üşüyürsən ürəyimsiz.  

Düşüb ömrün yoxuşuna,  

Töşüyürsən, ürəyimsiz. 

Bir barama qurdu kimi  

Yeyib yarpaq ürəyimi,  

Sən özünə tor hörmüsən...  

Heç kim, heç kim görməsin, yox,  

O günü ki, sən görürsən. 

   



_______________Milli Kitabxana_______________ 

60 


 

İşıqlı 

 

Həyat palaz kimi çırpsa da məni,  



O qədər çirkliyəm, təmizlənmərəm.  

Bu dünyaya, bu həyata,  

Yüz yol gəlib-getsəm, təzələnmərəm. 

Sızlayır sinəmdə, mənə zülm edir  

Yalvarıram sussun, susmur ürəyim.  

Zəhərlənən ömrüm, pis əməlləri  

Yalvarıram qussun, qusmur neyləyim? 

Allah da nə yaman amansız imiş,  

Məndən qisas alır, intiqam alır.  

Güzgüyə baxıram, gör nə gündəyəm,  

Yanağım, gözlərim hər gün sozalır. 

Deyərdim - əməlim pisdisə əgər,  

Qaytarsın Allahım məni pis yoldan.  

Qaytarmır! - deməli, xeyirxaham mən.  

Hər kəsi qəflətdən odur oyadan. 

Çürük fəlsəfələr məni kor etdi,  

Fitnələr, kələklər eldə kar etdi.  

Bu kora, bu kara yol, iz neyləsin?  

Ər, oğul, qız məni necə söyməsin? 

  

   




Yüklə 466,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə