2015 Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı



Yüklə 90,52 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü90,52 Kb.
#5990
növüXülasə


AzJESS 

2015 

 

 



                                             Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı 

www.azjess.com 

Sayı/Number 5, 2015 



 

 

          



TUT AĞACININ ƏHƏMĠYYƏTĠ VƏ MƏHSUL ĠSTEHSALININ 

ARTIRILMASI YOLLARI  

Sadıqov Akif Həbibulla oğlu 

Az.ETKTİ və Tİ-nun böyük elmi işçisi 



 

Xülasə 

Məqalədə  Azərbaycanda  barama  istehsalında  tut  ağacının  əhəmiyyəti,  barama 

qurdunun əsas yemi kimi tut yarpağı istehsalının inkişaf etdirilməsi, eyni zamanda ipək 

sənayesinin  yenidən formalaşması  və inkişafı barədə  görüləsi işlərin əsas istiqamətləri 

tədqiq edilmişdir.  

 

 



Açar sözlər: tut ağacı, əhəmiyyəti, tut meyvəsi, artırılması, istehsal.       

            

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel 80 nömrəli Fərmanı 

ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013 –cü illərdə sosial 

iqtisadi inkişafı Dövlət Proqramı”nda kənd təsərrüfatının ənənəvi sahəsi olan ipəkçiliyin 

inkişafı  prioritet  sahə  olaraq  müəyyən  edilməsi,  Bərdə,  Ucar,  Zərdab,  Balakən,  Qax, 

Şəki rayonlarında və Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsulları istehsalı və 

emalının inkişafının dəstəklənməsi nəzərdə tutulmuşdur. Bu kənd əhalisinin məşğulluq 

səviyyəsinin  yüksəldilməsinə  və  təsərrüfat  fəaliyyətindən  gəlirlərinin  artırılmasında 

baramaçılıq  və  ipəkçiliyin  inkişaf  etdirilməsi  zəruriyyətindən  irəli  gəlir.  Bitkiçilikdə 

əkin  altında  olan  məhsuldar  torpaq  sahələrindən  səmərəli  istifadə  etmədən,  sənaye  və 

kənd  təsərrüfatında  məhsul  istehsalını  artırmaq  mümkün  deyildir.  Odur  ki,  torpaq 

sahələrindən  xüsusilə  də  kənd  təsərrüfatına  yararlı  torpaqlardan  daha  səmərəli  istifadə 

olunması tələb olunur . 

 

Məlumdur ki,  baramanın istehsal edilməsi üçün tələb olunan barama qurdunun 



yemi  tut  yarpağı,  tut  ağacının  məhsuludur.  Yarpaq  sıxlığına  görə  tut  ağacının  24-dən 

çox  növü  vardır.  Əvvəllər  bu  ağacları  arxların  və  bərələrin  kənarlarında,  sonralar 

həyətyanı istifadə üçün verilmiş torpaqlarda əkib becərməklə artırırdılar. Daha sonralar 

calğa  toxumunu  çəkilliklərdə  yetişdirmək  yolu  ilə  alınan  tingləri  istənilən  yerlərə 

əkərdilər.  Tut  bitkisindən  Azərbaycan  xalqı  həm  də  müalicə  bitkisi  kimi  istifadə 

etmişdir.  Bu  bitkinin  yeraltı  və  yerüstü  orqanlarından  istifadə  edilməsi  xüsusilə  onun 

meyvəsindən  hazırlanmış  məhsullardan  bir  çox  xəstəliklərin  müalicəsində  uğurla 

istifadə  edildiyi  barədə  böyük  təbib,  mütəfəkkir  və  filosof  İbn-Sina  (Əbu-Əli  Hüseyn 

İbn  Abdullah  980-1037)  məlumat  vermişdi.  Tutun  oduncağının  gərginliyə  və  rütubətə 

davamlılığı  yüksək  olduğundan  ondan  inşaatda  yüksək  keyfiyyətli  mebel,  musiqi 




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

110 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

alətləri, tüfəng qundağı, çəlləklər və s. hazırlanmasında istifadə edilir. Qabığından lif və 



kökündən  isə  qızılı  sarı  rəng  alınır  ki,  bundan  da  ta  qədim  zamanlardan  boyaq 

sənayesində  istifadə  edilir.  Təbabətdə  qeyd  olunduğu  kimi  orqanizm  üçün  çox 

xeyirlidir. Tutun tərkibində vitamin və minerallarla yanaşı zərərverici mikrob öldürücü 

bakteriyalar da var. Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır, 

hərarəti salır. Qaraciyəri qüvvətləndirir, mədə və bağırsaqların  fəaliyyətini  nizamlayır, 

yeyildikdə həzmi asanlaşdırır. Ağ tut ac qarına yeyildikdə bağırsaq qurdlarını salır. Qara 

tut  isə  ağız  və  boğaz  iltihablarında  yaxşı  təsir  göstərir.  Ağ  tutun  15-20  qr  yarpağı  3 

stəkan  su  ilə  qaynadılıb  içildikdə  sidik  qovucu  təsir  göstərir.  Bu  tərkib  eyni  zamanda 

yüksək hərarətin aşağı salınmasında da istifadə edilməkdədir. Tutun təzə yarpaqları ilə 

dəridəki  yaralara və burundakı qanaxmalara tampon edildikdə qanaxmaları dayandırır. 

Qara tutun yarpaqları və qabıqları qaynadıldıqda əldə olunan maye ilə qarqara edilərsə 

boğaz, ağız və diş əti iltihablarının qarşısı alınar. Təzə və xəzəl halında yarpaqlarından 

heyvanlar, meyvəsindən isə insanlar üçün qida olaraq bəhməz, riçal, mət, kişmiş, şirə, 

sirkə,  mürəbbə,  spirt  (Şuşanın  Malıbəyli,  Şuşu, Quşçular  və  s.  kəndlərində  çox  böyük 

tut plantasiyaları  salınmış və onun meyvəsindən tut arağı  istehsal edərək kolxozçulara 

əmək  günü  hesabına  tut  arağı  da  vermişlər)  hazırlanır.  Balqabağı  (boranı)  doğrayaraq 

suda  bişirdikdən  sonra  tut  meyvəsini  soğanla  yağda  qızardırlar  və  doğranıb 

bişirilmişlərin üzərinə əlavə edib yeyirlər. Bu tərkiblə hazırlanmış qida məmulatı Kuba 

mətbəxinin ən ləziz yeməyi sayılır. Tut ağacı meyvəsindən hazırlanan məhsullar .

 

1)



 

Tut kökəsi . 

Tut  meyvəsini  yuduqdan  (üzərindən  su  keçirməklə  )  sonra  zərif  sıxılmaqla 

ondan  şirə  və  sirop  alınır.  Tutun  sıxılmış  yarı  ətli  hisəsinə  buğda  unu  əlavə  edib 

qarışdırıldıqdan sonra böyük olmayan kökə forması halına salınır və peç duxovkasında 

bişirilir. Təzə-təzə yedikdə çox dadlı olur,qalıb quruduqca pryanikə bənzəyir. 

2)

 

Qara tut və xartut mürəbbəsinin hazırlanması qaydası.  



Mürəbbənin hazırlanması üçün 1kq qara tut və 1.5 kq şəkər tozu tələb olunur. 

Qara  tutun  saplağını  təmizləyib  yuduqdan  (üzərindən  su  keçirib)  sonra  qaba 

(tasa)  yığın.Tasdakı  tutun  üzərinə  normanın  yarısı  qədər  şəkər  tozu  tökün  və  5-6  saat 

sərin  yerdə  saxlayın  ki,  ondan  şirə  çıxsın.  Çıxan  şirəni  başqa  tasa  tökün  şəkər  tozu 

normasının  qalan  hissəsini  əlavə  edin.  Alınmış  mətə  tutu  əlavə  edib    tası  bir  balaca 

sirkələyin ki, meyvələr şirəyə qarışsın. Sonra od üzərinə qoyub hazır olana qədər bişirin

köpüyünü yığdıqdan sonra mürəbbə hazır olur. 

3)

 



Tut marmeladı. 

Bunun üçün 1 kq tut və 0.5 kq şəkər tozu tələb olunur. 

Yuyulub,  təmizlənmiş  tutu  xırda  gözlü  ələkdən  keçirin  və  onun  ələkdə  qalmış 

tumlarını atın.Alınmış əzmənin içinə və şirəyə şəkər tozunu qatın və gur odda qarışdıra-

qarışdıra hazır olana qədər bişirin. Bu marmelad (maye) qalınlaşanda onu şüşə bankaya 

yığın, üstünü perqament kağızı ilə örtüb sarıyın. 

4)

 

Tut kampotu.  



İstifadə olunan ərzaq norması. 

1 kq tut, 1 kq şəkər tozu, 5 litr su 

Ağacdan  dənlənilmiş  təzə  tutu  saplağından  təmizləyib  aşsüzənə  yığıb 

yuyun(soyuq  sudan  keçirməklə).  Tutu  tasa  tökdükdən  sonra  üzərinə  hazırladığımız 




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

111 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

şəkərli  şirəni  tökün  və  onu  odun  üstündə  80°  istilikdə  20  dəqiqə  bişirin.  İstifadə 



edəcəyiniz  bankalar,  20  dəqiqə  müddətində  parla  sterilizovat  olunduqdan  sonra  hazır 

kampotu bankalara töküb bağlayın. 

5)

 

Bişinti. 



İstifadə olunan ərzaq norması. 

0.5 kq tut meyvəsi, ½ stəkan şəkər tozu, ½ stəkan xama, ½ stəkan un və 7 stəkan 

su. 

Qara  və  ya  ağ  tutun  saplağını  təmizləyib  yuduqdan  sonra  tasa  yığın  üstünə  su 



töküb  tam  qarışdırılaraq  bişirin.  Sonra  onu  süzgəcdən  keçirib  içərisinə  bir  az  şəkərlə 

qarışdırılmış  un  tökün  və  birlikdə  bişirin.  Daha  sonra  üstünə  xama  əlavə  edib(töküb) 

isti-isti yeyin. 

6)

 



Tutdan hazırlanmış qəndli meyvə püresi: 

Marmeladın reseptində olduğu kimi tutdan püre hazırlayıb, tasa tökdükdən sonra 

odun  üstünə  qoyun  və  tasın  dibi  görünənə  qədər  qarışdırın.Sonra  onu  qalın  hissələrə 

bölüb təmiz şüşənin üstünə yerləşdirirlər ki, bir neçə gün qalıb qurusun. Hazır pastilanı 

kvadrat  formasında  kəsib  üstünə  şəkər  pudrası  və  ya  un  səpib  şüşə  bankaya  yığın  və 

lazım olduqca istifadə edin.   

Tutun  meyvəsindən  qurudulmuş  və  yaş  halda  istifadə  olunur.  Eyni  zamanda 

quşların  yemləndirilməsində  çox  geniş  istifadə  edilir  və  bu  da  məhsuldarlığın 

artırılmasını  təmin  edir.  Tut  ağacları  sırasında  ağ  tut,  qara  tut,  qonur  tut  və  xar  tut 

ağacları  öz  dadlı  meyvələri  ilə  fərqlənməklə  yanaşı  başqa  xüsusiyyətlərinə  görə  də 

fərqlənirlər.  Belə  ki,  qara  tut  gec  yarpaq  açır,  şaxtaya  davamlıdır,  onu  şaxta  vurmur. 

Xromosom  sayının  çoxluğu  ilə  fərqlənən  «xar  tut»  növü  də  var.  Bu  haqda 

polmologiyanın „„ata”sı sayılan Böyük Pliniy (Qay Sekund 23-79  y.e) bitkilər sırasına 

aid  edilən  və  buzlaşmadan  əvvəl  meydana  gəlmiş  çiçəkli  bitkilər  sırasında  308 

xromosom  sayı  ilə  son  məlumatlara  görə  isə  330  xromosom)  seçilən  xar  tut  növü 

haqqında  yazmışdı.  Bu  məlumata  əsaslanıb  «xar  tut»  sözü  qara  tut  sözünün  fonetik  

şəkil dəyişməsindən əmələ gəlmişdir və ehtimal etmək olar ki, «qara tut» sözü hər hansı 

bir tayfa birləşməsi dilində «xara tut» kimi tələffüz edilmiş, get-gedə «a» səsi itmiş və 

yaxud  bəlkə  də  qara  rəngli  meyvə  verən  cır  tut  formalarından  fərqləndirmək  üçün  bu 

növə  xar  tut  demişlər.  Onu  da  bilmək  lazımdır  ki,  özündən  naxışları  olan  parlaq  ipək 

parça “xara” adlanır, həmçinin xar sözü yumşaq mənasında da işlənir. Sadalananlardan 

başqa  Azərbaycanda  çox  qədimdən  bizlərə  gəlib  çıxan  növlərdən  “Dənəli  tutun”, 

“Şirvan  tutun”,  “Bidanə  tutun”,  “Gəncə  tutun”  və  “Şax  tut”  ağacı  növlərinin 

meyvəsindən və yarpaqlarından da çox istifadə olunur. İpəkçiliyin elmi əsaslarla inkişaf 

etdirilməsi məqsədilə 1925-ci ildə Gəncə şəhərində Azərbaycan torpaq komissarlığının 

tabeçiliyində  “Gəncə  Zona  Elmi-Tədqiqat  İpəkçilik  Stansiyası”  yaradılmışdır.  Tutun 

genetikası  və  seleksiyası  üzrə  planlı  elmi-tədqiqat  işlərinə  əsasən  XX  əsrin  30-cu 

illərində  başlanılmışdır.  Ən  yaxşı  xarici  tut  növlərinin  introduksiyası  və  yeni  yüksək 

məhsuldar  tut  növlərinin  yaradılması  üzrə  planlı  seleksiya  işləri  Azərbaycan  Elmi-

Tədqiqat  İpəkçilik  Stansiyasında  aparılmışdır.  1934-cü  ildən  başlayaraq  az  sonra 

stansiya Tiflis Elmi-Tədqiqat İpəkçilik İnstitutunun tabeliyinə verilsədə 1941-ci ildə ona  

müstəqil elmi-tədqiqat müəssisəsi statusu verilərək SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 

tabeliyinə  verildi.1954-cü  ildən  isə  o,  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Nazirliyinin 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

112 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

tabeliyinə verildi və elmi-tədqiqat işləri yeni vüsət aldı. Belə ki, Azərbaycanda tutçuluq 



elminin  banisi  İ.K.  Abdullayev  bu  dövrdə  stansiyada  işə  başlamışdır.  O,1934-1942  ci 

illərdə  Azərbaycan  Elmi  –Tədqiqat  İpəkçilik  Stansiyasında  tutçuluq  şöbəsinin  elmi 

əməkdaşı,  müdiri  1941-42  ci  illərdə  stansiyanın  direktoru  işləmişdir.  Bu  dövrlərdə 

akademik  İ.K.Abdullayevin  rəhbərliyi  ilə  Azərbaycan  Elmi-Tədqiqat  İpəkçilik 

Stansiyasının elmi əməkdaşları F.A.Cəfərovun, E.M.Hüseynovun, aspirant Ə.Əkbərli və 

aqrotexnik  Y.Məmmədovun  iştiraki  ilə  ipək  trestinin  işçiləri,  respublikanın  əməkdar 

aqronomları  A.H.Mustafazadə,  M.Kopin  və  həmçinin  Balakən  rayon  ipəkçilik 

idarəsinin  əməkdaşı,  respublikanın  əməkdar  aqronomu  M.Qalacevin  yaxından 

köməkliyi  ilə  1935-1940-cı  illərdə  respublikanın  əsas  ipəkçilik  bölgələrində  və  Kür 

sahili  meşə  massivlərində  aparılmış  geniş  ekspedisiyalar  nəticəsində  tut  bitkisinin 

Azərbaycanda  mövcud  növ  tərkibi  öyrənilmişdir.  Tut  bitkisi  Azərbaycanda  ipək 

qurdlarının yemlənməsində bir çox sortları ilə geniş vüsət almışdır. Əsasən 1940-ci ildə 

yerli cır tut populyasiyası içərisində Ağdaş tut növü üstünlük təşkil etmişdir ki, onun da 

yarpaq məhsuldarlığı 45-50 sen-ha təşkil edirdi. Bu da cır tutun məhsuldarlığından 25-

30 sent/ ha çox idi. İntensiv seleksiya işləri aparılmaqla daha məhsuldar və keyfiyyətli 

“Zərif tut”, “Sıxgöz tut”, “Azəri tut”, “Firudin tut”, “Bağça tut”, “Nəsrəddin tut” növləri 

əldə  edildi.  Beləliklə  Azərbaycanda  tutçuluq  elminin  banisi  akademik  İ.K.Abdullayev 

başda  olmaqla  bir  çox  alimlər  klassik  və  genetik  metodlardan  yaradıcılıqla  istifadə 

edərək  N.A.Cəfərov,  İ.V.Turcaninova,  O.R.Ələkbərova,  Ə.H.Sadıqov.  V.S.Həsənov, 

F.N.Nəcəfova,  Y.K.Məmmədova,  R.N.Musayev  və  başqalarının  səyləri  nəticəsində 

tutun  müxtəlif (toxum, çilik, calaq, hibrid, ting və s.) növlərini inkişaf etdirmişlər. 

Böyük  Pliniy  (Qay  Sekund  23-79  y.e)  özünün  ”Təbii-tarix”  kitabında  Güney 

Qafqazda (Zaqafkaziyada) tutun meyvəli növləri haqqında geniş məlumat vermişdir. O 

yazırdı ki, “Qafqazda, İranda (Cənubi Azərbaycan), Albaniyada (Şimali Azərbycan) tut 

ağacları sitayiş yeri kimi istifadə edilirdi. Qeyd etmək yerinə düşər ki, tut ağacı sitayiş 

obyekti  kimi  sirli  ağac  olaraq  bizim  yaşadığımız  günlərdə  ziyarətgahlarımızın  demək 

olar  ki,  hamısında  özünü  göstərir.  Göyçayın  Qaraman  kəndindəki  İlyas  babanın  ocağı 

deyilən ziyarətgahda “İlyas tut” (Akademik İ.Abdullayevin şərəfinə adlandırılan) ağacı 

haqqında  görənlərin  danışdıqları  heyrətamiz  bir  haldır.  Tut  ağacı  haqqında  yazılmış 

sözlərdən  bəstələnmiş  mahnılarda  da  məs.(tut  ağacı  tut  ağacı,  ümman  yerim  güman 

yerim  və  yaxud  tut  ağacı  boyunca  tut  yemədim  doyunca  və  s.)bu  ağaca  olan  sitayiş 

ifadələridir.  Qarabağ  mahalının  Azıx  kəndində  (ən  qədim  yaşayış  məskəni  olan  Azıx 

mağarasının  adını  bu  gün  də  yaşadan  və  həmin  ərazidə  yerləşən  kənd)  çox  yaşlı  tut 

ağacları var və orada qədim bir məbəd də  yerləşir. Azərbaycanda, Azıx mağarasından 

tapilan  və  dünyada  Azıxontrop-Azıx  adamı  kimi  tanınan  bu  əvəzsiz  yadigar  dünyada 

beş  tapıntıdan  biridir,  keçmiş  SSRİ  ərazisində  yeganə  və  ən  qədim  tapıntıdır. 

Azıxantrop təxminən 350-400 min il bundan əvvəl dövran sürmüşdür). Həmin ərazidə 

yaşayan  əhali  ziyarətgah  kimi  tut  ağaclarına  sitayiş  edirlər.  Tut  ağacının  yarpağından 

alınan ipək parça haqqında Qurani- Kərimin 31 –ci ayəsində Mömin insanların cənnəti 

belə təsvir olunur. Onları (ağacları) altında çaylar axan Ədn cənnətləri gözləyir. Onlar 

orada  taxtlara  (taftadan  və  qumaşdan)  yaşıl  paltarlar  geyəcəklər.  Naxçıvanda  Əshabi-

Kəhf ziyarətgahında bitmiş tut ağacı bitkiçilik şərtlərinə əməl olunmadan yəni, normal 

mühüt nəzərdə tutulan (günəş şüası, hava, münbit torpaq olmadan) mağaranın içərisində 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

113 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

bitib  və  məhsul  verərək  yaşayır.  Yeri  gəlmişkən  Qurani-  Kərimin  Əl-Kəhf  (mağara) 



surəsinin  9-cu  ayəsindən  27-ci  ayəsinə  qədər  Əshabi-Kəhf  ziyarətgahı  haqqında 

yazılmışdır(səh.  361-dən  başlayaraq).  Bu  bitkinin  ömrü  başlıca  olaraq  onun  istismar 

olunması-olunmamasından  asılıdır.  Belə  ki,  toxumdan  bitən  və  istismar  olunmayan 

ağaclar  400-500  ilə  qədər  yaşaya  bilir.  Hər  il  istismar  olunan  (budanan)  yemlik 

plantasiyalardakı ağaclar isə təxminən 10 dəfə az, yəni 45-50 il ömür sürür. Bəlkə də bu 

sirli ağacın yarpaqları ilə qidalanan barama qurdlarının ifrazatından özünə qurduğu ipək 

sapdan ibarət olan ev «barama» möcüzəlidir.  

Şifahi  xalq  ədəbiyyatında  da  ipək  qurduna,  ipəkçiliyə  aid  qiymətli  fikirlər 

söylənilmişdir: 

Səbrlə halva bişər, ey qora səndən 

Bəsləsən atlas olar tut yarpağından. 

Dahi Nizami Gəncəvi hələ 12-ci əsrdə yazırdı: 

İpək qurduna bax, özünə gör sən 

Həm kəfən, həm xələt hörür ipəkdən.  

Və  yaxud  Nizami  Gəncəvi  barama  qurdunun  biologiyasına  metomorfoz  yolu  ilə 

inkişaf  etməsinə,  hər  inkişaf  mərhələsində  nə  kimi  dəyişikliklərə  uğradığını 

bilərək insanların tənbəlliyini təsvir və tənqid edərək yazmışdır. 

Barama qurdu bax etdi köləlik, 

Özgədən yem aldı bir də köləlik, 

Bircə barmaq boyda olunca təni

Qusdu yediyini, söndü bədəni. 

 (İsgəndərnamə I –ci cild)  

 XII –ci əsrdə yaşamış Xəqaninin əsərlərində də bu barədə yazılmışdır;  

 Barama qurdu edib qənaət, 

Zahid tək yerində yaşayır rahat. 

Calğa  və  tut  bağlarının  salınması  nəinki  barama  istehsalı  üçün  xammaldır  və 

həmdə təbiətin mühafizəsində, ekologiyanın təmiz olmasında, torpaq sürüşmələrinin və 

su 


eroziyasının 

qarşısının 

alınmasında 

qumluqların 

və 

dərələrin 



möhkəmləndirilməsində,  tarla  qoruyucu  meşə  zolaqlarının  salınmasında,  şəhər  və 

qəsəbələrin  yaşıllaşdırılmasında  əkin  sahələrinin  küləkdən  mühafizəsində  böyük  rolu 

var. Yeri gəlmişkən ölkəmizdə tut bağlarının salınması dinamikası respublikada şəkildə 

göründüyü kimi olmuşdur.  

Şəkil 1 tut bağlarının genişləndirilməsinə 1950-ci illərdən başlayaraq xüsusi fikir 

verildiyini  söyləməyə  əsas  verir.  Belə  ki,  1950-ci  ildə  mövcud  olmuş  4,75  min  ha  tut 

bağları sahəsi növbəti 1-ci 10 illikdə 14,84 min hektara, 2-ci 10 illikdə 20,6 min hektara 

və 1975-ci ildə isə 24,0 min hektara çatdırılmışdır. Bununla yanaşı tut ağacından əkin 

sahələrini küləkdən şaxtadan qorumaq üçün meşə zolaqlarının da salınmasında istafadə 

olunmuşdur.  Yaxşı  olardı  ki,  Kür  çayı  ətrafında  olan  Tuqay  meşəsinin  qırılan  və 

subasan  sahələrində  sənaye  əhəmiyyətli  olan  ən  qiymətli  tut  bitkisini  əkmək  çox 

səmərəli olardı. 

                       



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

114 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

 

             ġəkil 1. Azərbaycanda tut bağları sahəsinin artırılması (1000 ha) 



Tut 

yarpağı 


Azərbaycanda 

barama 


istehsalında, 

ipək 


qurdlarının 

yemləndirilməsində  əvəz  edilməz  yem  kimi  eramızın  əvvələrində  istifadə  edilməyə 

başlanmışdır.  Çində  barama  istehsalı  üçün  ipək  qurdlarının  yemləndirilməsində  palıd 

ağacının  yarpağından da istifadə olunur. Lakin palıd ağacının  yarpağından alınan ipək 

cod,  tut  ağacının  yarpağından  alınan  ipək  çox  yumşaq  və  zərif  olur.  İpəkdən 

kosmetikada  da  istifadə  olunur.  İstifadə  istiqamətlərinin  biri  də  ipək  sabundur  və  əsl 

zinətdir. Sabunun tərkibinə ipək proteini əlavə olunur ki, bu da dəriyə qulluq üçün ən 

xeyirli  vasitədir.  Bu  sabuna  əl  vuranda  onun  ipək  kimi  olduğunu  hiss  edirsən,  onun 

tərkibinə “cod” kompanentlər misal üçün döyülmüş otlar, tozlar əlavə edilmir. Bu sabun 

ipək  kimi  yumşaq  olması  ilə  çox  xoşagələndir.  İpək  sabunun  ən  ucuz  variantının 

hazırlanması  üçün  boyanmamış  ipək  sapı  xırda  doğrayaraq  təzə  hazırlanmış  qələvidə 

əridilir  (bir  neçə  dəqiqədən  sonra  o  tamamilə  əriyir).  Əslində  maye  soyuyana  kimi 

tamamilə ərimə gedir. Əgər bir iki sap daxilində əriməmiş qalarsa bu böyük bir qüsur 

deyil. Sonra sabun hazırlanır. Bu yolla hazırlanan sabunlar ucuz başa gəlir.  

Tut ağacının  yarpağı barama istehsalı üçün əvəzedilməz xammal  olduğu kimi  həm  də 

kainata  oksigen  bəxş  edir.  Odur  ki,  bərpa  olunan  yerlərə  tut  ağacının  əkilməsinə 

üstünlük verilməsi məsləhətlidir.  

Azərbaycan  Respublikasının  ictimai  təsərrüfatlarında  barama  istehsalı  1991-ci 

ildə  pik  nöqtə  olaraq  5.9  min  ton  olmuşdur  2000-ci  ildə  barama  istehsalı  azalaraq 

Naxçıvan Muxtar Respublikasında 21.0 ton və yaxud 22.1%, Gəncə-Qazaxda 8 ton və 

yaxud  89%  Qarabağ-Mildə    992  ton  və  yaxud  52%,  Şirvanda  553.1  ton  və  yaxud 

61.2%, Muğan –Səlyanda  3.4 ton və yaxud 86.7%, Şəki –Zaqatalada 1054 ton və yaxud 

51.4%, Lənkəran –Astarada 33.7 ton və yaxud 43.9% və s. rayonlarda ildən-ilə azalaraq 

0.1  min  tona  enmişdir.  Bu  dövrdə  həm  də  tut  ağacları,  tingləri  və  toxmaçarlıqları 

baxımsızlıq üzündən məhv edilmişdir. Barama istehsalının xammalı olan tut yarpağının 

əldə  olunması  üçün  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  1  yanvar  2013  cü  il 

vəziyyətinə  isə  həmən  regionlar  müstəsna  olmaqla  Azərbaycan  üzrə  tinkliklər  və 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

115 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

toxmaçarlıqlar 12727 ha, o cümlədən suvarılan 9061 ha olmuşdur. Qeyd etmək lazımdır 



ki, bunun 2122 ha işğal olunmuş torpaqlardadır. Bu vəziyyətin yaranması 1988-1993 –

cü illərdə barama istehsalı ölkədə gedən hadisələrlə əlaqədar olaraq ildən –ilə tut bağları 

azalaraq 12727 hektardan 10605 hektara, barama istehsalı isə 5.9 min tondan 2009-cu 

ildə  0,02  min  tona  endirilmişdir.  2003-cü  il  1  yanvar  tarixinə  respublika  üzrə  cəmi 

15091  hektar  tut  tingləri  və  toxmaçarları  olmuşdur  ki,  bundan  160  hektarı  Naxçıvan, 

127  hektarı  Gəncə-Qazax,  5004  hektarı  Yuxarı-Qarabağ  3126  hektarı  Aran,  5611 

hektarı  Şəki-Zaqatala,  829  hektarı  Kəlbəcər  –Laçın,  130  hektarı  Lənkaran,  93  hektarı 

Dağlıq-Şirvan  və  11  hektarı  isə  Abşeron  regionunun  iqtisadi  rayonlarının  payına 

düşür.Yaxşı olarki ən azı 1975 –ci ildəki 24 min hektara çatdırılması üçün ən azı 8909  

ha tut plantasiyası yenidən bərpa edilsin və baramaçılıq sahəsi daha da inkişaf etdirilsin.

 

Bir  qutu  ipək  qurdunun  yemlənməsi  üçün  1  ton  tut  yarpağı,  5  qutunun 



yemlənməsi  üçün  isə  1  ha  calğa  plantasiyası  tələb  olunur.  Son  zamanlar  1  qutuda  29 

qram ipək qurdu toxumu olurdu. Orta hesabla hər bir qutudakı ipək qurdu toxumundan 

40 -45 kiloqram yaş barama alınır. Bu hesabla 5 qutudan orta hesabla 200-225 kiloqram 

yaş barama alınır, 2.72 yaş baramadan isə 1 kiloqram quru barama alınır. Son zamanlar 

Şəki  şəhərində  yerləşən  “Şəki  İpək”  ASC  baramanın  satın  alınması  üçün  bir  neçə 

rayonla  müqavilələr  bağlamış  və  yeni  toxmaçar  bağlarının  salınması  üçün  tədbirlər 

görülmüşdür.  Kümdarlara  80  min  məhsuldar  tut  tingi  paylanılmış,  47  ha  yeni  tut 

plantasiyaları salınmış, 94 ha köhnə toxmaçar bağlarında təmir - bərpa işləri aparılmış, 

kümdarlara  770  qutu  barama  qurdu  toxumu  paylanılmış  və  nəticədə  15.8  ton  barama 

istehsal  olunmuşdur.  Qax  rayonunda  186  ha  sahədə  318  min  ədəd  ting  əkilmiş  və 

onların  becərilməsi  işləri  təşkil  olunmuşdur.  Kümdarlar  110  kiloqram  barama  qurdu 

toxumundan 31.1 ton barama istehsal etmişlər. 

Oğuz rayonunda da tut bağlarının genişləndirilməsinə başlanmışdır.“Şəki –İpək” 

ASC  tərəfindən  Çin  Respublikasından  116  kiloqram  ipək  qurdu  toxumu  gətirilmiş, 

respublikanın 11 rayonunda baramaçılıqla məşğul olan kənd əməkçilərinə paylanmış və 

81  ton  yaş  barama  istehsal  olunmuşdur.  Göründüyü  kimi  bu  görülən  işlər  çox  zəif 

aparılır.  Odur  ki,  barama  istehsalının  80-90  -  cı  illərdəki  şöhrətini  özünə  qaytarmaq 

üçün  dövlət  səviyyəsində  mühüm  tədbirlərin  həyata  keçirilməsi  zəruridir. 

Respublikamızın baramaçılıqla məşğul olan ayrı ayrı rayonlarında baramaçılığı daha da 

inkişaf  etdirmək  üçün  yüksək  məhsuldar  elit  barama  qurdu  toxumunun  alınması  və 

ondan səmərəli istifadə edilməsi tövsiyə olunur.  

 

ƏDƏBĠYYAT 



1. Qurani-Kərim 31-ci ayə 361-ci səh. və Əl-Kəhf (Mağara) surəsi 9-27 dək.  

2. Ə.Sadıqov, O.Ələkbərova Azərbaycanın yemlik seleksiya tut sortları. 293 səh. 

Gəncə 2008  s.11-19.  



3.  Filosof    İbn-Sina  (Əbu-Əli  Hüseyin  İbn  Abdullah  980-1037  )  1-ci  tom.  Səh 

37-39  


4. Pliniy .(Qay sekurd 23-799.e)  

5. A.H.Sadıqov, О.Р.Алекберова Насреддин- тут РНТС “Шелк” № 3-4, 1993 

c.4-5. 


 


AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                                     Number 5, 2015 

116 | 


.  

A k i f   S a d i q o v . Tut ağacının əhəmiyyəti və məhsul istehsalının artırılması yolları

 

 

 

 

Важность тутового дерева, и путей повышения производства 

Садыгов Акиф Габибулла оглы 

РЕЗЮМЕ 

В статье были исследованы основные направления проделанной работы в 

области  определения  сущности  тутового  дерева  в  производстве  коконов, 

расширения  производства  тутовых  листьев,  как  основного  корма  гусеницы,  а 

также формирование и развитие шелковой промышленности. 

Ключевые  слова:  растение  тутовые  деревья,  важность,  шелковицы 

фрукты, увеличение, производство. 



 

 

Importance of mulberry, and ways to improve production  

Sadigov Akif Gabibulla 

SUMMARY 

The  main  directions  of  the  work  in  the  area  of  defining  the  essence  of  the 

mulberry  tree  in  the  production  of  cocoons,  mulberry  leaf  expansion  as  the  main  feed 

caterpillars, as well as the formation and development of the silk industry were analyzed 

in the article. 

Key  words:  plant  mulberry  trees,  importance,  mulberry  fruit,  increasing 

production. 



Yüklə 90,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə