_______________Milli Kitabxana_______________
61
ƏRİMİN İKİNCİ MƏKTUBU
Mən səni, ölməz eşqin,
Sən, məni nadanlığın
Zirvəsinə çəkirdin.
Mən göylərə ucaldım,
Sən, bu gözəl həyatın
Zülmət dibinə çökdün.
Mən ki, səni ucaltmaq,
İlk ömrünü uzatmaq,
Leylim etmək istədim,
Sən isə xırdalandın.
Bit vurmuş unlar kimi
Yoğrulmadın.
Çılpaq yalanlar kimi
Doğrulmadın.
Səni Allah etmək,
Arxanca sürünmək,
Həsrətinə bürünmək,
Hara getsən,
Dalınca getmək istədim...
Sən xırdalandın:
Su kimi, civə kimi
Əldə durmadın.
Sürüşdün sabün kimi,
Partladın köpük kimi,
Çürüdün kötük kimi.
Allah etmək istədim;
O qədər xırdalandın:
Sən o qədər kiçildin,
Xəlbir nədir, cunadan,
Ələkdən də keçərdin.
Gözlə, yığım fikrimi,
Səhv etmişəm;
Süzülən mikrob kimi,
_______________Milli Kitabxana_______________
62
Sudakı amyob kimi
O qədərxırdalandın,
Milyon kərə böyüdən
Mikroskopla baxıram,
Görmürəm səni.
Mən bu həyat eşqinə
Yerdə alovlanarkən,
Sən bulanlıq sel olub, -
Eldə üstümə axdın.
Ürəyimə, hər yerdə
Zəfər bayrağı taxdın.
Biz uca zirvədəyik;
Sən böyük alçaqlığın,
Mən böyük ucalığın.
Daha dilbər, mələk yox,
Külqabısan, külqabı.
Papiros fısqıranlar,
Sənə tökür külünü.
Kim götürər, söylə, kim
Bu həyatın, dərilib
Ayaqların altında
Tapdaq olan gülünü?
Yaşa eşqi sönmüş gecələrini,
Günəşi sönmüş gündüzlərini.
Mən sənə çox dedim: -
Böyük Yaradan,
Görür, göydən baxır, sən inanmadın.
İndi səni yaxalayıb
Həyatın dəvə kini.
Həyat səni gövşəyir
Dəvə kimi.
ƏRİMİN OĞLUMUZA MƏKTUBU
Oğlum! İki gözüm, ömrümün ucu!
Analıq haqqında gizləndi anan,
Namusdan, ismətdən danışdı, ancaq,
Xəlvəti yerlərdə gözləndi anan.
Səni qurtarmaqçün namərd əlindən, -
_______________Milli Kitabxana_______________
63
Ağzı qan qoxulu bu dərd əlindən,
İsidə bilmədim "soyuq qanunu"
Qanunlar "qanunla" içdi qanımı.
Odlu duyğularım məni dağladı,
Gözlərim güldü ki, düşmən gülməsin.
Fəqət, bu sinəmdə ürək ağladı,
Şişirtdi könlümü anlamaq dərdi.
Öldürə bilmədim anan namərdi.
Oyuncaq görürəm, qəlbim uçunur,
Sən yadıma düşürsən.
Bir uşaq görürəm, könlüm açılır,
Sən yadıma düşürsən.
Görsəm uşaq paltarı,
Tez almaq istəyirəm:
Yada düşür ayrılıq,
Sınırqolum, qanadım,
İçimdən hirslənirəm.
Dükançıdan, dükandan,
Özümdən də küsürəm.
Elə yer axtarıram,
Məni görən olmasın,
Görüb, gülən olmasın...
İSLAMİN YUXUSU
Yatmışdı. Yuxuda gördü ki, İslam,
Ev yanıb, uşaqlar boz külə dönüb.
Hövlnak oyanıb durdu yuxudan,
Gördü ki, hər yanda işıqlar sönüb.
Şəhər şirin-şirin yuxulayırdı,
Küçələr ağrıdan zoqquldayırdı.
Uzandı ki, yatsın.
Gah sağa dönüb,
Gah sola çevrilib zıqqıldayırdı.
Canından bir soyuq üşütmə keçdi,
Ürəyi qəfildən sıxıldı nartək.
İslamı bu halda görən qorxardı,
Sifəti ağarıb olmuşdu qar tək.
_______________Milli Kitabxana_______________
64
İlan vuran yatdı, İslam yatmadı,
Söz-sözü qovurdu, fikir-fikiri.
Sanırdı başına dəyir gürz kimi,
Divar saatının işlək kəfkiri.
* * *
Səhərin gözləri kirpik döyürdü,
İslam yuxusundan durub geyindi.
Uzun pillələri bir anda endi...
Sandı ki, hər ağac təzə gəlindi,
Gülür qucağında budaq-uşaqlar.
İslam bir budağa sığal da çəkdi,
Qəlbinə həm ağrı, həm sevinc çökdü.
Beləcə, bilmədi vaxt necə ötdü,
Uzanan bu yollar bir anda bitdi.
Zəngin düyməsini basdı nə zaman,
Dəcəl körpəsini qoynunda gördü.
Yaladı duz kimi, basdı bağrına,
Sən demə, balaca - sonbeşik oğlu,
Artıb hərarəti - soyuqlayıbdır,
Duyub ata qəlbi - uzaq da olsa,
Odur ki, sübhəcən sayıqlayıbdır.
Nə böyük bayrammış atalı hər gün,
Uşaqlar bu sirri indi bildilər.
Otaq istilənib, çörək dadlanıb,
Elə bil krandan su yox, bal axır...
İŞIQLI
Yıxılıb ərimin ayaqlarına,
Dedim: - Günahkaram, bağışla məni.
Döy məni, söy məni. Buna haqqın var,
Demirəm, əzizlə, alqışla məni.
Oğru tanıtmışam oğru mən, səni,
Qanım halalındı doğrasan məni.
Yalanam, kül elə doğru sən, məni.
_______________Milli Kitabxana_______________
65
Sürtdüm dodağımı dodaqlarına,
O, bir heykəl kimi susdu, dayandı,
Dindi, elə bildim evimdə o, yox,
Bir qaya astadan dindi, oyandı.
İSLAM
Yalvarıb,
Sürtünmə ayaqlarıma,
Bircə sənlik ovcumda
Hey səni gəzdirmişəm.
Səni Aya tanıdıb,
Ulduza göstərmişəm.
Sən elə bəxtiyardın,
Cəhənnəmin özünə
Cənnət kimi baxardın.
Günah özündə oldu;
Yana baxıb, yıxıldın.
O gün sinəm yarıldı,
Atdı səni ürək də.
Unutmadı o kini.
Zəlzələdən ayrılıb
bağlanan torpaq kimi,
Yarılmadı o, bir də,
Sən sinəmə girəsən,
Ürəyimə gələsən.
Təkcə çörək demirəm,
Su da haramdı sənə,
Niyə hava udursan?
Niyə Günəş dadırsan?
O da haramdı sənə,
Bu da haramdı sənə.
Daha pis gün olmaz ki,
Bundan oyana:
Ərə qadın deyilsən,
Övlada ana.
Ataya qız deyilsən,
_______________Milli Kitabxana_______________
66
Qardaşa bacı.
Neyləyirsən belə acı,
Ömrü, günü?!
Niyə ulduz dadırsan,
Niyə Günəş dadırsan
O da haramdı sənə,
Bu da haramdı sənə.
İŞIQLI
Zəlzələ qopmuşdu sanki canımda.
Titrəyib əsirdi vücudum mənim.
Elə düşünürdüm mənsiz tərpənir,
Qıçım bir yanımda, qol bir yanımda.
Otağa lal sükut çökdü arada,
Hər şeydən xəbərsiz körpə uşaqlar,
Danışıb gülürdü hey yan otaqda...
Tufandan sonrakı ağaclar kimi
Daha titrəmirdi əlim, ayağım.
Toxundu çiynimə onun əlləri,
Mən elə bildim ki, yandı çırağım.
Oturdu. Başımı qoydum dizinə,
Baxa bilməyirdim ancaq üzünə.
O da çırpınırdı əzab əlində,
Səssiz ağlayırdı sözü dilində.
O, ah çəkdi dərindən,
Oxudum gözlərindən:
Gözlər mənə ox kimi,
Güllə kimi dəyirdi.
Gözlər mənə deyirdi:
- Təbəssüm-təbəssüm paylandın,
_______________Milli Kitabxana_______________
67
Gülüş-gülüş çiləndin
Yad üzlərə.
Doğma izləri qatdın
Yadizlərə...
Beləcə qurtardın,
Beləcə qaytardın
səadəti qapından...
Düşün,
Axtar
Ötən günün bucağını.
Sal yadına yadlara
Cənnət olan qucağını.
Axtar ömrün küncünü,
Gün cibini.
Gör kim qalıb yadında...
Getdiyin o yolları
niyə danırsan indi?
İtələmə heç kimə,
Can qurtarmaq istəmə,
Qazandığın pis günlər-
Bu cəhənnəm sənindi.
Nə söy Allahını, nə qına bəxti,
Nə də ki, yetənin dalıyca söz de.
Bu acı günləri, acı həyatı
Özün qazanmısan, öz barındı, ye.
Hər gün ayağına düşən Günəşin
Qədrini bilmədin, Günəş də döndü,
Qaraldın ocaqda sönən köz kimi.
Üzdü əllərini səadətindən
Coşan ürəyimin qəzəbi, kini.
Eh, suda boğulan adamlar kimi
Ayağın boşluqda, əlin göydədir.
Bir saman çöpü də keçmir əlinə,
Bu da xəyanətin sonu! - Gör nədir!
Səndən ürəyimdə qalan yaraya
Yaddaşım duz səpib, elə göynədir,
_______________Milli Kitabxana_______________
68
Elə yaş tökürəm, - mənim yanımda
Qara bulud nədir, dolan göy nədir?!
İŞIQLI
İçməmiş sərxoşam, başım gicəlir,
Keçmişim dərd olub mənə güc gəlir.
Zaman dəli seldi, mən qumlu sahil,
Məni sökə-sökə axır ömrümdən.
Vaxtım əməlimdən ləzzət alır ki,
Mənə gülə-gülə baxır ömrümdən.
Ulduzlar qınayır, qəh-qəhəsindən,
Səs düşür beynimə, qulağım batır.
Günəşi əks edən Ay mənə gülür,
Ah, nələr çəkirəm? Bunu kim bilir?
Elə bil baxışlar qaratikandı,
Sancılır canıma yolda, küçədə.
Qaynadır içimdə məni əzablar,
Sanki cəhənnəmdi gündüz, gecə də.
Arabir Ay Yerdən inciyir-küsür,
Elə bil məndən də küsüb bu dünya.
Ayağım altından Yer qaçır, yıxır,
Mehri, salamı da kəsib bu dünya.
Günəşin işığı azalıb nədir?
Gündüz də qaranlıq görünür mənə.
Qaçmağa halım yox, susuz səhrada
Əzab ilan kimi sürünür mənə.
_______________Milli Kitabxana_______________
69
ƏRİMİN ÜÇÜNCÜ MƏKTUBU
Bir vaxt haray cəkdim, nalə qopartdım.
Yatmış hisslərini oyatmaq üçün
Sinəmdən sinənə mən söz-qor atdım.
Üzünün nə qədər tərsini gördüm,
Gəmi kədərini, qayıq kinini,
Dəniz ürəyimin dibinə gömdüm.
Geri çəkilmədim, geri dönmədim.
Göz yaşım sinəmə, yağdı, töküldü,
Yağa su damar kimi.
Mərhəmət fışqırdım, haray çağladım,
Kəsilmiş damar kimi.
Pas atmış qılıncam, sınıq nizəyəm,
Korşalan bıçağam, gəzmə sən məni.
Bir də məzarlıqda görərsən məni,
Məndən qabaq gedib gözləsən məni.
ƏRİMİN SON MƏKTUBU
Namərdliyin;
Uşaqların fərəhini
Yeyib yatan çaqqaldı.
Böyümədi uşaqlar,
Nə olsun ki, sağ qaldı?
Böyüdü, hər birində
Bir az hünər, cəsarət,
Bir az sevgi çatmadı.
Yetimlik zərbəsindən
Beyni, ruhu çatladı.
Sevindilər, yarımçıq
Gözlər gördü, yarımçıq.
Ürək güldü, yarımçıq.
Gecə gəldi, yarımçıq.
Doğma gördü, yarımçıq.
Qonşu baxdı, yarımçıq.
_______________Milli Kitabxana_______________
70
Hər oğula, hər qıza
Sevgi axdı, yarımçıq.
Dinən dili yarımçıq.
Verən əli yarımçıq,
Alan əli yarımçıq.
Böyüdülər yarımçıq.
Ömüryolu həmişə
Oldu kəsəkli, palçıq.
Fikirləri yarımçıq,
Ağlı, beyni yarımçıq.
Alt paltarı yoxdu, yox,
Ust paltarı yarımçıq.
Atasız uşaqların
Ruhunda ata qutu,
Səsində kişi səsi,
Bir az ata qeyrəti,
Bir az ata heyrəti,
Bir ata cəsarəti
Çatmayır, çata bilmir.
Atasız körpələrin,
Elə bil ki, Günəşi var,
Ayı yoxdu dünyada.
Bilən yoxdu, sevinc az,
Dərdi çoxdu dünyada.
Bəladır, faciədir
Bu ellərin, bəşərin
Vətəndaşı yarımçıq.
Vətən adlı bu evin
Vətən daşı yarımçıq.
Düşündükcə, beyində,
Ürəkdə çatlar artır.
Vicdan qoyub topuna,
Məni, bu Yerdən atır.
_______________Milli Kitabxana_______________
71
Namərdliyin;
Əbədi qış gətirdi,
Üşü indi qışında.
Həyatın sual dolu
Bataqlıqdı qarşında.
Bir zaman sən gülürdün,
İndi sənə gülürlər.
İndi səni zibil nə,
Zibilxana bilirlər.
Namərdliyin - cəhənnəm,
Yer cəhənnəm tiyanı;
Yan içində, ay diri!
Sən də ölünün biri!
İŞIQLININ HARAYI
Ailənin zəhəri baldan şirindi,
Gec bildim, anladım bu həqiqəti.
Səhvimin oduna yandım, kül oldum,
Külümdü danışan! Deyirəm qəti:
Qadınlar, qoruyun evi, ailəni,
Sadəlik, adilik məhəbbətdi bu.
Atalı, analı böyüsün körpə,
Ailəyə, vətənə mərhəmətdi bu.
Ailə - tikilən bir evdi, gərək
Bir daşın bəy qoya, bar daşın gəlin.
Tikilməz, yüz il də keçsə ömürdən,
Görməsə sehrini daşlar bir əlin.
Ailə fidandı, açıla bilməz,
Dəysə yad nəfəsi, o, solacaqdır.
Ailənin sirrini bilsə ana da,
Ailəyə sönməyən od salacaqdır.
_______________Milli Kitabxana_______________
72
İki nəfərlikdi ailə sevgisi,
Üçüncü görünsə, dağılacaqdır.
Qoru üçüncüdən evini, qadın,
Qorusan, səadət doğulacaqdır.
Qorusan, balalar çiçəkləyəcək.
Göyərçin balalar, bülbül balalar
Səadət adında çiçək yeyəcək.
Ev gülər, isinər ər nəfəsindən,
Ən aciz kişi də Günəşdir evdə.
Məhəbbət, etibar hansı evdədir,
O ev dünya kimi genişdir eldə.
Hər qəmə, kədərə sevgi qatın ki,
Məhəbbət qoxusun evin havası.
Eşq dolu, nur dolu yaz yağışıdı,
Ailədə bəy ilə gəlin davası.
Bir körpə uşaqdı kişi ürəyi,
Onu əzizləyin, eşqə bələyin.
Yaşayın sevginin böyüklüyündə,
Evi körpələrə cənnət eləyin.
Qoruyun körpəni! Ana köksünü,
Yetimlik divinə qalxan eləyin.
Heç nədən qorxmayın!
Təkcə bu dərddən
Ana ürəyini qorxan eləyin.
Dünyanın nə qızı, nə də oğulu,
Eldə mənim kimi gec oyanmasın.
Dərs alın dərsimdən, həyatda bir də
Mən yanan odlara kimsə yanmasın.
Gecələr nə qədər uzun olsa da,
Axırda səhərə dirənir zülmət.
Günəş doğulacaq, qara buludla
Nə qədər kölgələ, nə qədər gizlət.
_______________Milli Kitabxana_______________
73
EPİLOQ
Əli çənəsində, gözü yollarda,
Pəncərə önündə qadın ağlayır...
O, elə ağlayır, elə hönkürür,
Göz yaşı torpağı, daşı dağlayır.
Günahı böyükdür, günahlarını,
Yumaz, yer kürəsi olsa da dəniz.
Bir zaman saymayıb oynatdığı ər,
İndi ondan ötrü canından əziz...
Gecdi, döy başına, ağla, nə xeyri?
Səadət getdimi, qayıtmaz geri!!!
SON
1981-1982-2008
_______________Milli Kitabxana_______________
74
"Qurani-Kərim"dən
Ey insanlar, Sizi və Sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət eləyin,
qоruyun özünüzü Allahın əzabından. (Bəqara surəsi, ayə 20-dən)
***
Qadınlardan üstün bilinmiş kişilər. Kimi kimdən üstün tutmağı Allah
yaхşı bilir və çünki qadın üçün öz malından хərcləyir kişi. Ürəkdən
itaətkar оlar yaхşı qadınlar. Allahın qоrumağı əmr etdiyini ərləri yanında
оlmayanda da qоruyar оnlar. (Nisə surəsi, ayə 34-dən)
***
Bir kimsəyə qıymayın. Yer üzündə pоzğunluq yaymayın. Adamı kim
qətlə yetirsə, sanki bütün insanlığı öldürür о. Kim adamı ölümdən
qurtarsa, sanki bütün insanlığa həyat verir. (Məidə surəsi, ayə 32-dən)
***
Nuhun arvadı ilə Lutun arvadını kafirlərə misal çəkər Allah. Əməlisaleh
bəndələrimizlə nikahda ikən ərlərinə хəyanət eləmişdi hər ikisi. Allahın
bunlara verdiyi əzabın qarşısını ala bilməmişdi ərləri. "Cəhənnəmə
girənlərə qоşulun" deyilmişdi о qadınlara. (Təhrim surəsi, ayə 10-dan)
***
Atanızın evləndiyi ilə evlənməyin... Əхlaqsızlıqdı, iyrənc bir şeydi, pis
bir yоldu bu. (ayə 22). Ananız, qızınız, bacınız, bibiniz, хalanız, qardaşınız
qızı, bacınız qızı, Sizi əmizdirmiş süd ananız, süd bacınız, qayınananız,
zifafa girdiyiniz qadından оlub evinizdə saхladığınız qızlığınız dоğma
оğlunuzun halalı və iki bacını alıb evlənmək haram buyrulmuş. (Nisə
surəsindən)
Sevərək yaşayanlar
Bu dünyanın gülüdür.
Sönsələr də, həyatın
Qоr saхlayan külüdür.
Qaranlığa düşdünmü,
Al yanına aşiqi.
_______________Milli Kitabxana_______________
75
Sevənlərdi taleyin
Məhəbbəti, işığı.
Sevəni görməyənin
Ürəyi, gözü kоrdu.
Əl-ayağa dоlaşan
Daş, kəsək, qara kоldu.
Sevən insan, ölüncə
Yaşayır gülə-gülə.
Sevməyən quru candı,
Yaşayır ölə-ölə.
Hamilədir bu dünya
Yaхşıya da, pisə də.
Оcaq yanır, yоl açır
İstiyə də, hisə də.
Sev, eşq ilə qanadlan,
Bu Yer, göy sənin оlsun.
Sev, sevənlər çохalsın,
Dünya eşq ilə dоlsun.
23.09.08
_______________Milli Kitabxana_______________
76
İskəndər Etibar
GƏNC AİLƏ ÜÇÜN YADDAŞ
Yığılmağa verilib:05.12.2008
Çapa imzalanıb: 09.01.2009
Ş.ç.v. 3,5, tiraj 2000
“MBM” mətbəəsinəçap olunub
Bu kitabın hazırlanmasında çох əziyyət çəkən оperatоr Elnarə
Səmədоvaya minnətdaram.
Müəllif
_______________Milli Kitabxana_______________
77
1937-ci il fevralın 15-də Şamaхıda dünya ilə salamlaşan şair İskəndər
Etibarın böyük məhəbbət və həvəslə, daхili ehtirasla yazdığı "Gənc ailə
üçün yaddaş" kitabı günümüzün vacib prоbleminə həsr оlunub. Bu gün də,
gələcəkdə də gənc ailənin stоlüstü kitabı оlacaq bu ibrət dərsi bütün
zamanlar üçün vacibdir.
Kitab, atalar sözləri, el misalları və müəllifi əhatə edən mühitdə,
həyatında baş verənlərlə şairanə bir qələmlə süslənmişdir. Оna görə də
оnu həvəslə охuyursan və охuduqca maraq səni охudur. Əminik ki, bu
kitab gənc ailələrə sevinc, fərəh, əхlaq bəхş edəcək. Ailələr möhkəm təməl
üzərində qurulacaq.
Dostları ilə paylaş: |