Milli Kitabxana 1 İskəndər Etibar



Yüklə 466,68 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix01.07.2018
ölçüsü466,68 Kb.
#52512
1   ...   9   10   11   12   13   14   15   16   17

_______________Milli Kitabxana_______________ 

51 


 

Evdə yad nəfəsi, yad qoxusu var,  

Danış, evimizdə kim olub bu gün? 

 

Qadın fikirləşir: - Dustaq Məmmədin,  



Yanıma gəlməyin kim dedi buna?  

Qoynumda üç saat yazıq Məmmədin,  

Danışıb-gülməyin kim dedi buna? 

 

Blokdu, kim bilir kim kimə gedir,  



Bəlkə qonşulardan məni güdən var?  

Yəqin sevgilimi görüb, xəbərə,  

Onun iş yerinə qaçıb gedən var?!  

Ovçarka deyil ki, kişi iy bilə? 

 

- Qonşumuz Səkinə gəlmişdi bizə. 



- Yox, 

yalan 


deyirsən, yalan deyirsən!  

Karam, eşitmirəm, 

Koram, görmürəm! 

Hər olub keçəni duyub bilirəm. 

Mənim duyduğumu göz görə bilməz

Gözlərim aciz! 

Duyğum eşidəni qulaq eşitməz, 

Qulağım aciz! 

 

Bu otağın havası  



Vaxtı qurğuşun kimi  

Asır çiyinlərimdən,  

Basır çiyinlərimdən. 

 

Bu otağın, bu evin  



Xəyanət buludundan  

Divarları nəm çəkib.  

Süfrəmizin üstünə  

Duza, suya qəm çöküb.  

Batan günəş-lampanın  

Öləziyib işığı.  

Xəyanət əjdahası  

Çəkir, özünə çəkir 

  



_______________Milli Kitabxana_______________ 

52 


 

Üçcə yaşlı uşağı. 

 

Bu otaqda qışdı, qış,  



Tavanı buz bağlayıb.  

Ağlamaqdan, gözləri – 

Pəncərə buz bağlayıb. 

 

Bu otağın havası;  



Bədənimə daraşan  

Qarışqadır elə bil.  

Dumanlı, çiskinlidir – 

Qarğışdadır elə bil. 

 

Bu otağı açmaram,  



Şəhər zəhərlənməsin.  

Bu otağın gecəsi  

Görüm, səhərlənməsin... 

 

*** 



 İşıqlı sızladı hər gün qonşuda;  

Dedi ki, bədbəxtəm, ərim dəlidir.  

Qısqanır o məni daşa, divara,  

Danışır tavanla o, gülməlidir. 

 

İşıqlı hər axşam bəhanə tapıb,  



Qışqıra-qışqıra qaçdı bloka,  

Evin sirr mücrüsü - müqəddəsliyin,  

Qızıl qapısını açdı bloka. 

 

Qonşular sızladı, yandı halına,  



Baş tutdu hiyləsi. İslam məhlədə,  

Tanındı dəli tək. İllər keçsə də,  

Qaçırlar uşaqlar ondan hələ də. 

 

* * * 



Bir axşam ər evə bir-az tez gəldi,  

Evində oynaşla durdu üz-üzə. 

Nə danışa bildi, nə dinə bildi,  

Dəhşətdən qurudu damarında qan. 




_______________Milli Kitabxana_______________ 

53 


 

Bu ona ağladı, o buna güldü,  

Sandı yer də qaçır ayağı altdan,  

Göy uçdu, ulduzlar yerə töküldü. 

 

Fırlandı başına evi Yer kimi,  



Gözləri çıxmışdı hədəqəsindən.  

Deyirəm, bəlkə də elə həmin gün,  

Şəvə saçlarına düşmüşdü ilk dən. 

 

Üşüdü, sızladı sümükləri də,  



Canında dəhşətli zəlzələ qopdu.  

Sandı ki, köksündə vuran ürək yox,  

Divara toxunub qayıdan topdu. 

 

Qəzəbdən qıvrılan ilana döndü,  



Qovruldu tavada şabalıd kimi.  

Yanıb diri-diri külə döndü o,  

Sovruldu havaya tökülən külü. 

 

Səmada ulduzlar diksinib əsdi,  



Onun ürəyinin zəlzələsindən.  

Uçdu cavan ömrü sal qaya kimi,  

Yandı, İşıqlının zümzüməsindən. 

 

İslam qələm tutan o əllərini,  



Bulaya bilərmi insan qanına?  

Sığsa, sığmasa da haqqı qanuna? 

Düşündü: - Alçaqlıq bunda adətdir,  

Ölüm alçaq üçün bir səadətdir.  

Mən bu səadəti ona qıymaram...  

Dedi yana-yana: - İşıqlı xanım,  

Ömrümü sənə qıydım.  

Ayaq qoyduğun yerə,  

Taclı başımı qoydum.  

Mən səni, evimizdə  

Qalxan bilib qorxuya,  

Canı atdım yuxuya.  

Hər ağrıya çırpılıb,  

Pul qazandım, çağladı 




_______________Milli Kitabxana_______________ 

54 


 

Alın tərim qanında.  

Gözlərimin işığı,  

Məni yazdı alnında.  

Sən İşıqlı, - qaranlıq,  

Özünü dibçək kimi  

Özgələrdə bitirdin,  

Nəyin vardı, itirdin. 

Dəniz tufanına dözə bilərəm,  

Ürək tufanına dözmək çətindi.  

Dənizə nə var ki, sahili daşdı.  

Ürək ki daş deyil, ürək ətdəndi. 

Deyib, bu sözləri, getdi, dönmədi,  

İnad zirvəsindən bir sim enmədi. 

- Ata, 

getmə! - deyib çığırırdı uşaqlar, 



Səsləri yetincə çağırırdı uşaqlar. 

Kin, qəzəb atanı alıb qaçırdı,  

Göz yaşı sel olan uşaq başına  

Sutunu Günəşdən dünya uçurdu. 

Pozuldu bir evin ata sevinci,      

Araya ayrılıq notları düşdü.  

Qovuşan çayların yolu dəyişdi. 

 

QALİB İŞIQLI 

 

- Quruldu 



məhkəmə - mizan, tərəzi, 

Düşdü ürəyimə qanun qorxusu. 

Elə bil yanırdı kefli günlərim,  

Gəlirdi burnuma yanıq qoxusu. 

 

Doğrudan oyunmuş, eh, bu "kişilər",  



Gözvurdum, oynadı hakim yerindən.  

Qadın düşgünüdür "kişinin" çoxu,  

Alaram əlimə, cəllad olsa, mən. 

 

Keçdi tərəfimə hakim Muradov,  



Ağlıma nə gəldi, dedim, danışdım. 

   



_______________Milli Kitabxana_______________ 

55 


 

Guya ki, ismətli bir qadınam mən,  

Ərin "böhtanından yandım, alışdım". 

 

Ərimə yazığım gəldi, yazığı 



Ağzını açmağa qoymadı hakim. 

O, çıxdı özündən, üsyan elədi, 

- Böhtançısan - deyib, qovladı hakim. 

 

Açıldı meydanım, dağıldı qorxum,  



Heç kimi, heç nəyi saymadım daha.  

Gəzdim "Volqa"larda, "Jiqulilərdə,  

Güldüm ərim çəkən fəryada, aha.  

Dedim ki: - Ay yazıq, get, kitab oxu,  

Sən məni oxuyub, yaza bilmərsən.  

Get, get, müqəddəslik hayına çatsın,  

Uşaqsan, dünyada aza bilərsən. 

 

** * 



Elə bil sahilsiz bir ümman idim,  

Ərim sularıma düşən çöp kimi,  

Atılıb-düşürdü, çıxa bilmirdi.  

Vururdu başına qəzəbi, kini,  

Sonra dəli kimi baxıb gülürdü... 

 

Getdim şikayətə prokurorluğa;  



Prokuror görən tək mənə bənd oldu.  

Ərimi saxladı qapı dalında,  

Otaqda bircə mən, birdə o, qaldı... 

Mən hara gedirdim, harda olurdum,  

Bütün "döyüşlərdən" qalib çıxırdım.  

Ərim - Qanun! - deyib, haray çəkirdi,  

Mən onu "qanunla" əzib, sıxırdım. 

 

** * 



Ey qadınlar, qadınlar, Kimik?!  

Özümüzdən xəbərsizik biz.  

Ən müşgül işlərə açardı qadın!  

Bəs niyə bu qədər küt, fərsizik biz? 

   



Yüklə 466,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə