HE
KA
YƏ
LƏ
R
KÜLQABI
Vahanın oğlu Stepan, qonşuları qoca Şaqeni boğub
öldürməzdən öncə hər şeyi ölçüb biçmişdi. Şaqenin
evindən oğurlyacağı pulla özünə və ata-anasına yeni
pasport alacağına ümidliydi. Yeni pasportlarda onların
adları, milliyyətləri dəyişdiriləcək və hər yerdə
Azərbaycan vətəndaşı olan türklər kimi tanınacaqdılar.
Bu saxtakarlığa qol qoyacaq adamı da əvvəlcədən
tapıb, onunla razılığa gəlmişdi. Həmin Adam
pasportları dəyişdirəcəyinə yüz faiz söz vermişdi. Təki
istənilən məbləğ vaxtında çatdırıla idi. Bundan sonra
hər şey Stepanın istədiyi kimi olacaqdı. Tezliklə bu
məhəllədən köçüb, onları kimsənin tanımadığı başqa
bir yerdə məskunlaşacaq, sərbəst gəzib, dolaşacaq,
istədikləri kimi yaşayacaqdılar. Gerisiylə onun işi yox
idi; istəyir ermənilərlə türklər bir-birini qırıb çatsınlar,
ya barışığa gəlsinlər...
Başqa vaxt olsaydı, Stepan Şaqeni öldürməyə cürət
etməz, belə bir fikrə də düşməzdi. Amma hadisələrin
gedişi onu buna vadar edir, iş ləngidikcə, səbri tamam
tükənirdi. İndi əsl məqamı idi. Bir neçə gün sonra gec
ola bilərdi. Bu qarışıqlıq, iki millət arasında
ermənilərin saldığı nifaq, dava-qırğın hələki başları
qatmışdı. Elə bu da Şaqenin ölümünün, necə və kim
tərəfindən törədilməsi məsələsini tamamilə başqa
məcraya yönəldəcəkdi. Bütün günahlar qalacaqdı
türklərin boynunda. Hamı milli iğtişaş zəminində
Şaqeni onlardan kiminsə, qisas naminə qətlə ye-
tirdiyini zənn edəcəkdi.
Gur, dalğalı ağ saçlı, qızartdaq çöhrəli qoca Şaqen,
bu məhəllədə, tükənməkdə olan son ümidiylə yaşayan
iki-üç ermənidən biri idi. On beş ildən çox idi, iki
Milena
107
otaqlı, bir mərtəbəli evində tək yaşayırdı. Digər
ermənilər isə onunla həyət qonşusu olan qoca Vahan,
arvadı və onların iyirmi beş yaşlı oğulları Stepan idi.
Əvvəl on ailənin hamısı erməni idi. Bu ailələrdən bir
neçəsi Krasnodara, Gürcüstana, bir neçəsi də
Ermənistana qaçmışdı. Sonda yalnız bu iki ailə
qalmışdı. Onlar da çoxdan baş götürüb Bakıdan
Ermənistana və ya Rusiyaya qaçardılar-amansız
qocalıq və kasıblıq olmasaydı. Həm də bütün zaman-
larda olduğu kimi yenə də türkün ürəyiyumşaqlığına,
mərhəmətinə bel bağlayırdılar.
Oğlu Stepanın, qoca Şaqeni öldürmək istəyindən
Vahanın, qətiyyən xəbəri yox idi. Olsaydı, bəlkə də
buna imkan verməzdi. Ən azı ona görə ki, Şaqen on-
lara həyan idi.
Şaqenin heç kimi yox idi. Amma yetərincə pulu,
qızılı vardı. Uzun illər Bakıda zərgər işləmişdi.
Cavanlığında hər nə qədər yeyib-içən, kef çəkən
olmuşdusa da, qocalığı da unutmamışdı. İllərlə
yığmışdı və balaca sandıqçada üç kiloya yaxın qızılı,
bankda pulu vardı. Aldığı təqaüdlə də dünənəcən nor-
mal dolanırdı. Son günlər qorxusundan təqaüdünü
almağa gedə bilmirdi. Dörd aylıq təqaüdü yığılıb
fondda qalmışdı və çox güman, ünvanına
çatmadığından, yenidən dövlət fonduna qaytarılmışdı.
Övladı yox idi Şaqenin. Evlənməsinə baxmayaraq,
bu arzusu həyata keçməmişdi. Arvadı da bu
yaxınlarda-erməni-türk davası başlar-başlamaz,
altımış bir yaşında, qəfil ürəktutmasından ölmüşdü.
Həyətdəki boş erməni evlərini Ermənistandan
qovulmuş türklər tutmuşdu. İnsafən, onlar bu qoca
ermənilərə mərhəmət hissiylə yanaşır, dəyib-
dolaşmırıdlar. Hətta Şaqenə hörmətlə “Şahin dayı”,
Vahana da “Vahan dayı” deyə müraciət edirdilər.
Zəka Vilayətoğlu
108
Hərdən Şaqenə çay da süzür, yemək də verirdilər. Va-
hana nisbətən Şaqenin üzündə bir işıq vardı. Bəlkə də
bu işıq, min cür erməni fitnələrinə, məhrumiyyətlərinə
düçar olmuş bu insanların ürəklərində coşub-
kükrəmək istəyən kini, nifrəti əridib, yox edirdi.
Ancaq Vahanla arvadının, oğulları Stepanın üzündə,
gözlərində, sanki bir şeytan dolaşır, onların əsl erməni
olduğundan xəbər verirdi. İstər-istəməz yazıqlaşmış,
hər an qorxu, dəhşət ifadə edən gözlərində, ümumi
davranışlarında riyakarlığın, təhlükənin gizləndiyi
duyulurdu.
Qoca Şaqen yay gecəsi evinin girişində stul qoyub
oturmuşdu. Girişdən solda isə dəmir vedrəni ağzı üstə
qoyub, üstünə süfrə salmışdı, onun da üstündə armudu
stəkanda pürrəngi çay buğlanırdı. Bir tərəfdə isə elekt -
rik samovarı gözə dəyirdi. Könlü çay istəyəndə qoca
Şaqen əlləri əsə-əsə samovarı suyla doldurur, elə bur-
daca qaynamağa qoyurdu. Sonra da qapı ağzında otu-
rub, çay içə-içə, siqaret çəkə-çəkə, tükənməkdə olan
ömrünün son günlərini yaşayırdı.
-Şaqen, əlləri əsə-əsə cibindən “Prima” siqareti
çıxarıb müştüyə keçirdi. Yandırmazdan öncə astaca
öskürüb, boğazının xıltını təmizlədi. Sonra müştüyü
dodaqları arasına qoyub kibritlə siqareti yandırmaq
istədi. Əlləri çox əsdiyindən bir neçə kibrit çöpü
boşuna yanıb söndü. Növbəti kibriti yandırmağa cəhd
eləyəndə qarşısında Stepanı gördü. Stepan cibindən
alışqan çıxarıb Şaqenin siqretini odladı. Şaqen
sinədolusu bir qullab vurub Stepana dedi:
-Keç, içəridən özünçün stul gətir.
Buna bəndmiş kimi Stepan içəri təpildi. Stul
götürməzdən öncə otağın hər tərəfinə göz gəzdirdi.
Şaqenin pullarının, qızıllarının harda ola biləcəyini
yəqinləşdirməyə çalışdı. Bayırda Şaqen xıltha-xılt
Milena
109
Dostları ilə paylaş: |