Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
173 
 
üzrə Azərbaycan-Misir birgə dövlətlərarası komissiyası”nın 1-ci 
iclası 24 oktyabr 2002-ci ildə Bakıda keçirilmişdi [24, v.4]. Hə-
min  iclasın  protokoluna  əsasən  turizm  təşkilatları  arasında 
əməkdaşlığı inkişaf etdirmək və bu işi dəstəkləmək, turizmə aid 
informasiyaların,  broşurların,  nəşrlərin  və turizm  statistik  məlu-
matlarının  mübadiləsi  və  s.  nəzərdə  tutulmuşdu.  Həmin  toplan-
tıda  investisiyaların  qarşılıqlı  təşviqi  və  qorunması  haqqında, 
turizm  sahəsində əməkdaşlıq  haqqında sazişlərin  layihələri üzrə 
də  müzakirələr  yekunlaşmışdı.  Lakin  çox təəssüf  ki,  bu sazişlər 
sözügedən dövr çərçivəsində imzalanmamışdı. 
Azərbaycan və Misir respublikaları arasında turizm sahəsin-
də əməkdaşlıq əsasən ÜTT-e və İKT-e çərçivəsində aparılır. 
Yuxarıda  qeyd  olunan  dövlətlərarası  komissiyanın  birinci 
iclasının  protokoluna  əsasən  təşkil  olunmuş  işçi  qrupunun  29 
iyun-5  iyul 2003-cü  ildə Misirdə keçirilmiş  iclasında  hər  iki öl-
kənin  turizm  qurumlarının  vəzifəli  şəxsləri  təmsil  olunmuşdu 
[64,  v.5].  İclasın  müzakirələrində  Azərbaycanın  səhiyyə,  neft, 
kimya, təhsil, kənd təsərrüfatı, energetika və turizm sahələri  nə


Həsənov Yusifəli Lətif oğlu 
 
174 
 
nın fəaliyyətində və nəqliyyat qarşısında ciddi maneələr yaradır. 
Görülən işlərin nəticəsində Misirlə Azərbaycan arasında tu-
rizm sahəsində əməkdaşlıq getdikcə genişlənmişdi. Məsələn Mi-
sirdən  ölkəmizə  gələn  turistlərin  sayı  2002-ci  ildə  86,  2003-cü 
ildə  159,  2004-cü  ildə  219,  2005-ci  ildə  164,  2006-cı  ildə  225, 
ölkəmizdən  Misirə  gedən  turistlərin  sayı  isə  2000-ci  ildə  369, 
2001-ci ildə 462, 2002-ci ildə 1135, 2003-cü ildə 1199, 2004-cü 
ildə 2744 nəfər olmuşdu [79]. 
Təkcə turizm sahəsində deyil,  müxtəlif  istiqamətlərdə ölkə-
mizin əlaqələr qurduğu və genişləndirmək istədiyi ölkələrdən bi-
ri  də  İordaniyadır.  Bu  ölkə  ölkəmizin  müstəqilliyini  28  dekabr 
1991-ci ildə tanımışdı [77]. Bu da təsadüfi deyildir. Çünki İorda-
niyanı Azərbaycanla bütün səviyyələrdə xüsusi əlaqələr bağlayır. 
Qeyd etmək lazımdır ki, hər iki ölkə arasında siyasi, iqtisadi, in-
vestisiya, mədəniyyət və s. sahələrdə əməkdaşlığın əsasının daha 
da  genişləndirilməsi  üçün  böyük  imkanlar  vardır  [77].  Iki  ölkə 
rəhbərlərinin və rəsmi şəxslərinin qarşılıqlı səfərləri ikitərəfli ak-
tual əhəmiyyət kəsb edən bütün sahələrdə güclü əməkdaşlıq əla-
qələrinin yaranması istiqamətində birgə arzu və istəyi ifadə edir. 
Tədqiq  olunan  dövrdə  nüfuzlu  ərəb  ölkələrindən  biri  olan 
Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında da turizm əla-
qələrinin  yaradılması  və  inkişafına  xüsusi  diqqət  yetirilmişdi. 
Hələ 1994-cü  ilin  iyulunda  “Azərbaycan və Səudiyyə hökumət-
ləri  arasında  iqtisadiyyat,  ticarət,  investisiya,  texnika,  mədəniy-
yət, idman və gənclər sahələrində əməkdaşlıq haqqında Baş Sa-
ziş” imzalanmışdı [78]. Sazişin 7-ci maddəsinə uyğun olaraq 20-
22  fevral  2001-ci  ildə  Bakıda  Müştərək  Komissiyanın  I  iclası, 
14-15  fevral  2004-cü  ildə  Ər-Riyadda  Azərbaycan-Ərəbistan 
Müştərək komissiyasının II  iclası keçirilmişdi [78]. Təbii ki, bu 
iclaslarda müxtəlif məsələlərlə yanaşı ikitərəfli turizm əlaqələri-
ni də genişləndirmək məsələsi müzakirə olun ü


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
175 
 
Nazirliyinin  nümayəndə  heyətinin  rəhbəri  Ərəbistanın  Turizm 
üzrə  Ali  Komissiyasının  nümayəndələri  ilə  görüş  keçirmiş  və 
görüş  zamanı  iki  ölkə  arasında  turizm  sahəsində  əməkdaşlıq 
haqqında  sazişin  tezliklə  imzalanması  müzakirə  edilmişdi  [78]. 
Həmçinin  ATM-2004 sərgisi  zamanı keçirilən görüşlərdə  Azər-
baycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında hər iki öl-
kə vətəndaşlarının fərdi və qrup şəklində turist səfərlərinin təşki-
li ilə bağlı danışıqlar aparılmışdı. Turizm sahəsində əlaqələrə in-
tensivlik vermək məqsədi ilə 2004-cü il iyunun 1-də Ərəbistanın 
Turizm  Üzrə  Ali  Komissiyasının  Baş  Katibinin  ölkəmizə  səfəri 
ilə  əlaqədar  dəvət  məktubu  göndərilmiş  və  dəvət olunan  nüma-
yəndə  heyəti  tərkibinə  sərmayəçilərin  daxil  edilməsi  təklif  edil-
mişdi [78]. Eyni zamanda hər iki ölkə İslam Konfransı Təşkilatı-
nın  üzvü  olduğundan  bu  təşkilatın  çoxsaylı  tədbirlərində  də  tu-
rizm  əlaqələrinə  diqqət  ayırmışdılar.  Məsələn,  2006-cı  il  9-12 
sentyabrda Bakıda keçirilmiş İslam konfransı təşkilatının V icla-
sında  digər  ölkələrin  nümayəndələri  ilə  yanaşı  Ərəbistanın  Ali 
Turizm Təşkilatının Baş katibi də
 


Həsənov Yusifəli Lətif oğlu 
 
176 
 
rol  oynamışdı.  “Azərbaycan  və  İndoneziya,  Malayziya,  Bruney 
Sultanlığı  Hökumətləri  arasında  turizm  sahəsində  əməkdaşlıq 
haqqında saziş” və “Azərbaycan və Hindistan arasında mədəniy-
yət,  incəsənət,  kinematoqrafiya,  təhsil,  elm,  turizm,  idman  və 
kütləvi  informasiya  vasitələri  sahələrində  əməkdaşlıq  haqqında 
saziş”in layihələri hazırlanmışdı [56, v.1-4]. 
Beləliklə, yuxarıda sadalanan dəlillər təsdiq edir ki, tədqiqat 
dövründə Azərbaycanın Asiya və Afrika ölkələri ilə əhəmiyyətli 
dərəcədə beynəlxalq turizm əlaqələri olmuş və bu gün də inkişaf 
etməkdədir.  Həmçinin  araşdırmalar  və  onların  əsaslandıqları 
qaynaqların  məlumatları  göstərir  ki,  Azərbaycan  Respublikası, 
xalqımız  dövlət  müstəqilliyinin  yaratdığı  imkanlardan  bacarıqla 
bəhrələnərək  qısa  müddət  ərzində  ölkəmizi  beynəlxalq  turizm 
sisteminə qoşa bilmişdi. 
Dövlət  müstəqilliyinin  qazanılmasından  keçən  ilk on  beş  il 
ərzində  Azərbaycan  Respublikasının  zəngin  təbiəti  və  təkraro-
lunmaz  abidələrə  malik  olan  ərazisi  məşhur  beynəlxalq  turist 
marşrutlarına daxil olmuş, ölkəmiz ümumdünya turizm ailəsinin 
üzvünə çevrilmişdi. 
Qısa  müddət  ərzində  bu  sahənin  aşağıdan  yuxarıyadək tən-
zimlənən bitkin strukturu yaradılmış turizm, o cümlədən də bey-
nəlxalq turizm iqtisadiyyatımızın qeyri-neft strukturunun bir sıra 
başqa sahələri kimi ölkəmizin  və xalqımızın  firavanlığını təmin 
edən qaynaqlardan birini təşkil etməyə doğru yönəlmişdi. 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə