Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

 


 
 


 
 


 
 
 


 
 
 


 


 
 
 


 
 
 


 
 
 


 
 
 


 
 
 


 
 


 
 
 


 
 
 


 
 
 


 
 
 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
177 
 
 
 
 
 
 
N Ə T İ C Ə  
 
 
Sovetlər  İttifaqının  dağılmasından,  yəni  Azərbaycan  Res-
publikasının  öz  dövlət    müstəqilliyini  bərpa  etməsindən  əvvəl 
qızışdırılan  Dağlıq  Qarabağ  separatizmi  məcburən    ölkənin  bü-
tün  diqqətini  bu  problemin  həllinə  yönəldirdi.  Eyni  zamanda, 
hakimiyyətə gəlmək istəyən daxili siyasi qüvvələr Dağlıq Qara-
bağ  problemindən  məharətlə  istifadə  edirdilər.  Belə  bir  şəraitdə 
Dağlıq  Qarabağ  və  işğal  olunmuş  digər  rayonlardakı  idman  və 
turizm  obyektlərinin  məhvi  bir  yana,  Şimali  Azərbaycanda  id-
man  və  turizmin    SSRİ-dən  qalma  maddi-texniki  bazası  nəinki 
qorunub saxlanıldı,  əksinə  bu sahəyə  baxanların  etinasızlığı uc-
batından güclü dağıntılara məruz qaldı, Dağlıq Qarabağ mühari-
bəsi nəticəsində əksər turizm və istirahət kompleksləri qaçqın və 
məcburi  köçkün  soydaşlarımızın  istifadəsinə    verildi.  Sirr  deyil 
ki, sanatoriya  və  istirahət mərkəzlərinin 90  faizində  məhz onlar 
yerləşdirilmişdi. Ancaq paytaxt Bakıda yerləşən mehmanxanalar 
turist qəbul edəcək səviyyədə qorunub saxlanılmışdı. Bu baxım-
dan  təbii  ki,  qaçqın  probleminin  köklü  şəkildə  həlli  ölkəmizdə 
turizmin inkişafına müsbət təsir göstərəcəkdir. 
1993-cü  ildə  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışından 
sonra  Azərbaycan  Respublikası  öz  inkişafının  yeni  dövrünə  qə-
dəm qoydu. Şərait sırf düşüncə prosesindən çıxaraq praktiki fəa-
liyyət  səviyyəsinə  keçdi.  Müvəqqəti  olaraq  Azərbaycan  və  Er-
mənistan  respublikaları  arasında  atəşkəs  müqaviləsi  imzalandı, 
hakimiyyət  uğrunda  silahlı    mübarizəyə  son  qoyuldu,  Azərbay-
can neftinin çıxarılmasına dair dünyanın aparıcı neft şirkətləri ilə 
müqavilələr bağlandı, Respublikanın iqtisadi, siyasi, hərbi, elmi, 


Həsənov Yusifəli Lətif oğlu 
 
178 
 
mədəni və s. sahələrdə əlaqələri ilə yanaşı idman və turizm sahə-
sində də əlaqələri genişləndi. 
Tədqiqatımız bir daha göstərdi ki, idmanın inkişafı dövlətin 
idmana  münasibətindən  çox  asılıdır.  Çünki  bu  münasibət  özlü-
yündə  idmana  aid  məsələlərin  böyük  hissəsinin  həllinə  birbaşa 
təsir göstərir. İqtisadi inkişaf nəticəsində ölkənin idman həyatın-
da  böyük  canlanma,  inkişaf  yarandı.  Azərbaycan  1992-ci  ildən 
Beynəlxalq  Olimpiya  Komitəsinə,  1994-cü  ildə  Avropa  Futbol 
Birliyinə  (UEFA)  və  başqa  beynəlxalq  idman  təşkilatlarına  üzv 
qəbul  olundu.  Yenicə  təşkil  olunmuş  Milli  Olimpiya  Komitəsi-
nin işi 1997-ci ildən İlham Əliyevin ona prezident seçilməsindən 
sonra yenidən quruldu və daha da canlanıb geniş vüsət aldı. 
Tezliklə  respublika  stadionu  təmir  edildi,  beynəlxalq  yarış-
ları keçirəcək səviyyədə yenidən qurulmağa başlandı. 2000-ci il-
dən etibarən, Respublikanın əksər iri şəhər və rayonlarında olim-
piya idman komplekslərinin istifadəyə verilməsi idman əlaqələri 
üçün geniş  imkanlar açdı.  Ölkəmizdə  idmanın  və Olimpiya Hə-
rəkatının  inkişafında  respublika  prezidentləri  H.Ə.Əliyev  və 
İ.H.Əliyevin  müstəsna  xidmətləri  olmuşdu.  Bu  xidmətlər  ölkə-
daxili  idman  quruculuq  işlərini,  idmançılara  diqqət  və  qayğını, 
millətin  sağlamlığı  və  fiziki  tərbiyəsini  özündə  birləşdirməklə 
yanaşı, beynəlxalq idman və olimpiya əlaqələrinin də tam dairə-
sini əhatə etmişdi [104, s.128-158]. 
Bizim  idmançılarımız  müxtəlif  beynəlxalq  yarışlarda,  o 
cümlədən dünya, Avropa çempionatlarında, olimpiya oyunların-
da,  digər  beynəlxalq  yarışlarda  yüksək  nəticələr  göstərmiş, 
Azərbaycanımıza çoxlu medallar gətirmişlər [130, s.5]. Bununla 
yanaşı Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Ko-
mitəsinin (BOK) və müxtəlif beynəlxalq idman federasiyalarının 
rəhbərləri  dəfələrlə  Azərbaycanda  olmuş,  onların  iştirakı  ilə  öl-
kəmizdə  müxtəlif  beynəlxalq  yarışlar  keçirilmişdi  [130,  s.16]. 
Olimpiya  Oyunları  arasındakı  illərdə  BOK-un  himayəsi  altında 
bir sıra mötəbər idman yarışları keçirilmişdi. İdmançılarımız bu-
nunla əlaqədar olaraq Avropa yeniyetmələrinin Liqnano və Bel-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə