Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   54   55   56   57   58   59   60   61   62

Həsənov Yusifəli Lətif oğlu 
 
182 
 
Turizm  təsərrüfatından  maksimum  istifadə  prezidentlər 
H.Ə.Əliyev  və  İ.H.Əliyevin  həmişə  diqqət  mərkəzində olmuşdu. 
İkitərəfli və çoxtərəfli müxtəlif yığıncaqlar, keçirdiyi görüşlər za-
manı  Azərbaycanın  turizm  potensialından  çox  böyük  inamla  da-
nışan ölkə başçısı xarici investisiyanı bu sahəyə cəlb etməkdədir. 
Müxtəlif  mədəniyyətlərin  və  sivilizasiyaların  kəsişməsində 
yerləşən  ölkəmizdə  birbaşa  “Böyük  İpək  Yolu”na  bağlı  və  mə-
dəni-maarif  turizmi  üçün  vacib  resurslara  malik  böyük  mədəni 
irs və tarixi abidələr mövcuddur. Təbii və mədəni-tarixi irsin qo-
runması  və  onun  korlanmasına  imkan  verilməməsi,  Azərbayca-
nın  tarixi  abidələrinə,  o  cümlədən  ölkənin  adət-ənənələrinə  bö-
yük maraq göstərən beynəlxalq turist axınının cəlb olunması va-
cib məsələdir. Azərbaycanın maddi və mənəvi irsinin qorunması 
və  inkişafı  məqsədilə  turizm  infrastrukturunun  gələcək  inkişafı 
proqramının hazırlanması və həyata keçirilməsi üçün ticarət yol-
larının  geniş  təhlili,  həmçinin  həmin  dövrün  mədəni  irsinin-
karvansaraların,  ovdanların,  kəhrizlərin,  məscidlərin,  qalaların, 
sarayların,  şəhərlərin,  orta  əsr  şəhərciklərinin  tədqiq  edilməsi, 
bərpası  və  populyarlaşdırılması  üçün  müxtəlif  ixtisaslı  elm  xa-
dimlərinin  (arxeoloqlar,  tarixçilər,  coğrafiyaşünaslar,  etnoqraf-
lar, sənətşünaslar) cəlb olunması məqsədə uyğundur. 
Müxtəlif  qaynaqların  materialları  əsasında  aparılmış  araş-
dırmalar əyani şəkildə göstərdi ki, istər idman, istərsə də turizm, 
xüsusən  də  beynəlxalq  idman  və  turizm  əlaqələri  sahəsində 
SSRİ  dövründən  respublikamıza  çox  ağır,  kasad  və  bərbad  bir 
miras qalmışdı. Ağır Qarabağ müharibəsi, dəhşətli itkilər fonun-
da  gedən  ilk  müstəqillik  illərində  bu  sahələrin  müxtəlif  maddi-
texniki  bazasının  yaradılması,  idarəçilik  strukturlarının  yaradıl-
ması, sahədən baş çıxaran ixtisaslı mütəxəssislərin yetişdirilməsi 
üçün vaxt, vəsait və sair imkanlar son dərəcə məhdud idi. Bütün 
bu problemlərə baxmayan azadlıq və müstəqilliyin töhfələrindən 
bəhrələnən Azərbaycan Respublikası ulu öndər H.Ə.Əliyevin iş-
ləyib  hazırladığı  mükəmməl  siyasəti  dönmədən  həyata  keçir-
məklə əvvəlcə ölkə MOK-na, 2003-cü ildən bəri və dövlətimizə 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
183 
 
başçılıq edən  möhtərəm prezidentimiz İ.H.Əliyevin başçılığı al-
tında  1991-2005-ci  illərdə  başqa  sahələrdə  olduğu  kimi  beynəl-
xalq idman və turizm əlaqələrinin qurulması sahəsində də böyük 
uğurlar qazanmışdı. 
Qısa  müddət  ərzində  idman  və  turizmin  mövcud  bazasının 
bərpası,  təkmilləşdirilməsi,  habelə  həmin  bazanın  çağdaş  bey-
nəlxalq  standartlar  səviyyəsində  yenidən  qurulması  istiqamətin-
də xeyli iş görülmüşdü. 
Dünyanın demək olar ki, əksər bölgələri, o cümlədən Avro-
pa, Asiya və Amerika ölkələri ilə qısa müddət ərzində geniş id-
man  və  turizm  əlaqələri  qurulmuş,  müxtəlif  regional,  qitə  və 
dünya  idman  forumlarında  ciddi  uğurlar  qazanmış,  beynəlxalq 
turizmin  zəngin  gəlir  mənbəyinə  çevrilməsi  yönündə  mühüm 
tədbirlər görülmüşdü. 
Beləliklə,  bu  monoqrafiyadakı  faktoloji  material,  Azərbay-
can Respublikasında idman və turizmin inkişafı prosesinə anali-
tik  yanaşmanın  nəticələri,  habelə  çoxsaylı  mənbə  və  elmi  ədə-
biyyatın  müasir  beynəlxalq  əlaqələrin  inkişafı  məntiqi  nəzərə 
alınmaqla  araşdırılması bizə aşağıdakı nəticələri çıxarmağa im-
kan verir: 
–Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sa-
hələrdə  olduğu  kimi  idman  və  turizm  sahəsində  də  inkişaf  və 
əlaqələrin genişlənməsi yeni mərhələ açdı; 
–Azərbaycan  Respublikasının  idman  və  turizm  əlaqələrinin 
genişlənməsi,  beynəlxalq  idman  və  turizm  tədbirlərinin  Azər-
baycanda keçirilməsi Respublikanın tanınmasında və nüfuzunun 
artmasında böyük əhəmiyyəti oldu; 
–Azərbaycan  Respublikasının  qarşıya  qoyduğu  əsas  hədəf-
lərdən olan işsizliyin ləğvi və qeyri-neft sektorunun inkişaf etdi-
rilməsi kimi məsələlər Azərbaycanın beynəlxalq  turizm əlaqələ-
rinin genişlənməsi və ölkəyə gələn turistlərin sayının artması nə-
ticəsində qismən öz həllini tapa bilər. 
–Dövlətin  idman  və  turizm  sahəsinə  göstərdiyi  diqqət  nəti-
cəsində bu sahələr qısa zaman ərzində sürətlə inkişaf edə bilər; 


Həsənov Yusifəli Lətif oğlu 
 
184 
 
–Dağlıq Qarabağ  münaqişəsi  nəticəsində uzun  müddət kəs-
kin qarşıdurma olan regionda dərin müsbət irəliləyişlər baş verir 
və  Azərbaycan  Respublikası  turizm,  xüsusilə  idman  sahəsində 
dövlətlər arasında faydalı qarşılıqlı əlaqələr məkanına çevrilir; 
–Azərbaycanlılar  turist  kimi  dünyanın  hər  hansı  ölkəsində 
sülh carçısı kimi çıxış edərək xalqımızın  ən nəcib sifətlərini nü-
mayiş etdirmiş, getdikləri ölkədə Azərbaycan həqiqətlərini  yay-
mışdılar. Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilər 
nəinki  xalqımızın  tarixi  keçmişi,  bu  günü  və  sabahı,  eləcə  də 
mədəniyyəti ilə tanış olmuş, onun qonaqpərvərliyini  bir daha öz 
gözləri  ilə  görmüşlər.  Azərbaycan  idmanı  da  sülh  elçisi  kimi 
xalqlar  arasında  mədəni  əlaqələrə  öz töhfəsini  vermiş  və  idman 
sahəsində qazanılan nailiyyətlərimizi nümayiş etdirmişdi. 
Azərbaycan  Respublikasının  beynəlxalq  idman  və  turizm 
əlaqələri sistemində olduğu yeri müəyyənləşdirməklə, idman və 
turizm əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət nə-
ticələr verə biləcək aşağıdakı tövsiyələri irəli sürürük: 
–İdman və turizm sahəsində bağlanmış saziş və müqavilələr 
bütün digər əlaqələrin hərtərəfli inkişafına zəmin ola bilər; 
–Beynəlxalq idman və turizm əlaqələrinin genişləndirilməsi 
xalqımız  və  dövlətimizin  təkcə  beynəlxalq  nüfuzunu  qaldırmır, 
həm  də  iqtisadiyyatın  bir  çox  sahələrinin  inkişafı  üçün  əlverişli 
zəmin yaradar; 
–Müasir  dünyada  idman  və  turizm  dövlətlərin  önəm  verdiyi 
əsas sahələrdən biridir. Çünki bu sahələrin inkişaf etdirilməsi nə-
ticəsində millətlər bir-biri ilə sıx tellər əsasında əlaqə yarada bilər; 
–Azərbaycan  Respublikası  idman  və turizm  sahəsində dün-
ya dövlətləri  ilə sıx  əlaqələrə  malikdir və  bu artıq təşəkkül tap-
mış reallıqdır; 
–Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində id-
manın və turizmin maddi-texniki bazasının ermənilər tərəfindən 
dağıdılması  faktını  əlaqə  qurduğu  təşkilat  və  dövlətlərə  çatdır-
mağa nail olmaq; 
–Beynəlxalq idman və turizm əlaqələrinin genişləndirilməsi 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə