Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
167 
 
ticə  isə  belədir:  DSK-nin  məlumatlarına  əsasən  Pakistandan  öl-
kəmizə gələn turistlərin sayı 1997-ci ildə 1.362, 1998-ci ildə 728, 
1999-cu  ildə  411  nəfər,  ölkəmizdən  Pakistana  gedən  turistlərin 
sayı  isə  1997-ci  ildə  5.236,  1998-ci  ildə  3.260,  1999-cu  ildə 
2.222  nəfər  olmuşdur  [97,  s.308;  98,  s.295].  DSX-nin  verdiyi 
məlumata  görə  2001-ci  ildə  Pakistandan  ölkəmizə  763  nəfər  və 
ölkəmizdən Pakistana 754 nəfər, 2002-ci  il  ərzində Pakistandan 
ölkəmizə  532  nəfər, ölkəmizdən  Pakistana  isə  534  nəfər,  2003-
cü il ərzində Pakistandan ölkəmizə 808 nəfər, ölkəmizdən Paki-
stana  isə  870  nəfər,  2004-cü  il  ərzində  Pakistandan  ölkəmizə 
1.145 nəfər və ölkəmizdən Pakistana 978 nəfər səfər etmişdi [28, 
v.18; 67, v.10]. 
Bu  istiqamətdə  daha  bir  fakta  müraciət  edək:  göstərilən 
dövrdə  respublikamızın  Turizm  Nazirliyi  tərəfindən  mütəmadi 
olaraq  Pakistanın  idman  və  turizm  qurumları  ilə  əlaqə  saxlanıl-
mış, turizm sahəsində əməkdaşlıq inkişaf etdirilmiş, informasiya 
və  təcrübə  mübadiləsi  həyata  keçirilmişdi.  Ümid  etmək  olar  ki, 
2004-cü  ilin  iyulunda  Bakıda  imzalanmış  Azərbaycan  və  Paki-
stan  hökumətləri  arasında  turizm  sahəsində  əməkdaşlıq  haqqın-
da saziş ölkələrimizin bu sahədə əməkdaşlığına böyük təkan ve-
rəcəkdir. 
Lakin bütün bunlarla yanaşı turizm əlaqələrimizi qənaətbəxş 
hesab  etmək  olmaz  və  iki  tərəfin  turizm  nazirlikləri  və  turizm 
təşkilatları arasında çoxlu işlər görülməlidir. Bu baxımdan ölkə-
lərimiz arasında bütün sahələrdə, o cümlədən gənclər, idman və 
turizm sahələrində əlaqələrin genişlənməsində Bakı-Kəraçi avia-
reyslərinin bərpası çox mühüm rol oynaya bilər. Bu istiqamətdə 
əməkdaşlığın güclü inkişafı üçün hər cür potensial imkanlar var. 
Turizm sahəsində Azərbaycan Respublikasının əlaqələri ge-
nişləndirmək  istədiyi  ölkələrdən  biri  də  Çin  Xalq  Respublikası-
dır  (ÇXR).  Azərbaycanın  turizm  sahəsində  qardaş  Türkiyədən 
sonra  müqavilə  bağladığı  ilk  ölkə  ÇXR  olmuşdu.  Qeyd  etmək 
lazımdır ki, Çin dünyada turist qəbuluna görə qabaqcıl yerlərdən 
birini  tutur.  Bu  baxımdan  müstəqillik  illərində  turizm  sənayesi 


Həsənov Yusifəli Lətif oğlu 
 
168 
 
və turizm potensialı çox yüksək olan Çinlə ölkəmiz arasında tu-
rizm  əlaqələrinin  qurulub  inkişaf  etdirilməsi  mühüm  əhəmiyyət 
kəsb  etmişdi.  Azərbaycan  və  Çin  arasında  əməkdaşlığın  əsası 
hələ 7-11  mart 1994-cü ildə Çin dövlət başçısının  dəvəti  ilə öl-
kəmizin prezidenti H.Ə.Əliyevin Çinə  ilk 5 günlük rəsmi  səfəri 
zamanı qoyulmuşdu. Bu səfər zamanı Çin ilə turizm sazişinə xü-
susi  əhəmiyyət  verilmişdi  [10,  v.4].  Nəticədə  bu  görüş  zamanı 
Azərbaycan  ilə  Çin  arasında  dostluq  münasibətlərinin  əsasları 
haqqında birgə bəyanat qəbul edilmiş və bir sıra sənədlər arasın-
da “Turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası  sa-
ziş”lə yanaşı “Azərbaycan ilə Çin hökuməti arasında qrup turist 
səfərləri  zamanı  vizaların  alınmaması  haqqında  saziş”  də  imza-
lanmışdı  [11,  v.1-2].  Azərbaycan  ilə  Çin  hökumətləri  arasında 
qrup turist səfərləri zamanı vizaların alınmaması haqqında saziş 
1994-cü  il  yanvarın 4-də Pekində  başlanmış  və artıq  1994-cü  il 
mayın 1-dən qüvvəyə minmişdir [51, v.2]. Bu sazişin bağlanma-
sı  ilə  hər  iki  ölkəyə  turist  səfərləri  xeyli  asanlaşmışdı.  Bu  iki 
dövlətin hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haq-
qında saziş  isə 7  mart 1994-cü ildə  imzalanmışdı  [65]. Bu sazi-
şin  bəndlərindən  irəli  gələn  tələblər  əsasında  ikitərəfli  turizm 
əlaqələrinin  inkişafında əhəmiyyətli  irəliləyiş olmuşdu. 1999-cu 
il  noyabrın  18-dən  25-dək  Ümumçin  Gənclər  Federasiyasının 
dəvəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi-
nin 6 nəfərlik nümayəndə heyəti nazir Ə.Qarayevin rəhbərliyi ilə 
ÇXR-rə rəsmi səfər zamanı bir sıra gənclər təşkilatları ilə yanaşı 
Çin Gənclər Turizm Bürosunda da olmuşdu [51, v.5]. Bu əlaqə-
lər sonrakı illərdə də davam etdirilmişdi. 18-22 aprel 2001-ci il-
də respublikamızın turizm nazirinin birinci müavininin başçılığı 
ilə nümayəndə heyəti  ÇXR-də olmuş, idman və gənclər təşkilat-
ları  ilə  yanaşı  Çinin  Dövlət Turizm  İdarəsində  (ÇDTİ)  də  keçi-
rilmiş görüşdə ölkələrimizin bu sahədə əməkdaşlığını inkişaf et-
dirmək  məsələləri  müzakirə olunmuşdu [89]. 18-25 aprel 2002-
ci  ildə  ölkəmizin  Turizm  Nazirliyinin  nümayəndə  heyəti  ÇXR-
də səfərdə olmuş, Gənclər, İdman, Uşaq və Qadın Federasiyaları, 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
169 
 
Ümumçin Xalq Nümayəndələri Məclisi, Şanxay meriyası ilə ya-
naşı  ÇXR  Gənclər  Turizm  İdarəsində  də  görüş  olmuşdu  [11, 
“Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi-
nin Çin Xalq Respublikası ilə əməkdaşlığı haqqında məlumat”]. 
7  mart  1994-cü  ildə  imzalanmış  turizm  sahəsində  əməkdaşlıq 
haqqında  sazişin  birinci  maddəsinə  uyğun  olaraq  Azərbaycan 
Respublikası  Turizm  Nazirliyi  Çin  səfirliyi  ilə  birgə  ölkə  mək-
təbliləri  arasında  “Çin  haqqında  nə  bilirsiniz  ?”  adlı  respublika 
müsabiqəsi təşkil etmiş  və  müsabiqənin 10  nəfər  qalibi 2002-ci 
il  iyulun 24-dən 31-dək Çində səfərdə olmuş, Ümumçin Qadın-
lar Federasiyası tərəfindən qəbul edilmişdilər [51, v.15]. 
Azərbaycan  Respublikası  Turizm  Nazirliyi  Çinin  ölkəmiz-
dəki  səfirliyinə  iki  ölkə  arasında  turizm  sahəsində  əməkdaşlıq 
haqqında hökumətlərarası sazişin canlandırılması üçün 18 fevral 
2003-cü ildə xüsusi məktub göndərmişdi [51, v.16]. Nəticədə 25 
fevral 2003-cü ildə Çinin ölkəmizdəki səfiri ilə bizim turizm na-
ziri  arasında  Turizm  Baş  İdarəsində  turizm  əlaqələrinin  geniş-
ləndirilməsi  barəsində  görüş  keçirilmişdi  [51,  v.16].  17-24  ok-
tyabr  2003-cü  ildə  Pekində  keçirilmiş  ÜTT-nın  Baş  Assamble-
yasının  XV  sessiyasında  Azərbaycan  Respublikası  Turizm  Na-
zirliyinin 3 nəfərlik nümayəndə heyəti iştirak etmişdi [51, v.17]. 
7  mart  1994-cü  ildə  imzalanmış  turizm  sahəsində  əməkdaşlıq 
haqqında  sazişin  9-cu  maddəsinə,  yəni  turizmə  həsr  olunmuş 
beynəlxalq konfrans  və sərgilərin təşkilində əməkdaşlığa uyğun 
olaraq  respublikamızın  turizm  naziri  başda  olmaqla  23-27  no-
yabr 2004-cü ildə Çin Milli Turizm İdarəsinin (ÇMTİ) dəvətinə 
əsasən Şanxayda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak 
etmişdi  [51,  v.15].  Səfər  çərçivəsində  nümayəndə  heyəti  Şan-
xayda  ÇMTİ-nın  sədri  və  sədr  müavini  ilə  görüşlər  keçirmişdi. 
Bu görüşlər və söhbətlər çərçivəsində ölkəmizin Çinin “Tövsiyə 
edilən  turizm  ölkələri  statusu  (TETÖS)”  sisteminə  qoşulması 
məsələləri  müzakirə  olunmuşdu.  Keçirilən  danışıqların  əsas 
məqsədi Çin turistlərinin ölkəmizə cəlb olunması idi [11, v.3-6]. 
Yuxarıda  sadalanan  məlumatlar,  aparılmış  tədqiqatlar,  elmi 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə