Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə50/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
161 
 
25534,  2004-cü  ildə  586416  nəfər  turist  gəlmiş,  respublikamız-
dan  isə  MDB  ölkələrinə  1997-ci  ildə  291183,  1998-ci  ildə 
800416, 1999-cu ildə 724250, 2000-ci ildə 691408, 2001-ci ildə 
542052, 2002-ci ildə 1136935, 2003-cü ildə 18513, 2004-cü ildə 
14765  nəfər  turist  getmişdi  [97,  s.308;  98,  s.295].  Bu  rəqəmlər 
şübhəsiz ki, göstərilən istiqamətdə atılan addımların əhəmiyyətli 
və elmi dəyərli olmasından xəbər verir. Beləliklə, göründüyü ki-
mi, 1991-2005-ci illərdə respublikamızla MDB ölkələri arasında 
beynəlxalq turizm əlaqələri diqqəti cəlbedici dərəcədə inkişaf et-
miş  və  bu  istiqamətdə  lazımi  tarixi  təcrübə  toplanmışdı.  MDB 
ölkələri ilə beynəlxalq turist əlaqələri və mübadiləsi nəticəsində 
yaranan yeni münasibətlər, şübhəsiz ki, həmin ölkələrin xalqları-
nın  dostluğunun  möhkəmləndirilməsinə  müsbət  təsir  etmiş  və 
yeni  əlaqələr  üçün  imkanlar  açmışdı.  Hazırda  bu  əlaqələr  yeni 
məzmundadır  və  böyük  perspektivlər  vəd  edir.  Eyni  zamanda, 
turizmin inkişafı, böyük iqtisadi səmərəsi və perspektivi bu gənc 
dövlətlərin büdcələrinə milyonlarla gəlir vermişdi. 
Azərbaycan  Respublikası  dünya  dövlətləri  ilə  yaranmış  sıx 
əməkdaşlıq  xəttinə  sadiq  qalmaqla  yanaşı,  müxtəlif  tarixi  kök-
lərlə  bizə  yaxın  olan  Asiya,  habelə  bir  sıra  Afrika  ölkələri  ilə 
hərtərəfli  münasibətlərin qurulması  və  inkişaf etdirilməsi  strate-
giyasını da uğurla həyata keçirir. Bu əlaqələr sistemində ölkəmi-
zin  Asiya  və  Afrika  ölkələri  ilə  turizm  əlaqələri  xüsusi  maraq 
doğurur. Təkcə həmin sahədə respublikamız Asiya qitəsinin ona 
yaxın  ölkəsi  ilə  müqavilə  və  saziş  bağlamışdır.  Bundan  başqa 
Azərbaycan Respublikası turizm ilə bağlı olan beynəlxalq və re-
gional təşkilatların əksəriyyətinin üzvüdür. Bu baxımdan vətəni-
mizin göstərilən ölkələrlə beynəlxalq turizm  əlaqələri problemi-
nin  elmi-texniki  baxımdan  araşdırılıb  öyrənilməsinə  və  toplan-
mış təcrübənin qiymətləndirilməsinə xüsusi elmi-praktik ehtiyac 
vardır və tarixi zərurət yaranmışdı.  Bu istiqamətdə dövlətimizin 
göstərilən qitənin ən  iri dövlətlərindən biri olan İran İslam  Res-
publikası ilə turizm əlaqələrinə nəzər salmamaq olmaz. Ölkəmiz 
müstəqillik əldə edəndən sonra İran ilə ictimai həyatın başqa sa-


Həsənov Yusifəli Lətif oğlu 
 
162 
 
hələrində  olduğu  kimi,  turizm  sahəsində  də  əməkdaşlığın  yeni 
dövrünə  qədəm  qoymuşdu.  9  dekabr  1994-  cü  ildə  Azərbaycan 
ilə İran respublikaları arasında  bağlanmış  mədəniyyət sahəsində 
əməkdaşlıq haqqında sazişin 13-cü maddəsinə əsasən tərəflər iki 
ölkə  xalqları  arasında  daha  yaxşı  anlaşma  yaranmasına  kömək 
edən  turizmin  təşkilini  nəzər-diqqətdə  saxlamalı  idilər.  Qeyd 
edək  ki,  bu  hüquqi  cəhd  nəticəsiz  qalmamışdı  [17,  “İran  İslam 
Respublikası dövləti ilə Azərbaycan Respublikası dövləti arasın-
da  mədəniyyət  sahəsində  əməkdaşlıq  haqqında  saziş”].  Tədqiq 
olunan illərdə Azərbaycandan İrana turist axınının ilbəil artması 
həm də bu sazişin müsbət bəhrəsi idi. Belə ki, ölkəmizdən İrana 
2000-ci  ildə  16.651  nəfər,  2001-ci  ildə  isə  347.061  nəfər  turist 
səfər  etmişdi  [17,  v.9].  2001-ci  ildə  İrandan  ölkəmizə  321.882 
nəfər  səfər  etmişdir  ki,  bunun  da  əksəriyyəti  turistlər  olmuşdu 
[17, v.9]. Başqa bir fakt: İrandan ölkəmizə 1996-2001-ci illər ər-
zində 68.031 nəfər turist gəlmiş və bu dövrdə ölkəmizdən İrana 
isə 89.948 nəfər turist getmişdi [1, v.31, 34]. Maraqlı orasında-
dır  ki,  həmin  dövrdə  ölkəmizə  gələn  turistlərin  90  faizini  məhz 
İran vətəndaşları təşkil etmişdi. DSX-nin məlumatına əsasən isə 
tədqiqat  dövründə  gələn  və  gedən  turistlərin  sayına  görə  İran 
ikinci yer tutmuşdu. Bu səfərlər əsasən qohumluq əlaqələri olan 
vətəndaşlar,  ticarət,  müqəddəs  yerlərə  ziyarət–dini  turizm  və  s. 
məqsədlərlə  gedən  turistlər  tərəfindən  həyata  keçirilmişdi  [17, 
v.9]. 30 avqust 2001-ci ilin məlumatına əsasən ölkəmizdə fəaliy-
yət göstərən lisenziyası olan on iki turist şirkəti İranla turizm sa-
həsində  əməkdaşlıq  etmişdi  [17,  v.11].  Bu  rəqəm  2002-ci  ildə 
dörd olmuş, 2003-cü  ildə turist  mübadiləsi edən şirkətlərin sayı 
artaraq yeddiyə çatmışdı [57, v.28]. 18 avqust 2003-cü ilə qədər 
olan  müddətdə  isə  ölkəmizdə  fəaliyyət  göstərən  9  turist  şirkəti 
İranın müvafiq  şirkətləri ilə müqavilə əsasında turist mübadiləsi 
ilə məşğul olmuşdur [57, v.29]. 
29-30  yanvar  2002-ci  ildə  İranın  Kiş  adasında  keçiriləcək 
BMT-nin  Asiya  və  Sakit  okean  hövzəsi  üçün  iqtisadi  və  sosial 
komissiyanın (ESCAP – Asiya-Sakit Okean ölkələri komissiya-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
163 
 
sının 55-ci sessiyasında Honkonqda 1999-cu ilin aprelində turiz-
mə aid tədbirlər planı qəbul olunmuşdu. Plan 1999-2005-ci illəri 
əhatə  etmişdi;  Bu  plan  ölkəmizin  maraqlarına  tam  uyğundur) 
İran Turizm və Səyahət Təşkilatı ilə birlikdə təşkil etdiyi turizm 
üzrə  Asiya  Sakit  okean  Təhsil  və  Təlim  İnstitutları  şəbəkəsinin 
(APETİT) İcraiyyə Komitəsinin 7-ci iclası keçirilmişdi [52, v.2]. 
İclasda ölkəmizin Turizm Baş İdarəsinin Beynəlxalq Turizm Şö-
bəsinin rəisi E.Qafarlı da iştirak etmişdi. Tədbirdə təşkilat çərçi-
vəsində  yaradılmış  beynəlxalq  mərkəzlərin  işində  əldə  olunmuş 
tərəqqi  qiymətləndirilmiş  və  APETİT-in  fəaliyyəti  ilə  əlaqədar 
olan digər məsələlər müzakirə edilmişdi. 
Asiya ölkələri ilə də turizm əlaqələrinin genişləndirilməsin-
də əsas yerlərdən birini tutan tədbirlər ölkəmizdə hər il keçirilən 
beynəlxalq  turizm  sərgisi  və  eyni  zamanda  göstərilən  ölkələrdə 
keçirilən  turizm  sərgiləri  böyük  əhəmiyyət  kəsb  etmişdi.  Məsə-
lən, 6-10 fevral 2003-cü ildə İranın Kiş adasında keçirilmiş “Sə-
yahət və turizm” sənayesi üzrə Kiş  beynəlxalq sərgisində Azər-
baycan  Respublikası  nümayəndə  heyəti  iştirak  etmişdi  [57, 
v.19].  Həmin  sərgiyə  dəvət  olunmuş  bir  çox  dövlətlər  məlum 
“İraq  məsələsi”  ilə  bağlı  iştirak  edə  bilməmişdilər.  Lakin  Azər-
baycan, Türkiyə, Bolqarıstan və Bəhreynin nümayəndə heyətləri 
bu tədbirdə iştirak etmişdi [57, v.19]. DSK-nin məlumatına əsa-
sən, Azərbaycan Respublikasından İrana gedənlərin ümumi sayı 
1997-ci  ildə  172.180,  1998-ci  ildə  180.022,  1999-cu  ildə 
255.167, 2000-ci ildə 335.804, 2001-ci ildə 347.061, 2002-ci il-
də  4.079  (220.656  nəfər  turist  [57,  v.20]),  2003-cü  ildə  5.564 
(245.081 nəfər turist [57, v.20]), 2004-cü ildə 4.792 nəfər turist, 
İrandan  ölkəmizə  gələnlərin  ümumi  sayı  1997-ci  ildə  103.724, 
1998-ci  ildə  139.300,  1999-cu  ildə  121.604,  2000-ci  ildə 
242.354,  2001-ci  ildə  321.882,  2002-ci  ildə  155  (239.694  nəfər 
turist  [57,  v.20]),  2003-cü  ildə  3.950  (249.574  nəfər  turist  [57, 
v.20]), 2004-cü ildə 60 nəfər turist təşkil etmişdi [97, s.308; 98, 
s.295]. 
Ölkəmiz  Pakistan  İslam  Respublikası  ilə  də  beynəlxalq  tu-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə