Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
179 
 
qrad festivallarında, I İslam Həmrəyliyi Oyunlarında, I Qara Də-
niz  Oyunlarında,  Zəhmətkeşlərin  V  Beynəlxalq  İdman  Oyunla-
rında  və  digər  beynəlxalq  yarışlarda,  iştirak  etmişdilər  [130, 
s.18; 137, s.76-97]. 
Azərbaycan  Respublikası  Milli  Olimpiya  Komitəsi  beynəl-
xalq əlaqə və əməkdaşlığı genişləndirərək, bir sıra ölkələrin mil-
li olimpiya komitələri ilə Olimpiya Hərəkatı və idman sahəsində 
qarşılıqlı  əməkdaşlıq  haqqında  memorandum  və  müqavilələr 
bağlamağa başladı. Başqa ölkələrin milli olimpiya komitələri ilə 
ikitərəfli müqavilə və memorandumların bağlanması beynəlxalq 
əlaqələrin  yeni  müstəvidə  davam  etdirilməsinə  imkan  açırdı. 
2004-cü ildən başlayaraq, bu sahədə daha geniş işlər görülməyə 
başlandı.  Ilk  belə  müqavilə  Rusiya  Olimpiya  Komitəsi  ilə  bağ-
landı.  MOK  ilə  Qətər,  İtaliya  (25.02.2005),  Çin  (17.03.2005), 
Gürcüstan,  Birləşmiş  Ərəb  Əmirlikləri  (20.11.2006),  Ukrayna 
(15.10.2008)  milli  olimpiya  komitələri  arasında  “Olimpiya  Hə-
rəkatı və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqa-
vilə və memorandum”lar bağlanmışdı [193, s.70-71; 137, s.5-6]. 
Bu  sənədlər  əlaqə  və  əməkdaşlığın  genişlənməsinə  xidmət  et-
mişdi. 
2006-cı  ildə  Turində  XX  Qış  Olimpiya  Oyunlarında  ölkə-
miz  üçüncü  dəfə  idi  ki,  təmsil  olunurdu.  Ölkəmiz  olimpiadada 
bir növdə-buz üzərində  fiqurlu konkisürmənin rəqs növündə  iki 
idmançı ilə təmsil olunmuş, 23 ölkə arasında bu idman növündə 
19-cu olmuşdu (ölkəmiz qış idman növlərində iştirakını 2010-cu 
ildə Kanadanın  Vankuver şəhərində də davam  etdirmişdi) [137, 
s.56]. 
Daha  sonra  2006-cı  ilin  7  noyabrında  Bakıda  “Azərbaycan 
Respublikası  ilə  İordaniya  Haşimilər  Krallığı  arasında  Əmək-
daşlığa  dair  saziş”  və  2007-ci  ilin  mayında  Azərbaycan  prezi-
dentinin  Misirə  səfəri  zamanı  doqquz  müqavilə,  o  cümlədən 
gənclər,  idman  və turizm sahələrində əməkdaşlıq  haqqında  mü-
qavilə  imzalanmışdı.  Bu  sahədə  dövlətlərarası  müqavilənin  ol-
ması gələcək əlaqələrimiz üçün böyük ümidlər yaradır [79]. Hal-


Həsənov Yusifəli Lətif oğlu 
 
180 
 
hazırda  sözügedən  sazişlərin  müddəalarının  həyata  keçirilməsi 
istiqamətində  işlər aparılır [76]. Bütün qeyd olunan  bu sənədlər 
MOK-nın  əlaqə  və  əməkdaşlıq  məkanının  genişlənməsi,  əmək-
daşlığın qarşılıqlı yardım, fayda və səmərə əsasında həyata keçi-
rilməsinə xidmət etmişdi. 
2007-ci  il  MOK-nın  beynəlxalq  əlaqələrinin  genişlənməsi, 
əməkdaşlığın artırılması və idman nailiyyətləri baxımından əhə-
miyyətli olmuşdu [148, s.12-15]. Ölkədə  idman  inkişaf etdikcə, 
digər  dövlətlərlə  idman  əlaqələrimiz  də  sürətlə  genişlənməkdə-
dir.  Bu  baxımdan  Birləşmiş  Krallıqla  yaradılan  əlaqələr  xüsusi 
önəm  daşıyır.  Bu  əməkdaşlıq  2007-ci  il  dekabrın  1-də ölkələri-
miz arasında idman sahəsində əməkdaşlığa dair anlaşma memo-
randumunun  imzalanması  ilə  yeni  mərhələsinə  qədəm  qoyub 
[88, s.4]. Həmçinin bu ildə MOK İcraiyyə Komitəsi “Olimpiya” 
ordeni  təsis  etmiş  və  ölkə  başçısına  təqdim  etmişdi  [131,  s.10]. 
2007-ci ildə Avropa və dünya çempionatlarının ölkəmizdə keçi-
rilməsini  mühüm  idman  hadisələrinin  davamı  hesab  etmək  olar 
[131, s.4]. Bu ildə ən mühüm hadisə-Bakının 2016-cı ildə Olim-
piya Oyunlarını keçirmək üçün iddiaçı şəhərlər sırasına düşməsi 
idi [108, s.34-37]. 
Ölkəmizin  milli  komandasının  2008-ci  ildə  XXIX  Pekin 
Yay  Olimpiya  Oyunlarında  yeddi  medal  qazanması  çox  böyük 
nailiyyətdir [130, s.14]. Məhz bu oyunlarda İ.Zəkiyev ölkəmizin 
idman  tarixində  ilk  dəfə  olaraq  ikiqat  paraolimpiya  çempionu 
adı  qazanmışdı  [130,  s.12].  Pekində  avqustun  10-da  keçirilmiş 
“Azərbaycan günü” ölkəmizin tarixi, mədəni irsi, idmanı ilə ya-
xından  tanış  olmaq  üçün  mühüm  vasitə  olmuşdu  [130,  s.16]. 
Azərbaycan  cüdoçusu  E.Məmmədli  2008-ci  ildə  dünyanın  ən 
güclü  cüdoçusu,  R.Bayramov  isə  dünyanın  ən  yaxşı  yunan-Ro-
ma güləşçisi adlarına  layiq görülmüş  və Pekin Olimpiya Oyun-
larında güləş yarışlarında hakimlik etmiş H.Şərifov Azərbaycan-
dan  ilk dəfə  Olimpiya  Oyunlarının  ən  yaxşı  hakimləri  sırasında 
yer  almışdı  [130,  s.66].  Bu  faktlar  idmanımızın  beynəlxalq  sə-
viyyədə  qazandığı  nailiyyətlərin  nə  dərəcədə  yüksək  olduğunu 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
181 
 
bir daha təsdiq edir. 
Azərbaycanda  Ədalətli  Oyunlar  Hərəkatı  ilə  bağlı  fəaliyyət 
son illər xeyli genişlənmiş və qitə miqyasında özünü göstərməyə 
başlamışdı.  Bunun  nəticəsidir  ki,  Avropa  Ədalətli  Oyunlar 
Hərəkatı  (AƏOH)  rəhbərliyi  2008-ci  ildə  Bakıda  olmuş  və 
AƏOH-un  15-ci  Konqresi  və  İcraiyyə  Komitəsinin  yığıncağının 
2009-cu ildə ölkəmizdə keçirilməsi qərara alınmışdı [80, s.58-61]. 
Təqdirəlayiq  hadisələrdən  biri də ölkədə  bədən tərbiyəsi  və 
idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edəcək 
milli strategiya layihəsinin hazırlanması idi [130, s.12]. Bu stra-
tegiya 2020-ci ilədək ölkəni idmanda lider etmək məqsədini qar-
şıya  ali  məqsəd  kimi  qoymuşdu.  Bundan  başqa  “Uşaq  və  yeni-
yetmələrin  bədən  tərbiyəsi  və  idman  haqqında”  qanun  layihəsi 
hazırlanmış və Milli Məclisə təqdim edilmişdi [130, s.12]. 
“İdman təkcə uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də 
millətin gələcəyidir” deyən respublika prezidenti İ.H.Əliyev bil-
dirmişdir ki, Azərbaycan idmanın inkişafı ilə bağlı öz siyasətini 
bundan sonra da davam etdirəcəkdir [137, s.7]. 
İdman sahəsində olduğu kimi turizm sahəsində də iri layihə-
lərin həyata keçirilməsi, Azərbaycan Respublikasının turizm po-
tensialını dünyaya tanıtdırmağa başlaması ölkənin bu sahədə ak-
tiv  siyasətinin  nəticəsi  idi.  Bununla  belə  turizm  təsərrüfatında 
həlli  vacib  olan  problemlər  çoxdur.  Sosial  infrastrukturun  zəif 
inkişafı, əhalinin sosial-iqtisadi durumunun aşağı olması, turizm 
müəssisələrinin zəif reklamı (bu sektorla bağlı reklamların 90%-
i  xarici,  yəni  passiv  turizmə  aiddir),  passiv  turizmin  üstünlüyü, 
xidmətlə qiymətlərin uyğunsuzluğu, turist obyektlərində ekoloji 
tarazılığın  qorunmaması  (ağacların  qırılması,  çirkab  suların  də-
nizə axıdılması və s.) bu qəbildən olan problemlərdəndir. 
Xidmətlə  qiymətlərin  uyğunsuzluğu  ölkəyə  turist  axınının 
qarşısını alan əsas maneələrdən biridir. Hazırda qiymətlərin xid-
mətə uyğunlaşdırılması və dünya standartları ilə eyniləşdirilmək 
yönümündə dövlət səviyyəsində iş aparılır. Bunun üçün isə stan-
dartlaşdırma və sertifikatlaşdırmanın ölkədə tətbiqi vacibdir. 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə