Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
263) Meninqokokk meningiti zamanı likvora xas deyil? 
 
A) Şəffaf olması 
B) Ağamtıl və ya yaşıl, bulanıq olması 
C) Dörd rəqəmli və daha çox, neytrofillərin üstünlüyü ilə gedən sitozun olması 
D) Likvorun axma sürətinin artması 
E) Hüceyrə - zülal dissosasiyasının olması 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
264) Meninqokokk meningitində adətən etiotrop terapiya kimi istifadə olunur? 
 
A) Sulfamonometaksin 
B) Ampisillin 
C) Penisillin 
D) Levomisetin 
E) Gentamisin 
 
Ədəbiyyat:  Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
265) Meninqokokk meningitində penisillinin maksimal dozalarının işlədilməsinə 
hansı əks göstəriş deyil? 
 
A) Meningitin müalicəsiz buraxılmış gedişi 
B) Xəstəliyin erkən aşkarı və yüngül gedişli olması 
C) Meninqoensefalit 
D) İnfeksiyanın xüsusilə ağır gedişi 
E) Xəstənin gecikmiş hospitalizasiyası 
 
Ədəbiyyat:  Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
266) Meninqokokksemiyada etiotrop seçim preparatı hansıdır? 
 
A) Sulfalen 
B) Levomisetin 
C) Sulfamonometaksin 


 
 
D) Gentamisin 
E) Penisillin 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
267) Aşağıdakilardan hansı keçirilmiş meninqokokk meningitin nəticəsi deyil? 
 
A) Asteniya və nevrasteniyaya meyillilik 
B) Beynin kalsifikasiyası 
C) Görmə, eşitmə və üz sinirinin nevriti 
D) Hidrosefaliya 
E) 6 aydan 1 ilədək müddətdə istənilən qıcıqlanmalar zamanı hipertenzion sindroma 
meyillilik 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
268) Skarlatina törədicisi toksininin aşağıdakılardan hansına tropluğu yoxdur? 
 
A) Limfatik sistemə 
B) Ürək - damar sisteminə 
C) Sinir - damar sisteminə  
D) Əzələ toxumasına 
E) Vegetativ - endokrin sistemə 
 
Ədəbiyyat:  Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
269) Skarlatina üçün aşağıdakı  hansı simptomların olması  səciyyəvi deyil? 
 
A) Mərhələli səpmə 
B) Təbii büküşlərdə sıxlaşan dərinin hiperemiyalı fonunda nöqtəvari səpkilər 
C) Titrətmə, baş ağrıları, boğazda ağrı, tonzillit 
D) Səpkilər söndükdən sonra dərinin qabıqlanması 
E) Kəskin başlanğıc, hərarət, intoksikasiya 
 
Ədəbiyyat:  Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
270) Göy - öskürəyin patogenezinin əsas həlqəsinə nə daxil deyil? 
 


 
 
A) Qeyri - spesifik qıcıqlandırıcılar dominant qıcıqlanma ocağına əlavə təsir göstərir 
B) Törədici yuxarı tənəffüs yollarının selikli qişasına düşür 
C) Tənəffüs yollarının reseptorlarının qıcıqlanması öskürəyin baş verməsini və 
mərkəzi sinir sistemdə (MSS) qıcıqlanma ocağının əmələ gəlməsini şərtləndirir 
D) Göy - öskürək çöpləri tərəfindən ifraz olunan toksin daim tənəffüs yollarının 
reseptor aparatına təsir edir 
E) Göy - öskürək çöpləri tərəfindən ifraz olunan toksin mərkəzi sinir sisteminə təsir 
edir 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
271) Yetkin şəxslərdə burun - difteriyası daha çox hansı formada rast gənir? 
 
A) Pərdəli 
B) Yayılmış 
C) Fleqmonoz 
D) Toksiki 
E) Kataral, kataral - xoralı 
 
Ədəbiyyat:  N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. 
ГЭОТАР - МЕДИА1998 
 
272) Difteriyada sinir sisteminin zədələnməsi zamanı müşahidə olunmur? 
 
A) Yumşaq damağın parez və ya paraliçi, bulbar paraliç 
B) Ətraf əzələlərinin periferik nevrit şəklində zədələnməsi 
C) İnfeksion - toksik ensefalopatiya 
D) Tənəffüs əzələlərinin paraliçi və ya parezi 
E) Sinir toxumasının mielinsizləşməsi (demielinizasiya) 
 
Ədəbiyyat:  N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. 
ГЭОТАР - МЕДИА1998 
 
273) Uşaqlarda meninqokokk meningitinin ən çox təsadüf olunan qalıq 
əlamətləri: 
 
A) Astenik sindrom 
B) Hidrosefaliya 
C) Ürək - damar pozğunluqları 
D) Kəllə - beyin sinirlərinin parezi 
E) Hormonal pozğunluqlar 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə