Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
389) Böyrək sindromlu hemorragik qıdırma zamanı xəstəliyin qızğın dövründə 
periferik qanın müayinəsində hansılar müəyyən olunur? 
 
A) Eritrositlərin və hemoqlobinin miqdarının artması 
B) Leykositlərin sayının artması 
C) Bütün sadalananlar 
D) Bütün sadalananlar həqiqətə uyğun deyil 
E) Sola meyilliliklə neytrofilyoz, EÇS-in artması 
 
Ədəbiyyat:  N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
390) Hemorragik qızdırma zamanı oliqouriyanın proqressivləşməsi fazasında 
sidikdə aşağıdakılardan hansılar müəyyən edilir? 
 
A) Eritrositlər və leykositlər 
B) Bütün göstərilən dəyişikliklər 
C) Bütün göstərilən dəyişikliklər həqiqətə uyğun deyil 
D) İzohipostenuriya, proteinuriya 
E) Böyrək epiteli hüceyrələri, danəli, fibrin silindrlər 
 
Ədəbiyyat:  N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
391) Hemorragik qızdırma zamanı xəstə  hansı şərtlərin əməl olmasından sonra 
evə yazılır? 
 
A) İzohipostenuruya və poliuriya evə yazılmaq üçün əksgöstəriş deyil 
B) Qanın və sidiyin morfoloji və biokimyəvi göstəriciləri normallaşdıqdan sonra 
C) Xəstəliyin klinik əlamətlərinin itməsindən sonra 
D) Ağır gedişli formalarda xəstəliyin başlanğıcından 3-4 həftədən tez olmayaraq 
E) Bütün cavablar dogrudur 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
392) Sarı qızdırmanın törədicisi üçün aşağıdakılardan hansı səciyyəvi deyil? 
 
A) Yoluxmuş ötürücü ağcaqanadın bədənində 4 həftəyədək sağ qalır 


 
 
B) Xarici mühitdə davamlıdır 
C) Sarı qızdırmanın törədicisi 12 - 27 nm ölçülü filtrasiya edən virusdur 
D) Arboviruslara aid olub RNT tərkiblidir 
E) Pantropluq, xüsusən vissero- və neyrotrop xüsusiyyətinə malikdir 
 
Ədəbiyyat:  Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
393) Sarı qızdırma üçün xarakter epidemioloji məlumatlara aid olmayan 
hansıdır? 
 
A) Şəhər sarı qızdırması antroponoz transmissiv xəstəlikdir 
B) Cəngəllik sarı qızdırması heyvan - ağcaqanad - heyvan tsikli üzrə ötürülür 
C) Sarı qızdırmanın  endemik (cəngəllik) və epidemik (şəhər) olmaqla 2 epidemioloji 
variantı mövcuddur 
D) Tropik qurşağı zonası yayılma arealı ilə təbii - ocaqlı xəstəlikdir 
E) Sarı qızdırmaya həssaslıq kiçikdir 
 
Ədəbiyyat:  Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
394) Aşağıdakılardan hansı sarı qızdırma zamanı infeksiya mənbəyi və 
ötürücüsü deyil? 
 
A) Xəstə insan inkubasion dövrün sonunda və xəstəliyin ilk 3 - 4 günündə 
B) Ağcaqanadlar 
C) Cəngəllik primatları 
D) Quşlar 
E) Gəmiricilər, kirpi 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
395) Sarı qızdırmanın patogenezində xüsusi əhəmiyyət kəsb etmiyən hansı 
amildir? 
 
A) Daxili orqanların kapillyarlarının endotelinin zədələnməsi və qanın səpələnmiş 
damardaxili laxtalanmasının inkişafı 
B) Virusemiya 
C) Toksinemiya 
D) Ağcaqanadın dişləməsindən sonra dəridən virusun daxil olması 
E) Virusun regionar limfa düyünlərinə limfogen daşınması 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 


 
 
396) Sarı qızdırma zamanı patoloqoanatomik dəyişikliklərə hansılar aiddir? 
 
A) Bütün sadalananlar 
B) Böyrəklərin yumaqcıq və kanalcıq aparatının zədələnməsı 
C) Daxili orqanların hemorragik diatezi 
D) Sarılıq 
E) Qaraciyərin piy distrofiyasının və eozinofil nekrozunun( Kaunsilmen cisimcikləri) 
olması 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
397) Sarı qızdırma zamanı hemorragik sindroma hansı aid deyil? 
 
A) Dəri və selikli qişalarda polimorf səpkilər 
B) Mədə-bağırsaq qanaxması 
C) Burun qanaxması 
D) Trombositopeniya 
E) Hematuriya 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
398) Sarı qızdırma zamanı qaraciyər və böyrəklərin zədələnməsınə nə xasdır? 
 
A) Bütün xəstələrdə müşahidə olunur 
B) Qaraciyər və böyrəklərin damarlarının endotelinə virusun tropizmi ilə əlaqədar 
deyil 
C) Qızdırmanın ikinci dalğasında inkişaf edir 
D) Xəstəliyin fəsadıdır 
E) Çox vaxt xəstəliyin 1-2-ci günü inkişaf edir 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
399) Aşağıdakılardan hansı sarı qızdırmanın klinik - epidemioloji diaqnozunu 
əsaslandırmır? 
 
A) Qaraciyər və böyrək zədələnməsi 
B) Hemorragik diatez əlamətləri 
C) Tipik iki dalğalı temperatur əyrisi 
D) Epidemik ocaq 
E) Nəbz dəyişikliyi 
 
Ədəbiyyat:  Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə