Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

 
 
252) Herpetik infeksiya zamanı sinir sisteminin zədələnməsinin klinik 
təzahürlərinin aşağıdakı variantlarından hansı mümkün deyil? 
 
A) Mielit 
B) Demielinizasiya 
C) Poliradikulonevrit 
D) Ensefalit 
E) Seroz meningit 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
253) Herpetik infeksiyanın laborator diaqnostikası üçün hansı istifadə olunmur? 
 
A) Zədələnmiş orqanlardan virusun əldə edilməsi 
B) Virusun spesifik immunoqlobulunlərin aşkarı 
C) Qanın əkilməsi 
D) Qan zərdabında və onurğa beyin mayesində antigenin immunoloji metodlarla 
təyini 
E) Yaxmaların sitoloji tədqiqatı 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
254) Aşağıdakılardan hansı meningokok infeksiyası üçün səciyyəvi deyil? 
 
A) 5 - 14 yaşlı şəxslər xəstələnirlər 
B) 15 - 30 yaşlı şəxslər xəstələnirlər 
C) Ən çox hamilə qadınlar xəstələnirlər 
D) 31 yaş və daha böyük şəxslər xəstələnirlər 
E) 4 yaşına qədər olan uşaqlar xəstələnirlər 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
255) Meninqokok infeksiyasının generalizə olunmuş formalarına hansı  aid 
deyil? 
 
A) Meninqokok meningit 
B) Meninqokok gəzdiricisi 
C) Meningoensefalit 
D) Meningokoksemiyanın irinli meningitlə qarışıq variantı 
E) Meninqokoksemiya 


 
 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990. 
Стр. 427, Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
256) Meninqokok meningitinin dürüst diaqnozunu təsdiqləmək üçün 
aşağıdakilardan hansı zəruridir? 
 
A) Likvorun bakterioskopiyası 
B) Meninqokokkun aşkarı üçün ağız - udlaq və burundan yaxma 
C) Qalın qan damlasının bakterioskopiyası 
D) Likvorun bakterioloji müayinəsində meninqokokk kulturasının əldə edilməsi 
E) Meninqokokkun aşkarı üçün qanın əkilməsi, Qanın meninqokokka əkilməsai 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
257) Meninqokoksemiya üçün aşağıdakı əlamətlərdən hansı səciyyəvi deyil? 
 
A) Yüksək hərarət 
B) İlk iki gündə dəridə hemorragik səpkilər əmələ gəlir 
C) Xəstəliyin kəskin başlanğıcı 
D) Səpkilər xəstəliyin 8 - 11 - ci günləri əmələ gəlir 
E) Baş ağrısı, titrətmə, ümumi zəiflik 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
258) Meninqokoksemiyanın ildırım sürətli forması üçün hansı səciyyəvi deyil? 
 
A) Dəridə qəflətən geniş hemorragiyalar əmələ gətirən çoxsaylı hemorragik səpkilər 
yaranır 
B) Təngnəfəslik qeyd olunur, AT enir, nəbz sapvari olur 
C) Dəridə hemorragik səpkilər tədricən ilk 2 sutka ərzində əmələ gəlir 
D) Xəstəliyin qızğın başlanğıcı, hərarətin qəfil yüksəlməsi ilə 
E) Qıcolmalar, şüurun itməsi mümkündür, bədən hərarəti normal rəqəmlərə qədər 
enir 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
259) Meningokok meningiti üçün hansı  səciyyəvi deyil? 
 


 
 
A) Xəstəliyin 1 - ci günündən qusmanın əmələ gəlməsi 
B) Meningial əlamətlərin (simptomların) əmələ gəlməsi 
C) Aşağı ətrafların dərisində hemorragik səpkilərin əmələ gəlməsi 
D) Başı döndərdikdə güclənən ifadəli baş ağrıları 
E) Xəstəlik kəskin, hərarətin 39 - 40 dərəcəyədək yüksəlməsi ilə başlayır 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
260) Bir yaşa qədər uşaqlarda meninqokok meningitinin klinik xüsusiyyətlərinə 
aşağıdakilardan hansı aid deyil? 
 
A) Dəridə çoxsayli hemorragik səpkilərin əmələ gəlməsi 
B) Xəstəliyin ilk saatlarından yüksək hərarət 
C) Meningial əlamətlər mənfidir 
D) Meningial poza: böyrü üstə uzanmış, başı arxaya qatlanıb, ayaqlar diz və bud - 
çanaq oynaqlarında bükülüb və qarına sıxılıb 
E) Müsbət «asılma» və Lesaj simptomları, böyük əmgəyin şişməsi, başın arxaya 
qatlanması 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
261) Aşağıdakilardan hansı meninqokokk meninqoensefaliti üçün səciyyəvi 
deyil? 
 
A) Şüurun erkən itməsi 
B) Dəqiq ifadə olunmayan meningial əlamətlər 
C) İfadəli meningial əlamətlər 
D) Kəskin başlanğıc, yüksək hərarət 
E) 3 - cü, 4 - cü, 8 - ci, 12 - ci cut kəllə sinirlərinin zədələnməsi 
 
Ədəbiyyat: Е. П. Шувалова. Инфекционные болезни. Москва, Медицина, 1990, 
Н. Д. Ющук, Ю. Я. Венгеров. Инфекционные болезни: национальное 
руководство. Москва, ГЭОТАР - Медиа, 2009 
 
262) Aşağıdakilardan hansı meninqokok meningitinin fəsadı deyil? 
 
A) Beyin qan dövranının pozğunluğu 
B) Toksiko - infeksion şok 
C) Beynin kəskin şişməsi və ödemi, paz vurulma sindromu ilə 
D) Mioendoperikardit 
E) Mədə - bağırsaq, uşaqlıq, parenximatoz - subaraxnoidal qansızmalar 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə