Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

 
 
D) Səpkilər söndükdən sonra 2 həftə ərzində piqmentasiya və kəpəkvari qabıqlanma 
E) Ləkəli - papulyoz 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
227) Aşağıdakılardan hansı məxmərəyin fəsadlarına aid deyil? 
 
A) Artrit 
B) Seroz meningit 
C) Trombositopenik purpura 
D) Ensefalit 
E) Miokardit 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
228) Aşağıdakılardan hansı məxmərəyi qızılcadan fərqləndirən əlamət deyil? 
 
A) Yüksək hərarət 
B) Səpki piqmentasiya və qabıqlanma qoymur 
C) Belski - Filatov - Koplik ləkələrinin olmaması 
D) Yuxarı tənəffüs yolarının katarının az ifadəli olması 
E) Xəstəliyin qızğın dövründə səpmənin mərhələliyinin olmaması 
 
Ədəbiyyat:  N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007, В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. 
ГЭОТАР - МЕДИА1998 
 
229) İnfeksion mononukleozda məxmərəkdən fərqli olaraq aşağıdakılardan 
hansı müşahidə olunmur? 
 
A) Angina inkişaf edir 
B) Qanda atipik mononuklearların olması 
C) Daha ifadəli poliadenit 
D) Kataral əlamətlər ifadəlidir 
E) Hepatolienal sindrom daha tez - tez rast gəlir 
 
Ədəbiyyat:  N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
230) Aşağıdakılardan hansı məxmərəyi skarlatinadan fərqləndirmir? 
 


 
 
A) Dilin xarakterik «moruğabənzər»  olmaması 
B) Ətrafların bükücü səthlərində və dəri büküşlərində səpkilərin sıxlaşmaması 
C) Yumşaq damağın selikli qişasında al hiperemiyanın və anginanın olmaması 
D) Angina rast gəlinir 
E) Artralgiyaların olması 
 
Ədəbiyyat:  N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. , В. Ф. 
Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР - 
МЕДИА1998 
 
231) Anadangəlmə məxmərək sindromu zamanı dölün inkişafı üçün səciyyəvi 
deyil? 
 
A) Görmə orqanının zədələnməsi (katarakta, mikroftalmiya, qlaukoma, retinopatiya, 
göz qapaqlarının inkişaf etməməsi) və eşitmə üzvünün zədələnməsi(karlıq, korti 
orqanının defektləri) 
B) Ürək qüsurları(açıq arterial axacaq, ağciyər arteriyasının stenozu, mədəcikarası 
arakəsmənin defekti, Fallo tetradası, aortanın koarktasiyası) 
C) Sinir sisteminin zədələnməsi (makrosefaliya, ətrafların iflici, psixiki inkişafın 
pozulması) 
D) Qüsurlar çox nadir halda baş verir 
E) Skeletin, kəllənin, sidik - cinsiyyət və həzm traktı orqanlarının inkişaf qüsurları 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
232) Aşağıdakılardan hansı anadangəlmə məxmərəyin patogenezində əhəmiyyət 
kəsb etmir? 
 
A) Məxmərək virusunun ananın yuxarı tənəffüs yollarının epitel hüceyrələri vasitəsi 
ilə daxil olması 
B) Döl toxumalarına virusun hematogen və limfogen yolu ilə daxil olması 
C) Allergik komponentin olması 
D) Məxmərək virusunun embrional toxumaya tropizminin olması 
E) Dölün zədələnmə tezliyinin hamiləliyin müddətindən asılı olması 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
233) Su çiçəyi və kəmərləyici dəmrov törədicisi hansı viruslara aiddir? 
 
A) Herpes viruslar 
B) Enteroviruslar 
C) Pikoviruslar 


 
 
D) Retroviruslar 
E) Arboviruslar 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
234) Su çiçəyi və kəmərləyici dəmrov virusları üçün aşağıdakilardan hansı 
səciyyəvi deyil? 
 
A) Yüksək temperaturların təsirinə davamlıdır 
B) Ultrabənövşəyi şüaların təsirindən tez tələf olur 
C) Aşağı temperaturların təsirinə davamlıdır 
D) Qurudulmaya davamlıdır 
E) Dezinfeksiyaedici vasitələrin təsirinə davamlıdır 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007 В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
235) Su çiçəyin inkubasion dövrü əsasən necə gün davam edir? 
 
A) 24 - 30 günədək 
B) 18 - 23 günədək 
C) 30 gündən çox 
D) 5 - 10 günədək 
E) 10 - 17 günədək 11 – 21 gün 
 
Ədəbiyyat: Е. П. Шувалова Инфекционные болезни. М. , Медицина, 1990 – səh. 
372. N. N. Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh 
 
236) Aşağıdakilardan hansı su çiçəyinin əsas klinik əlaməti deyil? 
 
A) Kəskin başlanğıc 
B) Dəri və selikli qişalarda polimorf ləkəli - vezikulyoz səpkilər 
C) Qaraciyər və dalağın böyüməsi 
D) Hərarət 
E) İntoksikasiya 
 
Ədəbiyyat: N. N. Əliyev, F. C. Tağızadə. İnfektologiya. Rəhbərlik. Bakı, “Nasir”, 
2007В. Ф. Учайкин. Руководство по инфекционным болезням у детей. ГЭОТАР 
- МЕДИА1998 
 
237) Su çiçəyi zamanı hərarət hansı əlamətlə  səciyyələnmir? 
 
A) Səpkilərin əmələ gəlməsi ilə üst - üstə düşür 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə