Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
  1   2   3   4   5   6   7   8   9   ...   70


 
 
Yoluxucu xəstəliklər ixisası üzrə nümunəvi test tapşırıqları 
 
 
1) Göstərilən yoluxucu xəstəliklərdən hansı ləng infeksiyalar qrupuna aiddir? 
A) Proqressivləşən məxmərək panensefaliti  
B) Sitomeqalovirus infeksiyası 
C) Brüsellyoz 
D) Toksoplazmoz 
E) Xlamidioz 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 - 558 с. 
 
2) Yoluxucu xəstəliklərdə rast gələn ümumi intoksikasiya əlaməti hansıdır? 
A) Opistotonus 
B) Səpki 
C) Filatov - Koplik ləkələri 
D) Öskürək 
E) Hərarətin yüksəlməsi 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
3) Yoluxucu xəstəliklərdə spesifik laborator müayinə üsulu hansıdır? 
A) Hemoqramma 
B) Rektoromanoskopiya 
C) Biokimyəvi 
D) Histoloji 
E) Bakterioloji 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.  Шувалова 
Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
4) Yoluxucu xəstəliklərdə etiotrop müalicə vasitəsi hansıdır? 
A) Vitaminoterapiya 
B) Hemoterapiya 
C) Hormonoterapiya 
D) Antibakterial terapiya 
E) Dezintoksikasiya 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
5) Qarın yatalağı,paratif A və B zamanı dəridə baş verən dəyişikliklər necə olur? 
A) Rozeol xarakterli səpgilər əmələ gəlir  
B) Dəridə pustulyoz elementləri olur 


 
 
C) Dəri hiperemiyalaşmış olur 
D) Qansızmalar 
E) Dəridə qırışlar olur 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
6) Qarın yatalağı və paratif A,B zamanı gözlənilən fəsadlar hansıdır? 
A) Pnevmoniya 
B) Blefarit 
C) Otit 
D) Bağırsaq qanaxması  
E) Ensefalit 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
7) Qarın yatalağı və paratif A,B zamanı zəruri laborator müayinə üsulu 
hansıdır? 
A) Endolumbal mayenin müayinəsi 
B) Virusoloji müayinə 
C) Hemokultura  
D) Biokimyəvi 
E) Rektoromanoskopiya 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
8) Vəbada xəstəliyin ağırlıq dərəcəsi nəyə görə müəyyən edilir? 
A) İntoksikasiya əlamətlərinə görə 
B) Nəcisin xarakterik görünüşünə görə 
C) İzotonik dehidratasiyaya görə  
D) Yüksək hərarətin olmasına görə 
E) Törədicinin selikli qişada invaziyasına görə 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
9) Vəbada hipovolemik şok üçün xarakter olmayan əlamət hansıdır? 
A) İkigörmə 
B) Oliqouriya 
C) Hipotermiya və ya hərarətin normada olması 
D) Qanın nisbi sıxlığının artması 
E) A/T (arterial təzyiqin) yüksəlməsi   
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 


 
 
Шлоссберг Д., Шульман И.  Дифференциальная диагностика инфекционных 
болезней. С.-Пб., 1999 – 306 с. 
 
10) Algid forma vəba zamanı IV dərəcəli susuzlaşma  bədən çəkisinin neçə 
faizinin itməsidir? 
A) 3 % - ə qədər 
B) 3% -  dən yuxarı 
C) 7 - 9%-ə qədər 
D) 10% - dən çox  
E) 4 - 6%- ə qədər 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
11) Vəba vibrionlarını harada tapmaq olar? 
A) Sidikdə 
B) Onurğa beyini mayesində 
C) Tüpürcəkdə 
D) Qanda 
E) Nəcisdə 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
12) Qarın yatalağı zamanı antibiotikoterapiya temperatur normallaşdıqdan 
sonra neçənci gününədək aparılır? 
A) 3 - cü 
B) 22 - ci 
C) 10 - cu 
D) 16 - cı 
E) 7 - ci 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya, Bakı, 2007 
 
13) Yoluxucu xəstəliyin qızğın dövrü hansıdır? 
A) Stadium inkubasii 
B) Stadium fastiqi 
C) Stadium rekonvalessensi 
D) Stadium akme 
E) Stadium dekrementi 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
14) Vəba üçün xarakter olmayan əlamət hansıdır? 
A) Tenezmlər 
B) "Paltaryuyanın əli" 


 
 
C) Hepatosplenomeqaliya 
D) Yüksək hərarət 
E) Epiqastral nahiyədə sancışəkilli ağrılar  
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
15) Vəba xəstəliyinin törədiciləri hansı qrupa aiddir? 
A) Spiroxetlər 
B) Bakteriyalar  
C) Viruslar 
D) Rikketsiyalar 
E) İbtidailər 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с. 
 
16) Vəba xəstəliyində infeksiya mənbəyi hansıdır? 
A) Xəstə insan və ya vibriongəzdirən  
B) Həşəratlar 
C) Ev quşları 
D) Gəmiricilər 
E) İri buynuzlu heyvanlar 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шаханина И.Л. руководство по эпидемиологии инфекционных болезней, М., 
Медицина, 1993, т.1, 192 с. 
 
17) Vəba xəstəliyinin diaqnozunu təsdiq etmək üçün hansı müayinə həlledici rol 
oynayır? 
A) Sidiyin müayinəsi (urinoqramma) 
B) Ödün bakterioloji müayinəsi 
C) Qanın biokimyəvi müayinəsi 
D) Nəcisin bakterioloji müayinəsi 
E) Nəcisin ümumi müayinəsi (koproqramma) 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. 
Шлоссберг Д., Шульман И.  Дифференциальная диагностика инфекционных 
болезней. С.-Пб., 1999 – 306 с. 
 
18) Vəbanın spesifik terapiyası zamanı hansı qrup preparatları təyin etmək 
olar? 
A) İmmunostimulyatorlar 
B) Ftorxinolon preparatları 
C) Tetrasiklin sırası  
D) Xinqamin 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə