Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   2   3   4   5   6   7   8   9   ...   116

 
13
100 q quru yarpağında 10,26-15,25 mq, Çin çayında isə 3-400 
mq/kq ftor olur. Çində çay plantasiyalarını tərkibində ftor olan 
pestisidlərlə  dərmanlayırlar.  Əgər  sağlam  olmaq  istəyirsinizsə 
çox tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər 
hesab  edilən  ksantin  tapılmışdır.  Yaxşı  olar  ki,  qara  qarağat, 
ş
alfey,  moruq,  dağ  nanəsi,  itburnu,  kasnı  bitkisi  və  nanə 
yarpaqlarından  və  çiçəklərinin  ləçəklərindən  hazırlanmış  çay 
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorxuludur. Meyvə-
tərəvəzlərin,  göyərtinin  tərkibindəki  ftorun  miqdarını  azaltmaq 
üçün  onları  yeməzdən  əvvəl  axar  su  altında  yumaq  lazımdır. 
Çünki  ftor  suda  asan  həll  olur.  Sənaye  mərkəzlərində,  zavod, 
fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi 
ə
məl etməlidirlər. 
Vanadium  (Vn)  elementinin  orqanizmin  xəstəliklərdən 
qorunması funksiyasının artırılmasında mühüm rolu var. Vana-
dium qandakı xəstəlik törədən bütün  «artıq» mikrobları təmiz-
ləyən  hüceyrələrin  –  flositlərin  hərəkətini  stimullaşdırır.  Nə-
ticədə  orqanizmin  infeksiyalara  qarşı  müqaviməti  artır  və  qan 
təmizlənir. 
Son  illər  məlum  olmuşdur  ki,  digər  mineral  maddələrlə 
birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadiumun 100 
q  məhsulda  mkq-la  miqdarı  aşağıdakı  kimidir:  təmizlənmiş 
düyü  400,  vələmir  (bütöv  dən)  200,  turp  185,  arpa  və  buğda 
172, kahı və qarabaşaq 170, çiy kartof 149, çovdar 1-21, yerkö-
kü  99,  çuğundur  70,  albalı  25,  çiyələk  9,  armud  5.  Kəsmikdə, 
ə
t,  makaron,  emaledilmiş  yarma,  konfet,  şokolad,  qaymaq  və 
kakaoda vanadium elementi yoxdur. 
Manqan  (Mn)  elementi  hüceyrənin  düzgün  inkişafı,  B
1
 
vitamininin, dəmirin və misin mənimsənilməsi, qanınyaranması 
üçün vacibdir.  Orqanizmdə manqan  çatışmadıqda B
1
 vitamini-
nin  xeyri  əvəzinə  orqanizm  üçün  kəskin  toksiki  düşmənə 
çevrilir.  Məhz  buna  görə  də  orqanizmdən  müəyyən  toksiki 
maddələri  kənar  etmək  üçün,  bağırsaqları  boşaltdıqdan  sonra 
zəif  kalium-permanqanat  məhlulu  içilməsi  nəzərdə  tutulur. 
 
14
nsan  orqanizminin  1  kq  kütləsi  üçün  manqan  elementinə  tə-
ləbat 0,2-0,3 mq-dır. Manqanın ərzaq məhsullarında miqdarı 1 
kq məhsulda mq-la aşağıdakı kimidir: mal və qoyun ətində, yu-
murtada 0-50; balıq ətində 0,5-2; balda 0,5-2; böyrək, pendir və 
yumurta sarısında 2-10; kələm, əncir, yerkökü, xiyar, qaraciyər, 
kartof, pomidor, üzüm, gavalı 2-10; buğda unu 10-70; ispanaq, 
noxud, lobya, arpa, moruq, şokolad 30; kakao 35; vələmir unu, 
vələmir lopası 36; soya unu, şabalıd 40; bibər 65; çay 150-900; 
hər  bir  insan  bu  məhsullardakı  manqanın  miqdarından  asılı 
olaraq öz bədəninin kütləsinə uyğun olan məhsulların yeyilməsi 
miqdarını hesablaya bilər. 
Litium (Li) – çox xeyirli mikroelementdir. Onu minime-
tal  adlandırırlar.  Litiumla  podaqra  və  ekzema  kimi  xəstəliklər 
müalicə  olunur.  Müəyyən  edilmişdir  ki,  suyunda  lazımi  qədər 
litium olan yerlərin əhalisi sakit və xoşxasiyyət olub, aralarında 
emosional  və  kobud  adamlar  çox  azdır.  Eyni  zamanda,  əsəb 
xəstəliklərinə  çox  az  rast  gəlinir.  Bu  elementin  psixotrop  xas-
sələri müəyyən edilmişdir. Litium elementini depressiyada, ipo-
xondriya və qəddarlıqda, hətta narkomaniyada da tətbiq edirlər. 
Lakin  litium  həm  «mülayim»  və  həm  də  «qəddar»  ola  bilər. 
Litiumla  müalicə  olunan  xəstələrdə  sonralar  çanaq-bud  oy-
naqlarında  müəyyən  çatışmazlıqlar  müəyyən  olunmuşdur.  Ona 
görə  də,  litiumu  dərman  və  iynə  ilə  qəbul  etməkdənsə,  təbii 
məhsullardan  qida  vasitəsilə  almaq  daha  yaxşıdır.  Litium  bir 
çox  mineral  sularda,  şoran  və  daşduzun  tərkibində  vardır.  Li-
tium ən çox kartof, pomidor və gülçiçəklilər fəsiləsinə aid mey-
vələrdə (alma, armud, heyva, əzgil və s.) vardır. Müəyyən edil-
mişdir  ki,  litium  psixotrop  təsirlə  yanaşı,  sklerozun,  ürək  xəs-
təliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm 
ə
həmiyyət  kəsb  edir.  V.I.Vernadski  adına  Moskva  Geokimya 
nstitutunda  aparılan  tədqiqatlar  göstərmişdir  ki,  bitkilərin 
yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən çoxdur. 
1977-ci  ildə  Krakovun  hemotoloji  klinikasında  aparılan  təd-
qiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  litium  mikroele-


 
15
menti sümük iliyinin məhv olmaqda olan hüceyrələrini fəallaş-
dırır  və  qan  xərçənginin  qarşısını  alır.  Bütün  bunlara  rəğmən 
sağlamlığı  qorumaq  məqsədilə  hər  gün  təzə  meyvə-tərəvəzlə 
qidalanmaq məsləhət görülür. 
Xrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq 
miqdarında lazımdır. Lakin xromun artıq miqdarı çox təhlükəli-
dir.  Xrom  karbohidratları  pis  mənimsəyən  yaşlılar  üçün 
xüsusilə xeyirlidir. Çünki xrom orqanizmdə karbohidrat birləş-
mələrinin  mübadiləsi  prosesini  gücləndirir.  Əgər  orqanizmdə 
xrom çatışmırsa, qanda şəkərin və xolesterinin miqdarı artır. B
6
 
vitamini  də  analoji  xassəyə  malikdir.  Xromun  artıq  miqdarı 
xərçəng xəstəliyinə və astmaya səbəb olur. Sənaye mərkəzləri-
nin havasında xrom tozu daha çox olur. 
 1973-cü ildə Kanadalı doktor Edvard Konetsko müəyyən 
etmişdir  ki,  günaşırı  1  mq  xrom,  hər  gün  50  mq  sink  və  5  mq 
sistein
 aminturşusu qəbul edən adamlarda katarakt xəstəliyinin 
profilaktikası,  hətta  müalicəsi  mümkündür.  Xrom  və  sink 
ə
vəzedilməz aminturşular ilə birlikdə daha yaxşı mənimsənilir. 
Aminturşular sərbəst formada bitkilərdə olduğundan və mikro-
elementlər  üzvi  birləşmələrlə  yaxşı  mənimsənildiyindən,  hər 
gün  qida  rasionunda  «canlı»  təbii  məhsulların,  yəni  meyvə-
tərəvəzlərin  olması  vacibdir.  Ona  görə  çalışmaq  lazımdır  ki, 
bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və 
«sağlam»  formada  qidaya  sərf  olunsun.  Ən  çox  xrom  pivə 
mayalarında, qaraciyərdə, qabıqla bişirilmiş kartofda, təzə tərə-
vəzlərdə,  iri  üyüdülmüş  və  kəpəkli  undan  çörəkdə  vardır.  Mal 
ə
tini, toyuq ətini və ayaqlarını, pendiri həftədə iki dəfə rasiona 
ə
lavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ, 
marqarin və şəkərin tərkibində bir çox mikroelementlər, o cüm-
lədən xrom yoxdur. Hamilə qadın, südverən analar, diabetiklər 
və  45-dən  çox  yaşı  olanlar,  eləcə  də  sümük  sınıqları  zamanı 
gündə 3 xörək qaşığı pivə mayası qəbul etmək məsləhət görü-
lür.  Bu  məqsədlə  pivə  mayalarını  15-30  dəq  qaynayan  suda 
dəmləyib içmək lazımdır. 
 
16
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində 
silikat turşusu şəklində vardır. Bu element birləşdirici toxuma-
nın tərkib hissəsidir. Silisium elementinin sağlamlığın, cavanlı-
ğ
ın,  ömrün  uzadılmasında  və  orqanizmin  həyat  fəaliyyətinin 
yaxşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca 
bu mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrək-
liyi  təkcə  kalsium  deyil,  həm  də  silisiumun  azlığından  irəli 
gəlir. Kalsiumdan fərqli olaraq silisium D vitaminindən asılı ol-
mayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə də sağ-
lam  və  xəstələr  üçün  eyni  dərəcədə  lazımdır.  Ürəyin  işinə, 
dişlərin, sümüyün, dırnağın və tüklərin vəziyyətinə faydalı təsir 
göstərir. 
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ate-
roskleroz xəstəliklərini, tərkibində silisium olan bitkilərin miq-
darını  gündəlik  qida  rasionunda  artırmaqla  müalicə  etmək 
mümkündür. 
Dəmir  və  kalsiumdan  fərqli  olaraq  silisium  yaşlı  orqa-
nizm tərəfindən yaxşı mənimsənilir. Bu günə qədər orqanizmin 
silisium  elementinə  olan  tələbi  və  gündəlik  qida  rasionundakı 
miqdarı dəqiq müəyyən edilməyib. Silisium ən çox qatırquyru-
ğ
unda  (хвош),  işırqanda  (пикульник),  quşbuğdasında  (горец 
птичий
),  ayrıqotunda  (пырей),  dəvədabanında  (мать-и-маче-
ха
),  ballıca  (медуница),  zəncirotunun  (одуванчик)  yarpaqla-
rında və gicitkəndə vardır. 
Qida məhsullarından kərəvizdə, turşudulmuş süddə, turp-
da, porey soğanında, günəbaxanda, pomidorda, şalğamda silisi-
um vardır. Orqanizmdə silisium əsasən qalxanvarı vəzidə (310 
mq%),  böyrəkaltı  vəzidə  (250  mq%),  hipovizdə  (81,4  mq%), 
ağciyərdə  (40-80  mq%),  əzələdə  (28  mq%),  qanda  (0,1-0,9 
mq%)  vardır.  Orqanizmdə  silisium  çatışmadıqda  aşağıdakı 
dəmləmədən  istifadə  edilməsi  məsləhətdir:  hər  birindən  50  q 
olmaqla, qatırquyruğu, işırqan, gicitkən və 100 q quşbuğdasın-
dan qarışdırıb 1 xörək qaşığına 1 stəkan su əlavə etməli. Məh-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə