Əhməd-Cabir smayıl oğlu Əhmədov
YEY LƏN B TK LƏR N
MÜAL CƏV XASSƏLƏR
B A K I - 2014
2
Rəyçilər:
AKU-nun ”Əmtəəşünaslıq və ekspertiza”
kafedrasının dos, b.e.n.. A.H.Xəlilov.
AD U-nun “Qida məhsullarının texnologiyası”
kafedrasının prof., b.e.d. R.A.Əliyev.
AD U-nun “Qida məhsullarının texnologiyası”
kafedrasının dos., t.e.n N.H.Qurbanov.
AD U-nun “Ərzaq malları əmtəəşünaslığı və
ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov.
Ə 96. Əhmədov Əhməd-Cabir smayıl oğlu. Yeyilən
bitkilərin müalicəvi xassələri. Monoqrafiya. Bakı: “ qtisad
Universiteti” nəşriyyatı, 2014, 468 səh.
Kitabda insanların gündəlik qidasında istifadə olunan
meyvə və tərəvəzlərin, ətirli-ədviyyəli, dənli və paxlalı, eləcə
də yağlı və tonusqaldırıcı bitkilərin kimyəvi tərkibi, onlardan
ev şəraitində hazırlanan müalicəvi məhsulların xalq təbabətində
istifadə olunması haqqında geniş məlumat verilir. Yeyilən bit-
kilərin səciyyəsi təsnifat formasında və ayrı-ayrı qruplar da-
xilində əlifba sırası ilə izah edilmişdir. Kitabdan istifadəni
asanlaşdırmaq məqsədilə sonda yeyilən bitkilərin əlifba-ad gös-
təricisi tərtib olunmuşdur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir - 2014
3
Ö N S Ö Z
Bitki mənşəli məhsullar insanların gündəlik qidasında
istifadə olunan əvəzsiz ərzaq məhsullarıdır. Bəzi ölkələrdə əhali
ə
sasən bitki mənşəli məhsullarla qidalanır. Meyvə-tərəvəzlər və
digər bitki mənşəli məhsullar insan orqanizminin mineral mad-
dələr və vitaminlərlə təmin olunmasında mühüm yer tutur.
Lakin bitki mənşəli məhsullardan səmərəli istifadə edildikdə
onlar orqanizmi karbohidrat, yağ və aminturşular ilə zəngin
olan zülallarla da təmin edə bilər. Əlbəttə, yalnız bitki mənşəli
zülallarla orqanizmi balanslaşdırılmış zülal və yağla təmin et-
mək üçün bir qədər çox meyvə-tərəvəz yeyilməlidir. Bu isə bə-
zən gündəlik qidalanmada çətinlik yaradır. Lakin biz əsas mə-
qamı qeyd etməliyik ki, gündəlik qidalanmada daha çox bitki
mənşəli məhsullardan istifadə edənlər daha az xəstələnir və
uzun ömür sürürlər.
Bitki mənşəli məhsulların tərkibində orqanizmdə asan
mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta var-
dır. Üzvi maddələrdən üzvi turşular, aşı və boya maddələri, pektin
maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır.
Bitki mənşəli məhsulların kimyəvi tərkibi bitkinin növündən və
sortundan, yetişmə dərəcəsindən və yığılma müddətindən, torpaq-
iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və müddə-
tindən çox asılıdır.
Bitki mənşəli məhsulların istehsalının mövsümi xarakter
daşımasına baxmayaraq, bunlar ilboyu gündəlik qidanın tərki-
binə daxil olmalıdır. Odur ki, ilin bütün mövsümlərində lazımi
qədər meyvə-tərəvəz istifadə edə bilmək üçün onlar müxtəlif
üsullarla konservləşdirilir.
Yeyilən bitkilərin müalicəvi xassələri qədimdən məlum-
dur. Elmin inkişafı ilə bu məlumatlar, bitkilərin elmi metodlarla
4
tədqiq olunması ilə daha da dəqiqləşdirilmişdir. Bitkilərin kim-
yəvi tərkibinin öyrənilməsi bu məhsullardan sağlamlığın qo-
runması və müalicəsində daha geniş istifadə edilməsinə səbəb
olmuşdur. Eyni zamanda, bitkilərin meyvəsindən qida kimi isti-
fadə edilməklə yanaşı, digər orqanlarından da (çiçəyi, yarpağı,
qabığı, kökü) da müalicəvi məqsədlərlə istifadə etməyin üsul-
ları öyrənilmişdir.
Bu kitab gündəlik qidamızda istifadə etdiyimiz mədəni
və yabanı bitkilərin müalicəvi və pəhrizi xassələrinin izahına
həsr olunmuşdur. Kitabda yeyilən bitkilərin kimyəvi tərkibi
ə
traflı izah edilir. Ayrı-ayrı kimyəvi maddələrin insan orqaniz-
minə təsiri, pəhrizi və müalicəvi əhəmiyyətindən danışılır. Eyni
zamanda, bitki mənşəli məhsullardan ev şəraitində müxtəlif
müalicəvi preparatların hazırlanması üsulları qısa və anlaşılan
dildə izah olunur.
Müasir dövrdə bitki mənşəli məhsulların kimyəvi tər-
kibinə və keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki,
bu məhsullardan istifadə edərkən onların zərərsizlik göstərici-
ləri mütləq nəzərə alınmalıdır və bunlar sağlamlığın qorunma-
sında mühüm əhəmiyyət kəsb edir. Bitki mənşəli məhsullarda
olan ağır (toksiki) metalların, pestisidlərin, radionuklidlərin, di-
gər zərərli maddələrin miqdarının müəyyən edilməsi və onların
mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun
olması daim nəzarət altında saxlanılmalıdır.
Kitabda yeyilən bitkilərin tərkibi, pəhrizi və müalicəvi
xüsusiyyətləri təsnifat formasında və hər qrup daxilində əlifba
sırası ilə verilmişdir. Burada dənli və paxlalı bitkilərin, meyvə
və giləmeyvələrin, qozmeyvəlilərin, sitrus, subtropik və tropik
meyvələrin, tərəvəzlərin, ətirli-ədviyyəli bitkilərin və tonusqal-
dırıcı bitkilərin ayrı-ayrılıqda xüsusiyyətləri izah edilmişdir.
Kitabdan istifadəni asanlaşdırmaq məqsədilə sonda
yeyilən bitkilərin əlifba-ad göstəricisi tərtib edilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın
yazılmasında mövcud ədəbiyyatlardan və müəllifin özünün
Dostları ilə paylaş: |