Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə3/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   ...   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
7
  
  *   *   * 
Şeir bir gövhəri-yekdaneyi-ziqiymətdir
Salmaram vəsfi-druğ ilə onu qiymətdən. 
Deyərəm həcv, sözüm doğru, kəlamım şirin, 
Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən. 
 
ŞƏKİBAİ 
 
Yar getdikcə təhəssür dili-şeydadə durar, 
Ömr vardıqca həvəs aşiqi-risvadə durar! 
 
Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim, 
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar. 
 
Dəysə də canıma minlərcə məlamət ləpəsi, 
Zövrəqi-himmətim əvvəlki təmənnada durar. 
 
Bisütun sinəsinə dəysə də min tişə, yenə, 
Cövrə təmkin edərək durduğu məvadə durar. 
 
Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə, 
Can bəkəf aşiqi-sadiq belə sövdadə durar. 
 
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman, 
Mən gedərsəmsə məramim yenə dünyadə durar. 
 
Durmuşam pişü pəsi-tənədə, Sabir, necə kim, 
O əliflər ki, pəsü pişi ətənadə durar!
1
 
 
BƏNZƏTMƏ 
 
Sevdayi-məvədətdən, 
Xali görünür başlar. 
Biganə bilir yeksər, 
Qardaşları qardaşlar. 
 
Gözlər dəxi qan saçsın, 
Bitsin saçılan yaşlar. 
 
Ağlar bizə torpaqlar, 
Dağlar, dərələr, daşlar. 
 
Zinhar, edəlim xidmət, 
İnsanlığa, yoldaşlar. 
 
Qeyrət, a vətəndaşlar
Himmət, a vətəndaşlar! 
ŞİKAYƏT 
 
A kişi, bundan əzəl xəlqdə hörmət var idi, 
Binava mollalara hörmətü izzət var idi. 
 
Ağa hər yana ki, anqır desə, xəlq anqır idi, 
Yer üzündə bərəkət, nemətü dövlət  var idi. 
 
Kimin ağzıydı ki, mən ağ deyənə qarə desin? 
Hər nəyə əmr eləsəm, xəlqdə taət var idi. 
 
Hərə öz əmrinə məşğul idi başı aşağı, 
Nə bu mollayə sataşmaq, nə bu söhbət var idi. 
 
Elm hardaydı, müsəlman harada, qardaşım, 
Nə tərəqqi sözü, nə söhbəti-millət var idi. 
 
A dönüm başınə, bilməm bu cəvanlar nə deyir, 
Ki, əzəl onlara qüslü təharət var idi. 
 
Hamısı kafirə bənzər o həramzadəların, 
Nə müsəlmanlığa onlarada şəhabət var idi. 
 
Bu yatan tahifəni onlar oyatdı, heyhat! 
Keçdi ol dövr ki, mollalara rahət var idi. 
 
Müftəxorluq nə gözəl peşə idi tutmuş idim, 
Nə açan üstünü karın, nə şəmatət var idi. 
 
Ziddimə söz deyən olsaydı edərdim təkfir, 
İşimi qurdalasın kimdə nə cürət var idi! 
 
İndi bu xırda uşaqlar da edir tənə bizə, 
Fövt olub getdi o əyyam ki, fürsət var idi. 
 
Ah, əfsus ki, keçdi o gözəl dövranım! 
Rahət idim ki, bu xəlq içrə cəhalət var idi! 
 
 
                                                 
1
 Qeyd: ərəb əlifbasında “ətəna” sözü belə yazılır:   ﻊﻃا
ﺎﻧ
  və bu sözün kökü “tən” hər lki tərəfdən əliflə ( ا )  əhatə olunub 


¹2(3)    èéóí 2012 
 

 
ИКИ ЯДЯБИЙЙАТ ХЯБЯРИ 
 
 
1. RAFİQ TAĞININ ADI ƏBƏDİLƏŞDİRİLİR - 
BAKIDA DEYİL, VAŞİNQTONDA 
  
 Azadlıq radiosu xəbər verir ki, azərbaycanlı jurnalist və ya-
zıçı Rafiq  Tağının adı Vaşinqtondakı  Xəbərlər və Jurnalistika 
Muzeyində xüsusi lövhəyə salınacaq. Orada ötən il öldürülmüş 70 
jurnalistin adı əks olunan xüsusi lövhə yaradılıb.  
Mayın 14-də bu münasibətlə xüsusi mərasim keçirilib. 
Bildiyiniz kimi 2011-ci ildə noyabrın 19-u axşam saatlarında 
işdən evə qayıdan Rafiq Tağıya yaşadığı binanın yaxınlığında 
naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi 
Mərkəzdə müalicə olunan yazıçı orada vəfat edib. 
Rafiq Tağı  əməliyyatdan sonra İranla bağlı yazdığı yazılara 
görə hücuma məruz qaldığını istisna etməmişdi. O, yazılarında 
vaxtaşırı Azərbaycan hakimiyyətini də tənqid edirdi. 
3 uşaq atası olan Rafiq Tağının 61 yaşı var idi. 
Siyahıya 2011-ci ildə  İraq və Pakistanda öldürülmüş 11 jurnalistin də adı salınacaq. Bu iki 
ölkə dünyada jurnalistlər üçün ən təhlükəli yer hesab olunur. 
Xatırladırıq ki, Rafiq Tağı “Yazı” dərgisinin ilk sayının yaradılmasında yaxından iştirak 
etmişdi və yaradıcı qrupumuzun üzvü idi. 
  
 
2. BBC RADIOSU “ƏLİ VƏ NİNO” ƏSƏRİNİN 
AZƏRBAYCANCA YAYIMINA BAŞLAYIB. 
 
 BBC 
Azərbaycanca xidmətinin internet səhifə-
si bbcazeri.com multimedia  məzmunun bir hissəsi kimi Qurban 
Səidin “Əli və Nino” əsərinin podkast yayımına başlayıb.  Əsər-
dən parçaları Azərbaycanın çox sevilən aktyoru Rasim Balayev 
oxuyur.  BBC Azərbaycanca xidmətinin arxivindən götürülmüş 
audio kitabın hissələrini hər həftə bbcazeri.comsəhifəsinə daxil 
olmaqla dinləmək və ya endirmək mümkündür.“Əli və Nino” 
əsərinin audio variantı BBC Azərbaycanca radiosunun Danışan 
Kitablar proqramının bir hissəsi kimi bir neçə il əvvəl hazırlanıb 
və dinləyicilərin böyük rəğbətilə qarşılanıb. “Əli və Nino” BBC 
Azərbaycan xidməti radiosunun 2011-ci ilin mart ayında bağlanmasından sonra radio arxiv-
dən bbcazeri.com səhifəsinə köçən ilk kitabdır.BBC Dünya Xidməti Avropa bölümünün rəhbəri 
Sara Gibson deyir: “BBC Azərbaycanca xidmətinin əməkdaşları əsərin audio variantını əldə etmək 
istəyən oxuculardan çoxlu məktublar alıb və indi bu podkastları auditoriyaya çatdırmaqdan çox 
məmnudurlar. Biz ümid edirik ki, Azərbaycan dilində danışan onlayn auditoriyamız Rasim 
Balayevin təkrarsız ifasında səslənən bu klassik əsərdən zövq alacaqlar”. 
  
 
 
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
9
Н Я С Р 
 
 
 
 
 
AYDIN TAĞIYEV 
 
 
 
 
 
 
 
Èêè ùåêàéÿ    
SƏSSİZ FİLM 
 
Komanda verildi və cəbhəyə yola düşən könüllülər avtobuslara tərəf yeridilər. 
Qadın bir az da kişiyə sığınıb sanki onu buraxmaq istəmədi: 
-Axı, sən qala bilərdin... 
 Sonra isə köks ötürüb lap astadan pıçıldadı: 
-Gözləyəcəyəm... 
 Kişi qadını özündən aralayıb qətıyyətlə: 
-Hə, o məşhur filmdə deyildiyi kimi, mən də qayıdacağam... 
Yer-göy güllələrin, topların səsindən lərzəyə  gəlmişdi. Birdən lap yaxınlıqda, üç-dörd 
addımlığında yerə düşüb partlayan bir mərmi toz-torpaq qarışıq onu da havaya qaldırdı. 
Sonra hər  şey lap səssız filmlərdəki kimi oldu. Tozanaq çəkiləndə o, yerin-göyün od tutub 
yandığını, ayağı yer tutan adamların ora-bura qaçdığını gördü. Lakin nədənsə  ətraf sükuta qərq 
olmuşdu. Heç bir səs-səmir gəlmirdi. Lap məhəttəl qalmalı  iş idi. Ondan beş-on metr aralı bir 
əsgərimiz pulemyotu bərk-bərk sinəsinə  sıxaraq barmağını  tətikdən çəkmirdi, alov saçan güllələr 
irəli şığıyırdı. Amma... yenə də nə bir səs, nə bir hənirti... 
Bu nə sirr idi, ılahi?! Elə bil səssiz bir davalı filmə baxırdı. Ürəyinə  nə damdısa, qəfildən 
üzünü qapayıb hönkürdü. Gözlərindən süzülən isti yaş qarsalanmış yanaqlarını bir az da yandırdı. 
Söz yox ki, o, ağlayırdı, ancaq öz hönkürtüsünü də eşitməyəndə başa düşdü ki, qulaqları tutulub. 
Hər iki qulağının pərdələri yırtılmışdı. Bundan belə eşitməyəcəkdi, kar olmuşdu. 
Xəstəxanadan çıxandan sonra ailə  həyatı evliliklərinin ilk vaxtlarında olduğu kimi idi. Kişi 
yenə də qadını əzizləyib oxşayır, elə hey pıçıldayırdı: “Səni sevirəm, səni sevirəm... “ 
Qadının dediklərini isə  eşitmirdi, pisi də elə bu idi! Hər dəfə “Səni sevirəm” pıçıldayandan 
sonra kişi nigarançılıq, narahatçılıq içində diqqətlə qadına baxırdı. Qadın qələm götürüb yazdığı 
kağız qırığını nazla ərinə uzadardı: “Mən də ...” “ Kişi o kağız qırığını ustufca dodaqlarına aparardı, 
elə bil qadının özünü öpürdü. Sonra da o, kağız qırığını haradasa gizlədərdi, qadın yerini bilməzdi.  
Qadın bir gün yazdığı  kağız qırığını kişiyə göstərsə də, vermədi. 
Kişi adəti üzrə bir səhər yenə  də qadına “Səni sevirəm” deyəndə qadın  əyləşdikləri divana 
yaxın servantda, billur qayığın içindəki köhnə kağız qırığını  ərinə uzatdı, sonra da geri aldı. 
Səksənən kişi  bütün günü susdu.  
Qadın ertəsi gün qabların tozunu siləndə billur qayığın içində, o kağız parçasının yanında bir 
pistolet gülləsi gördü. Döyüşlərdə  qəhrəmanlıq göstərmiş döyüşçüyə komandanlıq öz tapancasını 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə