Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

45 
 
hər varlığa nəsib deyil. O halları bilmək isə zehni yox, əqli yox, 
zəkadadır, o da alındadır. 
·  Nəzakətli düşüncə  və davranışın özüdür başlanğıc. Kainata 
xitab və müraciət hökmdə yox, nəzakətin özündədir. Tələb etmək yox, 
təşəkkürdür  mütləq.
 
·  İnsan ikili gördüyünə döndü ona “dual” – dualizm dedi. 
Dualizm yox, duet var! Duet ikilik arasında – sən və  məndir. O, və 
səndir. 
· Musiqi, rəngkarlıq, ilahiyyat elə bir varlıqdır ki, heç vaxt onun 
“sonuna, mütləqinə çatdım” demək olmur. O, elə bir varidatdır ki, 
həmişə özündən bəxş edir. Elmlər, elmi araşdırmalar, kəşflər də belədir. 
Onlar tükənməyən bir varidatdır. 
 
Bu dünya 
Deyənlər dedilər ki, "bu dünya, ağrılıdır". 
Gecəyə baxdım, gündüzə baxdım, daşa, torpağa, bitkilərə baxdımsa da, 
onları ağrılardan, kənarda gördüm! 
Bəlkə bizim, istəklərimiz, düşüncələrimiz "ağrılıdırlar?". 
Kim bilir...   
 
Bu Məkan 
 
Bu  yer  planeti  su  ilə, bitki  ilə  örtülüdür. 
Bulaqlar içərisində bitki! Çaylarda, göllərdə, dəniz - okeanlarda 
bitki! Daş- qaya üstündə bitki (mamır) ilə örtülü - bitki! Torpaq üstündə 
bitki, sularda bitki. İlki, daşda olan bu planetin, o daş aşılanmasından, 
ovulmasından olan, torpaq (bu səbəbdən torpaq da, qum da tükənib 
qurtarıb, bitmir), bu torpaq üstündə su ilə, bitki. 
İlki daş - ovuntusu torpaq, ona Günəşin  İşığı, su ilə, bitkilərlə 
örtülü olan, torpaq (bitki daşda da, qayada da, suda da, torpaqda da bitir 


46 
 
amma tükənmir). Bu planetin ilki daş olanın, sonu torpaq olanın, nüvəsi 
daş olanın 4,5 milyard olandır yaşı, (elm belə dedi, 13,7 milyard ildir 
Kainatın Yaşı). 
Su dərin qatlardan qalxıb, torpaqla birləşər, torpaq su ilə 
birləşər, su ilə torpaq arası Hava (külək) Yer kürəsinin isə, örtüyü, 
haləsi olar! Günəş  İşıq saçar sevinər, bu planetin suyuna, torpağına, 
bitkisinə işıq saçar sevinər. 
 
Bu da bir xatirə... 
  
Bakı, 1960-cı illərin sonları, 1970-ci ilin əvvəlləri. Yasamalda 
indiki H.Zərdabi küçəsi. 
Səhər-səhər səs düşür “qatıq-qatıq, dağlı çörəyi, dağlı çörəyi” 
deyən arvadların səsi gəlir. Bir az keçir, yenə binalar arasına səs düşür. 
Sarı termos maşında hökumət südü gəlir. Sürücü,  “süd-süd“ deyir 
əlindəki düdəklə,  səs salır. Kimsə o, maşından süd alır, kimsə almır. 
Maşın tənbəl-tənbəl binaların arasından uzaqlaşır. 
Səhər düşür səs düşür.  İşə  tələsənlər işə, dərsə gedənlər dərsə. 
Bu günki həyat səs küylə başlayır. 
“Qara  şəhərin” qara tüstüləri küləyin səmtinə görə  şəhərin 
üstünə  tələsir. “Şin zavodun” (rezin təkər) tüstüsü qara şəhərin qara 
tüstüsünə qarışır. İnsanlar deyir ki, “darıxmayın o tüstülər 16 km. sonra 
yerə yenib, yerə qovuşur”. 
 2000-ci il gəlir, yeni dövr gəlir. Bakı  həyətlərində “xlor-xlor, 
mebel yağı” deyən kişilərin səsi gəlir... 
 
Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində 
öz anasını çağırar 
Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən, 
irqindən asılı olmayaraq əziyyətə düşəndə,  əzablı, ağrılı olanda  öz 
dilində  “ana”  çağırar. 


47 
 
Çünki, o fərd  öz yaddaşını (şüur altı) çağırar. O yaddaş ki, ana 
varlığında olanda (müəyyən olunmuş müddət ərzində)  “İsti yox, soyuq 
yox, ağrı yox, acmışam yox, suzmuşam yox, təlatum yox, qorxu yox”–u 
səsləyib çağırar. 
 
     
 
Əzaba düşəndə öz dilində O  anasını   çağırmaqla,  o  “anı” 
çağırar. 
 
 
 
 
 
 
 
 Dahi 
də, Tiran  da  əziyyət,   ağrı qarşısında   acizanə “ana” 
çağırar. 
 
 
 
 
 
 
 Yaddaşında – yaddaşını çağırar, o ana varlığını, o vücudu 
çağırar baxmayaraq ki, o  anda  anası  yaxınlığında,    yanında    olsa 
da,  yenə də ana   çağırar. 
 
 
 
 
 
 Çox 
körpə uşaq da, ağlayanda ailə üzvülərinin hamısı o körpəni 
sakitləşdirmək üçün, qucaqlarına almış olsalar da belə, o körpə yenə də 
ağlayar. O an Ana körpəsini qucağına alanda o, sakitləşər, susar (süd 
verməsə  də). Niyə ? O, körpə,  ana vücudunun  istisini, həlimliyini, 
məhəbbətini tapar ki, susar, sakitləşər o vücudu səhv salmaz! 
 
Amma böyük təəccüb, gözlənilməyən hal-hadisə ilə qarşılaşan 
insan, əlini dizinə vurub “vay ata, vay-dədə ”-deyər!  
 
1969-cu ilin yay ayında dramaturq C.Cabbarlının “Ana” şerini 
ilk dəfə Naxçıvanda mədəniyyət işçisi Nizami Həmzəyev və elə oradaca 
həmin  şeri teatrşünas Cəlil Vəzirovdan diksiya ilə  eşitdim. Sonrakı 
mərhələlərdə televiziya kanalında Həsən  Əblucun ifasında həmin  şeri 
dinlədim. 
 
 
 
 
 
 
 
 O 
“Ana” 
şeri yazılmış bütün ana şerləri arasında böyük bir 
nümunədir.  
 
 
Ana  çağırar  insan,  Ana  vücudunda  olduğu o anı çağırar insan, 
ana deyər insan. 
 
 
 
 
 
 
 
 O  anı,  təlatümsüzlüyü,  ağrısızlığı  çağırar  insan! 
 Övlad 
şirindir,  şəkərdir, arzudur, inamdır                  .
 Ailəyə bəxş olunmuş övladın da mənaları var, 
onlar 
dörd baxımdadır: 
 
 
 
 
 
 
Dünya üçün bəxş olunan övlad (dahilər), Xalq üçün bəxş olunan 


48 
 
övlad (tarixi şəxsiyyətlər), Ərazi üçün bəxş olunan övlad (qəhrəmanlar), 
Ailə üçün bəxş olunan övlad (ailə adını tanıdan, şöhrətləndirən). 
Belə övladların bu dünyaya gəlməsi isə, ata-ana istəyi və 
hökmündə deyil! 
Hökümlü, güclü “Ata”, ümiddə, mehribançılıqda “Ana”, 
sevdaya düşəndə “Yar”, haqsızlıq qarşısında isə üzünü Kainata tutub 
“O, Bilər”-deyər insan!  
 
                                 
Canımızda canımız 
İşıqdan gəldi canımız, 
İsığa necə qayıdar canımız? 
Nə canda can olar, canımız? 
Canımızın can olmağına gələn canımız. 
Canımızdan can gedəndə, 
Nəyə çatar canımız? 
Bu nə can idi, bizə çatdı canımız? 
Canı bəxş edənəmi qayıdar candan canımız? 
Müddətə verilən canımıza canımız, 
Ruh canda, candan ruhu ayrılan canımız. 
Ruhuna, İşığına həsrət qalan canımız, 
O İşığı bir də cağıran canımız. 
Sonsuz İşıqdan paydır canımız, 
Candan İşıq ayrıldısa, son olmaz canımız. 
Nə “etdiləri” deməz canımız, 
Nə “etdiklərimi” deyər canımız. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə