Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   78   79   80   81   82   83   84   85   86

Vaqif Məmmədov xatirələrdə 
 
301
Günay Həsənova 
 
ATALI GÜNLƏRİM ÖMÜR TƏQVİMİMİN                            
ƏN GÖZƏL GÜNLƏRİ İDİ...  
 
Atamın ölümündən bir ildən artıq müddət keçməsinə bax-
mayaraq, yoxluğuna heç cürə inana bilmirəm. Mən deyərdim ki, 
bir övlad üçün atasının yoxluğundan sonra onunla bağlı ürək 
sözlərini yazmaqdan ağır heç nə ola bilməz. Amma bu mənim 
üçün həm ağır, həm də sevindirici haldır ki, atam aramızda 
olmasa da, unudulmaz xatirələri, xeyirxah əməlləri, ədəbi-bədii 
irsi ilə hər zaman yaddaşlarda qalacaq. Qəlblərdə yaşayacaq! 
Atamla bağlı qəlbimdə həmişəlik iz salan xatirələr çoxdur. 
Bir onu bilirəm ki, ondan sonra elə bil, həyatın dadı qalmayıb. 
Kaş bir gün səhər oyananda atamın ölümünə "Nə yaxşı ki, 
yuxuymuş" deyə bilsəydim. 
Neçə illərdir həsrət çəkirdim, xəyallar qururdum ki, görəsən 
nə vaxtsa atamgil Bakıya bizim yanımıza köçəcək. Amma 
ağlıma gəlməzdi ki, baxa bilmədiyim o soyuq məzarın bizə 
qonşu olacaq. Artıq bir idən çoxdur ki, gözüm  yollarda qalıb, 
dur gəl evimizə ay, ata!  
 
Ata səbr, dözüm, əzəmət, 
Ata övlad üçün haqqın yoludur.  
Ata kəlməsində böyük məna var.  
Ata müqəddəsdir, ata uludur. 
 
Yaxşı yadımdadı, 1993-cü illər idi, müharibə gedən vaxtlar 
idi. Qadınları, uşaqları kənddən çıxarmışdılar. Atam o vaxtlar 
Sədərəkdə yaşayırdı. Müharibənin ən ağır vaxtları idi. Bir neçə 
ay olardı ki, atamı görmürdüm, onun üçün çox darıxırdım, 
amma müharibə getdiyi üçün məni kəndə aparmırdılar. Atamın 
ad günü (28 iyun) yaxınlaşırdı, fikirləşirdim ki, bəlkə qismət 
olar ad günündə onu görə bilərəm, bu arzuyla atamın ad gününə 
bir şeir yazdım. Elə vəziyyət yarandı ki, (bəlkə də atamı görmək 
üçün  günlərlə  küsüb, ağladığım üçün) bizi-anamı, məni və ba-


Vaqif Məmmədov xatirələrdə 
 
302
cımı (çünki qardaşlarım Səbuhi və Tural da həmin vaxtı atamla 
birgə kənddə qalırdılar) 3-4 saatlığa kəndə getməyə icazə ver-
dilər. Atamla görüşdük, yazdığım şeiri oxudum, o, çox sevindi 
və ğözləri yaşardı. Mənim isə sevincimin həddi-hüdudu yox idi. 
Çünki neçə aydan sonra atamı görmüşdüm. Təəssüf ki, indi 
günlərlə ağlasam da, küssəm də belə, sənə qovuşa bilmirəm...  
 
Qəm küknardı,vələsdi.  
Tufan qopdu, yel əsdi. 
Getmək vaxtın deyildi,  
Fələk yaman tələsdi.  
 
Atamın yaradıcılığının canlı şahidi olmuşam. Fəxr edirəm 
ki, atam xalqı üçün dəyərli insan olub. Hər yeni kitabı çıxanda 
çox sevinir, öz imzası ilə hər birimizə hədiyyə edirdi, biz 
övladları isə onun ən fəal oxucuları idik.   
Onun ölümündən sonra işıq üzü görən son “Ömrün payız 
nəğməsi” kitabı isə imzasız verildi mənə. Bu dəfə sevinmədim, 
əksinə... Həftələrlə stolun üstündə qaldı. Bəlkə möcüzə olar 
atamın imzası kitaba düşər dedim. Amma təəsüf ki, o imzanı bir 
daha görə bilmədim...  
1998-ci ildə ailə həyatı qurduğum üçün Bakıya köçdük. De-
mək olar ki, həmin ildən sonra, baxmayaraq ki, tez-tez telefonla 
əlaqə saxlayır, gedib gəlirdik, amma mən ata sevgisinə bir az 
həsrət qaldım. Fikirləşirdim ki, atamgil nə vaxtsa Bakıya köçə-
cək, bundan sonra birlikdə olacağıq. İstədiyim vaxt atamı görə 
biləcəm deyə xəyallar qururdum. Təəssüf ki, həyatda çox vaxt 
düşündüklərimizin əksi olur... 
Atam bizi həmişəlik tərk etdi. İndi düşünürəm ki, kaş atam 
həyatda olardı, eyni şəhərdə yaşamasaq da, səsini eşidə bilərdim. 
İnan ki, səni bir dəfə görə bilmək üçün canımdan keçərəm. Atalı 
günlərim ömür təqvimimin ən gözəl günləri idi...  
Təsəllim odur ki, atam onu tanıyanların, doğma və əzizləri-
nin qəlbində əbədi məskən saldı. Nə qədər ki, biz yaşayırıq onu 
xatırlayacaq, adını uca tutacağıq. Allahdan ona rəhmət diləyi-
rəm. Məkanın cənnət olsun ay, ata!... 


Vaqif Məmmədov xatirələrdə 
 
303
 
 
 
 
 
 
 
 
 
 
 
 
Âàãèô Ìÿììÿäîâ  
ðÿññàìëàðûí ýþçö èëÿ 
 


Vaqif Məmmədov xatirələrdə 
 
304


Vaqif Məmmədov xatirələrdə 
 
305
 


Vaqif Məmmədov xatirələrdə 
 
306
 


Vaqif Məmmədov xatirələrdə 
 
307
 


Vaqif Məmmədov xatirələrdə 
 
308


Vaqif Məmmədov xatirələrdə 
 
309


Vaqif Məmmədov xatirələrdə 
 
310


Vaqif Məmmədov xatirələrdə 
 
311


Vaqif Məmmədov xatirələrdə 
 
312


Vaqif Məmmədov xatirələrdə 
 
313
 
 
 
 
 
 
 
 
 
 
 
 
ßäÿáèééàò âÿ åëì àäàìëàðû  
Âàãèô Ìÿììÿäîâ ùàããûíäà 
 
 
 


Vaqif Məmmədov xatirələrdə 
 
314


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə