Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   14   15   16   17   18   19   20   21   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
60
dik. Bir neçə dəfə Vaqifə də belə məktublar göndərdik. Bəzən 
Vaqifə göndərəcəyimiz məktubu Sədərəyə gedən avtobusa 
verirdim ki, Vaqif müəllimə çatdırsınlar. Vaqif əvvəl Sədərək 
kənd orta məktəbində tarix müəllimi işləyirdi. Sonralar isə 
məktəbin direktoru kimi səmərəli fəaliyyət göstərdi. Bir dəfə 
Vaqif müəllim mənə dedi ki, sənin 80-ci illərdə mənə göndərdi-
yin o kiçik vərəqləri də arxivimdə saxlamışam. Həqiqətən də 
Vaqifin yaxşı arxivi var idi. Özü haqqında yazılan hər bir yazını, 
çap olunan hər bir şeirini də qoruyub arxivində saxlayırdı. 
Vaqif müəllim şəxsiyyət idi. Düzlüyü sevən, ləyaqətini 
qoruyan bir insan idi. Onu tanıdığım illər ərzində onun dilindən 
kiminsə haqqında qeybət, başqa bir söz eşitmədim. Onun şair 
dostları haqqında həmişə xoş sözlərini eşitdim. O, bir neçə il 
Naxçıvan televiziyasında “Çinar ömrü” adlı veriliş apardı. Bu 
verilişin qonaqları şairlər olardı. Sonralar Vaqif müəllim həm 
Naxçıvan Dövlət Universitetində oxuyan tələbələrin, həm də 
“Çinar ömrü” verilişində iştirak edən şairlərin şeirlərini bir yerə 
toplayaraq “Çinar ömrü” adlı 3 almanax da nəşr etdirdi. Bu, 
Vaqifin bir şair kimi özündən sonra ədəbiyyata gələn gənçlərə 
qayğısı, köməyi idi. O, özü də vaxtı ilə ədəbiyyata gələndə 
Hüseyn İbrahimovun, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, 
İsmayıl Şıxlının, Ziya Bünyadovun, Fərman Kərimzadənin, 
Yavuz Axundlunun, İmamverdi Əbilovun, Məmməd Aslanın, 
Hüseyn Razinin, Əliyar Yusiflinin ona qarşı diqqətini, qayğısını 
öz üzərində hiss etmişdi. Digər tərəfdən xeyirxahlıq onun qanın-
da, canında idi. Sonralar akademik İsa Həbibbəyli Vaqif Məm-
mədov haqqında  “Sənətə vaqiflik” adlı bir kitab yazaraq onun 
yaradıcılığını bir daha süzgəcdən keçirdi. Vaqif də İsa 
Həbibbəyli haqqında  “Böyük alim haqqında kiçik xatirələrim” 
adlı bir kitab yazaraq çap etdirdi. Yeri gəlmişkən İsa Həbibbəy-
linin Vaqif Məmmədova diqqət və qayğısından da söz açmaq 
istərdim. İsa müəllim Naxçıvan Dövlət Universitetinə rektor 
təyin olunandan sonra universitetdə “Qeyrət” adlı nəşriyyat 
yaratdı və həmin nəşriyyata Vaqif Məmmədovu direktor təyin 
etdi. Həmin nəşriyyatın fəaliyyətində Vaqifin özünəməxsus 


Vaqif Məmmədov xatirələrdə 
 
61
xidməti oldu və bu gün də bu xidmət danılmazdır. Naxçıvan 
Dövlət Universitetində İsa Həbibbəylinin təşəbbüsü ilə şairin 60 
illik yubileyi çox gözəl bir şəkildə keçirildi. Həmin yubiley 
tədbirində mən də Naxçıvan Muxtar Respublikasının Yazıçılar 
Birliyinin sədri kimi iştirak etdim, hətta yubileydən sonra  Vaqi-
fin dostlarının, doğmalarının yığışdığı qonaqlığın aparıcılığını 
da mən etdim. 
80-ci illərdə şair dostumuz Daşkəndin yaranmasının 2000 
illiyinə həsr olunmuş müsabiqəyə Daşkənd haqqında yazdığı 5 
şeirini göndərmişdi. 1983-cü ildə Vaqif Məmmədov da həmin 
müsabiqənin qaliblərindən biri oldu. Mirzə İbrahimov, Yevgeni 
Yevtuşenko kimi böyük ədəbi simaların sırasında qələm dostu-
muzun da belə bir mükafata layiq görülməsi bizi də çox sevin-
dirdi. 1987-ci ildə isə şairin “Yaşadacaq bu yol məni” adlı iki çap 
vərəqi həcmində ilk şeirlər kitabı “Yazıçı” nəşriyyatında çap 
olundu. Vaqif kitabının ilk siqnal nüsxəsini şöbəyə gətirmişdi. 
Mən “Şərq qapısı” qəzetinə kitabla bağlı bir yazı hazırladım. 
”Dolğun misralar sorağında” adlı həmin yazı “Sovet Naxçıvanı” 
qəzetinin 11 sentyabr 1987-ci il tarixli nömrəsində dərc olundu. 
Sonrakı dövrlərdə də mən Vaqif müəllimlə bağlı çoxlu sayda 
televiziya verilişləri apardım. 1989-cu ildə mən Naxçıvan Dövlət 
Televiziya və Radio Verilişləri Komitəsində işə başladım. Həmin 
dövrdən dəfələrlə şair dostumuzu televiziya verilişlərinə dəvət 
etdim. Ümumiyyətlə, Vaqif Naxçıvan televiziyasına, radiosuna 
bağlı insan idi. Ona görə də həmişə verilişlərə dəvət alır, özü də 
bu verilişlərdə ürəklə, məhəbbətlə iştirak edirdi. 
Biz vətəndaş şair ifadəsini bəzən yerli-yersiz çox işlədirik. 
Ancaq mən belə düşünürəm ki, bu söz mənim şair dostuma daha 
çox yaraşır. 1990-cı ilin qanlı-qadalı yanvar günlərindən başla-
yaraq, 1994-cü ilin may ayına kimi Sədərək kəndi (sonralar 
rayon oldu) çox ağrı-açılarla üzləşdi. Həmin dövrdə Vaqif 
Məmmədov Sədərək kəndində ən böyük məktəbin direktoru idi. 
Məsuliyyətli bir vəzifə daşıyırdı. Hər gün ermənilər kəndi atəşə 
tuturdu. Həmin dövrdə sədərəklilər, bir sözlə, muxtar respubli-
kanın əhalisi mərdlik nümunəsi göstərərək mənfur düşmənə 


Vaqif Məmmədov xatirələrdə 
 
62
qarşı mərdliklə vuruşdu, düşmən qarşısından qaçmadı. Həmin 
dövrdə Vaqıf məktəb direktoru yox, əsgər-şair idi. O da döyüş-
çülərlə birlikdə səngərlərdə yatırdı. Vaqıf müəllimin şagirdləri 
isə Sədərəyin dağına-daşına, hər bir cığırına yaxşı bələd olduq-
ları üçün əsgərlərə, könüllülərə su, ərzaq, patron çatdırırırdılar. 
Məktəblilər vətənpərvərlik dərsini səngərlərdə, öz kəndlərində 
güllələrin, mərmilərin, raketlərin atəşləri altında müəllimləri ilə 
birlikdə keçirirdilər. Mən televiziya jurnalisti kimi 90-cı illərdə 
Sədərəyə tez-tez gedirdim. Bir dəfə həmin günlərdə Vaqifgilə 
getdim. Onda Vaqif ikimərtəbəli evini əsgərlərin ixtiyarına 
vermişdi. Mən düşündüm ki, əsl vətənpərvər şair belə olar. 
Həmin dövrdə Əhməd Sədərəkli, Vaqif Məmmədov, Kəma-
ləddin Qədim, Kəmalə Nəsrin kimi şairlər od-alov içərisində 
şeirlərini yazırdılar. Sonralar Vaqif Məmmədovun “Sədərək 
harayı” şeirlər kitabı, “Sədərək şəhidləri” (Bu kitab sonralar 
Rusiyada da çap olundu), “Heydər Əliyev və Sədərək rayonu”, 
“Sədərəkdə yazılan gündəlik” kitabları bir daha göstərdi ki, o, 
bir şair kimi vətənin dar günündə öz qələmini süngüyə çevirə 
bildi. Vaqifin “Sədərək harayı” kitabında toplanan şeirlərini bu 
gün də həyəcansız oxumaq mümkün deyil. 
 
Taxıl zəmisinə düşmən od atıb, 
Yanır, tabağımda çörəyim yanır. 
Alov dilimləri lap ərşə çatıb, 
Elə bil cızhacız ürəyim yanır... 
(“Çörəyim yanır” şeirindən) 
 
Şaxta vurdu hər çiçəyi, hər bağı, 
Xəzan oldu çox güllərin yarpağı. 
Qanınızla qorudunuz torpağı, 
Sədərəyə qara bulud enəndə, 
Diz çökürəm bu qeyrətin önündə. 
(“Diz çökürəm bu qeyrətin önündə” şeirindən) 
 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə