Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə17/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
30 
“ƏDƏBİYYATIMIZ- MƏNƏVİYYATIMIZ” 
Aygün İSKƏNDƏROVA 
Azərbaycan Müəllimlər İnstitutu Pedaqogika və 
filalogiya fakültəsinin 3-cü kurs 315-qrup tələbəsi 
Elmi rəhbər : Şahəliyeva Mətanət müəllimə 
 
Sənətkar əsəri xalq üçün, cəmiyyət üçün yaranır. ”Özü üçün” və “başqaları üçün” 
yaradıcılıq yolu yoxdur, ola da bilməz.Böyük sənətkar yaradıcılığın ictimai təbiə-
tini bir an da olsun unutmamalıdır. Müasir dünyanın alim, tənqidçi və nəzəriyyə-
çiləri də insan fəaliyyətini cəmiyyətdən kənarda təsəvvür edə bilmir. 
Dərin, ictimai pafosla dolu olan Azərbaycan ədəbiyyat tarixi dünya ədəbiyyatı 
tarixində  sədaqət səsli bir simfoniyanın – ədəbiyyat tarixinin möhtəşəm mətnini 
yazdı. Dünya xalqlarının  ədəbiyyatları içərisində Azərbaycan xalqının  ədəbiyyatı 
həmişə öz zənginliyi və humanist ideyaları ilə seçilmiş, seçkinlik  indi də davam 
etməkdədir. Ədəbiyyatımızın keçib gəldiyi yola ötəri də olsa nəzər salsaq, görərik ki
bizim ədəbiyyatımız-folklorumuz və klassikamız heç vaxt speratçı ideyaları təbliğ 
etməmiş,öz xoşbəxtliyini bədbəxtliyi üzərində qurmaq kimi sərsəm xülyalara dal-
mamış, daima sülh, səmimiyyət, dostluq ideyalarının çarçısına çevrilmişdir. 
Azərbaycan xalqının bədii-poetik düşüncəsinin münbit tarlalarında Nizami, Füzuli 
kimi dünya şöhrətli ölməz söz sənətkarları ərsəyə gəlmişdir. Dünya ədəbiyyatının 
korifeyləri ilə bir sırada qürurla dayanan bu dahi şəxsiyyətlərin adları Azərbaycan 
ədəbiyyatının şərəfli tarixi haqqında təsəvvür yaratmağa əsas verir. 
Xalqın-bütövlükdə tarixin ayrılmaz üzvi hissələrindən birini də  həmin xalqın 
minilliklər boyunca yaradıb ərsəyə gətirdiyi ədəbiyyatın tarixi, başqa sözlə, bu ədə-
biyyatın keçdiyi tarixi yol və mərhələlər təşkil edir. 
Bəşəriyyətin keçdiyi tarixi yol göstərir ki, zəngin ədəbiyyatı olan xalqlar həmişə 
öz yaxın və uzaq qonşularından humanizm, insansevərlik, əxlaq gözəlliyi prinsipləri və 
bu prinsiplərin yerinə yetirilməsində göstərilən ciddiyyət və ardıcıllığa görə seçilir-
dilər. Azərbaycan xalqı da həmişə bu xalqların sırasında və çox zaman ön cərgəsində 
olub. 
Hələ tarixən ən qədim dövrlərdən başlayaraq əcdadlarımızın yaratdığı mifoloji 
örnəklər öz dərin hümanizmi və bütün canlılara məhəbbət hissi ilə seçilibdir. Təsadüfi 
deyil ki,dədə-babalarımızdan bizə gəlib çatan folklor mətinlərində milli, dini, irqi, 
hətta məxluqi ayrı- seçkilik yox dərəcəsindədir. Bu Azərbaycan xalqının bir Tanrı 
yaradıcılığı kimi kamilliyindən,  əbədi yaşarlıqdan, necə deyərlər totemimiz olan 
olan “qurdla qiyamətə qalacağından” xəbər verir. Çünki Dostoyevski demişkən, 
dünyanı gözəllik xilas edəcək və Azərbaycan  ədəbiyyatı tarixində,  ədəbi dünya 
görüşündə və yaradıcılığında gözəllik mütləq bir kateqoriya kimi həmişə ön-aparıcı 
yer tutmaqdadır. Azərbaycan Ədəbiyyatı nifrət toxumu səpmir,  məhəbbət toxumu 
səpir. Klassik ədəbiyyatımız böyük məktəbdir.Müasir elmin hansı sahəsini götür-


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
31 
sək,onun köklərini klassik poeziyamızda tapa bilərik. Gözəllik fəlsəfəsi anlayışına 
gəlincə bu sahədə poeziyamız ucu-bucağı görünməyən bir dəyyadır. Ona görə  də 
gözəllikdən söz düşəndə ədəbiyyat tariximizə baş vurmamağı, isnad etməmək böyük 
qüsur olardı.İstər zahiri, istərsə  də  mənəvi gözəllikdən doğan ilk hiss heyrətdir
heyrətdən doğan hiss isə sevgidir. Bir sözlə gözəllikdən heyrət,  heyrətdən məhəb-
bət doğur. Bizim divan ədəbiyyatımız da məhz bu 3 sütun üzərində qurulmuşdur. 
Ədəbiyyat tarixi təkcə ədəbi hadisələrin və şəxsiyyətlərin xronologiyası deyil, eyni 
zamanda  ədəbi-estetik, poetik fikrin,ədəbiyyatşünaslığın inkişaf və  zənginləşmə 
tarixidir. 
Dağ çeşmələrinin şırıltısından, at kişkərtilərindən, küləklərin vıyıltısından, quş-
ların nəğməsindən nəğmə alan bu xalqa “Şair xalq”(H.Tixonov)deyilməsi təsadüfi 
deyildir. 
Söz sənətinin daxili qaydalarını-məzmunla formanın vəhdətini, ədəbi janırların 
özünə  məxsusluğunu, həyat hadisələrinin inikası üçün yazıçının müraciət etdiyi 
ədəbi vasitələri, yaradıcılq metodonu, ayrı-ayrı dövrlərdə yazıb-yaradan sənətkar-
ların yaradıcılığını tədqiq edib tarixən əmələ gəlmiş cəryanları, mühitin bədii tələb-
lərini aşkara çıxarmaq və ümumiləşdirmək isə ədəbiyyat nəzəriyyəsinin üzərinə düşür. 
Ədəbiyyat nəzəriyyəsi qədim yunan alimi Aristotelin “Poetika” əsərindən öz 
kökünü götürərk zəmanəmizə  qədər böyük inkişaf yolu keçmişdir. Ayrı-ayrı zaman-
larda yazıçıların dövrün tələbinə uyğun yaradıcılıq axtarışı ilə  əlaqədar  ədəbiyyat 
nəzəriyyəsi daha da inkişaf edir və zənginləşir. 
Biz batan günəşin üfüqlərdə yaratdığı  əlvan mənzərəyə,rənglərin ahənginə  nə 
qədər baxmış, baxmaqdan doymamışıq. Qürub həmişə qürubdur. Lakin bəzən bizə 
elə  gəlir ki, dünənki qürub bugünkü qədər gözəl deyildi. Nəsə bugünkü qürubda 
tamam başqa rənglər, başqa çalarlar tapır, buna görə  də tamaşasına doymuruq. 
Təbiətə hər baxanda onda əvvəl görmədiyimiz gözəllikləri tapdığımız kimi hər dəfə 
yeni bir əsər,yeni bir ədəbi nümunə oxuyanda onda yeni hisslər,yeni duyğular, yeni 
fikirlər tapır və bu böyük sənətdən doya bilmirik. Çünki sözlər mənalı, fikirlər 
dərin, duyğular səmimidir. 
Düşünən, duyan,hiss edən,sevən,nifrət edən, bir sözlə, sözün geniş mənasında 
yaşayan hər kəs ədəbi əsərlərimizdə öz sualına cavab tapa bilər. 
Sadə insani hisslər və səmimi duyğularla dolu olan el ədəbiyyatının orjinal milli 
xüsusiyyətləri klassik üslubda yazan bir sıra şairləri xalq şeiri janrlarına müraciət 
etməyə təşviq etdiyi kimi həmin üslubun özündə də folklora məxsus yeni meyllərə 
yol açırdı. Bu əlaqələrin güclənməsi sayəsində  şeirin janrı  və obrazlar sistemi də 
zənginləşirdi. 
Bizim günlərədək gəlib çıxmış əsərlər göstərir ki, dövrün mahir sənətkarları sözün 
qüdrətinə, söz, şeir texnikasına mükəmməl yiyələnmiş, onu daha da inkişaf etdirmişlər. 
İctimai-mədəni mühit ədəbiyyatı xalq həyatı ilə getdikcə daha sıx bağlayır, 
onun mövzu dairəsi genişlənir və müasirləşir, əsərlərdə yeni motivlər, xalq həyatın-


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə