Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə15/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
26 
Ümumən bu faciənin ruhunda bir kədər, iztirab, dərd əlindən uzanmış insanın 
dərin sarsıntıları vardır desək yanılmarıq. Cavidə görə bütün bunların səbəbkarı əsl 
İblis həyatda mövcud olan insan iblislərdir. Bu cəhətdən həyatın mənasını  hərb 
meydanlarında görən, “Sən  əzməsən səni  əzərlər” ideyası ilə yaşayan  İbn Yəmin 
surəti böyük maraq doğurur. Müəllif insan qanına susayan müstəbidlərin, hərb adam-
larının yaşam tərzini  İbn Yəminin simasında aydınlaşdırmağa müvəffəq olur. Bu 
müharibə canisi mühitin təlimi və tələbi ilə hərəkət edərək, qatil qəsbkar bir hərb-
çiyə çevrilməklə qeyri-real  İblisin insan şəkilində təzahürüdür. Tənqidçi Əli Nazi-
min qeyd etdiyi kimi İblis müxtəlif tiplərin məcmusudur, onda həm İbn Yəminlər, 
papalar, krallar, mollalar, tacirlər və bir çox başqa mənfi tiplər təcəssüm edir. Hüseyn 
Cavidin bizə təqdim etdiyi bu iblislər riyakarlıq, satqınçılıq, qarətçilik və. s mənfi 
xüsusiyyətləri özündə toplamışdılar. Müəllif  bütün dünyanın qan dəryasına dön-
məsinə səbəb olan istismarçı dairələrdə bəşəri hissi məhv edən bütün bu mənfi xü-
susiyyətləri İblisin bələdçiliyi ilə ifşa etmişdir. Buna görə də Professor Məhəmməd 
Cəfərov İblisi məhz bu cür xarakterizə etmişdir: Ənənəvi,  fantastik sürət olan iblis 
bu əsərdə bir tərəfdən altuna, qüvvətə habelə dünya “deyən müharibə ideyalarını”, 
“XX əsrin müstəbid övladı”nın fitnəkarlığını ifşa etmək, ikinci tərəfdən bu dövrdə 
mərhəmət və vicdan fəlsəfəsinə, ümumi, mücərrəd məhəbbət ideyasına güvənən, 
bərk ayaqda göylərə sığınan bir bəşərin faciəsini çox yazıq, bəlkə də gülünc hala 
düşdüyünü göstərmək üçün bir vasitə idi. İblis faciəsi ilə insanların mənəvi saflığı 
uğrunda daim mübarizə aparan Hüseyn Cavid insan səadətini boğan, mürtəce ictimai 
qüvvələri ifşa edərək, günahsız axan qanlara səbəb olan müharibələrə birdəfəlik 
son qoyulmasını arzulasa belə sülh və müharibə problemi insanların qəlbində hələ 
iblis var olduqca həll olmamış qalacaqdır. 
Müasir dövrümüzdə  “İblis” faciəsi bizlərə daim dünya xalqları arasında fitnə 
toxumu səpən mənfur qonşularımız erməniləri xatırladır. Dünyanın ən şər qüvvələ-
rindən biri olan, böyük Ermənistan xülyası ilə Azərbaycan torpağının və əhalisinin 
qəsdinə duran erməni şovinizmi öz qara niyyətləri və dəhşətli soyqırımlarıyla İblis 
təbiət məxluqlara bariz nümunədir.Bütün bunlara əsasən qətiyyətlə deyə bilərək ki, 
bu əsər qələmə alındığı vaxt öz ideyaca bədii keyfiyyətləri etibarilə necə aktual idisə, 
üzərindən qərinələr keçməsinə baxmayaraq bu gün də qlobal dünyada sülh və mü-
haribə problemi nöqteyi nəzərindən  öz böyük məna və əhəmiyyəti kəsb etməkdədir. 
 
İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
1.  “Müasir Azərbaycan ədəbiyyatı” BDU nəşriyyatı 2007 
2.   “Hüseyn Cavid” əsərləri. Lider nəşriyyatı. Bakı 2005 
3.   “Hüseyn Cavidin ideyalar aləmi” Teymurçin Əfəndiyev. Bakı yazıçı 1985 
4.   “Hüseyn Cavid” Məmməd Cəfər Bakı Azərnəşr 1960 
5.   “Hüseyn Cavid romantizmi” Məsud Əli oğlu 1971 
6.    “Hüseyn Cavidin İblis məzmun faciəsi” Əbülfəz İbadoğlu 1969 
7.   “Hüseyn Cavid dramaturgiyasında İnsan, İblis, Tanrı, Şeyx Sənan, Peyğəmbər” Nəzakət 
Həsənova Bakı 2000 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
27 
“TƏRCÜMƏ DİLLƏR ARASINDA 
TRANSFORMASİYADIR” 
Fəridə İSABƏYOVA 
Odlar Yurdu  Universiteti Tərcümə fakultəsi Qrup-926 T1 
Elmi rəhbər : Səlimbəyova Z.A. 
 
Bugünkü həyatımızı elmin və texnikanın nailiyyətlərindən təcrid olunmuş                     
halda düşünmək qeyri-mümkün olduğu kimi, onu tərcüməsiz də təsəvvür etmək ol-
maz. Tərcümə hər bir mədəni xalqin elmi, siyasi və iqtisadi əlaqələrinin inkişafında, 
əxlaqı və tərbiyəsinin,  estetik zövqünün və mədəniyyətinin yüksəlməsində müəyyən 
müsbət rol oynamış  və indiki dövrdə onun tutdugu yer daha vacib və mütləqdir. 
Tərcümə  təkcə bir-iki xalqın deyil, bəşəriyyətin inkişafında böyük bir yer tutur. 
Tərcümə vasitəsi ilə xalqlar bir- birinin mədəniyyəti, ictimai-siyasi həyatı ilə tanış 
olur, bir-birini daha yaxından tanıyırlar. Bugünkü elmin misilsiz nailiyyətləri ilə 
dünya xalqları tərcümə vasitəsi ilə tanış olur. Hər hansı bir xalqın mədəniyyətində 
və ədəbiyyatında bəşəri duyğuları, ideyaları özündə təcəssüm etdirən nə kimi möh-
təşəm, gözəl sənət əsəri varsa, o materiklər kimi kəşf olunur, tərcümə edilib digər 
xalqların mənəviyyatında özünə müəyyən yer qazanır. Ayrı-ayrı ölkə xalqlarının 
ədəbiyyatlarının, bu ədəbiyyatların yaradıcılarının biri–birinə  təsiri,  əlaqəsi  ədəbi 
əlaqələri şərtləndirən başlıca amillərdən sayılır. 
Hər bir xalqın dili, mədəniyyəti və  ədəbiyyatı onda güclü, qüdrətli olur ki, o 
xalqın böyük tərcümə ədəbiyyatı vardır. 
Tərcümə millətlərarasi ünsiyyət vasitəsi kimi ona təlabat olanda meydana çıxır. 
Deyilənlər tərcümə olunan ədəbiyyatı qeyri-ənənəvi ədəbi məhsulla zənginləşdirən 
və müəyyən boşluqları dolduran bədii tərcüməyə də aiddir. 
Tərcümə sənəti bu işə tarixi münbit şərait yarandiqda meydana gəlir və intensiv 
inkişaf edir. Azərbaycanda belə münbit şərait XIX əsrin 30-cu illərində yaranmış-
dır. Rus dilindən azərbaycan, azərbaycan dilindən rus dilinə ilk poetik  tərcümələr 
məhz bu dövrə aiddir.Rus dilindən azərbaycan dilinə tərcümənin əsasını Abbasqulu 
Ağa Bakıxanov, azərbaycan dilindən rus dilinə tərcümənin əsasını isə Mirzə Fətəli 
Axundov qoyub desək, yanılmarıq. Məlum olduğu kimi, 1834-cü ildə A.Bakıxanov 
hərbi qulluqdan uzaqlaşaraq Azərbaycana qayıdır və  ədəbi yaradıcılıqla məşğul 
olmağa başlayır. 
Azərbaycan dilindən rus dilinə tərcümənin tarixi isə daha dəqiqdir. 1837-ci ildə 
M.F.Axundov  “Puşkinin ölümünə” elegiya-poema yazmış və dərhal onu rus dilinə 
çevirmişdir. Həmin ilin mayında bu tərcümə “Mосковский  наблюдатель” jurna-
lında dərc olunmuşdur. Bununla da M.F.Axundov nəinki Azərbaycan dilindən rus 
dilinə tərcümənin, həm də müəllif tərcüməsinin əsasını qoymuşdur. Tərcümə ədə-
biyyatının ədəbi əlaqələrin genişlənməsində böyük rolu olmuşdur. Şərq ədiblərinin 
Avropa dillərinə  tərcümələrindən sonra Qərb  ədəbiyyatına  Şərq  ədəbiyyatının 
böyük müsbət təsir göstərməsində, tərcümə ədəbiyyatının böyük rolu olmuşdur. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə