Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Библиографийа
 
 
40 
Teymur Elçin respublika sənət incilərinin qorunmasında, 
saxlanmasında və bu tükənməz xəzinənin daha da inkişaf etdiril-
məsində sadiq elm xadimi və bacarıqlı rəhbər kimi xalqın hör-
mətini qazanmış, yaradıcı qüvvələrə daim sədaqət və qayğı gös-
tərən – elimizin, obamızın ləyaqətli oğludur. 
Davud Aslan, 
şair 
 
Şair, tərcüməçi, ictimai xadim... Bunlarla yanaşı onu səciy-
yələndirən ən üstün cəhət – şəxsiyyət olması idi. 
Mailə Muradxanlı,
  
Əməkdar jurnalist  
 
Teymur Elçin hissi, bədii yaradıcılığı, xüsusən balalarımız 
üçün real zəmindən obrazlı təfəkkür səması açan gözəl şairimiz-
dir. 
Sərdar Əsəd, 
şair 
 
Həddindən artıq tələbkar olan Teymur məlllim hər cümlə-
nin, hər sözün üzərində  zərgər kimi işləyir, onu sadə danışıq 
dilinə uyğunlaşdırırdı. 
Hidayət Səfərli, 
Əməkdar jurnalist 
 
Teymur müəllimin böyüklüyü o idi ki, gələcəyi fikirləşirdi. 
Televiziyanın və radionun sahələrində cavan mütəxəssis bir 
balaca özünü göstərə bilirdisə, onun gələcək inkişafı üçün hər 
bir şərait yaradırdı. 
Vaqif Behbudov, 
Əməkdar incəsənət xadimi 
 
Teymur müəllimin əsərlərinin hamısında uşaqlara dərin bir 
məhəbbət, sevgi hiss olunur ki, bu da onun yaradıcılığının başlı-
ca leytmotivi kimi yadda qalır. Teymur Elçin poeziyasının 
Теймур Елчин
 
 
41 
məziyyətlərini şərtləndirən ən başlıca amil də onun uşaqlara olan 
məhəbbətidir. Uşaqların səviyyəsinə, maraq dairəsinə uyğun 
əsərlər yazan Teymur müəllim uşağı uşaq yerinə qoymur, adi bir 
hadisənin, süjetin arxasında son dərəcə mühüm əxlaqi prob-
lemlər qoyur və onun bədii həllini verməyə nail olur. 
Rafiq Yusifoğlu,
  
şair, yazıçı, tənqidçi 
 
 
Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televi-
ziya Verilişləri Komitəsi adlanan bu quruma istedadlı  şair, 
publisist və ictimai xadim Teymur Əliyevin sədr təyin edilməsi 
televiziyanın taleyində mühüm rol oynadı. Yüksək təşkilatçılıq 
qabiliyyəti və intelektual səviyyəsi, müasir bədii-estetik zövqü, 
əsl rəhbərə xas olan ciddi keyfiyyətləri –prinsipiallığı və tələb-
karlığı, eyni zamanda qayğıkeşliyi ilə kollektivin dərin hörməti-
ni qazanmış, bugünədək yaddaşlarda iz qoymuş Teymur Əliyev 
Azərbaycan Televiziyasının düzgün məcrada inkişafı üçün bö-
yük zəhmət sərf etmişdir. 
Qulu Məhərrəmli,
  
Əməkdar jurnalist, 
 
filologiya elmləri doktoru 
 
Ədalət duyğusu Teymur Elçinin şeirlərini xeyli gözəlləş-
dirir. Onun əsərlərini xeyirin qələbəsindən doğan nəşə də bəzə-
yir. Uşaq sənətinin şah əsəri layladır. Uşaq ədəbiyyatı və incəsə-
nətinin layladan yuxarıda dayanan nümunəsi yoxdur. Laylada 
anaların  şairliyi və  bəstəkarlığı qovuşur. Ana layla deyərkən 
həm də müğənnidir. Anaların ürəyi, ruhu laylada keçir uşağa, 
ana deyilən dünyanın odunu-közünü, dürrlərini, sehrini layla 
daşıyıb aparır balaca varlığa. 
 Teymur Elçin dünya uşaq ədəbiyyatının öyrətmək təcrübə-
sini  şeirimizdə özünəməxsus ustalıqla inkişaf etdirdi. Teymur 
Elçinin qorlu, qığılcımlı, cingintili nəfəsi uşaq  şeirimizdə müs-
təqil qurşaq, müstəqil təbəqə kimi aydın seçilməkdədir. Onun 


Библиографийа
 
 
42 
tərcümələri  ədəbiyyatımızda bizlərə dünyanın müxtəlif xalqla-
rının yaxşıya, yamana, gözəlliyə, çirkinliyə münasibətini yetirən 
əvəzsiz axındır. 
Əliyev Məstan (Günər) 
şair, publisist 
 
Bir çox istedada malik olan Teymur Əliyevin ən böyük iste-
dadı  məhz müəllimlik idi. Desəm ki, tədris müəssisələrində 
işləməmiş Teymur müəllimin həyatının ən başlıca vəzifəsi müəl-
limlik olub, səhv etmərəm. 
Əqidəsinə, mövqeyinin doğru olmasına möhkəm inamı 
olan, səmimi və son dərəcə namuslu həyat tərzi ilə seçilən 
Teymur müəllimlə tanış olan adamlar ilk dəqiqədən onun təsiri 
altına düşürdülər və bu gün, onun haqq dünyasına qovuşduğun-
dan 20 il ötdüyündən sonra da həmin cazibədə yaşayanlar az 
deyil və müəllimlərinin tapşırıqlarına sadiq qalmış  “əlaçı” 
şagirdlərinin fərqləndirici xüsusiyyətləri topladığı maddi sərvət-
də deyil, vicdanla ömür sürmələrindədir. 
“Tutduduğu yer insana şərəf gətirməz, insan tutduğu yerə 
şərəf gətirər” misalının  əyani sübutu Teymur müəllimin  əmək 
fəaliyyəti ola bilər. Teymur müəllim yaşadığı dövrün yaxşı  cə-
hətlərini özündə cəmləşdirib, mənfilikləri ilə həyatı boyu müba-
rizə aparırdı. Teymur müəlim bu gün olmasa da, onun xeyirli 
əməlləri bizimlədir.  Əslində, hər insan əvəzsizdir və Teymur 
müəllimin yeri bu dünyada hələ uzun illər görünəcək. 
Zülfüqar Fərzəliyev, 
Əməkdar incəsənət xadimi 
 
Teymur Elçinin şeirləri xalq deyim tərzinə, tarixin sınağın-
dan çıxmış folklora bağlı, ona söykənmiş poeziyadır. Bu şeirlər-
də bahar təravəti duyulur. Oynaq ritm, sözün, hətta səsin oyunu 
onu daha çox oxunaqlı, yaddaqalan edir. 
Uşaq psixologiyasını, uşaqların istək və arzularını, marağını 
bilmədən, yeddi rəngə bürünən göy qurşağına, narın yağışdan 
sonra yarpaq üstə göz açan, muncuqlanan şeh damlasına balala-
Теймур Елчин
 
 
43 
rın gözü ilə baxmadan, yazı masasının arxasında qəlbinlə, his-
sinlə özün də bir az uşaqlaşmadan balacalar üçün böyük ədə-
biyyat yaratmaq mümkün deyil.  
Aslan Kəmərli, 
şair 
 
Teymur Elçin Azərbaycan uşaq ədəbiyyatının görkəmli nü-
mayəndəsidir.Teymur Elçin yaradıcılığı bizim uşaq  ədəbiyyatı-
mızı xeyli zənginləşdirmiş, onun müasir inkişaf mərhələsini bir 
az da mənalı, məzmunlu etmişdir. Teymur Elçin poeziyasının 
xoşagələn cəhətlərindən biri də budur ki, onun şeirləri işıqlıdır, 
parlaqdır. 
Həmçinin, onu da qeyd edim ki, şair bu işıqlılığı, bu aydın-
lığı insanın ecazkar qüvvəsində, onun əməyində görür. Onun 
qardaş xalqlar ədəbiyyatından etdiyi tərcümələri də çox diqqə-
təlayiqdir. 
Nəriman Süleymanov,  
Əməkdar mədəniyyət işçisi  
 
Ən gözəl dövlət işçilərindən biri sayılan, gözəl insan, dü-
rüst, həm mülayim, həm də  sərt təbiətli insan, uşaqların  ən se-
vimli  şairi Teymur Elçin yüksək işgüzarlığı ilə böyük hörmət 
qazanmışdı. Adamlarla qaynayıb-qarışardı, ona görə  də, işləri 
çox yaxşı gedərdi. Teymur Elçinin uşaq şeirlərini oxuyanlar bilir 
ki, o, nə qədər sərt təbiətli, kövrək və qayğıkeş ürəkli bir insan 
olub. Hər kəsi öz işinə, vəzifə borcuna sədaqətli olmağa istiqa-
mətləndirir, qayğıkeş, hərtərəfli savad və  mədəniyyətə yiyələn-
məyə səsləyirdi. 
Teymur Elçin ecazkar bir uşaq şairi idi. Teymur Elçinin hər 
bir uşaq  şeirini təhlil edib, onun necə faydalı bir məqsədlə ya-
zıldığını duyanda o, gözümüzdə daha da böyüyür. Teymur Elçin 
uşaqların ən böyük, ən uzunömürlü şairidir. 
İlyas Tapdıq,  
şair, tərcüməçi 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə