Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 

81 


Purizm – 

dilin təmizliyini, toxunulmazlığını saxlamaq cəhdi, 

dildə hər hansı yeniliklərə qarşı mübarizə (neologizmlər, xarici dil-

dən alınmalar) ədəbi dili normalaşmamış, leksik və qrammatik ele-

mentlərin daxil olmasından qoruma. 

 

 



 

Rakurs 

– nəzər nöqtəsi, baxış bucağı 



Ranq – 

1. Tezlik lüğətlərində sözformaların sıra nömrəsi.    2. 

Ranq tezlik lüğətlərində ranjirə olunmuş  cərgədə sözformanın 

ortaya çıxmasında (mətndə  işlənməsində) və sözformaların mütləq 

tezliyinin azalması cərgəsində sözformanın sıra ardıcıllığı. 3. Tezlik 

siyahısında lüğət vahidinin sıra nömrəsi. Tezlik siyahısının ranq 

ranjirə edilməsi adi ardıcıl nömrələmədən onunla fərqlənir ki, eyni 

tezlikli lüğət vahidlərinə ayrı-ayrı ranqlar deyil, intervallar ranqı 

verilir. 4. Tezlik lüğətində sözdən sonra duran rəqəm və tezliyə 

işarə edən (istifadə olunan) bu sözün mətndə rast gəlinməsidir 

(əsərdə mətnlər cəmi, informasiya massivi və s.). 

Ranq tezlik lüğəti 

– 1. Lüğət vahidlərinin azalma tezliyi üzə-

rində qurulmuş lüğət. 2. Ranq üzrə sözlərin, daha doğrusu, onların 

işlədilməsi (rast gəlinməsi) tezliyi üzrə olan tezlik lüğəti. 3. Azalma 

tezliyi sırası üzrə quruluş lüğət vahidləri olan tezlik lüğəti. 

Reaksiya – 1. 

Adətən reaksiya dedikdə bir məlumata «cavab» 

nəzərdə tuturuq. 2. Bax, həm də ünsiyyət effekti. 

Real aktantlar – 

situasiyanın substantiv elementləri, subyekt, 

obyekt, substansiya prosesinin həyata keçirməsini  əngəlləyən, 

yaxud ona kömək edən məkan, yaxud zaman konkretləşdiriciləri və 

s. 

Realilər – 

1. Başqa dildə danışan insanların praktik nitqində 

mövcud olmayan predmet, əşya anlayışı, situasiya bildirən söz, 

yaxud realiyalar. 2. Zahiri linqvistika və tərcüməşünaslıqda, məsə-

lən, hər hansı ölkənin dövlət quruluşu, hər hansı xalqın tarixi və 

mədəniyyəti, konkret dilin daşıyıcısı olan dil əlaqələri nəticəsində 

 

82

bu dildə öz əksini tapmış müxtəlif çeşidli faktorların öyrənilməsi. 3. 



Sözün normativ mənası üçün əsas kimi xidmət edən maddi mə-

dəniyyət əşyaları. 4. Həyat və məişət milli-spesifik xüsusiyyətlərini 

bildirən sözlər. 5. Oijinal mətnində realizə olunan mədəni kod ele-

mentləri. 



Realilər tərcüməsinin  əsas üsulları – 

1. Transliterasiya və 

transkripsiya. Realiyanı bildirən konkret sözün ya yazıda onun kö-

künün öz dilində, yaxud öz dilində  şəkilçilərlə birlikdə bilavasitə 

istifadə olunması. 2. Yeni sözün, yaxud mürəkkəb sözün, yaxud söz 

birləşməsinin elementlər əsasında və morfoloji münasibətlərdə mü-

vafiq predmetin, artıq dildə real şəkildə mövcud olanların bildiril-

məsi.  Əsas etibarı ilə belə  tərcümə  təsviri, perifrastikdir. 3. Bir-

birinə xarici dildəki realilə yaxın olan, lakin funksiya etibarı ilə 

uyğun olmayan-oxşayan tərcümədir ki, o kontekstdə dəqiqləşdirilir 

və  bəzən təxmini yaxınlıq bildirir, ifadə edir. 4. Hiponimik üsul-

ümumiləşdirilmiş – yaxınlaşdırıcı növ anlayışını bildirən, ifadə edən 

tərcümə. Xarici dildəki sözlər tərcümə dilində cinsi anlayış bildirən 

sözlərlə verilir. Belə üsul reali adları ilə bağlı  təsəvvürləri 

kasadlaşdırır, çünki tərcümə dilində ümumi anlayışdar konkretliyin 

itməsinə gətirib çıxarır 



Reali - 

sözlər – ilkin dilin daşıyıcılarının praktik təcrübəsində 

mövcud olmayan və buna görə  də ekvivalentlərə malik olmayan 

əşyaları, hadisə və anlayışları bildirən sözlər. Bax: realilər. 



Redaktəönü – 

mətnin maşına, maşın tərcüməsinə daxil edil-

məsinə qədər qabaqcadan redaktə olunması. 

Redusiya olunan əlaqə – 

mətnlərarası invariantın semantika-

sının saxlanılması zamanı  mətnin ayrı-ayrı  səviyyəsində aksent 

edilən iki mətn arasındakı münasibətlər. 



Referat 

– 1. İlkin sənədin müxtəsər izahını əks etdirən ikinci 

sənəd. Referatın əsas məqsədi - izah olunan işin əsas müddəaları ilə 

tanış etməkdən ibarətdir. Materialın müxtəsər izahı olan referat. Tə-

biidir ki, ilkin sənədi əvəz edə bilməz və, adətən, referatın öyrənil-

məsinin  əsasında ilkin sənədin tam, yaxud qismən tərcüməsinin 

məqsədəuyğunluğu ilə bağlı  nəticələrə  gəlmək olar. 2. Referatın 



 

83 


əsas təyinatı – materialı  əvəz etməkdir. Buradan aydın olur ki, 

referat materialın daha qənaətli vasitəsi olub onun məzmununu tam 

şəkildə əhatə etməlidir. Resenziyadan fərqli olaraq, referatın başlıca 

təyinatı, hər  şeydən öncə, materialın məzmununun açılmasına 

xidmət etməlidir. Bununla belə, referatdada materialın ümumi şəkil-

də  dəyərləndirilməsi arzu olunur. Referat nəzərdən keçirilən mə-

qalə, yaxud kitabda hansı yeniliklər var, orada əksini tapan 

materialın xüsusiyyəti nədən ibarət olması çatdırılmalıdır. Referatın 

dəyəri, ilk növbədə, onunla müəyyənləşdirilir ki, orada oxucu üçün 

maraq doğuran orijinalın məzmunu daha dərin və geniş  şəkildə 

açılmış olmalıdır. 3. Tam izahına görə orijinalın məzmununu əks et-

dirən referat informativə və indikativə bölünür; izah olunan sənəd-

lərin kəmiyyətinə, sayına görə bu sənədlər – monoqrafik, məlumat 

və xülasəyə, referatda izah olunan materialın xarakterinə görə isə 

referat - üzərində işin ardıcıllığı. 4. Hər hansı məsələnin mahiyyə-

tinin müxtəsər izahı. 5. Elmi işin, kitabın və s. müxtəsər şifahi, ya-

xud yazılı izahı. 6. Ədəbi və digər mənbələrə  əsaslanan hər hansı 

mövzuya həsr olunmuş məruzə. 7. Mənbənin qısa, bütün toxunulan 

məsələlərlə bağlı  hər nə varsa dəyərləndirilməsidir ki, o mənbənin 

qiymətləndilməəsi və referatın nəticələri ilə müşayiət olunur. 



Referat çıxarma – 

mətndə tanışlıqla bağlı nitq fəaliyyətinin 

mürəkkəb növüdür ki, mətndə onda olan verilmiş informasiyanın, 

yaxud əsas məzmunun yazılı şəkildə verilməsi məqsədini güdür. 



Referat-xülasə – 

referat-xülasədə onun əsas müddəaları ma-

terialın olduqca yığcam  şəkildə  təqdim olunması ilə  bərabər bütün 

ikinci dərəcəliləri atılır. Referat - xülasədə materialın məzmununun 

daha yüksək dərəcədə ümumiləşdirilməsi tələb edilir, nəinki referat 

– konspektdə. Bax: indikativ tərcümə. 



Referat-konspekt – 

referat-konspektdə  əslin yığcam  şəkildə 

onun materialını möhkəmləndirən mühüm müddəaları gətirilir. Bax: 

informativ referat. 



Referat üzərində  işin ardıcıllığı – 

1. Referat üçün nəzərdə 

tutulmuş sənədi diqqətlə oxumaq. 2. Tamamlanmış fikri əks etdirən 

sənədin mətnini bölmək. Məqalələr, konfranslardakı  çıxışların ste-

 

84

noqramlarında və digər həcimcə böyük olmayan sənədlərdə bu 



məna hissələri adətən abzasa, yaxud abzaslar qrupuna müvafiq olur. 

Kitablarda belə parçalara ya fəsil, ya da mətnin struktur vahidi mü-

vafiqdir. 3. Referat üçün nəzərdə tutulan sənədin planını  tərtib 

etmək. 4. Referat üçün nəzərdə tutulmuş  sənədin məqsədini və 

başlıca mənasını formalaşdırmaq. 5. Referatın planını hazırlamaq. 6. 

Referatı tam həcmə riayət edilməklə yazmaq. 7. Zəruri olduqda 

referata  əlavələr etmək.  Əlavələrdə müəllifin nəzərə çarpacaq 

səhvləri, fakt və hadisələrin ənənə şəklində təhrif edilməsi, oxucunu 

faktın qiymətləndirilməsində yeni yanaşmaya cəlb etmək. 

Referatın həcmi – 

referatın tamlığına və  həcminə, eləcə  də 

onun tərtib olunması xüsusiyyətləri referatın təyinatından və onu 

sifariş verənin konkret tələbi ilə bağlıdır. Bununla belə  nəzərə 

almaq lazımdır ki, referat tərtibinin əksər hallarda hazırlığı ilə bağlı 

ümumi qaydalar mövcuddur. Referatın həcmi  əsasən ilkin sənədin 

həcmindən asılıdır, bununla belə bu asılılıq heç də birbaşa deyildir. 

Bir neçə yüz səhifəlik monoqrafiya və ya məqalələr məcmuəsi 

referatının maksimal həcmi adətən beş-altı kompüter səhifəsi ilə 

məhdudlaşır. 20-30 səhifəlik xüsusi jurnaldan çıxarılmış məqalənin 

referatı isə iki-üç kompüter səhifəsindən artıq olmur. Təxminən 10 

səhifəlik bir məqalənin referatı isə bir səhifə  həcmində olur. 

Təxminən digər materialların (sərəncamlar, soraq kitabları, dərslikl-

ər və s.) referat şəklində tərtib olunmasında bu tipli tətbiq olunmuş 

proporsiyalardan istifadə olunur. 

Referatın strukturu – 

adətən referat aşağıdakı hissələrdən 

ibarət olur: 1) referat edilən sənədin başlığı olan biblioqrafik təsvir-

dən; 2) orijinalın  əsas fikrini əks etdirən  əsas məzmundan; 3) re-

ferentin, əgər bu zəruridirsə, qeydlərdənindən. Başqa sözlə, biz bun-

dan aşağıdakı kimi ifadə edə bilərik; 1) predmet rubrikası; 2) refer-

atın mövzusu; 3) mənbənin əsas göstəriciləri; 4) referat materialının 

başlıca fikri; 5) məzmunun ifadə olunması; 6) referat edilən material 

üzrə müəllifin gəldiyi nəticələr; 7) referentin izahı. 

Referativ annotasiya – 

bax: annotasiya. 



Referativ jurnal 

– hər hansı bir nəsnənin (kitab, məqalə  və 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə