3
TƏRCÜMƏNİN NƏZƏRİ-PRAKTİK PROBLEMLƏRİNİ
İŞIQLANDIRAN
UĞURLU TƏŞƏBBÜS
Filologiya elmləri doktorları, professorlar Rafiq Manafoğlu, Ni-
zami Tağısoy və filologiya elmləri namizədi, dosent Rüstəm Kamalın
birgə hazırladıqları “İzahlı tərcüməşünaslıq terminləri lüğəti” Azərbay-
can leksikologiyası tarixində ilk təşəbbüs kimi olduqca dəyərli bir
mənbədir. Bu mənbədə tərcümə nəzəriyyəsi, təcrübəsi, tarixi və meto-
dikasının müxtəlif və çoxtərəfli aspektləri interpretasiya olunmuşdur.
Məlum olduğu kimi, tərcümə sənəti insan fəaliyyətinin, onun di-
gər mədəniyyətləri, ədəbiyyatları öyrənməyə canatım ehtiyacının nə-
ticəsi olaraq meydana gəlmişdir. Deməli, tərcümə sənəti ehtiyacdan,
tələbatdan yaranmış bir fenomendir. Onun tarixi cəmiyyətin tarixi ilə
yaşıddır. Bu iş hər bir xalqın bədii, elmi, kütləvi irsinə olan mara-
ğından doğub, təkmilləşə-təkmilləşə, dürüstləşə-dürüstləşə inkişaf edib
formalaşmışdır.
Müəlliflərin birgə yazdıqları bu dəyərli mənbədə tərcümə işinin,
tərcüməşünaslığın xeyli məsələləri bu elmin son illər qazandığı
nailiyyətlər fonunda işıqlandırılaraq oxuculara təqdim edilir. Burada
tərcümə fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından tutmuş
tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca
üsulları, tərcümənin xüsusiyyətləri, tərcümə prosesinin istiqamətləri,
tərcümə metodikası, tərcümə mexanizmi, tərcümə fəaliyyətinin sosial
tərəfləri və modelləri, tərcümə tipləri və növləri (bədii və elmi-texniki
tərcümə, publisistik tərcümə), tərcümədə prinsipial əhəmiyyətli
məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin
səviyyələri: söz, termin, söz birləşməsi, cümlə, mətn tərcümələri və s.
kimi tərcüməşünaslığın ən mühüm problemləri əhatə olunur.
Tərcümə tarixi və prosesi mürəkkəb bir inkişafın nəticəsidir. Bu
prosesdə informasiyanın ötürülməsi yolları çətin ziqzaqlardan keçir.
Bununla belə, bu prosesin terminoloji vahidləri sözügedən lüğətdə
lakonik şəkildə izah və təhlil edilmişdir.
Tərcümə prosesi dilçilik kateqoriyaları ilə üzvü şəkildə bağlıdır.
Lüğət məqalələrinə, linqvistikanın tərcümə fəaliyyətinə təsir göstərə
4
bildiyi bütün terminləri cəlb edilmiş, onların linqvistik, psixolinqvistik
və sosiolinqvistik aspektləri şərh olunmuşdur.
Əsərin “Yazılı tərcümə” hissəsində, demək olar ki, tərcümənin
bütün növləri araşdırılmış, bu növlər üçün ümumi olan və onun key-
fiyyətini təmin edən əsas mexanizm dərindən müəyyənləşdirilmişdir.
Ənənəvi metodlar, tərcüməçinin qarşılaşdığı çətinliklər, tərcümənin
mərhələləri, tədrisdə müəllimin tərcümə sənətinə yiyələnən tələbələrlə
işbirliyi, tərcümənin təhlil aspektləri, tərcümə mətnləri üzərində “əmə-
liyyat”, mətndəki informasiyanın nəzərə alınması, tərcümənin
nəticələrinin təhlili, modelləşdirmə metodikası, lüğətlərdən istifadə,
mətn janrlarının mənimsənilməsi, müxtəlif çeşidli mətnlərlə tərcümə
işi və s. məsələlər burada elmi-nəzəri cəhətdən yerli-yataqlı təhlil
olunmuşdur.
Lüğətdəki bir sıra terminlər nitq fəaliyyəti ilə bağlı qruplaşdırıl-
mışdır. Burada nitq fəaliyyətinin müxtəlif növləri, nitq kommu-
nikasiyası, nitq kompetensiyası, nitq kompressiyası, nitq situasiyası,
nitq zənciri, nitq həlqəsi, nitq şüuru, nitq aktı və s. nitqin müxtəlif
növləri ilə bağlı terminlər tərcüməşünaslıq problemləri ilə əlaqəli və
dərinləşdirilmiş şəkildə təhlil edilmişdir.
Tərcümə situasiyası ilə bağlı terminlər (situativ tərcümə nəzəriy-
yəsi, situasiya klişesi, situasiya əlaqələri, gerçiklik situasiyası, situativ
informasiya, situativ kompressiya və s.) linqvistik təhlilin dəqiqlik
prinsipi əsasında müəlliflər tərəfindən düzgün şərh olunmuşdur.
Tərcümədə üslub (orijinalı saxlamaq, zaman xüsusiyyətlərini,
milli koloriti, yazıçı fəaliyyətini, onun üslubu, istifadə etdiyi bədii
priyomları və s) başlıca şərtdir. Üslubla üslubi kodlaşma, tərcümə
mətnlərinin üslubi fərdiliyi, tərcümə zamanı üslubi itkilər, dil va-
sitələrinin üslubi manerası və s. məsələlərə aid terminlərin mahiyyətini
tərcüməçi dərindən bilməlidir. Əks təqdirdə tərcümədə istənilən, arzu
olunan nəticəni əldə etmək olmaz.
Prof. R.Manafoğlu, prof. N.Tağısoy, dos. R.Kamalın böyük zəh-
mət hesabına hazırladıqları “İzahlı tərcüməşünaslıq terminləri
lüğəti”ndə məzmun etibarı ilə fərqlənən mətnlərin tərcümə yollarını
müəlliflər ətraflı və geniş şəkildə şərh edirlər.
R.Manafoğlu, N.Tağısoy və R.Kamalın tərtib etdikləri lüğətdə
nəinki tərcümə zamanı iki dil arasındakı münasibətlər, həm də dillər-