Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

 

85 


s.) müəyyən mövzunu müxtəsər  şəkildə referatlar formasında  əks 

etdirən materiallar məcmuəsi. 



Referativ tərcümə – 

orijinalın qabaqcadan seçilmiş hissə-

lərinin tam yazılı  tərcüməsi olub, əlaqəli rabitəli mətndir ki, onlar 

bir yerdə orijinalın referatını əmələ gətirir. 



Referent – 

1. Konkret dil ifadəsi ilə uyğunlaşan fikrin pred-

meti. 2. Bu, elə denotat deməkdir. 3. İşarə ilə göstərilən həmcins 

əşyalar, hadisələr sinfi. 4. Müəyyən məsələlərlə bağlı  məruzəçi, 

məsləhətçi olan vəzifəli  şəxs. 5. Məlumatda söhbət gedən konkret 

predmet. 



Referent funksiya – 

fikrin predmeti ilə bağlı funksiyadır ki, 

konkret dil ifadəsi onunla uyğunlaşır. 

Referent işləməsi – 

bax: dinlənilmiş materialın şifahi şəkildə 

referat kimi verilməsi. 

Referent-tərcüməçi – 

xarici dilləri bilən və «Dilçi. Tərcümə-



çi

» diplomu olan mütəxəssis. Müq. et: tərcüməçi və  tərcüməçi-re-

ferent. 

Registr – 

sosial professional, müəyyən ünsiyyət sferasında 

xidmət edən verilmiş mövzu ilə bağlı leksik vasitələr və qrammatik 

strukturlardan istifadə ilə bağlı  yığım. Registr, adətən, ümumi 

peşəli, yaxud ümumi sosial maraqlı insanların danışıq dilini bildirir. 

Şifahi formanı bəzən dilaltı adlanıdırırlar. 



Rekoqnitiv əlamət 

– tanıdıcı əlamət. 



Rekonstruksiyalaşdırma – 

1.Nəinki sintaktik, həm də üslubi 

normalara tərcümə dilində cavab verən tərcümə  mətninin yaranma 

mərhələsi. 2. Tərcümə mərhələsində nəinki sintaktik, həm də üslubi 

normalara cavab verən son deyim. 

Rekvizit – 

sənəd formasının ayrı elementi. 



Relevant 

– dil vahidlərinin diferensiya etmə bacarığı linqvis-

tik vahidlərin fərqləndirilməsi (bir-birindən ayırd edilməsi) üçün 

xidmət edən, dil üçün ünsiyyət vasitəsi kimi vacib olan; əhə-

miyyətli. 

Relyasion məna – 

münasibətlərin mücərrəd mənası, daha 

doğrusu, qrammatik məna. 

 

86



Relyefli söz – 

qeyri-ordinar, koloritli, özünə diqqəti daha çox 

çəkən söz. Ardıcıl tərcümədə yazılma üçün istifadə olunur. 

Relyefli söz seçimi metodu – 

məna təhlili metodlarından 

biridir, (ardıcıl tərcümənin yazıya alınması sistemində istifadə 

olunur) burada tərcümənin yazıya alınması zamanı daha güclü 

informasiya yükü daşıyan sözlər yox, daha çox diqqəti cəlb edən 

qeyri-adi, koloritli sözlər seçilir. 



Rema – 1

. Mövzu haqqında məlumat verilən deyim kom-

ponentini ifadə edən. 2. Məlumatın məzmununu özündə əks etdirən 

mövzu ilə bağlı danışanın məlumat vermə imkanı. 3. Məlumatın 

nüvə informaisyasıdır ki, yəni informasiyanı özündə  əks etdirir, 

cümlənin aktual bölünməsi komponenti. 



Replika – 

dialoqda iştirak edən şəxsin deyiminin dialoji nitq-

də hər hansı ayrıca deyimi. 

Reprezentasiya – 

daha inamlı şəraitdə dil faktlarının təqdim 

olunması. 

Reproduktiv – 

nitq məlumatını çatdıran, ifadə edən; fəal. 



Reproduktiv hərəkət – 

vərdişlərin fəaliyyəti ilə bağlı  hərə-

kətlər. 

Reproduktiv leksika – 

tanış situasiyada əzbərlənmiş cümlə-

lərin tələffüz olunması leksikası. Reproduktiv leksikanı produktivlə 

(məhsuldar) birlikdə aktiv (fəal) leksika adlandırılar. 



Reproduksiyalı  əlaqə 

– təsirlik prinsipindən istifadə zamanı 

mətnin reproduksiyasına istiqamətlənmiş metamətn  əməliyyatı (ten-

densioz transliterasiya). Daha doğrusu, iqtibas, kalkalaşdırma; mətnin, 

yaxud bütün əsərin iqtibas edilən seqment seçimi (poetik mətn, 

antologiya) protomətndən minimal üslubi kənalaşmalarla gedir. 



Resenziya – 

bu resenzentin müəllifə, onun elmi, yaxud bədii 

mətninə verdiyi yazılı təhlil qiyməti. 

Reseptiv – 

nitq məlumatını qəbul edən, passiv. 



Reseptiv hərəkət – 

informasiyanın qəbul etməklə bağlı  hə-

rəkət. 



 

87 


Resepstiv leksika – 

bu, elə passiv leksika deməkdir, daha 

doğrusu, bu, elə leksik vahidlərdir ki, onlar tanınır və bilinir, lakin 

bununla belə, hələ də nitqdə reproduksiya olunmur. 



Resepsiya – 

1. Qavrayış, qəbuluetmə. 2. Başqa ölkədə, yaxud 

başqa mərhələdə yaranan sosioloji və  mədəni formaların konkret 

cəmiyyət tərəfindən mənimsənilməsi, qəbul edilməsi. 3. Əsəb 

qıcıqlandırıcılarına verilən işlənmiş enerjinin reseptor tərəfindən 

qavrayışının həyata keçirilməsi. 



Reseptor 

– mətnin, tərcümənin xarici dildən olan alıcısı. 



Retrospeksiya – 

mətnin prospeksiyası – kommunikativlik 

kateqoriyasının özünü fərdi şəkildə büruzə verməsi. Retrospeksiya-

nın səbəbi – mətnin prospeksiyası kommunikatın hər bir hərəkətinin 

əvvəlki və sonrakı hərəkətləri ilə uyğunlaşmasıdır. Reetrospeksiya – 

mətnin prospeksiyası mətnin komponentlərinin- cümlədən yüksəkdə 

dayanan cümləüstü vahidlər, deyim və söz vahidlərinin  əvvəlki və 

sonrakı komponentlərlə uyğunlaşdırılması. 



Retrospektiv – 

geriyə, yaxud keçmişə, keçmiş hadisələrə aid. 



Reversiv situasiya 

– qarşılıqlı dövr edən situasiyadır ki, o 

tərcümə zamanı xarici dildən ana dilinə ana dilindən də  həmin 

xarici dilə tərcümə zamanı ortaya çıxır. 



Rezonator (səs ucladan) ton 

– bax. oberton (əsas tona xüsusi 

rəng verən əlavə ton) 

Rəng – 

həm də konnotasiya deməkdir. 



Rənglilik – 

bax: konnotasiya. 



Rəsmi dil 

– bax: millətlərarası ünsiyyət vasitəsi olan dil. 



Rəy – 

bax: parol və rəy. 



Ritmik fonetik – 

özündə ekspressiyanın yüksəldilməsi üçün 

birləşməkdə istifadə olunan və ritmik-fonetik priyom və modelləri 

birləşdirəndir. 



Ritmik qrup – 

1.Ritmik quruluşda daha davamlı sintaktik 

bütövun  əsasında fərqlənən qrup. 2.Nitq fikri prosesində  məna 

bütövlüyünü ifadə edən minimal fonetik vahidlik. Ritmik qrup pred-

meti, hadisəni, hərəkəti, yaxud ayrı-ayrı keyfiyyətləri bildirir. 

 

88



Ritmik yerdəyişmə – 

bu, orijinalın və  tərcümənin ritmik 

strukturunun müxtəlif  şəkildə  təşkili zamanı gedir. Əsas isə dilin 

müxtəlif xüsusiyyətləridir. Ritmik yerdəyişmə – bu, ifadə, onun ori-

jinal və tərcümə mətnində həyata keçirilməsidir. 

Ritorika – 

nitqin ifadəlilik nəzəriyyəsi, bəlağət nəzəriyyəsi, 

natiqlik sənəti 

Riyazi linqvistika – 

1. Təbii dilin (və nitqin) semiotik və ri-

yazi xüsusiyyətlərini mətndə qeyri-formalizə olunmuş  şəkildə for-

malizə olunmuş süni dildən (məsələn, bəzi informasiya dili) infor-

masiyanın tərcüməsi məqsədilə öyrənir. Çoxluqlar nəzəriyyəsi və 

əlcəbr münasibətlərinin, qeyri-cütlüklər çoxluğu və linqvistik dəyiş-

kənliklər və ehtimal nəzəriyyəsi, riyazi statistika, eləcə  də in-

formasiya nəzəriyyəsi elementləri riyazi aparat əsasında öyrənilir. 

Riyazi linqvistika mühəndis dilçiliyi ilə sıx surətdə bağlıdır. 2. Dilin 

təsvirini və  tədqiqini riyazi metodların tətbiq olunmasının köməyi 

və imkanlarının öyrənilməsi ilə məşğul olan dilşünaslıq sahəsidir. 

Riyazi statistika – 

statistik riyazi aparatlar linqvistik ob-

yektlərin öyrənilməsi məqsədi ilə istifadə olunur. 

Rubrikasiya – 

mətnin onun zahiri ifadəsinin kompozisiya qu-

ruluşunun struktur formalizasiyası vasitələrdən biri. O formulyar və 

sənədin mətninin müəyyən tərkib hissələrinə bölünməsinə özündə 

hissələrin qrafik bölünməsinə, başlıqların, yarımbaşlıq, bəndlərin, 

paraqrafların, abzasların, nömrələrin və punktuasiyanın istifadə 

olunmasına uyğundur. 

 

 



 

Sabit söz birləşməsi – 

daxili bütövlüyə xas olan leksik, 

qrammatik, yaxud üslubi xarakterli sözlərin birgə deyilişi. 

Sahə lüğəti – 

elm və texnikanın hər hansı sahəsinə aid lüğət. 



Seçilmiş cəm ölçüsü – 

lüğət vahidlərində yığılmış mütləq tez-

liyi göstərir. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə