Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 

57 


arasında genetik bağlılığın olub-olmamasından asılı olmayaraq 

əlaqələri öyrənir. 



Mətnin ümumiləşməsi-konkretləşməsi – 

bax: mətnin ana-

litikliyi və sintetikliyi. 

Mətnlər arasında əlaqə – 

dialektik qarşıdurma affirmativ və 

kontroverz  əsasda modelləşdirilmiş  mətnlər arasında münasibət. 

Mətnarası əlaqəyə qabaqcadan hazırlıq – mətnarası invariantın möv-

cudluğu. Əlaqə nəticəsində yeni mətndə invariantın realizasiyasında 

işarə olan hərəkətlər (yerdəyişmə) yaranır. Mətnlər arasında əlaqə - 

bu ayrı-ayrı  mətnlərin, yaxud onun və xeyli çoxsaylı  mətnlərin 

arasında olan münasibətlərdir. 



Mətnlərin ümumi əlaməti – 

Onlara; 1)mətnin sonuncu ni-

şanlanmasının müxtəlif üsulları; 2) əlaqəli mətnin daxili bölmələri 

arasındakı keçidlərin nişanlanma üsulları; 3) temporal əlaqələr; 4) 

məkan əlaqələri; 5) məntiqi əlaqələr (məsələn, səbəb və nəticə); 6) 

diskurs iştirakçılarının identifikasiyası; 7) müxtəlif ayırma vasitələ-

rində (high-lighting) bu və ya digər elementlər üzərində diqqət, ya-

xud emfazanın fokuslaşdırılması; 8) müəllifin, daha doğrusu, onun 

mövqeyinin və nəzər nöqtəsinin (author’s involvement) aidiyyatı. 

Məzmun – 

1. Düşüncəmizə təsir edən və tərəfimizdən fiksasi-

ya olunan mətnin elementləri. 2.Bütövün bütün əsas elementlərinin 

vahidliyi, onun xassələri və əlaqələridir ki, o formada mövcud olan 

və ifadə olunmaqla ondan bölünməzdir. 3.İfadənin əsas mahiyyəti. 

Məzmunun sərbəst variasiya olunan elementləri – 

orijinal 

mətnin elementləridir ki, onların tərcüməsi nisbətən sərbəst dəyiş-

dirilə, yaxud buraxıla bilir. 



Mikrodilaltı – 

bax: xüsusi dilaltları mikro şərh edilmiş bütün 

mətnin tam şəkildə sonra verilməsini (tərcüməsini) nəzərdə tutan 

mətndən açar informasiyanı özündə daşıyan sözlərin seçilməsi ilə 

bağlı yaddaşı inkişaf etdirmək üçün olan çalışmalar. 

Mikrolinqvistika – 

dilçiliyin dil sisteminin daxilindəki qarşı-

lıqlı əlaqələri və qarşıdurmalarını öyrənən sahəsidir. 

Mikrosistem – bax: 

sistemaltı. 

 

58

Mikrotərcümə – 



leksik vahidlərin və qrammatik formaların 

verilməsi. 



Milli dil – 

Bütöv bir millətin ümumi dili. 



Milli realilər – 

1. Hər hansı sosial icma, etnik qrupa aid olan 

spesifik predmet (əşya), hadisə, ənənə və adətləri bildirən söz və söz 

birləşməsinə realilər deyilir. Milli realilərin əksəriyyəti ekvivalent-

siz leksikaya aiddir. 2. Dildə öz əksini tapan konkret hadisələr və 

konkret xalqın ənənəsi çərçivələrində mövcud olan milli sistem an-

layışı elementləri. Milli realiləri bildirən leksik vasitələr metonimi-

ya qanununa uyğun olaraq milli realiyalar adını qazanmışdır. 



Modal rəmzlər 

- nitqdə modal münasibəti ifadə etmək üçün 

istifadə olunan təcili tərcümə yazısı rəmzi. 

Model - 

1. Ümumi şəkildə təqdim olunmuş köməkçi sistemi 

əvəz edən öyrənilmə üçün nəzərdə tutulmuş obyekt; 2. Bu (ver-

ilmiş) dilə xas olan, onun strukturunu təşkil edən elementlər sxe-

midir; 3. Bu sxemin (yaxud onun hər hansı hissələrinin və yaxud 

elementlərinin) kompakt simvolik təsviridir ki, ondan dilin onun 

öyrənilməsində metodlardan biri kimi dilin modelləşdirilməsidir; 4. 

Hər hansı dil vahidinin onun hissələrini təşkil edən ardıcıl 

düzümünü (yerləşməni) əks etdirən sxem, yaxud nümunədir. 

Modelin etibarlılığı – 

Bu, modelin keyfiyyət və kəmiyyət xü-

susiyyətlərini, daha doğrusu, onun keyfiyyət və  kəmiyyət etibarlı-

lığını nəzərdə tutur. 



Modelləşdirmə - 

1. Çətin müşahidə olunan, yaxud son dərəcə 

mürəkkəbliklə seçilən (fərqlənən) obyektin sxematik şəkildə əks ol-

unmasında istifadə olunan elmi yanaşma; 2. Fiziki hadisə  və pro-

seslərin modellərdə  tədqiq olunmasıdır ki, burada təcrübələrin nə-

ticələrinə görə natural şəraitdə gedən proseslər haqqında fikir yürüt-

mək olar; 3. Hər hansı dil vahidinin sxeminin, yaxud modelinin 

hazırlnması. 



Modulyasiya - 

1. Yaradılma prosesində bir sözdən digərinə 

onun əsas mənasının saxlanılması ilə keçilməsi baş verir; 2. İdentik 

situasiyanı  təsvir edən məlumat tipinin dəyişdirilməsi müvafiq yol 

yaratma üsuludur. 



 

59 


Motivasiya - 

1.Bu və ya digər hərəkət və fəaliyyətə yönələn 

tələb; 2. İnsan fəaliyyətini təşkil edən və istiqamətləndirən, onun 

fəallıq mənbəyini, və davranışını oyatmağa çalışan səbəblər sistemi. 



Monoqrafik referat - 

bir mətnin məzmununu şərh edən ref-

erat. Bir sənəd, bir material üzrə tərtib olunur. Bütün materialı əhatə 

edən monoqrafik referat tərtib edilərkən referat mövzusu adətən ma-

terialın özü ilə müəyyənləşir. Lakin mənbənin ayrı-ayrı  fəsilləri, 

yaxud hissələri şərh edilən zaman isə referatın mövzusu nəşrdə gös-

tərilir. Belə şərhetmə seçmə şərhetmə adlanır. 

Monoqrafiya - 

hər hansı bir elmi problemə  həsr edilmiş 

tədqiqat işi. 

Monoloji nitq - 

məzmunun mövzu genişliyini  əhatə etməyə 

istiqamətlənən, əhatəli formada olan konstruksiya və onların qram-

matik tərtibatı olan nitq. O öz genişliyi,  əhatəliliyi ilə xarakterizə 

olunur. 

Monoloq - 

digər  şəxsin sözlü reaksiyasını  nəzərdə tutmayan 

nitq. Bu, danışanın özünə müraciəti formasında olan nitqdir. 

Monosemiya – təkmənalılıq. 

Morfem - 

əldə olan keyfiyyətin itirilməməsi şərti ilə və mütə-

madi olaraq bu dilin modelinə müvafiq olaraq ifadə sistemi vahidi, 

bilavasitə onun məzmun sisteminin elementinə müvafiq olan son 

dərəcə kiçik dil vahidi. 

Morfem-leksem tərcümə - 

ilkin mətnin (dilin) kökmorfemi-

nin tərcümə mətninin (dilinin) ayrıca söz ilə tərcüməsi. 

Morfem-morfem tərcümə – 

struktur əlaqələri nəzərə alınma-

dan ayrı-ayrı morfem səviyyəsində yerinə yetirilmiş tərcümə. Mor-

femin tərcümə vahidi kimi seçilməsi nadir hallarda müşahidə olu-

nur, çünki əksər hallarda üst-üstə düşməyən mənaları müxtəlif dil-

lərdə sözün morfem strukturunda vardır. 



Morfem səviyyəsində tərcümə – 

bax, nomorfem tərcümə. 



Morfematik tərcümə – 

əsasən, mətnin morfematik səviyyə-

sində realizə olunan tərcümə. 

Möhür dili – 

yazılı dilin güclənmiş variantıdır ki, burada ya-

zılı dil üçün xarakterik olan əsas xüsusiyyətlər son həddə çatır. 

 

60



Mövcud oriyentirovka (istiqamətlənmə) - ilkin mətndə ge-

dən proses – 

bu, elə tərcüməçinin ilkin mətndə istiqamətlənmə pro-

sesidir. 

Köməkçi sözlər – 

bax: deyktik sözlər. 



Mübahisəli tərcümə (1) – 

bu, tendensioz tərcümədir ki, bura-

da bir tərcüməçinin  əməliyyatı polemik olaraq digər tərcüməçinin 

əməliyyatlarına qarşı yönəlir və bu mütləq digər tərcüməçilik kon-

sepsiyasına qarşı dayanır. Yaxud da, bu, elə  tərcümədir ki, burada 

digər tərcüməçinin konsepsiyasının bədii, tematik və digər ten-

densiyaları, yaxud orijinal müəllifinin ənənələr ifşa olunur. 

Mübahisəli tərcümə (2) - 

bu, affirmativ kontroverz meta-

mətndir. 

Müəllif metamətni – 

bu, müəllifin özünün yaradıcı subyekt-

obyekt əlaqəsi olmasıdır. Müəllif metamətni affirmativ, yaxud kon-

troverz, gizli, yaxud aydın  şəkildə  mətn elementləri, yaxud bütöv 

mətn səviyyəsində realizə olunur. Müəllif metamətn janrları meta-

kommunikasiya sistemi yaradır (bax, tipologiya metamətni). 



Müəllif ortaqlı markerlər – 

burada müəllif ortaqlığı iki tipli 

ola bilər-avtobioqrafik (real və ya fiktiv) 1-ci marker onun markeri 

1-ci  şəxs  əvəzliyi ola bilər və qiymətvermə anlamındadır; 2-ci 

marker isə leksik vahidlər (ola bilər this was an ugly scene - bu 

olduqca eybəcər bir səhnə idi) verilən qiymətdir. 



Müəllif tərcüməsi – 

əsərin müəllifin özü tərəfindən digər dilə 

tərcüməsi (avtotərcümə). Avtotərcümə ilkin mətnə  işarə – mo-

delləşdirmə  səviyyəsinə görə münasibətdə orijinal mətnin variantı 

hesab edilə bilməz. O yalnız dəyər və üslubi-dil sahəsinin dəyişil-

məsi nəticəsində protomətnin məruz qaldığı dəyişilməyə görə tərcü-

mə hesab edilə bilər. 

Mühakimə – 

ardıcıl formada izah olunan təfəkkür zənciri. 



Müxtəlif mənalılıq (müxtəlif mənalılıq forması) 

–ikidillik 

situasiyası şəraitində idiomatiklik və tərcümə olunmama. 

Müxtəlif predmetli sinonimlər – 

bu, elə ideoqrafik sinonim-

lər deməkdir. 

Müxtəsər ifadə – 

bu, annotasiya, yaxud referat anlayışıdır. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə