Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
23 
üzükdürsə, qafiyə onun qaşıdır, yəni sözü poetikləşdirən
gözəlləşdirən, ona yüksək bədiilik qazandıran qafiyədir. 
Qafiyə həm də dilin zənginliyindən doğan bir əlamətdir”. 
(səh.11); Yaxud: “...forma şeirin qəlibidirsə, qafiyə onun 
zirehidir. Yaxşı qafiyə şeiri dağılmaqdan, parçalanmaqdan 
qoruyur, qafiyələr bir-birini çəkib gətirdiyinə görə  şeirin 
yadda qalması asanlaşır” (səh.30). Fikirlərini konkret 
nümunələrlə əsaslandıran müəllif haqlıdır; 
– “Mənim atım atım-atım atılar”. Bu misradakı 
obrazlılıqdan bəhs edən müəllif göstərir: “...atım sözü üç 
dəfə  təkrarlanmaqla gözəl bədii təkrir yaratmışdır“ 
(səh.37). Qeyd edək ki, burada təkcə “atım” sözünün üç 
dəfə  təkrarlanması yox, həm də “a”-nın assonansı (“a” 
saiti dörd dəfə söz əvvəlində  işlənib) və leksik-morfoloji 
təkrarlar müşahidə olunur; 
           –  “Alma  gözlüm,  qız birçəklim” kimi epitetlər 
yalnız gözəl poetik ifadələr kimi səciyyələndirilir. Konkret 
desək,  şeirlərdəki obrazlı ifadələrə  bədii təsvir və ifadə 
vasitələri baxımından yanaşılmayıb. 
Afad Qurbanov “Koroğlu” eposundakı  bəzi ono-
mastik vahidlərin üslubi xüsusiyyətlərindən bəhs edib 
(Azərbaycan onomalogiyasının  əsasları. II cild, Bakı, 
2004, səh.428-439). Müəllif şifahi ədəbiyyatda  sənət, peşə 
anlamlı  şəxs adlarını izah edərkən nümunə kimi Dəmir-
çioğlu, Toxmaqvuran antroponimlərini təqdim edir;  
Misri qılınc, Qırat, Dürat kimi onomastik vahidləri 
əfsanəvi adlar başlığı altında  şərh edir; qəhrəmanların iki 
adla tanınmasını konkret faktlarla əsaslandırır: Rövşən –
Koroğlu; Həsən – Kürdoğlu; Keçəl Həmzə - Kaloğlan; 
Nigar xanım, Bulqar xanım, Telli xanım kimi antro-
ponimik modellərdəki “xanım” sözünün semantikası  və 
Язизхан Танрыверди 
 
 
24
 
statusuna aydınlıq gətirir...Bir sözlə, müəllifin araşdırma-
larında dastanın nəsr və  nəzm parçalarında işlənmiş bir 
sıra onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyət-
lərinə ümumi şəkildə münasibət bildirilib.  
G.Şirinova “Koroğlu” dastanındakı frazeologizm-
lərdə inversiya” (Bakı Universitetinin xəbərləri. Bakı, 
2011, N 1, səh.39-45) adlı  məqaləsində dastanın nəsr və 
şeir  dilində inversiya ilə  işlənmiş frazeoloji birləşmələri 
üç istiqamətdə araşdırır: ikikomponentli frazeoloji birləş-
mələrdə inversiya; üçkomponentli frazeoloji birləşmələrdə 
inversiya – birinci və ikinci komponentlərdə; üçkompo-
nentli frazeoloji birləşmələrdə inversiya  - ikinci və üçüncü 
komponentlərdə. Müəllif təqdim etdiyi frazeoloji birləş-
mələrin  ən səciyyəvi cəhətlərini göstərməyə çalışıb. 
Məsələn, “başına bəla gəlmək”, “qapının ağzını  kəsmək” 
kimi birləşmələrin inversiya ilə  işlənməsini (bəlalar gələr 
başına; kəsdilər qapının ağzını...), obrazlılıq yaratma 
imkanlarını  mətn kontekstində  təhlil edərək düzgün 
nəticələr söyləyir. Bəzən isə dastanda işlənmiş frazemlərlə 
bağlı mücərrəd fikirlər söyləyir: “...frazeoloji birləşmələrin 
elələrinə  də rast gəlinir ki, onların inversiyaya uğramış 
ikinci komponenti feli sifətdir. Bunlarda inversiyanın baş 
verməsi, əslində, mümkün görünməsə də, dastanın dilində 
müşahidə olunur. Məsələn, “Hasan paşaya verdiyi vədə 
tamam olurdu...” (səh.42). Fikrimizcə, bu cür nümunələr 
(verdiyi vəd – vəd vermək) inversiya ilə  işlənmə yox, 
danışıq dili kontekstində araşdırılmalıdır. 
Fikrət Xalıqov “Azərbaycan onomastikası”  kita-
bında (Bakı, 2009) “Koroğlu” eposunun dilinə onomastik 
vahidlər kontekstində yanaşaraq maraqlı mülahizələr irəli 
sürür. Məsələn: “Adım sorursan, bil, Rövşən oldu// 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
25 
Atadan, babadan cinsim Koroğlu” misralarının semantik 
tutumunu düzgün səciyyələndirir: “...Koroğluya yalnız 
atasının korluğu ilə bağlı ad verilməsi fikri ilə razılaşmaq 
olmaz. Ona görə ki, o, atasının da, adını bilmədiyimiz 
babasının da  soyunu Koroğlu adlandırır” (səh.126). Gizir-
oğlu Mustafa bəy,  Ərəb Reyhan, Qəcər Alı kimi 
antroponimik vahidləri real adlar kimi təqdim edir 
(səh.31); “Ərəb atı” yetişdiyi  ərazinin adı ilə bağlı 
adlandırılan” zoonimlər başlığı altında təhlilə  cəlb edir: 
“Ərəb at zoonimi isə susuzluğa və aclığa dözümlü, boyca 
kiçik və uzun at növünün adıdır. Bu növ atlar səhralarda 
daha dözümlü, sürətli yerişli və gec yorulan olmaları ilə öz 
həmcinslərindən fərqlənir” (səh.217)... 
Göründüyü kimi, “Koroğlu” eposundakı  nəzm 
parçaları tarixi-linqvistik, xüsusən də linqvopoetik ifadə 
imkanları baxımından geniş  və sistemli şəkildə araşdı-
rılmayıb. Bəri başdan qeyd edək ki, araşdırma obyekti 
kimi “Koroğlu eposunun nəsr yox, məhz nəzm parça-
larının  götürülməsi heç də  təsadüfi deyil: birincisi, ona 
görə ki, nəzm parçaları ilkin formasını, demək olar ki, 
eynilə saxlayıb (şübhəsiz ki, bu heca vəznindəki qafiyə-
lənmə ilə bağlıdır); ikincisi, bir sıra nəzm parçaları XVIII 
və XIX əsrlərdə yazıya alınıb...
*
 
                                                 
*
 Q e y d: Araşdırmaya cəlb etdiyimiz nəzm parçaları M.H.Təhmasibin tərtib 
etdiyi (Azərbaycan dastanları. IV cild, Bakı, 1969) kutabdan  götürülüb. Bu 
kitab isə “Koroğlu”nun 1941-ci il (H.Əlizadə  nəşri) və 1949-cu il nəşrləri 
əsasında tərtib edilib. M.H.Təhmasibin tərtib etdiyi kitaba müxtəlif 
mənbələrdən “müstəqil qoşmalar” da  daxil edilib: Elyas Muşeq. Nəğmələr 
kitabı. Təbriz nüsxəsi, 1721; Əndəlib Qaracadaği.  Şeirlər məcmuəsi, XIX 
əsrin əvvəllərində  yazılmış əlyazması, Leninqrad; El şairləri. II cild, Bakı, 
1935; Gürcü əlifbası ilə yazılmış bir əlyazması (Dilarə  Əliyevanın 
transkripsiyası). 
Язизхан Танрыверди 
 
 
26
 
Heç  şübhəsiz ki, “Koroğlu” dastanındakı  nəzm 
parçalarının bədii-estetik dəyəri müəyyənləşdirilərkən 
problemə  təkcə  ədəbiyyatşünaslıq deyil, həm də dilçilik 
prizmasından yanaşılmalı, onun görünən və görünməyən 
tərəfləri mətn semantikası kontekstində  dəqiqləşdiril-
məlidir. Bu mənada tədqiqatın aşağıdakı istiqamətlər üzrə 
aparılmasını zəruri hesab edirik: 
 
− nəzm parçalarının mövzusu müəyyənləşdirilməli, 
semantik tutumu müxtəlif bucaqlardan təhlil olunmalı, 
mərdlik, mübarizlik, vətən sevgisi, azad sevgi, dostluq və 
qardaşlıq, aşıq və  saz,  at  və dağ kultları kimi mövzuların 
eposdakı yeri, sintaktik mühiti dəqiqləşdirilməli, eyni 
zamanda nəzm parçalarının məna yükünə  qəhrəman 
obrazları (Koroğlu, Eyvaz, Bolu bəy, Nigar xanım...) 
baxımından yanaşılmalıdır; 
 
−  nəzm parçalarında “Dədə Qorqud kitabı” ilə 
səsləşən detallara aydınlıq gətirilməli, “Koroğlu” eposu-
nun “Dədə Qorqud”un məntiqi davamı olaraq yaranması 
həm də bu tip detallara əsaslanmaqla təsdiqlənməlidir; 
 
− “Koroğlu” eposunun şeir dilindəki bir sıra 
səciyyəvi cəhətlərə Qurbani poeziyası müstəvisində 
aydınlıq gətirilməli, oxşar ifadə  və parçalar mətn seman-
tikası kontekstində işıqlandırılmalıdır; 
 
− “Koroğlu”nun  şeir dilinin fonetik, leksik və 
qrammatik xüsusiyyətləri təkcə müasir Azərbaycan dili 
deyil, həm də Azərbaycan dilinin tarixi kontekstində 
araşdırılmalıdır; 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə