Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
43 
basıb. Həm də o Mustafa bəy ki, Koroğlu onunla doğmaca 
qardaş olmadığı üçün heyifsilənir: 
 
Anadan oğul doğubdu, 
Giziroğlu Mustafa bəy. 
Bu dünyaya tək gəlibdi, 
Giziroğlu Mustafa bəy. 
 
Nizəsinin ucu qanlı, 
Dəliləri dəmir donlu, 
Bir igiddi adlı-sanlı, 
Giziroğlu Mustafa bəy. 
 
Bir atı var Alapaça, 
Aman vermir Qırat qaça, 
Şeşpərinin ucu haça, 
Giziroğlu Mustafa bəy. 
 
Bir atadan kaş olaydıq, 
Bir-birindən xoş olaydıq, 
Doğmaca qardaş olaydıq, 
Giziroğlu Mustafa bəy. 
 
Hay deyəndə haya basar, 
Huy deyəndə huya basar
Koroğlunu çaya basar, 
Giziroğlu Mustafa bəy. 
 
Beş    bənddən ibarət bu gəraylıda emosionallıq və 
ekspressivlik yaradan vasitələrin rəngarəngliyinə  nəzər 
salaq: “”a”-nın assonansı: atı, Alapaça, aman; “d”-nın 
Язизхан Танрыверди 
 
 
44
 
alliterasiyası: dəli, dəmir, don; “b”-nın alliterasiyası: bir, 
bir-birindən; zəngin qafiyələr: qanlı-sanlı...; zoonimin son 
hecasının qafiyələnmədə  iştirakı: Alapaça –qaça – haça; 
“oğul” sözünün assosiativliyi ilə reallaşmış alliterativ tipli 
daxili qafiyələnmə: oğul – doğulubdu – Giziroğlu; eyni 
misranın təkrarı: Giziroğlu Mustafa bəy (altı  dəfə 
təkrarlanıb); sintaktik paralellizm: Hay deyəndə haya 
basar//Huy deyəndə huya basar...; frazeoloji  vahidlər:  
aman vermək, haya basmaq, huya basmaq... Məhz bu cür 
vasitələrə görə “Giziroğlu Mustafa bəy” misrası ilə 
başlanan  gəraylı bu gün də öz təravətini itirməyib, bu gün 
də saz üstündə oxunur, bu gün də  musiqi    mədəniy-
yətimizin bəzəyidir. 
“Koroğlu” eposundakı  şeir parçalarında digər qəh-
rəmanların  igidliyi, mərdliyi və  cəsurluğunun canlan-
dırılmasına da təsadüf olunur. Məsələn: 
Tüpdağıdanın igidliyi. O dada yetişən,  əri mura-
dına çatdıran, düşmən qanını axıdan, zindanlar dağıdan bir 
igid kimi təqdim olunur: 
 
Ağca Qumuz şığıtmağa, 
Düşman qanın axıtmağa, 
Zindanları dağıtmağa, 
Yetişdik, budu yetişdik. 
 
Burada Tüpdağıdan antroponiminin etimologiyası 
ilə bağlı  Ə.Əsgərin bir fikrini xatırlatmaq yerinə düşür: 
“Ağır silahlanmış süvarilərin hücumu ilə düşmənin mərkəz 
(tüp) hissələrini yarmaq, onları iki hissəyə bölüb 
darmadağın etmək də türk savaş üslubunun tərkib 
hissələrindən idi. Bu ənənə  də bütöv orta əsrlər boyu 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
45 
davam etmişdir. Görünür, elə buna görə Koroğlunun 
sevimli dəlilərindən biri Tüpdağıdan adlandırılır”. (Türk 
savaş  sənəti. Bakı, 1996, səh.132). Müəllifin bir ehtimal 
kimi irəli sürdüyü bu fikirlər “Koroğlu”dakı  şeir 
parçalarında dəqiqliklə ifadə olunub: “...Qoşunlar talayıb, 
tüplər dağıdan // Şəhərlər üst-üstə talayan mənəm”. 
“Tüpdağıdan” antroponimi bu misralardakı “tüplər 
dağıdan” feli birləşməsindən yalnız ellipsisə uğramış –lər 
şəkilçi morfeminə görə  fərqlənir. Bu isə bir daha sübut 
edir ki, Tüpdağıdan antroponimi “tüplər dağıdan” 
birləşməsinin inkişafı  əsasında yaranıb. Konkret desək, 
igidlik məzmunlu birləşmə semantikasına görə antropo-
nimik vahidə transformasiya olunub. 
Dəmirçioğlunun igidliiyi. Dastandakı  şeir parça-
larında Dəmirçioğlunun mərdliyi kifayət qədər can-
landırılıb. Amma bu cəhət onun dilindən verilmiş  şeir 
parçasında, xüsusən də  Cəfər paşaya ünvanlanmış  şeirdə 
daha qabarıq  şəkildə görünür: Dəmirçioğlu qulac qollar 
gərən, meydanda hünər göstərən,  şəhərlər talayan bir 
igiddir (əvvəlki səhifələrə bax: Koroğlu onun igidliyini 
yüksək dəyər-ləndirir): 
 
Şəhərlərini talayan, 
Yurdunda ocaq qalayan, 
Özü öz qanın yalayan 
Dəmirçioğlu mənəm, mən!  
 
Eyvazın igidliyi. Zahirən, olduqca gözəl olan, hətta 
Yusifi-Kənana bənzədilən Eyvaz həm də qorxubilməz bir 
igiddir. Eyvazın “Koroğlunu qızıl qana boyaram... 
Koroğlunu özüm tutub boğaram” – deyərək ultimativ bir 
Язизхан Танрыверди 
 
 
46
 
dillə danışması da onun cəsur, hünərli bir igid olduğunu 
göstərir: 
Düşman gözün oyum-oyum oyaram, 
Mənsur kimi dərisini soyaram 
Koroğlunu qızıl qana boyaram 
Aşıq, bizə Təkə - Türkman deyərlər. 
 
 
Türkmanların say-seçməsin yığaram, 
Bulut olub Çənlibelə yağaram
Koroğlunu özüm tutub boğaram, 
Aşıq, bizə Təkə-Türkman deyərlər. 
 
Hər iki bənd gözəl səslənir, yüksək estetik dəyərə 
malikdir. Bu isə bir sıra poetik kateqoriyalarla reallaş-
dırılıb. Bəndlərdəki leksik-morfoloji təkrar (oyum-oyum 
oyaram), misra təkrarı (Aşıq, bizə  Təkə-Türkman 
deyərlər), zəngin qafiyələr (oyaram-soyaram, boyaram...), 
frazeoloji vahidlər (gözünü oymaq, qızıl qana boyamaq...), 
təşbeh (bulud olub yağmaq) və s. vasitələr  dediklərimizi 
müxtəlif prizmalardan təsdiq edir. Burada bir detala da 
aydınlıq gətirmək lazım gəlir: M.H.Təhmasib “Mənsur 
kimi dərisini soyaram” misrası barədə yazır: “Həllac 
Mənsur X əsrdə yaşamış sufilərdəndir. Lakin onun dərisi 
soyulmamış, dara çəkilmişdir. Aşıq bunu məşhur Nəsimi 
faciəsi ilə qarışdırmışdır” (Azərbaycan dastanları. IV cild, 
Bakı, 1969, səh.418). Müəllif haqlıdır. Amma burada 
qafiyələnməni, eyni zamanda semantika baxımından 
oxşarlığı da inkar etmək olmaz. 
Qəssab Alının igidliyi. Bu cəhət onun dilindən 
Koroğluya ünvanlanmış  şeirdə aydın  şəkildə görünür. 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə