Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə8/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   4   5   6   7   8   9   10   11   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
20 
 
ayırmışdır. Bunlardan yaşayış yeri, ləvazimatı, ictimai qayda, adət və s. 
məfhumları bildirən adları-sözləri göstərmişdir: Ağban ev, dam, alaçıq, 
çardaq,  köşk,  seyvan,  otaq,  taxt,  eşik,  qala,  cəbəxana,  dəgirman, 
mətbəx, ocaq, günlük, şami, ayaq yolu, tövlə ağıl (ağayıl), qaytaban, 
dügün,  toy,  duvaq,  gərdək,  adaxlu,  yavuqlu,  gəlin,  yengə,  sağdıç, 
beşik-kərtmə,  yevərmək,  donatmaq,  doyurmaq,  doyum,  armağan, 
sadağa, yığlamaq, dağlamaq, ağırlamaq, baş endirmək, əl açıb (salıb) 
oynamaq,  şadlıq  çalmaq,  sağraq  sürmək,  dilbənd  salmaq,  ov 
ovlamaq, at səgirtmək, nişana atmaq, aşıq oynamaq, süfrə çəkmək, 
yüzük keçirmək, alqış, qarğış, ərgənlik, kəsim, pəncyek, ilğar, xərac, 
əsrük, buyruq, tutsaq, yesir, çəri, çavuş, tümən, ləşkər, yağı, qırım, 
ortac, oynaş, nökər, naib, dayə, ərən, əvrən, aqınçı, qırış günü, sağış 
günü, ayna günü, çayır, çəmən, bağ, bostan və s. (2, s.136). 
Dastanda  etnoqrafik  leksikaya  aid  olan  silah,  yaraq-əslihə  və  alət 
adları: Dəynək, çomaq, çəkən, köndər, sapan, gürz, yay, ox, dəmrən, 
yalman,  cida,  süngü,  qılınc,  qalxan,  sadağ,    qamçı,  qəbzə,  topuz, 
biçaq, çaqmaq, sancaq, ələm, tuğ, qanara, çəngəl, iyər, üzəngi, cilov, 
duşaq,  buqağu,  yügən,  nal,  sicim,  kəndir,  qazan,  küpə,  külüng, 
yüzüg,  ələk,  dağarcıq,  badiyə,  ayaq,  surahi,  naqara,  zurna,  kos, 
davul,  qopuz,  aqça,  batman,  ipək,  qulp,  qusqun,  xaliçə,  qalı,  keçə, 
dəstmal, bez, yorğan, döşək, yasdıq və s. (2, s.136). Görkəmli professor 
Ə.Dəmirçizadə  son  olaraq  monoqrafiyasında  göstərir  ki,  “Kitabi-Dədə 
Qorqud” dastanlarının lüğət tərkibi haqqında bəhs açarkən, əlbəttə, lüğət 
tərkibini  təşkil  edən  sözlərin  hər  qrupundan  danışmaq  lazım  gələrdi. 
Lakin  biz  belə  etmədik.  Biz  burada,  daha  çox  Azərbaycan  ümumxalq 
dilinin  təşəkkül  etmə  dövrünü  və  prosesini,  eləcə  də  “Kitabi-Dədə 
Qorqud” dastanları ilə bilavasitə bağlı olan bir sıra məsələləri aydınlaşdı-
rmaq  nöqteyi-nəzərindən  birinci  dərəcəli  əhəmiyyətli  saydığımız  söz 
qruplarından müxtəsərcə bəhs etməklə hələlik kifayətləndik.” (2, s.136-
137). Azərbaycan dilində habelə başqa türk dillərində tarixən işlənmiş bir 
çox  yemək  adları  da  var  ki,  bəziləri  müasir  dilimizin  lüğət  tərkibində 
müşahidə olunmur. Məsələn, yəxni, top, şişlik, qəylə, qaurma, bazlamac 
(bozlamac  variantınada  təsadüf  edilir).  “Kitabi-Dədə  Qorqud” 
dastanlarında yemək adlarına bol-bol rast gəlmək olur: Aş, azuq, ayran, 
süd,  qaymaq,  penir,  qımız,  un,  yoğurd,  köməc,  ətmək,  şülən,  şişlik, 
sucu, yəxni, boğma, bozlamac, şərab və s. 
“Kitabi-Dədə Qorqud”un dilində işlənmiş bir çox yemək adlarının 
təhlilini vermək istərdik. “Kitabi-Dədə Qorqud” dastanının səyfələrindən 
gətirdiyimiz bəzi parçalarda şişlik sözü geniş işlənmişdir.  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
21 
 
                       Ağayıldan tümən qoyun vergil,-  
                       Bu oğlana şişlig olsun, ərdəmlidir! 
                                                            /FZ,SƏ, KDQ,s.36/ 
                       Ağayılda tümən qoyun sənin, gedər, 
                       Mənimdə içində şişligim var
                       [Qomağım] yoq qırq namərdə! 
                       Ağ üzlü, ala gözlü gəlin sənin
1
 gedərsə, 
                       Mənim dəxi içində nişanlım var,  
                                                           /FZ,SƏ, KDQ,s.41/ 
 
“Yəxni”  sözünün  “Kitabi-Dədə  Qorqud”  dastanında  qovurma 
(qourma  şəklində  işlənmişdir)  mənasında  işlənməsinə  təsadüf  olunur: 
kəsə-kəsə yeməkə yəxni yaxşı (FZ,SƏ, KDQ,s.96); “Oğulluları ağ otağa, 
qızluyu qızıl otağa, oğlı-qızı olmuyanı qara otağa qondurun
1
, qara keçə 
altına  döşən
1
,  qara  qoyun  yəxnisindən  önünə  gətürün
1
;  yersə-yesün, 
yeməzsə,  tursun-getsün.  Anun

kim  oğlı-qızı  olmuya,  tən
1
ri-təala    anı 
qarğayubdur,  biz  dəxi  qarğarız”  –  demiş.  Gəlubəni  qarşuladılar,  qara 
otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən 
ögimə götürdilər. “Oğulı-qızı olmıyanı tən
1
ri-təala qarğayıbdır, biz dəxi 
qarğarız, bəllü, bilgil” – dedilər. “Səndənmidir, bəndənmidir, tən
1
ri-təala 
bizə  bir  yetiman  oğıl  verməz,  nədəndir?”  –  dedi.  Soyladı...  (FZ.SƏ. 
KDQ,s.35)  Naxçıvan  şivələrində  “yəxni”  sözü  “soyutma  ət”  xörəyi 
mənasında bu gün də işlənir.  
Dastanda  bu  günümüz  üçün  arxaizm  qəlibində  olan”şülən”  sözü 
daha çox qədim bir adət və mərasimlə bağlı olan və bütün xalqa verilən 
ümumi ziyafət mənasında işlənmişdir. 
“Kitabi-Dədə  Qorqud”  dastanında işlənən  yemək  adlarından  biri  də 
“aş” sözüdür. Dastanda “aş” sözü ümumiyyətlə, “yemək, xörək” mənasını 
verir:Umanına-usanına  aş  yedirdim  (KDQ,  s.  73).  “Kitabi-Dədə  Qorqud” 
dastanında  “bazlamac”  sözünə  “sac  üstdə  fətir”  mənasında  rast  gəlirik: 
gəldin  ol  kim  soldıran  soydur,  sapadanca  yerindən  uru  turar,  əlin-yüzün 
yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər toyınca tıqa-basa 
yeyər, əlin bögrinə urar, aydır. (s. 33). Məqalənin əvvəlində göstərmişdik ki, 
“Kitabi-Dədə Qorqud” boylarında “şişlig” sözü də gen-bol işlənir.  
Burada “şişlig” sözü bu gün işlətdiyimiz “kabab” yemək adını əvəz 
etmişdir.  Tarixi  inkişaf  nəticəsində  şişlik  türk-  Azərbaycan  mənşəli  söz 
yerini  “kabab”  fars  məbşəli  sözə  güzəşt  etmişdir.  Rus  tədqiqatçısı  V.V. 
Poxlyobkin  isə  tarixi  faktlara,  məxəzlərə  əsaslanmadan  belə  söyləyir: 
“Şaşlıq” sözündə (o, başqa xörək adlarından da bəhs etmişdir – İ.M.) isə 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə