Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə4/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   2   3   4   5   6   7   8   9   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
10 
 
həmişə onların quruluşunu da saxlamağa çalışmamış, bir çox hallarda hə-
min  sözləri  ana  dilində  mövcud  olan  qarşılıqları  ilə  verməyə  cəhd 
göstərmişdir.  Maraqlıdır  ki,  tərcüməçinin  işlətdiyi  bu  sözlərdən  yalnız 
gecəlik  dilimizdə  vətəndaşlıq  hüququ  qazana  bilməmiş,  yemişlü  isə 
müasir ədəbi dilimizdə bir qədər fərqli məna daşıyır, digərləri isə olduğu 
kimi  işlənir.  Bununla  belə,  həmin  sözlər  Bəvazicinin  tərcümə  sənətinə 
olan münasibətinin açıqlanması və onun bu sahədəki peşəkarlığının üzə 
çıxarılması baxımından maraq doğurur.  
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər içərisin-
də  -çı,  -çi  şəkilçisinin  iştirakı  ilə  düzəlmiş  iki  söz  haqqında  da  ayrıca 
danışmaq  lazım  gəlir.  Bunlar  çağdaş  ədəbi  dilimiz  üçün  arxaik  səciyyə 
daşıyan  və  orta  əsrlərin  yazılı  abidələrində  nadir  hallarda  işlənilən 
quyumcı və qəcərçi sözləridir.  
Dilimizdə  indi  də  eynilə  işlənən  farsmənşəli  zərgər  sözünün 
qarşılığı  olan  quyumcı  lekseminin  kökündə  dayanan  quymaq  feli  Mah-
mudKaşğaridə  tökməkmənasında  işlənmişdir  (bax:  25,464).  Quyumçu 
sözünə  Hinduşah  Naxçivaninin  "Əs-sihah"  lüğətində  (10,53),  Əsirəddin  
Əbu    Həyyan    əl-Əndəlusinin  "Kitab  əl-idrak"  əsərində  (6,47)  və 
V.Radlovun lüğətində (26,II,209) rast gəlirik. 
Rəhbəri(rəhbərlik,  bələdçilik)  sözünün  qarşılığı  kimi  işlənmiş 
qəcərçi  sözü  isə  nə  qədim  türk  mətnlərində,  nə  də  orta  əsr  yazılı 
abidələrində qeydə alınmışdır. Bu sözə bizə məlum məşhur mənbələrdən 
yalnız XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"də iki cümlədə 
rast gəlirik:  
Bir  qəcərçiyiücrət  ilən  dutdı,  ta  badiyə  yolından  Müslimi  Kufəyə 
yetürə. Tanrının təqdirindən qəcərçiyolı azdı. (20,220b) 
Lazar  Budaqovbu  sözü  ğəçərçi-ğəzərçi  şəklində  qeydə  almış  və 
onun  bələdçi,  yol  göstərən,  rəhbər  mənalarını  göstərmişdir  (24,1,772). 
Maraqlıdır ki, qəğərçi sözü Səfəvilər dövründə farsca yazılmış bir neçə 
əsərdə  rabitəçi,  bələdçi  mənasında  işlənmişdir  (bax:  22,335-336).  Həsən 
Zərinəzadənin fikrincə, qəcərçi sözü qaçırmaq felindən (qaç+ır+çı) törən-
mişdir (22,335). 
Bəvazicinin  söz  yaradıcılığı  sahəsindəki  fəaliyyətinin  bir    qismi  də 
mütərcimin  fars  dilindən    “kalka”  şəklində    tərcümə  yolu  ilə  yaratdığı  və 
yazıcı  ədəbi dilə gətirdiyi  (deməli, onu həm də zənginləşdirdiyi) quruluşca 
mürəkkəb olan sözlərdən ibarətdir. Maraqlıdır ki, bu qəbildən olan mürək-
kəb sözlərin  bir çoxunda ikinci tərəfdə  -ıcı, -ici şəkilçisindən istifadə olun-
muşdur. Öncə həmin sözlərdən bir neçəsini  ümumi şəkildə  diqqətə çatdırı-
rıq: əzabendirici, qaniçici, ayinəsalıcı, qeybətedici, ipdəoynayıcı, panbuqatı-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
11 
 
cı,  tavarsatıcı,  sikkəurucı,  suyatalıcı,  gözədərmansalıcıvə  s.  Qeyd  edək 
ki,  bu  sözlərin  farsca  qarşılıqlarının  bəziləri  farsmənşəli  yox,  ərəb-
mənşəlidir və həmin dildə quruluşca sadə sözlər sayılır. Məsələn: zərrab 
– sikkəurucu,həllac– pambıqatıcı, qəvvas– suyatalıcı, kəhhal – gözədər-
mansalıcı. Bəvazicinin sikkəvurucu kimi tərcümə etdiyi zərrab sözünün 
çağdaş  dilimizdəki  qarşılığı  pulkəsən,  sikkəvuran  leksemləridir. 
Göründüyü  kimi  sikkəvuran  sözü  ilə  Bəvazicinin  işlətdiyi  sikkəvurucu 
arasındakı əsas fərq şəkilçidədir, yəni –an əvəzinə -ucu işlənmişdir.  
Həllac(pambıqatan, yunatan) sözü isə indi də ədəbi dilimizdə işlə-
nir. Maraqlıdır ki, Bəvazici də həmin sözü əlyazmanın başqa bir yerində 
eynilə işlətmişdir. Aydındır ki, onun qarşılığı olaraq işlənmiş pambıqatıcı 
sözü Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin məhsuludur. 
Qəvvas  –  suyatalıcı  sözləri  də  bu  qəbildəndir.  Belə  ki,  qəvvas 
köhnəlmiş sözlər sırasına daxil edilsə də, bu leksem klassik ədəbiyyatımızda 
son dövrlərə qədər işlənmişdir (3, I, 466). Onu da qeyd edək ki, Bəvazicinin 
öz yaradıcılığının məhsulu olan suyatalıcı sözünün əvəzində hazırda ədəbi 
dilimizdə  dalğıc  sözü  işlənir.  Tərcümədə  kəhhal  sözünün  qarşılığı  olaraq 
işlənmiş gözədərmansalıcı sözünü də Bəvazici özündən yaratmış və yazılı 
ədəbi dilimizə gətirmişdir. 
Yuxarıda qeyd olunan mürəkkəb sözlərdən  ayinəsalıcı, ipdəoynayıcı 
və  tavarsatıcı  sözlərini  isə  Bəvazici  fars  dilindən  kalka  şəklində  tərcümə 
yolu  ilə  yaratmışdır.  Bu  sözlərdən  birincisinin  farscası  ayinesaz, 
ikincisininki  rəsənbaz,  üçüncüsününkü  isə  soturforuş  sözüdür. 
Farsmənşəli hər üç söz isim və feil kökündən düzəlmişdir. Onların türkcə 
qarşılıqları da eynilə belədir. 
Bəvazici soturforuş sözü ilə oxşar quruluşlu farsmənşəli mürəkkəb 
sözlər  olan  miveforuş  (meyvəsatan)  və  bərdeforuş  (qulsatan)  sözlərinin 
qarşılıqları kimi yemişsatıcı və əsirsatıcı leksemlərini də işlətmişdir.  
Bəvazicinin  işlətdiyi  digər  mürəkkəb  sözlər  də  (əzabendirici, 
qaniçici, qeybətedici) fars dilindən kalka şəklində tərcümə olunmuşdur. 
Bəvazici  orijinaldakı  mürəkkəb  sözləri  nadir  hallarda  bir  neçə 
sözdən ibarət birləşmə şəklində də vermişdir. Belə tərcümə bir növ sözün 
izahı təsirini bağışlayır. Məsələn:nəmazgah-namaz qılacaq yer,tirdan- oq 
qoyacaq qab,dukdan - ig qoyacaq qab , udsuz- tüstü yakacaq qabvə s.  
Bəvazicinin  “Kəvamilüt-təbir”də  işlətdiyi  anadandoğma,  yolkəsi-
ci,gerçəksözlü, boğaztutar,çəribaşı, mürəkkəb sözləri də diqqəti çəkir. 
Anadandoğma  sözü  burada  elə  müasir  ədəbi  dilimizdə  daşıdığı 
anlamdadır.  Məlum  olduğu  kimi,  bu  söz  çağdaş  dilimizdə  həm  anada-
ndoğma, həm də anadangəlmə şəklində işlənir, lakin sonuncu daha işlək-


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə