Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

Vaqif  Sultanlı 
 
 
136
Qoca köhnə, paslı bir qəfəsin önündə ayaq saxladı. 
Ruh qəfəsin bir küncündə yarpaq kimi soluxmuş halda dü-
şüb qalmışdı, artıq əsarətlə barışdığından heyrət və həyəcan 
duyğusunu qeyb etmiş, gözlərini məchul bir nöqtəyə zillə-
yərək soyuq, biganə nəzərlərlə baxırdı. 
Qəfəslərin birində ruh çırpınır, çabalayır, açılmaq, 
azad olmaq istəyirdi. Görünür ki, əsir olsa da, taleyilə 
barışmaq niyyətində deyildi. 
Əsir ruhlardan bir qədər aralıda axta ruhlar satılırdı. 
Axta ruhlar əsirlər qədər bədbin və duyğusuz deyildi. On-
larda bir qədər hərəkətlilik hiss olunur, düşdükləri mühütin 
eybəcərliklərini həyat tərzinə çevirmiş kimi görünür, arsız 
nəzərlərlə gəlib-gedənləri süzür, hırıldaşırdılar. 
Qoca bazarda addımladıqca gördüklərindən heyrətə 
düşürdü. Bir nəfər ona yaxınlaşdı: 
– Sizə diri ruh lazımdırmı? - soruşdu. - Mən yardımçı 
ola bilərəm. Ruhuma and olsun ki, yalan danışmıram. 
Qoca cavab vermədi. 
Yorğun, halsız bir adam bazarı gəzə-gəzə dodaqları-
nın altında öz-özünə mızıldanırdı: 
– İllərdi canımda ölü ruh daşıyıram. Nə illah 
eləyirəmsə, ondan xilas ola bilmirəm. Allah rizası üçün 
mənə kömək edin. - Qocanı görən kimi duruxdu, bir anlığa 
baxışlarını onun vücudunda gəzdirdi, sonra yenə də 
mızıldana-mızıldana yoluna davam etdi. 
Bir başqası ruhunu itirdiyindən şikayət edirdi: 
– Bilmirəm nə zaman, harda qeyb etdim ruhumu. 
Dünyanın altını üstünə çevirmişəm, ancaq gördüm deyən 
yoxdu. Daha dözəmmirəm, ruhsuzluq əldən salıb məni. Bil-
mirəm başıma haranın külünü töküm... 


Səhra savaşı 
 
137
Bazarda sahibsiz ruhlar da gözə dəyirdi. Özləri özlə-
rini satmaq istəyirdilər. Ancaq bazarın kasadlığından 
aralıqda sərgərdan-sərgərdan gəzib dolaşırdılar. Bir alıcı 
peyda olunca əməlli-başlı savaşa çıxır, müştərinin 
yaxasından yapışaraq əl çəkmirdilər. 
Bir dəstə ruh onlara sarı gəlirdi. Sanki bazara yeni qə-
dəm qoyduğundan xəbər tutmuşdular. Qarşılaşanda heç nə 
söyləmədən əl açdılar. Qoca nə edəcəyini bilmədiyindən 
çaşıb qaldı.  
Güclə eşidiləcək səslə: 
– Nə istəyirsiniz? - deyə soruşdu. 
Mühafizəçi: 
– Üz verməyin onlara, dilənçi ruhlardı. Abrımızı apa-
rıblar. 
Biri ona sarı dönərək: 
– Hardan gəlmisən? – deyə sordu. 
Qoca cavab verməyə macal tapmamış mühafizəçi di-
lənçi ruhlara açıqlandı: 
– Çəkilin yoldan, yoxsa bu saat darğanı çağıraram. 
Darğa adı gəlincə dilənçi ruhların hərəsi bir tərəfə qa-
çıb dağılışdılar. 
Bazarın bir tərəfində, pərdə kimi nazik divarın köl-
gəsində sifətləri şırım-şırım qırışlarla örtülü yaşlı qarılar 
təsbeh oynadırdı. Canlı meyidi xatırladan qarıların başına 
xeyli adam yağışmışdı. Qoca təəccüblə onları süzəndə mü-
hafizəçi:  
– Bunlar ruhları çağırır, - dedi. 
Qocanı maraq götürdü: 
– Doğrudanmı ruhları çağıra bilirlər? - deyə soruşdu. 
Mühafizəçi müəmmalı tərzdə başını bulayaraq: 


Vaqif  Sultanlı 
 
 
138
– Nə deyim? Düzünü bilmək istəsən, bu dərgahda Ağ 
dərvişdən savayı bir kimsənin ruhlarla təmas qurmasına 
inanmıram. Ancaq neyləyəsən ki, bunların bazarı kasadlaş-
maq əvəzinə gündən-günə gurlaşır.  
Bazardan qayıdanda ilkindi çağıydı. Gün dönsə də ha-
va əvvəlki kimi bürkü idi. Göyüzünü damar-damar naxışla-
yan buludların kölgəsi qəribə bir mənzərə yaradırdı. Bazarı 
gəzib-dolaşarkən vaxtın necə sovuşduğunu duymasa da, in-
di əməlli-başlı yorulduğunu hiss etdi. 
Ağ dərviş qocanı alaçığın qapısı önündə qarşıladı: 
– Ürəyincə gəzib dolaşa bildinmi? 
Qoca: 
– Təşəkkür edirəm, baba dərviş, - dedi. 
Ağ dərviş: 
– Mən bazara getməyinə razı deyildim. Ancaq israr 
etdiyini görüncə mane olmaq istəmədim. Güman ki, gedib 
görməyinə peşmansan. Etiraf etməsən belə, üz-gözündən 
peşmanlıq yağır. 
Qoca: 
– Kaş ki, sözlərinizi qulaq ardına vurmayaydım. Heç 
vaxt yaşamadığım ağır sarsıntı keçirdim, - söylədi. 
Ağ dərviş: 
– Belə olacağına şübhəm yox idi... 
– Ruh dediyin nədi, bazar nədi? Ruh bazara çıxarılır-
sa, onda həyatın mənası nədi, baba dərviş? 
Dərviş dərindən köks ötürdü: 
– Güman ki, eşitməmiş olmazsan, bura əvvəl bazar 
deyildi, dərgah idi. Sonradan bazara çevrildi. İndi kimdən 
soruşsan, söyləyə bilməz bunun gerçək səbəbini. Doğrusu-
nu deyim, heç mən özüm də bilmirəm ki, ruhun dərgahı nə-
dən bazara dönüşdü... 


Səhra savaşı 
 
139
Qoca: 
– Bunu duyunca, çox üzüldüm. 
Ağ dərviş: 
– Özünü çox üzmə, - dedi. - İndi sənin ruhunu dirildə-
cəyəm. 
– Ruhun dirilməsi nə deməkdi, baba dərviş? 
Ruhun özünə, əslinə dönüşü... 
Qoca bir söz söyləməyincə Ağ dərviş ondan rüsxət 
istəyib əynini dəyişmək niyyətilə çadırın yuxarı başındakı 
qapalı hücrəyə girdi. Bir az sonra geriyə dönəndə qoca onu 
tanımadı. Dərvişin cismi yox olmuş, təkcə ruhu qalmışdı.  
Heyrətdən özünü itirmiş qoca dönüb ehtiyatla ətrafına 
göz gəzdirincə yalnız Ağ dərvişin deyil, gözlərinə toxunan 
hər şeyin dəyişdiyini, canlı-cansız nə varsa başqa bir örtüyə 
büründüyünü, dünyanın büsbütün çılpaq ruhlara tərk olun-
duğunu gördü. 
Qoca nə edəcəyini bilmədən heyrət və həyəcan içəri-
sində yaşananları seyr edirdi. 
Alçaqdan çalınan qaval səsi eşidilincə dərvişin ruhu 
pəsdən zümzümə etməyə başladı. Səs o qədər məlahətli idi 
ki, adamın zehnini dumanlandırır, ağlını başından alırdı. 
Qoca özünü, varlığını unudaraq dərvişin ruhundan süzülüb 
gələn zümzümənin sehrinə, cazibəsinə düşmüşdü və səs 
onu tilsim kimi çəkib ardınca aparırdı. Səsin içərisindən 
əriyib zamanın sonsuzluğuna dağılan tarixin gizli, bilinməz 
sirləri boylanırdı. Yadında, yaddaşında nə varsa səsin sehri-
nə, cazibəsinə yenilərək sönmüş, bitmiş, tükənmişdi...  
Bir azdan qocanı yuxuya bənzər nə isə alıb apardı və 
ayılanda dərvişi başının üstündə gördü. 
Ağ dərviş: 
– Özünə gəldinmi? - deyə sordu. 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə