Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

Vaqif  Sultanlı 
 
 
140
Qoca: 
– Elə bil yuxu aparmışdı məni, - dedi. 
Ağ dərviş: 
– Yox, yuxu aparmamışdı. Mən ruhunu diriltmək istə-
yirdim, buna görə də vücudunu uyutmam lazım idi. 
– Hər şey bitdimi? 
Ağ dərviş təəssüflə başını bulayaraq: 
– Yox, bacarmadım. Ruhunu vücudundan çıxara bil-
mədim. 
– Nədən? 
– Baş tapa bilmirəm. Elə bil ruhunu içində 
azdırmısan. 
– Necə yəni? Ruhu azdırmaqmı olar? 
– Mən də mat-məəttəl qalmışam. Əslində vücudunda 
ruha bənzər nə isə dolaşır, onun izinə düşmək istədim, an-
caq bacarmadım.  
Qoca sanki söylənilən hansısa sözü duyub eşitməyə-
cəyi qorxusu ilə gözlərini dərvişin ağzına dikib durmuşdu. 
Ağ dərviş bir qədər fikrə gedərək: 
– Zənnimcə, bu ruh deyil, ruhun görüntüsü kimi bir 
şeydi, - dedi. 
Anlaya bilmədim sizi, baba dərviş. 
– Çox üzgünəm, mən də anlaya bilmirəm. Həyatım 
boyunca belə bir şeyə təsadüf etmədim. 
– ... 
– Sən şər ruhların hökmran olduğu bir diyardanmı 
gəldin? 
– Bilməm... 
– Çəkinmə, söylə... 
Qoca təsdiq işarəsi kimi başını tərpətdincə dərviş: 
– Özgə cür ola da bilməz, - dedi. 


Səhra savaşı 
 
141
– ...  
– Ruhun bunca təhdid olunduğunu heç duymadım. 
Güman ki, ruhunun özgələşməsi uzun illər şər ruhlar səltə-
nətində ömür sürməyinlə bağlıdı. Başqa heç bir təxminim 
yoxdu. 
– Bəs indi necə olacaq, baba dərviş? 
– Vücudundakı ruha bənzər nədirsə əslindən, kökün-
dən o qədər uzaqlaşıb ki, geriyə dönüşü mümkün deyil. 
– ... 
– Sən öz ömrünü yaşamamısan.  
– Bəlkə heç yaşamamışam, baba dərviş... 
– Bəlkə də... 
Ağ dərviş yaxınlaşaraq qoca ilə göz-gözə dayandı. 
Qoca dərvişin baxışlarına davam gətirməyib gözlərini ya-
yındırdı. 
Ağ dərviş: 
Qəm yemə, - dedi, - yoluna davam etməyin üçün 
ciddi bir maneə görmürəm. 
 Sonra qocanı qucaqlayıb bağrına basdı. Bir xeyli din-
məz-söyləməz dayanıb durdular. Qoca vücuduna qəribə bir 
hərarət yayıldığını duydu.  
Ağ dərviş: 
– Yıxıl yat, bir qədər dincini al, qarşıda səni uzun yol-
çuluq gözləyir. 
Qoca güclə eşidiləcək səslə: 
– Təşəkkür edirəm, baba dərviş, - dedi. 
Ağ dərviş qocanın təşəkkürünə mülayim təbəssümlə 
qarşılıq verdi. 
Çox keçmədən Ağ dərvişin köməkçisi qocanı alaçığın 
yuxarı başında dincəlmək üçün hazırlanmış yatağa dəvət 
etdi. 


Vaqif  Sultanlı 
 
 
142
Qoca paltarlı-paltarlı yatağa uzandı. 
Yatağına uzansa da, uyumaq istəmirdi, ürəyinə dam-
mışdı ki, yatıb yuxuya qalarsa, eynən vaxt bazarında Sarı 
dərvişlə görüşdüyü zaman olduğu kimi oyananda ətrafında 
bir kimsəni görməyəcək. 
Ancaq yuxu amansızcasına onu qoynuna çəkir, göz 
qapaqları öz-özünə yumulurdu. 
Sonrasını xatırlamırdı. 
Yuxudan oyananda dan yeri yenicə sökülürdü. Qalxıb 
böyür-başına göz gəzdirdi; nə Ağ dərvişdən, nə qübbəli 
alaçıqdan, nə də iqamətgahın ətrafını bürüyən izdihamdan 
əsər-əlamət yox idi.  
Gözləri ilə atını aradı. 
Buraya gələrkən dərgahın qabağında necə bağlamış-
dısa, at həmin yerdəcə dayanıb dururdu. 
Ancaq ətrafda Ağ dərvişin mühafizəçisi ilə gəzib do-
laşdığı bazara çevrilmiş ruh dərgahını, qarışqa kimi qayna-
şan insan selini xatırladan hər hansı bir nişanə gözə dəy-
mirdi.  
Qarşıda ucsuz-bucaqsız qum dənizi dalğalanırdı. 
 
* * * 
 
Qoca nə qədər yol gəldiyini unutmuş, illəri, fəsilləri, 
ayları, həftənin günlərini hafizəsində qeyb etmişdi. İndi 
bütün bunların onun üçün zərrəcə əhəmiyyəti qalmamışdı. 
Bir zamanlar vaxta nə qədər dəyər verdiyini xatırlayır, sə-
mərəsiz keçən günlərə, saatlara görə xiffət çəkdiyini, itir-
diyi zamanı yuxusuz gecələrin hesabına doldurmağa çalış-


Səhra savaşı 
 
143
dığını yadına salır, vaxt anlayışının nədən bunca gərəksiz-
ləşdiyinin səbəbini bilmək istəyirdi. 
Onun üçün vaxt, zaman məfhumunun bitdiyini, artıq 
heç yana, heç yerə tələsmədiyini, nəyə isə zamanı yetməyə-
cəyi üzündən narahatlıq duymayacağını düşündükcə vaxtın, 
zamanın yalnız ömrünün arxada qalmış çağlarında dəyər 
daşıdığını anlayırdı. 
Bir zamanlar vaxtın, zamanın axını dünyanı sahmana 
salaraq çıxıb gedirdi, yer üzündə nizamsız-düzənsiz nə var-
sa vaxta dəyərək dağılır, yerinə, sırasına dönürdü. İndi isə 
dünyanın ahəngində zamanın ritmi əvvəlki kimi hiss olun-
madığından hər şey ona ayrı cür görünürdü. 
Tarixə uzanan yol boyunca zaman sezilmədən öz də-
yərini, zəruriliyini itirmiş, həyatının nizamı dəyişərək dün-
yanın başqa bir ahənginə təslim olmuşdu. 
O daha bir ömür içini yeyən, hər şeyi özündən keçirə-
rək bambaşqa qəlibə salan vaxtı görmür, duymur, hiss et-
mirdi. Vaxt onu tanımır, ona toxunmadan ötüb keçirdi. 
Qoca vaxtın sərhədlərindən kənara çıxmış, zamansız-
lıq boşluğuna düşmüşdü. Bu boşluğun içərisində çabalaya-
çabalaya anlayıb-bildiyi hər şeyin əzəli ölçüsünü, sərhədini 
itirdiyini hiss edirdi. Ancaq bunun nə zaman baş verdiyini, 
zamansızlıq girdabına nə zaman endiyini xatırlaya bilmirdi. 
Çünki gələcəkdən imtina edərək keçmişə üz tutduğu ilk 
çağlarda hələ zaman anlayışı mövcud idi, ola biləcək hər 
şeyi hansısa bir zaman çərçivəsindən kənarda düşünmək 
mümkün deyildi, vaxt bunca dəyərsizləşməmişdi. 
Zamansızlıq ömrünü doğrayırdı... 
 
 
 


Vaqif  Sultanlı 
 
 
144
XV FƏSİL 
 
Qarşıda, səhra boyunca açıq məzarlığı xatırladan, üst-
üstə qalaqlanmış saysız-hesabsız insan skeletlərinin ucu-
bucağı görünməyən qorxunc mənzərəsi açılırdı. Məzarlıq 
səhranın qum örtüyünü büsbütün altına aldığından bu 
nəhəng genişlikdə skelet yığınından savayı heç nə gözə 
dəymirdi. 
Qоca ixtiyarsız olaraq atının başını çəkib dayandı və 
heyrətlə səhranı örtən bu müdhiş mənzərəyə tamaşa elə-
məyə başladı. Ona elə gəlirdi ki, artıq səhra bitmiş, qum 
nəhri sümük yığınına tərk edilmişdi. 
Açıq məzarlıq səhrada hər şeyin rəngini, ruhunu, 
ovqatını dəyişmiş, uzun yol boyunca görmədiyi, 
duymadığı, xəyallarına belə gətirmədiyi qorxunc bir mən-
zərə yaratmışdı. 
«İrəlimi gedəcək, yoxsa geriyəmi dönəcəkdi?» - Yol 
boyu dəfələrlə özünə ünvanladığı bu sualın cavabını bilsə 
də, özü də fərqinə varmadan zehnində təkrarlayırdı. 
Qoca atını sürüb yoluna davam etmək istəyirdi, ancaq 
səhranı örtən skelet məzarlığından necə adlayıb keçəcəyini 
düşündükcə bəri-bədəni sustalır, neyləyəcəyini bilmirdi.  
Qəfildən içərisinə kor bir qaranlıq çökdüyünü, 
zehnini, düşüncəsini, xəyallarını bürüyən qaranlıqda 
ruhunun zədələndiyini hiss elədi. 
«Bu, tarixin hansı məqamında baş vermiş qanlı sa-
vaşın mənzərəsi, hansı döyüşün nişanəsi idi belə?». 
Qоca bütün bunları düşünə-düşünə atının başını sax-
layıb səhrada göz işlədikcə uzanıb gedən savaş səhnəsini 
süzürdü. О belə səhnələrlə bağlı bir zamanlar ağızdan-ağıza 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə