Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   2   3   4   5   6   7   8   9   ...   39

 

Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə 
əsasən, hər kəsin yaşamaq hüququ vardır. 
Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, 
məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə  əsasən ölüm 
cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna 
olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 
Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, 
yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə  ağır 
cinayətlərə görə qanunla müəyyən edilə bilər. 
Qanunla nəzərdə tutulmuş  zəruri müdafiə, son zərurət, 
cinayətkarın yaxalanması  və tutulması, həbsdə olanın həbs 
yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın 
yatırılması  və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə 
silahlı basqın edilmə halları istisna olmaqla insana qarşı silah 
işlədilməsinə yol verilmir. 
Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması 
ilə  əlaqədar «Azərbaycan Respublikası Cinayət, Cinayət 
Prosesual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr 
edilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 10 
fevral tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölüm 
cəzası  cəza sistemindən çıxarılmış  və ömürlük azadlıqdan 
məhrum etmə cəza növü ilə əvəz olunmuşdur. 
Ömürlük azadlıqdan məhrumetmə  əsas cəza növü kimi 
Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 
Qanunu ilə təstiq edilərək 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə 
minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci 
maddəsində nəzərdə tutulan cəzanın sisteminə daxil edilmişdir. 
24 dekabr 2002-ci il tarixdə  qəbul edilmiş «Azərbaycan 
Respublikasında 
İnsan hüquq və azadlıqlarının həyata 
keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsində 
məhdudlaşdırılması qadağan olunan insan hüquqlarının siyahısı 
təsbit olunmuşdur. 


 

Kontitusiya Qanununun 2-ci maddəsində  məhdudlaşdırılması 
qadağan olunan insan hüququları siyahısına digər hüquqlarla bəra-
bər Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində 
təsbit olunmuş yaşamaq hüququ da (müharibənin hüquqauyğun 
aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla) daxil 
edilmiş  və bu hüquqların məhdudlaşdırılması  və onlara dair qeyd-
şərtlərin edilməsi düzünə göstərişlə qadağan edilmişdir. 
Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan 
Respublikasının Qanunun 38-ci maddəsinə  əsasən,  evtanaziya, 
yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud 
hərəkətlərlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən 
süni tədbirlərin dayandırılması qadağandır. 
Xəstənin bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya 
edən  şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət 
daşıyır. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsi 
soyqırım cinayətinə görə məsuliyyət müəyyən edir. CM-nin 103-cü 
maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir 
qrup kimi bütövlükdə  və ya qismən məhv etmək məqsədilə qrup 
üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma 
və ya onların  əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun 
bütövlükdə  və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış  şəpaiti 
yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş 
tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla 
başqa qrupa keçirmə - on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə  və ya ömürlük azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci 
maddəsi əhalini məhv etmə   cinayətinə görə məsuliyyət müəyyən 
edir. Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən 
məhv etmə - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum 
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci 
maddəsi  qəsdən adam öldürmə cinayətinə görə  məsuliyyət 
müəyyən edir. 


 
10 
Qəsdən adam öldürmə, yəni digər  şəxsi qəsdən həyatdan 
məhrum etmə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qəsdən: 
−  bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil 
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 
−  xuliqanlıq niyyəti ilə adam öldürmə; 
−  zərərçəkmiş  şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu 
yerinə yetirməsi ilə  əlaqədar onun özünü və ya yaxın 
qohumlarını öldürmə; 
−  xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam 
öldürmə; 
−  tamah məqsədi ilə və ya sifarişlə, habelə  zərərçəkmiş  şəxsin 
orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi 
ilə adam öldürmə; 
−  başqa cinayəti gizlətmə  və ya onun törədilməsini 
yüngülləşdirmə  məqsədi ilə, habelə zorlama və ya seksual 
xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə; 
−  iki və ya daha çox şəxsi öldürmə; 
−  təqsirkar  şəxs üçün aşkar surətdə hamilə  vəziyyətində olan 
qadını öldürmə; 
−  təqsirkar  şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 
adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi 
ilə bağlı adam öldürmə; 
−  təkrar adam öldürmə; 
−  quldurluq, hədə-qorxu ilə  tələb etmə  və ya banditizmlə 
əlaqədar adam öldürmə; 
−  milli, irqi, dini ədavət və ya düşrnənçilik niyyəti ilə adam 
öldürmə 
−  on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə 
və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələri ilə 
qəsdən adam öldürməyə görə  məsuliyyət müəyyən olunmuş 
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs 
 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə