Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

 
211
sinqulyar vəziyyətə düşmə prosesi və fasiləsiz partlayışlar vasitəsilə 
dünyanın müəyyən yerində yenidən material kombinasiyaların - göy 
cisimlərinin yaranması  nəticəsində  müvazinətin pozulması və yeni 
müvazinətin formalaşması istiqamətində  dəyişiliklərdədir. Hər bir 
hərəkətin sonu kombinasiyaların parçalanması ilə qurtarır və ienidən  
yeni kompbinasiyaların yaranması başlayır. Dünya məlumat 
kompleksi-dünya zəkası  məhz bu bütöv proses haqda (qaydalar, 
qanunlar, imkanlar, səbəblər və nəticələr və s.) məlumat çoxluğudur. 
Çox güman ki, bu məlumat məhz elə material çoxluqda əks olunur və 
ya onunla əlaqədə mövcud olur. Material sistem fasiləsiz dəyişsə də, 
məlumat kompleksi eyni qalır. Material sistemin hansı istiqamətə 
dəyişəcəyi, necə forma alacağı haqda məlumat daim hazırdır və 
hadisədən əvvəl var. Belə düşünməyə bir çox faktlar vardır, məsələn, 
tam sübut olunmuşdur ki, şeylərin quruluşu, xassəsi haqda məlumat 
digər qonşu şeydə  (ağacda, suda, qənddə, divarda, insanda, paltarda 
və s.) əks olunur. Insanın səsində, üzündə onun keçmişi və ya 
qohumları haqda məlumatın olması, habelə özünün və qohumlarının 
gələcəyi haqda məlumatın əks olunması.  
Təsvir edilən rasional tanrı anlayışı    şəxsi məqsədlə  və ya 
anlamadan süni və uydurulmuş allah  və ona sitayiş edən- hansı ki 
mənasızdır- və inanan üç dinin ruhani və dindarlarının 
spekulyasiyasına son qoyacaqdır 
 
Müasir insanların düşündükləri Tanrı nə ola bilər? 
Araşdırma göstərmişdir ki, yaradıcı Allah hesab oluna biləcək 
material  mühit  (mühitin ümumi qanunu və ya mühit - hissə  əlaqə 
qanunu, Eynşteyn  - Nyuton nisbi cəzbetmə qanunu, müvazinət, 
yaşamaq, olmaq uğrunda mübarizə, yarış , daimi hərəkət  və s), insan 
şüuru ilə  əlaqədar fərz edilən inam, hiss, düşüncə, yəni ruh 
formasında təssəvvür edilən Allah anlayışı ilə eyni deyil, asılılıq 
əlaqəsinə malik deyil. Yəni həm fiziki allahı, həm də psixi təsəvvür 
edilən  allahı  eyni allah hesab etmək düz deyil. Başqa sözlə inam - 
hiss vasitəsilə insan tərəfindən müəyyən obrazda və funksiyalarda 
təsəvvür edilən allah, onun düşüncəsində yaşayır. Onun şəxsi 
fikrincə,  çətinliyə düşdükdə son ümidi və ədaləti qoruyanıdır. Şəxsi 
təsəvvür edilən tanrının fiziki dünyaya necə təsir etməsini (yaratma, 
idarə etmə ), dindar insanlar qəbul edir, lakin əsasən,  görə və anlaya  
bilmirlər. Lakin asanlıqla nəticələri onun adına yaza bilirlər.  Əvvəl 
yaranmış  Fiziki tanrı anlayışı (günəş və s.) və Psixi tanrı(inam), lap 
qədim zamanlarda ayrı hesab edilmişdir. Sonralar  sözlə inam və 


 
212 
onun nəticələri arasında  əlaqə  kəşv edilmiş (bunu  sonralar Pavlov 
ikinci siqnal sistemi adlandırmışdır) və onlar  yeni dinlər yarandıqda 
birləşdirilmişdir. 
Psixi allahı çox insanlar əsasən insan mənşəli ruh formasında 
təsəvvür edirlər, ona müqəddəs ruh deyirlər -  bu adı əslində onlar 
ruhi aləm varlıqlarından fikirdə güman edilən birinə 
deyirlər.Yuxarıda qeyd etdik ki, onlardan heç birinə  univesal Tanrı 
demək üçün əsaslar yoxdur, çünki onların formaları müxtəlif, 
verdikləri göstərişlər ziddiyyətli, gerçək həyata adekvat deyildir, 
ümumi  əxlaq prinsipləri saxlanmır, ümumi xeyirxahlıq xassəsi 
ödənmir. Başqa sözlə, onları nə tanrı, nə şeytan kimi fərqləndirmək 
mümkün deyildir. Insan bunu – hansının olduğunu – hələlik bilməyə 
qabil deyildir. Bu haqda çoxlu misallar vardır, Satanist təriqətinə 
qulluq edənlərə  gələn vəhylər, habelə Bibliyada Allahın  İsrail 
xalqının onun 12-ci qolu olan Veniaminlərə qarşı döyüşə göstəriş 
verməsi, digər xalqların torpaqlarını tutmaq, və  qırmaq və digər 
epizodlar, lap elə Quranda bir çox bəşəri dəyərlərə zidd göstərişlərin 
verilməsi  epizodlarını göstərmək olar. 
İnsanın Tanrı hesab etdiyi şəxsi inamının, lap onu ruh hesab etsə 
də,  demək, həqiqətdə obyektiv olan tanrı, yəni fiziki tanrı  anlayışı 
ilə  əlaqəsi yoxdur. Hər insanın öz dilində inandığı tanrı sözü psixi 
inamdır, özünü inandırmadır və gerçəklikdə tanrının necə və nə cür 
olmasından asılı  və  əlaqədə olmayan, fikirdə  hər hansı bir təsvirdə 
qəbul edilən və gerçəkliyi  əks etdirməyən inamdır. Bu inam şəxsi 
inamdır və psixologiyanın aşkar etdiyi inam xassələrinə malikdir - 
özünü inandırmaq, çətinliyə dözmək, sakit olmaq, gipnoz, psixoz 
vəziyyətə düşmək, fikir, sözlə  təsir və  s.  Bu  inam  yalnız inanan 
insanın öz şüuruna, psixi vəziyyətinə  təsir edir, onun bədənindən 
kənar material hadisələrə    təsir etmir. Lakin maddi həyat 
proseslərinə, hadisələrə  təsir və idarə etmək üçün yalnız fiziki tanrı 
köməyə  gəlir.   Həqiqətdə  də, yalnız gerçək  fiziki Tanrı - mühit 
qanunlarını  öyrənmə  və elmi və ya  intuitiv anlama    məsləhət və 
çıxış yolu tapılmasına - insanın düzgün seçim etməsinə  səbəb olur. 
Ruhi tanrıya (ruh formasında təsəvvür edilən) istinad və xeyir 
gözləmək isə əsasən uğursuz olur. Anlamadan, fikrində inanaraq (bu 
həmişə səhvdir) tutduğun Tanrı obrazından ətraf mühitlə əlaqəli  hər 
hansı probleminin həllini gözlədikdə  sənin istəyin yerinə yetmir. 
Ancaq fiziki tanrını (insandan danışsaq, fiziki aləmin bir üzvü kimi, 
habelə onun material bədənini və  şüurunu, biliyini, xassələrini) 
anlamaq və hərəkət etmək sənin problemini həll edər. (Fikir və inam 


 
213
gücü ilə, özünü inandırma ilə olan fenomenləri burada gerçək Tanrı 
ilə qarışdırmayın). Başqa sözlə, material dünya material 
hərəkətlərlə, material təsirlə  dəyişilə bilər. Bu məntiq bir daha 
sübut edir ki, Tanrını fiziki qanunlar kimi anlamaq, onu mühit 
içərisində, gerçəklik içərisində,  şeylərin konstruksiyasında, olma və 
dəyişmə qaydalarında axtarmaq lazımdır. Onu düzgün anlamaq sizə 
düzgün həyat yolunu göstərəcəkdir. Tanrı deyib ona sitayiş etdikdə,  
dualar oxuduqda biz özümüzü təlqinlə, özümüzü inandırmaqla – 
meditasiya ilə  məşğul oluruq və  nəticədə yalnız bizim özümüzün 
psixi rahatlığımızı, çətinliyə  və haqsızlığa dözüm əldə edirik; 
bədənimizin müəyyən orqanlarınin işini yaxşılaşdıra, qızdıra, soyuda 
bilirik. Sitayiş  və dualar zamanı biz real tanrı ilə  əlaqədə olmuruq, 
lakin özümüzü aldadırıq (lakin bunu bilmirik), bunu onunla 
ünsiyyətdə olmaq sayırıq. Eyni və  hətta daha böyük nəticələri biz 
elmi meditasiya, özünü təlqin, elmi dualarla əldə edə bilərik. 
İstənilən halda sitayiş fiziki material dünya hadisələrinə, şeylərin real 
vəziyyətinə təsir etmir- ancaq bizim öz psixikamıza və bədənimizin 
müəyyən sağlamlığına təsir edir. İnsanların Tanrı hesab etdikləri 
istənilən obyektə sitayiş etmələri və ya etməmələri onların  şəxsi 
mədəniyyət məsələsidir və bu ictimai idarə oluna bilməz. Yəni 
məçid, sinaqoq və kilsələrin, ruhanilərin bu işə qarışmağa haqqı 
yoxdur.  Bu sitayişin arxasında duran dini təşkilatın və ya liderin 
göstərişi ilə başqa insanlara zorakılıq və düşmənçilik etməsinə, 
əməkdaşlığı pozmağa, kasıblar üçün verilən ianələrdən  şəxsi 
istifadəsinə, hakim vəzifə tutmaq üçün vasitə etməsinə onların haqqı 
yoxdur. Bunu yaddan çıxartmasınlar. 
 
2. Yeni  Rasionalist fəlsəfə  Allahın həqiqi funksiyaları  və 
xassələri, əlamətləri  haqqında  
1) Allah hər bir varlığın, materiyanın, ideyanın,  şüurun və ya 
ruhun daxilindədir, onu bütöv saxlayan əlamətdir, qüvvədir; 
2) Allah dünyadan kənar, qeyri-müəyyən fövqəltəbii-ilahi qüvvə 
deyil, habelə hər hansı bir formada varlıq deyil; o dünya daxilindədir. 
3) Hər bir şeyin yaradılma səbəbi, idarəedici və nizamlayıcıdır, 
yaşama qanunudur; İstənilən halda konkretdir. 
4) Allah başa düşülən və dərk ediləndir; 
5) Allah üçün hər şey, hamı eynidir, hər şey, hər kəs ümumi və 
ona aid olan spesifik qanunlar altında olmağa-yaşamağa məcburdur, 
Allahın yaradan, idarə edən rolunda nəyisə, kimisə seçməyə  və ya 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə