5
bu ya digər dərəcədə dəqiq əks etdirmir. Bunu da təbii saymağınız
lazımdır, çünki bir adamın fikri həqiqəti tapmaq üçün azdır. İnsan
universal bir varlıq
deyil ki, gerçəkliyi tam kamil və dəqiq təsvir
etsin. Yalnız çoxlu fikirlərin ümumi mahiyyəti həqiqəti daha dərin
təsvir edə bilər. Məhz buna görə kitabda irəli sürülmüş rasional
cəmiyyət sistemi fərdi və ictimai həyat seçimlərində təkin fikrinə və
qərarına deyil, çoxluğun fikrinə əsaslanır.
Düşünürəm ki, məhz hər kəs öz ağlı ilə ətraf gerçəkliyi dərk
edərək gerçəklik haqda müstəqil mülahizə yürütməlidir, başqalarını
yamsılamadan. Bundan sonra onlar öz müxtəlif fikirlərini
saxlamaqla ümumi məqsədlər müəyyən edib ona çatmaq üçün vahid
bir yol tapmalıdırlar və ona əməl etməlidirlər. Ümumi iştirakla və
müzakirə ilə məqsədin
müəyyən edilməsi, onun həlli planının
müəyyən edilməsi və birgə icra edilməsi, yəni hər kəsin ona düşən
rolu dəqiq icra etməsi insanları birləşdirən amil olmalıdır. Bu, təkcə
5-20 % əhali üçün deyil, hansı ki mövcud ictimai sistemlərin
məqsədi budur, bu 100% əhali üçün yeganə xoşbəxtlik yoludur.
Rasional cəmiyyətin əsasında bu prinsip durur. Gördüyünüz kimi bu
prinsip mövcud ictimai iqtisadi sistemlərdən üstündür, hansı ki
onlar qrup demokratiyasıdır, varlı siniflərin idarəsini və onların
mənafeyini güdür və insan bədbəxtliyinin, müharibələrin,
konfliktlərin, kütləvi kasıblığın əsasıdır.
Bu kitab bir baxışdır və diskussiya üçündür. Əgər hər insan öz
şəxsi
mülahizələrini irəli sürsə, müzakirə nəticəsində və
rasional
qərar qəbulu prosedurlarına əsasən daha dürüst nəticələr əldə
etmiş olar. Bunu mən siz oxucuların öhdəsinə buraxıram. Bu
prosedurları mən yaratmışam, müəllifin
Həqiqətə pəncərə kitabında
onlar təsvir olunur (M.F. Axundov adına kitabxana-elektron
kitabxana www.anl.az və ya internet səhifə: http://rational.sayt.ws
Yaxşı cəmiyyət hər bir insana və icmaya, bəşəriyyətə xoşbəxtlik
gətirən ən gözəl, kamil və ağılla yaşayan cəmiyyətdir.
Mən sizi bu yeni rasional cəmiyyətə üzv olmağa onu öz
əllərinizlə, fəaliyyətinizlə qurmağa
dəvət edirəm. Qoy, çox yaxın
gələcəyin kamil cəmiyyətinin toxumu Azərbaycanda göyərsin və
dünyaya yayılsın. Bu xalqımız üçün
bütün dünyada böyük bir şərəf,
nüfuz, hörmət deməkdir.
Yadınıza salıram ki, 16 –cı əsrdə cəmi 20 adam–muzıkant, bir
neçə filosof, müəllim, keşiş, heykəltaraş İtaliyada
reformasiya
hərəkatını başladı, sonra artdı və bütün Avropanı bürüdü, onun
6
dalınca maarifçilik, inqilablar və müasir bütöv, ümumi dəyərləri
qəbul edən, lakin milli mədəniyyətli Avropa cəmiyyəti yarandı.
Biz də onlardan geri qalmayaraq Avropa mədəniyyətindən də
yüksək mədəniyyət yaratmalıyıq və dünyaya göstərməliyik, sonra
hamı bizim dalımızca gələcək, məhz bizdən öyrənəcəklər.
Burada ağa-qul anlayışı yoxdur, burada başçı, rəhbər, müdir, rəis
yoxdur. Burada dispetçerlər, vebmasterlər, operatorlar, moderatorlar,
hesablayıcılar, sayıcılar, texniki qeydiyyatçılar,
ekspertlər və
məsuliyyəti, müşahidə və qiymətləndirmə parametrləri dəqiq
göstərilmiş icraçılar var. Burada müdriklər var, kollektiv ağılla
istiqamətlənən fərdi və ictimai həyat, fəaliyyət, yaradıcılıq var. Bu
cəmiyyət indiyədək olmuş cəmiyyətlər kimi keçmişlə, adət
ənənələrlə, dominant qrupların, şahların və məmurların idarəsi və
yazdığı qanun və qərarlarla, təyin etdiyi əxlaqla,
dini ehkamlarla
idarə olunmur. Bu cəmiyyət kollektiv ağılla yaradılmış strategiyalar,
prinsiplər, əxlaqla yaşayır və özü-özünü yenə də kollektiv qərarlarla
idarə edir, daim özünü təkmilləşdirir. Fərdi davranışlar məhz ictimai
ağıl bankından qidalanır, hansı ki dəqiq yazılmış və daim
təkmilləşdirilən sənədlərdə əks olunmuşdur. Burada özgə, kafir,
düşmən anlayışı və onlara qarşı öldürmək, zorakılıq, mübarizə
ideologiyası yoxdur, hər adam digərinə doğmadır və ailə üzvü
rolundadır, hamı bir ailənin üzvüdür.
Rasional cəmiyyət tək-tək liderlərin və hegemon siniflərin olduğu
və idarə etdiyi icraçı cəmiyyət deyildir. Başqa sözlə, bu cəmiyyət
idarə edən
tək və idarə olunan
çoxluq sistemi deyil.
Bu cəmiyyətin
hamısı sayı məhdudlaşdırılmayan idarə edən kollektivində könüllü
iştirak edərək özü - özünü idarə edən və lazımı sahələrdə özü
icraçılar təyin edən və ona nəzarət edən, qiymətləndirən, sistemin saz
və imtina etmədən etibarla işləməsini sazlayan cəmiyyətdir. Buna
görə də bu cəmiyyət mövcud cəmiyyətlərdən fərqli olaraq ictimai
idarə üçün zəruri olan düşünməkdən, ağıllanmaqdan, təcrübəsini,
biliyini artırmaqdan və idarə qərarı hazırlamaqdan, problemi həll
etməkdən, nəzarətdən uzaqlaşdırılmamışdır. Burada hamı bilavasitə
özünün və ictimai həyatın yaxşılaşdırmaq
məqsədilə ictimai idarədə
iştirak etmək üçün biliyini, məlumatlılığını, təcrübəsini artırmağa
həvəslidir. O demir: “nəyimə lazımdır”, o, məsuliyyətli intizamlı və
ağıllı şəxsdir. Bu cəmiyyət müdriklər yetişdirir.
Çəkinmədən zəng edin, email adreslərinizi bildirin, mənim
vasitəmlə elektron şəbəkə qurun, bir - birinizlə tanış olun, ümumi
məqsədlər seçin, planlar qurun. Fəaliyyət göstərin, toplaşın, maraqlı
7
məsələlər barədə diskussiya qurun, bir-birinizə kömək edin,
çətinlikdə və xoş günlərdə bir olun. Rasional cəmiyyəti öyrənin,
təkmilləşdirin, özünüz öz ağlınızla onun əsas prinsiplərini yenidən
müəyyən edin, müzakirə edin. Özünüzə qapılmaqdan,
maddi ehtiyac
qayğılarından bir müddət xilas olun və rasional cəmiyyət qrupunun
yaradılması qaydası ilə bu qrupu yaradın. Sonra görəcəksiniz ki, sizin
şəxsi işləriniz, həyatınız, habelə ictimai mühitiniz necə düzəlir.
Problemləriniz asan həll olur. Həyat gözəlləşir.
25 Fevral 2009
Hörmətlə: Tofiq Mehdi.
Rasional Cəmiyyət Uğrunda
İctimai Birliyin sədri
Tel: 070 744 68 41; email: tofigmehdi@yahoo.com
Məktubla internet səhifədə göstərilmiş ünvana müraciət edə
bilərsiniz.
Müəllif əvvəlcədən mümkün ola biləcək qeyri-dəqiqliklər üçün
üzr istəyir və hesab eləmir ki, çox böyük
bir mövzu haqda istədiyi
səviyyədə kitab yazmışdır. Öz təklif və mülahizələrinizi müəllifə
göndərməyi unutmayın.
Sizin əməkdaşlıq haqda təklifləriniz həmişə
hörmətə layiqdir.