214
xüsusi qayğı göstərməyə və ya qəsdən cəza verməyə səbəbi yoxdur.
O obyektivdir, gerçəkdir, qərəzsizdir.
Allah sözü insan psixikasında ədaləti təmin edən inamdır,
gerçəklikdə isə çoxluğun konkret qanunları, münasibətlərdir.
O ittiham edilə bilməz. O biznes, hakimiyyət, istismar vasitəsi
ola bilməz.
3. Allah ifadəsinin Ruhla əlaqəsi necədir?
Sübutlar olmadığı üçün Allah ifadəsinin klassik Ruh anlayışı ilə
eyniləşdirilməsi səhvdir və həqiqətə uyğun deyil. Buddizmin klassik
ruh anlayışına görə ruh idarəedici ilahi qüvvə olaraq göydə olur və
(ondan bir hissə) yerə enərək insanların canında yaşayır, öləndə,
guya, yenə göyə dünya ruhunun – (teist dinlərin Allah adlandırdığı
obyektin ) yanına qalxır. Lakin bu fikirləri sübut edəcək bir dənə də
dəlil yoxdur. Ruh anlayışına isə müxtəlif mənalar verilsə də , hələ ki,
qeyri - müəyyən qalır. Ruh adlanan, lakin şüur mənasını verən
qabiliyyət heyvanların və insanın beynində yaranan hadisədir. Lakin
təkcə insanın konsentrasiyalanmış şüurunun (ruhunun) məhsulu olan
söz, söz formulasının, fikir, hisslərin, baxışların, energetik -
informasiya xassələri aşkar olunmuşdur. Bu xassələr özünə və
obyektə təsir kimi meydana çıxır, nəticədə müəyyən proses
aktivləşir, yaxşılaşır, ya pisləşir, müəyyən hədlərdə kiçik ölçüləri
olan obyekt hərəkətə gəlir- sürüşür, qalxır (telekinez).
Məlumdur ki, varlıqları - şeyləri , cisimləri və hadisələri,
yaradan və idarə edən, müəyyən imkanlar verən, müəyyən imkanları
verməyən onun olduğu mühit və üst sistemlərdir. Başqa sözlə, bütöv
mühitdir, hansı ki çoxluqdur və ierarxik asılılıq əlaqəsi ilə birləşmiş
avtonom sistemlərdən ibarətdir. Məhz bu allah hesab oluna bilər .Bu
fikir hər gün bütün həyat tərəfindən sübut olunur. Dünya ruhunun və
ya dünya zəkasının xeyirxah Allah hesab etməyin də əsasları
yoxdur, çünki bu olsaydı, həyat nə qədər rahat və əziyyətsiz,
müharibələrsiz, qırğınlarsız, təbii fəlakətlərsiz olardı. Mövcud dini
baxışlara görə allah ancaq xeyirxah varlıqdır. Lakin həmin dünya
zəkasına nə xeyirxah, nə bəd xassə vermək olmaz, istənilən halda
bu, subyektiv olacaqdır. Tam sübutlarla qeyd etmək lazımdır ki,
dünya obyektlərinə, insana, bitkilərə və cisimlərə təsir edən mühit,
hansı ki tam məntiqlə tanrı hesab oluna bilər,hansı ki nəticədə
idarəedici effektlərə səbəb olur, dünyanın ümumi olmaq qanununa
görə daim öz işarəsini dəyişir Bu işarə, yəni dəyişilik istiqaməti bir
dövrdə mənfi–reqress, bir dövrdə müsbət- proqress olur. Demək,
215
dünya zəkasının (tanrı hesab edilən obyektin) daim müsbət, xeyirxah
olmasını demək olmaz, o iki işarəli-iki imkanlıdır. Allaha və şeytana
sitayiş edən dinlərin mövqeyincə demək, dünyanı və hadisələri gah
tanrı, gah şeytan idarə edir. Hazırda Yer kürəsi günəş sisteminin
elementi olaraq, hələki bu sistemlə birlikdə milyardlarla il davam
edəcək orta - yaxşıya istiqamətlənmiş orbitdədir, orbiti spiral
qalaktikanın mərkəzindən uzaqda yerləşmişdir. Ona görə insanlar
düşünürlər ki, tanrı xeyirxahdır. Lakin zaman keçdikcə, müəyyən
andan sonra spiralın mərkəzinə yaxınlaşdıqca və başqa qalaktikalarla
toqquşması və göy cisimlərinə yaxınlaşdıqca temperatur artacaq və
proses mənfi istiqamətə dəyişəcəkdir (həyat sönməyə başlayacaqdır).
Onda yaşayacaq insanlar deyəcəklər ki, dünyanı şeytan idarə edir.
Digər tərəfdən, başqa bir prinsipə görə - varlıq yaranışından onu
məhvə (yəni başqa sistemə çevirən) aparan keyfiyyətlə, amillə
doğulur – yer kürəsində insanın, daha doğrusu, əsasən insan
cəmiyyətlərinin mövcud ağılsız quruluşunun nəticəsi olaraq ağılsız
fəaliyyətin nəticəsində hazırda (2008) yer kürəsində yaşayış mənfi
istiqamətə yönəlməkdədir. Bir andan sonra bu tam görünən
olacaqdır, canlılar məhv olmağa, xəstəliklər çoxalmağa, fəlakətlər
artmağa başlayacaq, onda deyəcəklər ki, dünyanı tanrı deyil, indi
şeytan idarə edir. Lakin əslində tanrının belə xassələri və qəsdi də
yoxdur- nə yaxşıdır, nə pisdir. Belə fikirlər isə insanın öz mənafeyi
mövqeyindən subyektiv qiymətləndirməsidir.Yer kürəsinin bu və ya
digər avtonom ərazisində tanrının deyil, şeytanın idarəsi olduğunu
asanlıqla fərz etmək olar. Bu mülahizə dərin nəticələr çıxarmaq üçün
başlanğıcdır.Yəni tanrı-şeytan cütlüyü(eyniliyi) ideyası daha düzdür.
4. Allah termininin işlədilməsi.
Bu kitabda allah və tanrı ifadələri sinonim kimi işlədilir.
Allah ifadəsini onun sübut olunmuş funksiyaları və xassələri
mənasında dini adamlar işlədə bilər. Lakin Allah sözünü işlətməyə
savadlı və düzgün məqsədli insanın, başqalarını aldatmağa məqsədi
olmayan insanın işlətməsinə ehtiyac yoxdur. Allah ifadəsi eyni
zamanda hər insanın daxili aləmində seçə biləcəyi şəxsi inam
simvolu olaraq onun düşüncələrində, şüurunda yaşaya bilər. Bu halda
insanla onun şəxsi münasibətləri yenə də toxunulmazdır və başqaları
tərəfindən idarə edilə edilməz. Yəni Allah ifadəsi insanın şəxsi
inamı, şəxsi hüququdur, ictimai deyil, cəmiyyətin və başqa
ruhanilərin bu işə qarışmağa haqqı yoxdur. Onu idarə etməyə, ibadət
qaydaları qoymağa və sitayiş etməyə məcbur etməyə və sui - istifadə
216
etməyə haqqı yoxdur. Xüsusilə allaha, habelə özünü onun vəkili elan
etmiş adamlara sitayiş etməyə ehtiyac yoxdur və məntiqsizdir. Allaha
and içilməsi, hərəkətlərini onun tələblərinə uyğun olmasını,
başqalarının isə hərəkətlərinin uyğun olmamaqda ittiham edilməsi
səhv hərəkətdir. Heç kəs Allah adından nəyin səhv və ya düz
olmasını heç cür müəyyən edə bilməz. Elm və bilik sahiblərinin
şeylərin bilavasitə qanunları, prinsipləri, real faktlar, məntiqi
mülahizələrlə, real terminlərlə danışması daha düzgündür. Çünki
Allah ifadəsinin işlədilməsi qeyri - dəqiqlik və fərqli anlama yarada
bilər.
Tədqiqat göstərmişdir ki, tək ilahili dinlər heç də çox ilahili
dinlərdən (bütpərəstlik) üstün və səmərəli deyil və eyni effektə
malikdir. Bunu etməklə maraqlı şəxslər quldar cəmiyyətinin
prinsiplərinə uyğun olaraq (ağa və qul) və dövlətin yaranmasının
vacib tələbi olaraq tək ilahinin insan formasında obrazını və
diktatını yaratmış , özlərini də onun vəkili, cəmiyyəti isə qul elan
etmişdilər. Lakin bununla dünya biliyi irəli getməmiş, geriyə
getmişdir-insan xarakterli və xassəli tək bir ruh, allah hesab
edilmişdir. Həqiqətdə isə çoxluqun (mühitin) idarəedici, müəyyən
edici rolundan, məhz onun tanrı olmasından danışmaq olar, çünki
məhz çoxluğun (mühitin və onun ierarxik elementlərinin) alt
sistemlər üçün yaradıcı və idarəedici olduğunu müşahidə edirik.
Məsələn, insanın olduğu çoxluq ona idarəedici, yönəldici təsir edir.
Görünməz insan ruhlarının isə tanrı anlayışı ilə əlaqəsi yoxdur - ruh
yalnız məlumatı material dünyadan alaraq insana verə bilər, bu və ya
digər mənada məsləhət, xəbər verə bilər. Lakin nəyi isə dəyişmək,
düzəltmək, yaratmaq, nizamlamaq kimi işləri görə bilməz.
Nəticə. Konkret tək tanrıya inam və özünü onun yerdəki
nümayəndəsi, əsgəri qələmə verərək iudaizm, islam və xristain
ruhani başçılarının rəhbərliyi və ya xeyir - duası ilə olan dindarların
hərəkətləri: mədəniyyətləri, düşüncələri zorla dəyişmək və torpaq
tutmaq üçün törədilən qırğınlar, edamlar, müharibələr, tanrı adından
elan edilərək insanlığa zidd səhv hərəkət olmuşdur. Dinlərin
yaranması və siyasi qüvvəyə çevrilməsindən sonra dünyada
müharibələr çoxalmış, insan cəmiyyətləri bir - birindən ayrılmış,
onların qəlbinə bəzi zorakılıq üstündə qurulmuş dinlər tərəfindən
düşmənçilik toxumu səpilmişdir. Bu əsil şeytan xidməti olmuşdur.
Bu bəşəriyyətin inkişafını 1000 il geri salmışdır və ona çoxlu
bədbəxtlik, əzablar gətirmişdir. Məsələn, hələ bu günə qədər olan
İsrail, Fələstin, Suriya, Ərəb müharibələrinin əsasını Avraama, sonra
Dostları ilə paylaş: |