Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

_______________Milli Kitabxana______________ 
 73
Əhalinin təsərrüfat  ənənələri, mövcud inşaat materialı, 
iqtisadi güzəran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma 
və tip müxtəlifliyinə çox böyük təsir göstərən amillərdir. 
Azərbaycan  əhalisi qədim dövrlərdən bəri başlıca olaraq 
əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə 
uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa 
edirdilər. 
GEYİMLƏR: Azərbaycanda natural və yarımnatural fərdi 
kəndli təsərrüfatının uzun müddət  ərzində davam etməsi 
müxtəlif səciyyəli geyim tiplərinin yaranmasına təsir 
göstərmişdir. Bir qayda olaraq qapalı  təsərrüfat formasında 
istifadə üçün zəruri olan geyim materialları (gön-dəri, ipək, 
pambıq, yun) hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı. 
Milli qadın geyim kompleksinə üst və can köynəkləri, 
cüttuman, taybalaq, darbalaq, zıbını (gödəkcə), çəpgən, 
çərkəzi, ləbbadə, nimtənə, küləcə, katıbı, kürdü, çalma, arxalıq, 
çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və 
müxtəlif bəzək növləri daxildir. Ənlik, sürmə  və  vəsmə kimi 
kosmetik vasitələr, habelə, xına və  rəng Azərbaycan 
qadınlarının məişətində az yer tutmamışdır.  
Ənənəvi kişi geyimləri tuniki və doğrama biçimli can və 
üst köynəklərindən,  şalvardan, arxalıq, çuxa və papaqdan, 
habelə, müxtəlif ayaqqabı növlərindən ibarətdir. Yapıncı  və 
kürk geniş yayılmış geyim tipləri olmasa da, əhalinin müəyyən 
təbəqələri bundan geniş istifadə etmişdir. Toqqa və qurşaq 
geyim kompleksini tamamlayan başlıca mədəni amillərdir. 
MİLLİ YEMƏKLƏR:  Azərbaycan xalq yeməkləri və 
içkilər maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi öz 
müsbət ənənələrini dövrdən-dövrə keçirərək dəyişikliyə məruz 
qalmış  və daha da zənginləşmişdir.  Ərzaq məhsulları iki 
tərkibə qruplaşdırılır: A) Bitki mənşəli məhsullar: 1) Çörək 
məhsulları;  2) Meyvə-tərəvəz məhsulları; B) Heyvan mənşəli 
məhsullar: 1) Ət xörəkləri; 2) Süd məhsulları. Oturaq həyat 
tərzi keçirən  əhali,  əsasən,  əkinçilik bitkilərinə  və  tərəvəz 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 74
növlərinə, onlardan hazırlanmış  ərzaq məhsullarına üstünlük 
verirdisə, maldarlıqla məşğul olan əhali isə  ət və süd 
məhsullarına üstünlük verirdi.   
Undan həm çörək, həm də müxtəlif xəmir xörəkləri 
hazırlayırlar. Bunlara misal olaraq xəngəl, xəşil, quymaq, 
umac,  əriştə, həsi (qındı) və başqalarını göstərmək olar. 
Xəngəlin  əsas növləri sulu və quru xəngəl növləridir. Gəncə-
Qazax zonasında xəngəl xörəyi daha çox bişirilir. Burada 
“qurut xəngəli” adlı xörək quru xəngəl növünün adı kimi 
tanınmışdır. 
Azərbaycan milli xörəklərinin xeyli hissəsi düyüdən 
hazırlanır. Düyüdən 50 növ plov hazırlayırlar. Azərbaycan 
mətbəxində quş  əti və balıq məhsulları da əhəmiyyətli yer 
tutur. 
Maldarlıq geniş yayılmış ərazilərdə süd məhsulları, qatıq, 
pendir, xama, qaymaq geniş istifadə olunur. Pendirlər müxtəlif 
növdə olur. Bakı, Zuvand, Gəncə, Qazax, Qarabağ, Talış, 
Quba-Qusar,  Şirvan pendirləri bir-birindən fərqləndirilir.  Ət 
xörəkləri, əsasən, payız və qış aylarında süfrədə əsas yeri tutur. 
Yerli qadınlar kəsilmiş heyvanın baş-ayağından kəllə-paça 
bozbaşı da hazırlayırlar. Bu xörək xalq təbabətində üstünlük 
verilən qida növlərindən biridir.  
Azərbaycan yeməkləri iki qrupa ayrılır: mərasim 
yеməkləri və gündəlik yeməkləri. Mərasim yeməkləri bayram 
günlərində, toylarda, yasda və digər məişət işlərində hazırlanır. 
Gündəlik yeməklər isə səhər, günorta və axşam yeməklərindən 
ibarətdir. 
Azərbaycan süfrəsinin  ənənəvi içki növləri də vardır. 
Bunlar soyuq və isti içki növləridir. Soyuq içki növlərinə su
şərbət, ayran, atılama və çeşidli şirələr aiddir. İsti içki növlərinə 
daha çox çay aiddir.  
NƏQLİYYAT  VASİTƏLƏRİ:  Azərbaycanda başlıca 
olaraq quru və su yolları, dəmir yolları  əsas  əhəmiyyətlidir. 
Azərbaycanda xalq nəqliyyat vasitələri 4 qrupa ayrılır: Piyada; 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 75
Minik-yük; Təkərsiz; Təkərli nəqliyyat vasitələri. Su nəq-
liyyatının da müxtəlif növləri vardır. 
AİLƏ:  Azərbaycanda sovet hakimiyyətinin qurulmasına 
qədər patriarxal ailə ukladının güclü qalıqları saxlanılır və 
bunlar bütünlüklə  şəriət qanunları  çərçivəsində nizama 
salınırdı. Başlıca ailə formaları monoqam və patriarxal ailə 
nikаh formaları idi. Azərbaycanın ailə münasibətlərində iki 
forma – ekzoqamiya və endoqamiya gеniş  yаyılmışdır. 
Endoqamiyanın kroskuzen, ortokuzen, sororat kimi nigah 
qaydalarına riayət olunur.  
ŞƏHƏR MƏDƏNİYYƏTİ: 
Azərbaycanda qədim 
dövrlərdən bəri  şəhər mədəniyyəti formalaşmış  və inkişaf 
etmişdir. Hal-hazırda Qafqazın ən böyük şəhəri olan Bakıda 2 
milyondan çox əhali yaşayır. Azərbaycanda Gəncə, Sumqayıt, 
Mingəçevir, Şəki, Şuşa və digər iri şəhərlər də mövcuddur. Bu 
şəhərlərdə, əsasən, sənayenin müxtəlif sahələri inkişaf etdirilir.  
MƏNƏVİ    MƏDƏNİYYƏT:  Mədəniyyət tarixi də 
insanların öz tarixi qədər qədimdir. Etnoqraflar, adətən, 
mədəniyyət anlayışını maddi və  mənəvi mədəniyyət tiplərinə 
bölürlər. Maddi mədəniyyət elementlərinə yuxarıda qeyd 
etdiyimiz nəqliyyat və yükdaşıma vasitələri, yaşayış 
məskənləri, evlər və  təsərrüfat tikintiləri, yeməklər və içkilər, 
geyimlər və bəzəklər, o cümlədən, əmək alətləri, qab-qacaqlar 
və s. daxildir. Mənəvi mədəniyyət anlayışına insanın zehni 
əməyi nəticəsində yaradılan bütün şeylər daxildir. Bunlar, 
əsasən, adət və  ənənələr, elm, din, fəlsəfi görüşlər, xalq 
yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və 
etiqadlardır.  
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq 
yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini, 
məişətini, təsərrüfat sahələrini  əks etdirən folklor materialları 
əsrlər boyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək 
nəsillər üçün həmişə mühüm tərbiyəvi rol oynamışdır. 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə