_______________ Milli Kitabxana______________
64
(lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan
əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və
keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət
edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün
növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə
aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na
troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı”
(bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla,
açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar.
Polyakların, çexlərin və slovakların böyük bir hissəsi
katoliklərdir.
Cənub slavyanları qrupu xalqlarına bolqarlar, serblər,
xorvatlar, makedoniyalılar, çernoqoriyalılar, müsəlman
slavyanlar daxildirlər. Bu xalqlar, əsasən, Balkan
yarımadasında məskunlaşmışlar. Cənub slavyanları qədim
əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub
slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal
olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar
torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”-
qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s.
göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub
slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə
gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd
edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim
bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə
qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü
(6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına
çıxarılmasını və s. göstərmək olar.
Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə
bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan
çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox
ukraynalı və 10 milyondan çox belorus yaşayır. Bu xalqların
böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq
slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
65
meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Mal-
qaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil
edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində
tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar
хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir,
yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim
tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun
ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli
biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə
yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha
çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş
örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli
qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın
baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə
olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və
beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox
mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi
xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu
mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə
çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav
kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola
bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd
olunur.
ALMAN XALQLARI QRUPU: Bu qrupa aid olan xalqlar
Şimali Atlantika adaları daxil olmaqla, Qərbi, Mərkəzi və
Şimali Avropada yaşayırlar. Dil və mədəniyyətin bəzi
xüsusiyyətlərinə görə bu xalqları iki böyük qrupa bölürlər:
Şimali Alman (Skandinaviya) xalqları və Qərbi Alman xalqları.
Skandinaviya xalqları qrupuna isveçlər, norveçlilər,
danimarkalılar, islandiyalılar və fоrerlilər daxildirlər.
Təsərrüfatda meşə sahəsi daha çox inkişaf etmişdir ki, bu da
təbii-coğrafi şəraitlə əlaqədardır. İsveç xalqı öz milli kostyum-
larını müasir dövrdə yalnız toylarda geyir. Norveçlilərin milli
geyimi “bunad” adlanır. Digər Skandinaviya xalqlarında
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
66
olduğu kimi danimarkalılarda da yun məmulatları geniş
yayılmışdır. İslandiyalıların və farerlilərin ənənəvi mədəniyyəti
Norveç mədəniyyətinə çox yaxındır.
Qərbi Alman xalqları qrupuna almanlar, avstriyalılar,
ingilislər,
şotlandiyalılar, oleterlilər, alman-isveçrəlilər,
lüksemburqlular, elzaslılar, lotaringiyalılar, flamandlar,
hollandiyalılar və frizlər daxildir. Bu xalqlar arasında daha
geniş yayılmış dillər alman və ingilis dilləridir. Bütün alman
xalqının özünü adlandırdığı ad – Döyç (Döyçlənd – Döyç
torpağı) ölkənin şimalında yaşayan tevton tayfasının adı ilə
əlaqədardır. Qədimdə ölkənin cənubunda yaşayan aleman
tayfasının adı ilə bir çox roman xalqları almanları Aleman
adlandırır. İngilislər isə onları germanlar adlandırırlar. German
xalqlarının ənənəvi məşğuliyyəti heyvandarlıq, əsasən, iri
buynuzlu mal-qaranın saxlanması və əkinçilikdir. İngilislərin
milli mətbəxi və milli bayramları daha maraqlıdır. İngilislərin
milli xörəkləri rostbif və bifşteks bir çox ölkələrdə məşhurdur.
Ənənəvi yaz bayramları, xüsusən, indi İngiltərədə yalnız bir
gün qeyd olunan maslenitsa böyük rəngarəngliyi ilə seçilir.
Həmin gün səhər saat 11-də kilsə zəngləri kəndin bütün
əhalisinə blinaların bişirilməsinin başlanmasını xəbər verir.
Niderland əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Almanlarda
da təqvim bayramları böyük təntənə ilə qeyd edilir.
ROMAN XALQLARI QRUPU: Bu qrupa italyanlar,
italyan-isveçrəlilər, ispanlar, fransızlar, portuqaliyalılar,
friullar, romaneşlər, ladinlər, korsikanlar, katalonlar,
qalisiyalılar, rumınlar və moldovanlar daxildir. İtalyanların
mənəvi həyatı müxtəlif ənənəvi bayramlarla zəngindir. Milad
günü və yeni il bayramı geniş miqyasda keçirilir. İtalyanlar
Yeni il günü evdə lazım olmayan çini və şüşə qabları, sınıq
mebeli tullayırlar. İtaliyada ən böyük yaz bayramı karnaval
hesab edilir. Karnaval gəzintiləri, adətən, fevral-mart aylarında
keçirilir. Pasxa italyanların ikinci böyük yaz bayramıdır.
İtalyanlarda ən məşhur yay bayramı San Covanni günüdür (24
www.behruzmelikov.com
Dostları ilə paylaş: |