Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   48


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PЕDАQОCİ UNİVЕRSİTЕTİ 
 
 
 
Quliyeva Nərgiz 
 
 
 
 
 
 
 
 
 
ETNOQRAFİYA VƏ ETNOLOGİYA 
Dərs vəsaiti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2009 
www.behruzmelikov.com


Rəyçilər: 
 
Vəli  Əliyеv – АMЕА-nın müхbir üzvü, tаriх 
еlmləri dоktоru, prоfеssоr 
 
Məhəmməd Allahmanlı- tarix elmləri namizədi. 
 
Elmi redaktoru: 
Arif Məmmədov – tarix elmləri doktoru 
 
 
Quliyeva Nərgiz Məlik qızı, tarix elmləri 
doktoru, professor. “Etnoqrafiya və Etnologiya” 
(dərs vəsaiti). Ali məktəb tələbələri üçün vəsait. 
Bakı,  2009, 157 səh.   
 
 
 
 
 
 
      Dərslikdə Etnoqrafiya və Etnologiya elmlərinə dair ən 
vacib mövzuların aydınlaşdırılmasına səy göstərilmişdir. 
Azərbaycanla bağlı məsələlərə də diqqət yetirilmişdir.  
 
 
 
 
 
 
 
 
АDPU-2009 
 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 
3
ETNOQRAFİYANIN PREDMETİ, MƏNBƏLƏRİ, 
VƏZİFƏLƏRİ VƏ TƏDQİQAT METODLARI 
 
Еtnоqrаfiyа – dünyа 
хаlqlаrının məişət və 
mədəniyyətindən, 
аdət-ənənələrindən, 
еtnik birliklərin 
yаrаnmаsı  və inkişаfındаn,  оnlаrın yаyılmаsı  və  qаrşılıqlı 
mədəni  əlаqələrindən bəhs  еdən tаriх  еlmidir. Etnoqrafiya 
yunan sözü olub, «etnos» və «qrafo» sözlərindən  əmələ 
gəlməklə «xalqın təsviri» mənasını verir. Xalqın məişəti ilə 
yanaşı Etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini 
tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və 
mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların 
oxşar cəhətlərini də  nəzərdən qaçırmır, yalnız müasir xalqları 
deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, 
yox olmuş xalqları da öyrənir. Bununla Etnoqrafiyanın xüsusi 
bir sahəsi olan Tarixi etnoqrafiya məşğul olur. 
Rus alimlərindən S.P.Tolstov Etnoqrafiyanın pred-
metindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif 
xalqlarının məişət və  mədəniyyətindəki xüsusiyyətləri 
bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. 
Bu elm xalqın məişət və  mədəniyyətindəki xüsusiy-
yətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların 
etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı  mədəni-
tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y.V.Bromley və 
S.A.Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və 
metodlarından danışaraq yazırlar: «Etnoqrafiya - əsas tədqiqat 
obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan 
tarix elmidir». 1968-ci ildə  nəşr olunan «Etnoqrafiyanın 
əsasları» adlanan kitabında S.Tokaryev etnoqrafiyaya 
ümumiləşdirilmiş  tərif verərək yazır: «Etnoqrafiya dünya 
xalqlarının məişət və  mədəniyyətini öyrənən tarix elmidir». 
Y.V.Bromley isə 1973-cü ildə  nəşr edilən «Etnos və 
etnoqrafiya»  əsərində, habelə 1981-ci ildə çap olunan 
«Etnoqrafiyanın müasir problemləri» adlanan kitabında 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 
4
etnoqrafiyanı «etnik birliklər haqqında elm» adlandırır. 
S.Tokaryevin həmin ümumiləşdirilmiş  tərifini nəzərə alan 
Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağıdakı kimi tərif 
verir: «Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən
dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və 
mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs 
edən tarix elmidir». İngilis  еtnоqrаfı  Tоms  еtnоqrаfiyаnın 
fоlklоr (ingiliscə fоlk-хаlq, lаr-bilik) аdlаndırmаğı təklif еdirdi. 
Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas 
tədqiqat obuekti bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq 
anlayışı etnoqrafiyanın  əsas və başlıca anlayışıdır, çünki xalq 
anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini 
olan «etnos» etimoloji cəhətdən «xalq», «qəbilə», «insan 
qrupu» anlayışlarına uyğun gəlir. Y.Poplinskinin göstərdiyi 
kimi qədim yunanlar özlərini başqalarından fərqləndirmək 
üçün qeyri-yunanları «etnos» adlandırmışlar. Hər bir xalqın 
müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik 
xarakteristikasında müəyyən əlamətlərdən biri və ya bir neçəsi 
ön plana çıxa bilər. Həmin əlamətlər bunlardır: 
DİL: Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli 
dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir 
dildə danışırlar. Məsələn, Latın Amerikası ölkələrində ispan 
dilində, Avstriya, Almaniya, İsveçrə  və b. ölkələrdə alman 
dilində danışırlar. Bəzən isə bir xalq danışıqda iki və daha çox 
dildən istifadə edir. Məsələn, irlandiyalılar həm irland, həm 
ingilis dillərində, hindistanlılar həm hindi, həm də ingilis 
dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı 
başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz. 
ETNİK  ƏRAZİ: Etnik ərazi, yəni müəyyən xalqın 
yerləşdiyi vilayət onu başqa xalqlardan fərqləndirən mühüm 
əlamətlərdən biridir. Hər bir xalq, adətən, müəyyən bir ərazidə 
formalaşır. Lakin bəzən tarixi inkişaf prosesində bir xalq başqa 
bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə 
bir şəraitdə parçalanmış etnik ərazi yaranmış olur. Çünki xalqın 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə