_______________ Milli Kitabxana______________
67
iyun). İspanlarda ən çox sevilən təqvim bayramı Milad
günüdür. İspaniyada katolok təqvimi ilə bütün müqəddəslərin
günü hesab edilən 1 Noyabr günü böyük əhəmiyyətə malik
bayramdır. İspanlar da ənənəvi olaraq çoxlu karnavallar
keçirirlər. İspan bayramlarında hər zaman koorido (öküzlər
döyüşü) keçirilir.
KELT XALQLARI QRUPU: Bu qrupa irdandiyalılar
(Şimali və Cənubi İrlandiyada), valliyalılar (Uelsdə), gellər
(Şotlandiyada və Gebrid adalarında) və bretanlar (Fransada
Bretan yarımadasında) daxildir. Keltlər Avropanın ən qədim
sakinlərindən biridir. Keltlərdə daha çox nəzərə çarpan Laten
mədəniyyətidir. Bu ad müasir İsveçrədə La Ten adlanan yerin
adı ilə belə adlandırılır. E.ə. V-I əsrlərə aid edilən mədəniyyət
Qərbi və Mərkəzi Avropada yayılmışdı. Bu mədəniyyət oturaq
əhalinin mədəniyyəti idi ki, bunlarda da sinfi quldarlıq
cəmiyyəti yaranırdı, sənətkarlıq və ticarət inkişaf edirdi,
şəhərlər böyüyürdü. Dağlı gellər dizlərə qədər uzanan damalı
yubka – kilt geyinirdilər. Hazırda bunlar şotland ənənəvi
mədəniyyətinin simvolu olmuşdur.
Yuxarıda qeyd olunan 4 böyük dil qruplarından başqa
Avropada aşağıdakı xalqlar da yaşayır:
BALTİK XALQLARI: Bu qrupa latışlar və litvalılar
daxildir. Bu xalqlar, əsasən, Latviya və Litvada yaşayırlar.
Qədim məşğuliyyətləri əkinçilik və heyvandarlıq olmuşdur.
Latışların və litvalıların milli və mədəni həyatları çox oxşardır.
Ənənəvi mədəniyyətin bir çox cəhətləri kimi latışlarda və
litvalılarda xalq kostyumları çox oxşardılar.
YUNANLAR: Balkan yarımadasının cənubunda və Egey,
Aralıq, İoniya dənizlərinin adalarında, habelə, Kipr adasında
Hind-Avropa dillərində danışan yunanlar yaşayırlar. Yunanlar
qədim yüksək antik svilizasiyanın yaradıcıları hesab olunurlar.
Ənənəvi yunan yaşayış evi tipləri müxtəlifdir. Əksər evlər
birmərtəbəlidir. Evlərin pəncərə və aynabəndi, adətən, şərqə
doğru yönəlmişdir. Ənənəvi xristian bayramları Milad günü,
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
68
Yeni il, pasxa ilə yanaşı yunanlar bütün Avropa xalqlarına
məlum olan “may bayramı”, təbiətin yaz oyanışı ilə əlaqədar
bayramlar da keçirirlər.
ALBANLAR: Hind-Avropa dil ailəsinə daxil olan
xalqlardan biri də albanlardır. Onlar özlərini “Şgiptor”
adlandırırlar. Alban dili Hin-Avropa dil ailəsinə daxil olan,
İlliriya və Frakiyalılara aid edilən yeganə dil olaraq qalmışdır.
XII əsrdə müstəqil Alban dövləti olan Ayberlər dövləti
yaranmışdı. Alban kəndlilərinin ənənəvi məşğuliyyəti köçmə
qoyunçuluqdur. Əkinçilikdə taxılçılıq əsas yer tutur. Albanların
kənd məskənləri 3 tiplidir: dağınıq, yığcam və müasir küçəvari
poan quruluşlu evlər. Albaniyada əhalinin əksəriyyəti
müsəlmandır. Albaniyada Milad günü (25 dekabr), “Yaz günü”
(1 və 14 mart) və Müqəddəs Georgi günü (23 aprel) təntənəli
surətdə keçirilir. Albaniyada Müqəddəs Georgi günü (23 aprel)
həm xristianlar, həm də müsəlmanlar tərəfindən qeyd edilir.
MALTALILAR: Maltalılar Avropada yeganə Semit dilli
xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında
məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların
azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3
dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi
həyatında katolosizm çox böyük rol oynayır.
FİN-UQOR XALQLARI: Avropa qitəsindəki xalqların
bir hissəsi Fin-Uqor qrupuna daxildir. Bu xalqlar Avropaya
Ural dağı ətrafından gəlmişlər. Avropanın Fin-Uqor qrupu
xalqlarına finlər, saamlar, estonlar, mordvalar, udmurtlar,
marilər, komilər, karellər, vepslər və macarlar daxildir. Finlər
Finlandiyada, estonlar Estoniyada, macarlar isə Macarıstanda
məskunlaşmışlar. Digər xalqlar: saamlar Finlandiya və
Norveçin şimal vilayətlərində, mordva, udmurt, marilər,
komilər, karellər və vepslər Rusiyanın şimal və Volqayanı
rayonlarında məskunlaşmışlar. Macarlar katolikdirlər. Fin
tayfalarının birləşməsi XIV əsrdə başa çatmışdır. Estonların
ənənəvi mədəniyyəti digər Pribaltika xalqlarınınıı
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
69
mədəniyyətinə
bənzəyir. Saamlar monqoloid irqinə
mənsubdurlar. Dini əqidəyə görə Volqayanı ərazinin fin dilli
xalqları pravoslav xristianlardır.
AZƏRBAYCAN ETNOQRAFİYASI
Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli
xalqlar arasında birinci ümumilikdə is,ə ruslardan sonra ikinci
yerdə dururlar. Azərbaycan Respublikası əhalisinin sayı 8,3
milyondur. Azərbaycanda 8 milyondan çox azərbaycanlı yaşa-
yır. Bundan başqa azərbaycanlılar Gürcüstanda, Mərkəzi Asiya
və Qazaxıstanda, Rusiyada, Türkiyədə böyük qruplar halında
yaşayırlar. Dünyada hazırda 50 milyondan çox azərbaycanlı
yaşayır. Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan-
lılarla yanaşı çoxlu miqdarda etnik qruplar: ləzgilər, avarlar,
saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar,
gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və
digər хаlqlаr yaşayırlar. Azərbaycanda subetnoslar еtnоqrаfik
qruplаr da yaşayır: ayrımlar, padarlar, şahsevənlər və s. bu cür
subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir.
Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil
аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə ləzgilər,
avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar,
yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-
şərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.
Azərbaycan dili türk dillərinin cənub-qərb qrupuna daxil
olmaqla 4 dialekt toplusuna və bir çox şivələrə bölünür. 4
dialekt qrupu aşağıdakılardır:
1) Şərq qrupu: Quba, Bakı, Şamaxı dialektləri; Lənkəran
və Muğan şivələri daxildir;
2) Qərb qrupu: Qazax, Gəncə, Qarabağ dialektləri; Ayrım
şivəsi daxildir;
3) Şimal qrupu: Şəki dialekti; Zaqatala-Qax şivəsi;
4) Cənub qrupu: Təbriz, Naxçıvan, Ordubad dialektləri;
İrəvan şivəsi.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |