Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9517
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

_______________Milli Kitabxana______________ 
 51
İraq Respublikası da çoxmillətli ölkələr sırasına daxildir. 
İraqda Semit qrupu, İran qrupu və Türk qrupuna aid olan 
xalqlar yaşayır. Semit qrupu xalqları:  İraq  ərəbləri, Fələstin 
ərəbləri, aysorlar; İran qrupu xalqları: Kürdlər, farslar, lurlar; 
Türk qrupu xalqları: Türkmənlər, türklər. Qeyd olunan iri 
xalqlarla yanaşı azsaylı xalqlar da yaşayır ki, bunlar da 
ermənilər, çərkəzlər, indeylərdir. 
 
CƏNUB – ŞƏRQİ  ASİYA  XALQLARI: Ərazidə 
Vyetnam, Kamboca, Laos, Tailand, Birma, Malayziya, 
İndoneziya, Filippin, Sinqapur, Şərqi Timor, Bruney ölkələri 
yerləşir.  Əhalinin sayı 400 milyondan çoxdur. Cənub-Şərqi 
Asiyada ən geniş yayılmış dil ailəsi Avstroneziya dil ailəsidir. 
Regionun özü də  aşağıdakı etnoqrafik bölgələrə ayrılır: Hind-
Çin xalqları, Malayziya xalqları, Sinqapur xalqları, Bruney 
dövləti, Filippin xalqları,  İndoneziya xalqları. Cənub-Şərqi 
Asiyada müsəlmanlar geniş yayılmışdır. Müsəlmanlar 
İndoneziyada üstünlük təşkil edir. İndoneziya dünyada 
müsəlman əhalisinin sayına görə birinci yerdə durur. Regionda 
xristianlar, buddistlər və yerli dinlərə inanan əhali də yaşayır.  
 
CƏNUBİ    ASİYA  XALQLARI: Regionda  Hindistan 
Respublikası, Pakistan İslam Respublikası, Banqladeş Xalq 
Respublikası, Şri-Lanka Respublikası, Nepal Krallığı və Butan 
Krallığı yerləşir. Cənubi Asiyada 200-ə  qədər xalq yaşayır. 
Əhalinin  əksəriyyəti Hind-Avropa dil ailəsinin Hind, İran və 
Dard budаqlаrınа, habelə, Dravid, Avstroasiya və Çin-Tibet dil 
ailələrinə  mənsub dillərdə danışırlаr.  Ərazidə müsəlmanlar, 
buddistlər və yerli dinlərə  məxsus  əhali yaşayır. Cənubi 
Asiyanın etnoqrafik vilayətləri aşağıdakılardır: 
1) Şimal vilayətlərinin xalqları və ya Hindistan xalqları: 
Buraya pəncab, kəşmir,  şina, balti xalqları daxildir. Əhalinin 
əksəriyyəti müsəlman və buddistlərdir. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 52
2)  Hindistan və Racəstan xalqları: Hindistan vilayəti 
Qanq çayı boyunca uzanır. Racəstan isə Hindistanın mərkəzi 
hissələrini  əhatə edir. Əsas  əhalisi hinduslar və racəstanlılar 
(racputlardır). 
3)  Şərq vilayətinin xalqları: Burada benqallar üstünlük 
təşkil edirlər. Benqallar Hindistan ərazisində  Qərbi 
Benqaliyada, Banqladeş  ərazisində isə  Şərqi Benqaliyada 
yaşayırlar. Oriyalar və assamlılar da yaşayırlar.  Ərazidə digər 
xırda xalqlar da məskunlaşmışdır. Benqalların  əksəriyyəti 
müsəlmandır. Ərazidə buddistlər də yaşayır. Bаnqlаdеş хlqlаrı 
əhаlinin 98 %-i bеnqаldır. Əhаlinin 85 %-i müsəlmаn, 14 %-i 
inаnistlərdir. Burаdа buddistlər və хristiаnlаr dа yаşаyırlаr. 
4)  Mərkəzi Hind yaylasının xalqları:  Ərazidə benqal, 
oriya, teluqu, maratx, racastxan xalqları yaşayır. Bundan başqa 
digər xırda xalqlar da ərazinin sakinləridir. Bunlara Qondaları 
misal göstərmək olar. Bxillər isə Qucarat və Racəstan 
vilayətlərində məskunlaşmışlar.  
5)  Qərb vilayətlərinin xalqları:  Bu bölgəyə,  əsasən, 
Hindistan Respublikası daxildir. Əsas xalqlar qucaratlar və 
maratxlardır. Qucaratlar, əsasən, Hindistanda və Pakistanda 
məskunlaşmışlar.  Əhalinin  əksəriyyəti induizm və  İslam 
dinlərinə mənsubdur. 
6) Cənubi Hindistan xalqları: Burada Dravid dil ailəsinə 
mənsub  əhali çoxluq təşkil edir. Ən böyük etnosları tamillər, 
kannara, malayyali və teluqu xalqlarıdır. 
7)  Şimаl-qərb vilаyətləri:  1947-ci ildə Hindistanla 
Pakistan 2 müstəqil dövlətə ayrıldı və Sind, Bəlucistan, Qərbi 
Pəncab, Qərbi Kəşmir və Hindistanın bir sıra  şimal  əyalətləri 
Pakistana verildi. 1971-ci ildə Pakistanın  şərq  əyaləti 
Banqladeş adı ilə müstəqil dövlətə çevrildi. Hind-Avropa dil 
ailəsinə  mənsub pəncablılar, sindxlər, puştunlar və  bəluclar 
Pakistanın  əhalisinin 97,5%-ni təşkil edirlər. Pəncablılar 
əhalinin 65%-ni təşkil edirlər. Pakistanda əhalinin dini inamları 
bu cürdür: müsəlmanlar 96%; Xristianlar 2%; İnduistlər 2%. 
www.behruzmelikov.com


_______________Milli Kitabxana______________ 
 53
8)  Nepal xalqları:  Əhalinin  əksəriyyəti Hind-Avropa və 
Çin-Tibet dil ailələrinə mənsubdur. 
9) Şri-Lanka xalqları: Burada sinqallar əhalinin 74%-ni 
təşkil edir. 
 
ŞƏRQİ ASİYA XALQLARI: Bu  əraziyə Çin, 
Monqolustan, Koreya və Yaponiya daxildir. Əhali,  əsasən, 
Çin-Tibet, Altay və Avstroasiya dil ailələrinə mənsub dillərdə 
danışır. Ərazi aşağıdakı etnoqrafik vilayətlərə bölünür:  
1) Çin xalqları: Buraya çinlilər, xueylər, altaylar, 
uyğurlar, monqollar, qazaxlar, mancurlar və başqaları daxildir. 
2) Monqolustan xalqları: Buraya monqollar, buryatlar və 
qazaxlar daxildir. 
3) Koreya xalqları:  Ərazidə Koreya Respublikası  və 
KXDR yerləşir. Əhalisinin əksəriyyətini koreyalılar təşkil edir. 
4) Yaponiya xalqları:  Əhalinin  99 %-i yaponlardır. 
Bundan başqa  ərazidə koreyalılar, çinlilər, amerikanlar, 
filippinlilər, ingilislər, hindlilər və kanadalılar yaşayır. 
 
SİBİR VƏ UZAQ ŞƏRQ XALQLARI 
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. 
Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 
milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə 
ukraynalılar təşkil edir.  
Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 
Müasir Sibirdə 30-a qədər yerli xalq yaşayır. Onların 
bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir 
çoxunun  ərazisindən böyükdür. Məsələn, Saxa (Yakutiya) 
Respublikasının  ərazisi Fransanın  ərazisindən 6 dəfə, 
buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 
1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa 
ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, 
sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab 
www.behruzmelikov.com


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə